WorksheetsMƏNFƏƏT VERGİSİ
Total questions: 30
Worksheet time: 30mins
Vergi ödəyicisinin gəlirlərindən hansı xərclər çıxılır?
yalnız onun əldə edilməsi məqsədilə çəkilmiş, iqtisadi cəhətdən əsaslandırılmış və müvafiq sənədlərlə təsdiqlənmiş xərclər
yalnız onun əldə edilməsi məqsədilə çəkilmiş və müvafiq sənədlərlə təsdiqlənmiş xərclər
yalnız onun əldə edilməsi məqsədilə çəkilmiş, ilkin uçotsənədləri ilə təsdiqlənmiş xərclər
sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar çəkilmiş, iqtisadi cəhətdən əsaslandırılmış və müvafiq sənədlərlə təsdiqlənmiş xərclər
Vergi ödəyicisinin aşağıdakı xərclərinin gəlirdən çıxılmasına yol verilmir:
gəlir götürmək məqsədi ilə aparılan elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər;
fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri (istisna olmaqla);
əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və kapital xarakterli digər xərclərin;
qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin;
əyləncə və yemək xərclərinin, habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin;
Vergi ödəyicisi vergi ili ərzində eyni metodu tətbiq etmək şərti ilə vergilərin uçotunu hansı metodla apara bilər?
ödəmə üzrə və ya yükləmə üzrə
kassa metodu və ya hesablamalar metodu
kassa metodu
hesablama metodu
Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılır?
uçot metodunun dəyişdirildiyi ayda
uçot metodunun dəyişdirildiyi aydan sonrakı hesabat dövrünün əvvəlindən
.uçot metodunun dəyişdirildiyi ildən sonrakı ilin əvvəlindən
uçot metodunun dəyişdirildiyi ildə
Kassa metodunun tətbiqi zamanı gəlirlər nə vaxt əldə edilmiş hesab olunur?
vergi ödəyicisinin pul vəsaitinin alınması haqqındakı ödəniş tapşırığının bank tərəfindən alındığı vaxt
vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bankdakı hesabına daxil olduğu vaxt
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt gəlirin əldə edildiyi vaxt
gəlirlərin faktiki əldə edilmə vaxtı
Kassa metodunda vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi (ödənildiyi) halda (qarşılıqlı hesablaşmalar aparıldıqda gəlirlər nə vaxt əldə edilmiş hesab olunur?
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt
vergi ödəyicisinin pul vəsaitinin alınması haqqındakı ödəniş tapşırığının bank tərəfindən alındığı vaxt
gəlirlərin faktiki əldə edilmə vaxtı
vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
Vergi uçotu məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərclər nə vaxt çəkilmiş hesab olunur?
vergi ödəyicisinin nağd pul vəsaitini faktiki çəkdiyi vaxt
pul vəsaitinin bankdakı hesabdan ödənildiyi vaxt
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt
xərcin faktiki çəkildiyi vaxt
Hesablama metodunun tətbiqi zamanı hansı halda gəlir almaq hüququ əldə edilmiş sayılır?
müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə
vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin onun bankdakı hesabına daxil olduğu vaxt
müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə
vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə
Hesablama metodunun tətbiqi zamanı vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir almaq hüququ nə vaxt əldə edilmiş sayılır?
vergi ödəyicisinin pul vəsaitinin alınması haqqındakı ödəniş tapşırığının bank tərəfindən alındığı vaxt
müqavilədə nəzərdə tutulan işlərin görülməsinin tam başa çatdığı vaxt
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt
gəlirlərin faktiki əldə edilmə vaxtı
Vergi ödəyicisi vergi uçotunun hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:
vergi ödəyicisi birmənalı olaraq vergi öhdəliklərini yerinə yetirir;
vergi öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
əqd və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir;
Mənfəət vergisinin ödəyiciləri kimlərdir?
.Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları;
Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr (sərbəst balansı, cari və digər hesabları olan filial və struktur bölmələri də daxil olmaqla);
Azərbaycan Respublikasında rezident müəssisələr, habelə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları
Azərbaycan Respublikasında rezident müəssisələr (sərbəst balansı, cari və digər hesabları olan filial və struktur bölmələri istisna olmaqla);
Rezident müəssisə üçün mənfəət vergisinin vergitutma obyekti nədir?
vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa)
vergi ödəyicisinin mənfəəti
Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirlərlə onun əldə edilməsinə çəkilən xərclər arasındakı fərqv məbləği
vergi ödəyicisinin gəlirləri ilə onların əldə edilməsi ilə bağlı xərclər arasındakı fərq məbləğ
Qeyri-rezidentin, daimi nümayəndəliyi ilə bağlı olmayan ümumi gəliri hansı qaydada vergiyə cəlb olunur ?
həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra
ümumi müəyyən edilmiş qaydada
ödəmə mənbəyində xərclər çıxıldıqdan sonra ödəmə mənbəyində
ödəmə mənbəyində xərclər çıxılmadan ödəmə mənbəyində
Qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirindən hansı qaydada vergi tutulur ?
həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra
ödəmə mənbəyində xərclər çıxılmadan ödəmə mənbəyində
ümumi müəyyən edilmiş qaydada
Vergi Məcəlləsində müəyyən edilmiş qaydada
Vergitutulan mənfəəti müəyyən etmək üçün nə etmək lazımdır?
müəssisələrin əldə etdikləri ümumi gəlirdən (vergidən azad edilən gəlirdən başqa) həmin gəlirlərin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərcləri çıxmaq
müəssisələrin əldə etdikləri ümumi gəlirdən (vergidən azad edilən gəlirdən başqa) qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı gəlirdən çıxılan xərcləri çıxmaq
müəssisələrin əldə etdikləri balans mənfəətindən (vergidən azad edilən gəlirdən başqa) həmin gəlirlərin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərcləri çıxmaq
müəssisələrin əldə etdikləri brutto gəlirdən (vergidən azad edilən gəlirdən başqa) həmin gəlirlərin əldə edilməsi ilə bağlı gəlirdən çıxılan xərcləri çıxmaq
Vergi ödəyicisinin aşağıdakı xərclərinin gəlirdən çıxılmasına yol verilmir:
faktiki ezamiyyə xərclərinin Nazirlər Kabinetinin müəyənləşdirdiyi normadan artıq olan hissəsi;
Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergilər;
məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr;
əmək haqqı kartlarının alınmasına çəkilən xərclər;
kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin;
Vergi ödəyicisi hansı halda ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir?
Əgər malların təqdim edilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə
Əgər vergi ödəyicisinin mühasibat kitablarında şübhəli borc məbləğinin dəyəri olmayan borc kimi sildikdə
Əgər vergi ödəyicisinin balansında şübhəli borc məbləğinin dəyəri olmayan borc kimi sildikdə
Əgər malların təqdim edilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməmişdirsə
Banklar qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri gəlirdən çıxmaq hüququna malikdirlərmi?
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər
malikdir
malik deyil
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq
Sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxs ehtiyat sığorta fondlarına ayırma məbləğlərini gəlirdən çıxmaq hüququna malikdirmi?
malik deyil
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun olaraq malikdirlər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər
vergi qanunvericiliyində müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər
Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları gəlirdən çıxılırmı?
Çıxılır
Çıxılmır
Yalnız sahibkarlıq fəaliyətiində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları çıxılır
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada çıxılır
Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi...
5 ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir
3 ilədək davam edən sonrakı dövrə keçirilir və həmin illərin mənfəəti hesabına kompensasiya edilir
belə əmlakın təqdim edilməsindən əldə olunan gəliri hesabına kompensasiya edilir
gələcək 3 ilədək davam edən sonrakı dövrə keçirilir və belə əmlakın təqdim edilməsindən götürülən gəlir hesabına kompensasiya edilir
Vergi ödəyicisi vergi uçotunun hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır:
vergi ödəyicisi birmənalı olaraq vergi öhdəliklərini yerinə yetirir;
vergi öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
əqd və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir;
vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir;
maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir;
Borc öhdəliyi üzrə faizlər ödənişlərin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə xərc hansı qaydada bölüşdürülür?
borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmə müddətləri üzrə
həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə
onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə
gəlirlərin vergi dövrləri üzrə proporsional bölüşdürülməsi prinsipinə əsasən
Hesablama metodunun tətbiqi zamanı vergi ödəyicisi borc öhdəliklər üzrə gəlir əldə edirsə gəlir almaq hüququ nə vaxt əldə edilmiş sayılır?
borc öhdəlikləri müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt
müqavilədə nəzərdə tutulan işlərin görülməsinin tam başa çatdığı vaxt
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt
gəlirlərin faktiki əldə edilmə vaxtı
Hesablama metodunun tətbiqi zamanı icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, gəlir hansı qaydada bölüşdürülür?
onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə
icarə müqaviləsi üzrə ödəmə müddətləri üzrə
gəlirlərin vergi dövrləri üzrə proporsional bölüşdürülməsi prinsipinə əsasən
onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə
Hesablama metodunda gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlir və xərclər nə vaxt nəzərə almalıdır?
müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt
müvafiq surətdə pul vəsaitlərinin bankdakı hesaba daxil olduğu və ya xərclərin ödənildiyi vaxt
müvafiq surətdə xərcin çəkilməsi hüququnun əldə edildiyi və ya barədə gəlir almaq öhdəliyin yarandığı vaxt
müvafiq surətdə pul vəsaitlərinin bankdakı hesaba daxil olduğu və ya xərclərin ödənildiyi vaxt
Kassa metodunda xərclər üzrə pul vəsaiti nağdsız qaydada ödənildikdə, xərcin çəkildiyi vaxt nə hesab olunur?
vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı ödəniş tapşırığının bank tərəfindən alındığı vaxt
vergi ödəyicisinin pul vəsaitinin akreditiv edilməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt
vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı ödəniş tələbnaməsinin bank tərəfindən alındığı vaxt
vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı sərəncamının tələbnaməsinin bank tərəfindən alındığı vaxt
Kassa metodunda qarşılıqlı hesablaşmalar aparıldıqda vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi (ödənildiyi) halda gəlirlər nə vaxt əldə edilmiş hesab olunur?
vergi ödəyicisinin nağd pul vəsaitini aldığı vaxt
vergi ödəyicisinin pul vəsaitinin alınması haqqındakı ödəniş tapşırığının bank tərəfindən alındığı vaxt
gəlirlərin faktiki əldə edilmə vaxtı
öhdəliyin ləğv edildiyi (ödənildiyi) vaxt
Ölkə hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir (mənfəət) vergisinin məbləği hansı həddə nəzərə alınır?
Azərbaycan Respublikasında həmin gəlirdən (mənfəətdən) tutulan vergi məbləğindən çox olmamalıdır
həmin vergi məbləği nəzərə alınmır
Müəyyən edilmiş normativlər həddində alınır
Bu ölkələr arasında bağlanmış müqavilənin şərtlərindən aslıdır
İlin sonuna əsas vəsaitin qalıq dəyəri hansı məbləğdən az olduqda vergitutulan gəlirdən çıxılır?
100 manatdan
400 manatdan
500 manatdan
200 manatdan
