wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ergi münasibəti iştirakçılarının hüquq və vəzifələri

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

Vergi ödəyicisinin hansı vəzifələri vardır?

a)

qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;

b)

vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;

c)

qanunla müəyyən edilmiş vergiləri, habelə məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək;

d)

vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;

e)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

2.

Vergi ödəyicisinin hansı vəzifələri vardır?

a)

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını və istifadəsini təmin etmək;

b)

qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin, vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin saxlanılmasını təmin etmək;

c)

müəyyən edilmiş fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək;

d)

vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;

3.

Vergi ödəyicisinin hansı hüquqları vardır?

a)

qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq;

b)

vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək;

c)

müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya)məhkəməyə şikayət etmək;

d)

qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və vergi sirrinin qorunmasını tələb etmək;

e)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

4.

Vergi agenti kimdir?

a)

vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa borclu olan hüquqi şəxsdir

b)

vergini hesablamağa və onu təyinatı üzrə köçürməyə borclu olan şəxsdir

c)

vergini vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir

d)

vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir

5.

Aşağıdakılardan hansı vergi agentinin vəzifələrinə aiddir?

a)

müvafiq vergiləri düzgün və vaxtında hesablamağa, onları vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə;

b)

vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 15 gün

c)

müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə;

d)

vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri müvafiq qaydada tərtib etmək;

6.

Vergi agentinin hansı vəzifələri vardır?

a)

vergi ödəyicisindən verginin tutulmasının mümkün olmadığı hallarda, bu barədə və vergi ödəyicisinin vergi borcunun məbləği barədə vergi orqanlarına 30 gün müddətində öz qeydiyyat (uçot) yeri üzrə yazılı məlumat verməyə;

b)

vergi ödəyicilərinə ödənilən gəlirlərin, onlardan tutulan və təyinatı üzrə köçürülən vergilərin, o cümlədən hər vergi ödəyicisi üzrə ayrıca uçotunu aparmağa

c)

vergilərin hesablanmasının, tutulmasının və ödənilməsinin düzgünlüyünə nəzarət etmək üçün zəruri sənədləri dövlət vergi orqanlarına verməyə;

d)

müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;

e)

vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;

7.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;

b)

vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və kağız daşıyıcılarda tələb etmək;

c)

vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını və auditor rəyini (vergi ödəyicisinin auditor tərəfindən yoxlanılmalı olduğu halda) tələb etmək;

d)

vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək;

e)

vergi ödəyicilərinin hüquq və qanuni mənafelərini gözləmək və müdafiə etmək;

8.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına (ölkə Prezidentinə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə) məlumat vermək;

b)

vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər bölmələrinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparmağa;

c)

səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;

d)

qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

9.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;

b)

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

c)

vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi (geri qaytarılması), habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinın geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək;

d)

tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;

10.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək.

b)

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq

c)

vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada «Vergi partnyorluğu sazişi» bağlamaq;

d)

aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;

e)

vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommersiya və bank sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin etmək;

11.

Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları kimlərdir?

a)

vergi qanunvericiliydində nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları;

b)

vergi qanunvericiliyinə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;

c)

vergi qanunvericiliyinə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər;

d)

dövlət vergi orqanları;

e)

bütün variantlar doğrudur

12.

Vergi ödəyicisinin hansı vəzifələri vardır?

a)

müəyyən edilmiş qaydada vergi orqanları və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək;

b)

nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək;

c)

qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək;

d)

pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti zamanı malların alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;

e)

qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya (vergi) sirrinin qorunmasını tələb etmək;

13.

Aşağıdakılardan hansı vergi ödəyicisinin vəzifələrinə aid deyil?

a)

nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək;

b)

qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya (vergi) sirrinin qorunmasını tələb etmək;

c)

vergi orqanları və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsi və digər normativ-hüquqi aktlara uyğun olmayan qərarlar və tələblərini yerinə yetirməmək;

d)

vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;

e)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

14.

Aşağıdakılardan hansı vergi ödəyicisinin hüquqlarına aiddir?

a)

artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;

b)

vergi münasibətlərində bilavasitə və ya öz nümayəndəsi vasitəsi ilə iştirak etmək;

c)

vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;

d)

nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək;

e)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

15.

Vergi ödəyicisinin hansı hüquqları vardır?

a)

qanunla müəyyən edilmiş vergiləri, habelə məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;

b)

vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək;

c)

müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya)məhkəməyə şikayət etmək;

d)

qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və vergi sirrinin qorunmasını tələb etmək;

e)

vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq;

16.

Vergi ödəyicisinin hansı hüquqları vardır?

a)

pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti zamanı malların alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;

b)

vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək;

c)

vergi risklərinin minimallaşdırılması məqsədi ilə «Vergi partnyorluğu sazişi» bağlamaq üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına muraciət etmək;

d)

ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək;

e)

qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək;

17.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək.

b)

«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunla müəyyən olunmuş hallarda və qaydada nəzarət qaydasında mal alqısını həyata keçirtmək;

c)

Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq;

d)

müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;

e)

vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq; qaldırmaq;

18.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını və auditor rəyini (vergi ödəyicisinin auditor tərəfindən yoxlanılmalı olduğu halda) tələb etmək;

b)

müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergi, faiz, maliyyə sanksiyaları və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;

c)

qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;

d)

hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmağa və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək;

e)

vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək;

19.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək;

b)

vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinın geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

c)

tabeliyində olan vergi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək;

d)

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

e)

müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;

20.

Vergi orqanlarına öz funksiyasını yerinə yetirmək üçün hansı hüquqlar verilmişdir?

a)

hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmədə iddia qaldırmaq;

b)

vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada «Vergi partnyorluğu sazişi» bağlamaq;

c)

aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;

d)

vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), habelə nəzarət-kassa aparatlarının uçotunu aparmaq;

e)

vergi ödəyiciləri haqqında məlumatın, o cümlədən vergi, kommersiya və bank sirrinin qorunması qaydalarına riayət etməyə və onu təmin etmək;