WorksheetsAzərbaycan dilində işgüzar və akademik kommunikasiya - 21
Total questions: 10
Worksheet time: 5mins
1. Düzgünlük cəhətdən nitq neçə formada olur?
3
2
1
4
5
2. Dilin təmizliyini qoruyub saxlamaq üçün nələrə əməl etmək lazımdır? Səhv cavabı göstərin:
Nitqdə məhəlli dialektlərə, yerli şivələrə məxsus danışıq tərzinə yol verilməməlidir.
Əcnəbi sözlər lüzumsuz işlədilməməlidir.
Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmamalıdır.
Jarqon sözlərin və ifadələrin işlədilməsi məqbul sayılmamalıdır.
Mədəni danışıqda söyüş və qarğışlara, ədəbsiz, təhqiramiz, qeyri-etik sözlərə və ifadələrə yer verilməməlidir.
3. Sadə nitq ........ uzaq olmalıdır. Biri səhvdir:
yalançı pafosdan
hər cür sünilikdən
aydın və anlaşıqlı fikirlərdən
qondarma ifadələrdən
təmtəraqdan
4. Akademik kommunikasiya prosesində nitqin düzgünlüyü barədə verilmiş fikirlərdən biri səhvdir:
Düzgün nitq qarşılıqlı anlaşmanın açarıdır.
Nitqin bu keyfiyyəti olmasa, nitq ünsiyyətinin dəqiqlik, məntiqlilik, uyarlıq kimi kommunikativ keyfiyyətləri pozular.
Düzgün nitq heç vaxt ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərmir.
Düzgünlük kommunikativ keyfiyyətdir.
Onun komponentlərinə təkrarlanma, yerləşdirilmə, birləşdirilmə və dəyişdirilmə daxildir.
5. Nitqin zənginliyi nədir? Cavablardan biri yanlışdır:
Nitqin zənginliyi dil və nitq əlaqəsi əsasında meydana gəlir.
Nitqin zənginliyi bütün üslublar üçün səciyyəvidir.
Bədii və publisistik üslublarda nitq zəif, elmi üslubda isə zəngindir.
Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır.
Nitqdə müxtəlif və təkrarlanmayan dil vahidlərinin işlədilməsi nitqi zənginləş-dirir.
6. Nitqin aydınlığı nədir? Səhv cavabı göstərin:
Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır.
Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir.
Nitqin aydınlığı üçün əsas amil danışanın (eləcə də oxuyanın və yazanın) nitq obyekti haqqında mükəmməl məlumata malik olmasıdır.
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır.
Nitqin aydınlığı nitqdə dialektizm və varvarizmlərdən istifadə edilməsidir.
7. Fikirlərdən biri nitqin ifadəliliyinə aid deyil:
Nitqinifadəliliyi ünsiyyət mühiti, dilin struktur sahələri və üslub sistemi ilə şərtlənir.
İfadəli nitq təfəkkürlə, dili yaxşı bilməklə və onun ifadəlilik imkanlarını qiy-mətmətləndirməklə əlaqədardır.
Nitq düzgün, dəqiq, təmiz, məntiqi olmaqla yanaşı, dərin mənalı, təsirli və ifadəli olmalıdır.
İfadəli nitq üçün bacarıq və vərdiş əsas şərt deyil.
İfadəlilik keyfiyyətinin əmələ gəlməsində dilin bütün sistemləri ─ fonetika, leksika, semantika, qrammatika, intonasiya, üslubiyyat iştirak edir.
8. Biri nitqin məntiqliliyi ilə əlaqədar deyil:
Məntiqlilik nitqin ən mühüm keyfiyyətidir.
Obyektiv gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün “məntiqi nitq” adlanır.
Kommunikativlik keyfiyyəti kimi məntiqlilik dəqiqliklə əlaqədar deyil.
Dəqiqlik kimi, məntiqlilik nitqin əlverişliliyi, hərəkiliyi və uyğunluğu kimi keyfiyyətlərin formalaşması bazasıdır.
Məntiqliliyin iki qanunauyğun şərti var: dilxarici və dildaxili.
9. Ahəngdarlığı təmin edən xüsusiyyətlərdən biri yanlış göstərilmişdir:
Açıq hecaların yüksək intonasiya ilə tələffüzü nitqin ahəngdarlığına, uyğunluğuna, axıcı olmasına təsir göstərir.
Azərbaycan sözlərində saitlər, sonor və cingiltili samitlər işlənmə tezliyinə və kəmiyyətinə görə fərqlənir.
Ahəng qanununun nitqin uyarlığında rolu böyükdür.
Cümlədə eyniköklü üzvlərin ardıcıl sıralanması nitqin ahəngdarlığına imkan yaradır.
Nitqin ahəngdarlığı deyiləndə, onun qeyri-səlisliyi nəzərdə tutulur.
10. Nitqin yığcamlılığı dedikdə, nə nəzərdə tutulur? Yanlış cavabı göstərin:
Yığcam nitq dedikdə, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.
Yığcam nitq uzunçuluğa qarşı qoyulan bir anlayışdır.
Fikri əhatə etməklə qısa danışmaq bacarığı istedad əlaməti deyil.
Yığcam nitq danışandan dərin bilik, həssas düşüncə, zəngin lüğət ehtiyatı tələb edir.
