NEW
Font size
WorksheetsSADƏLƏŞDİRİLMİŞ VERGİ
Total questions: 30
Worksheet time: 5mins
Aşağıda göstərilənlərdən hansı sadələşdirilmiş verginin ödəyicisi ola bilər?
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan az olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər
ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olan fiziki və hüquqi şəxslər
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan çox olan tikinti şirkətləri
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 100.000 manatdan çox olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər
Aşağıda göstərilən hansı şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ vardır?
vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan az olan hüquqi və fiziki şəxslər
əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər
aksizli mallar istehsal edən şəxslər
kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar
Mülkiyyətində olan torpaq sahələrinin təqdim edən şəxslər üçün sadələşdirilmiş verginin vergitutma obyekti nə hesab olunur?
mülkiyyətində olan torpaq sahələrinin dəyəri
mülkiyyətində olan torpaq sahələri
mülkiyyətində olan torpaq sahələrinin hər 100 m2
mülkiyyətində olan torpaq sahələrinin bir sotu
Malların təqdim edilməsindən əldə etdiyi vəsaitin məbləği (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən hansı dərəcə ilə sadələşdirilmiş vergi hesablanır?
2 faiz
4 faiz
Bakı şəhərində 4%, regionlarda isə 2%
8%
İctimai iaşə fəaliyyəti göstərən şəxs hesabat dövri ərzində təqdim edilmiş mallara görə əldə edilmiş ümumi hasilat və satışdankənar gəlirlərə görə hansı faiz dərəcəsi ilə vergi ödəyir?
2%
4%
6%
8%
İdman mərc oyunlarının operatoru üçün sadələşdirilmiş verginin vergitutma obyekti nədir?
oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti
operatorun ona verdiyi komisyon haqqı
təqvim ili ərzində mərc oyunlarından daxil olmuş vəsaitlər
hesabat ayı ərzində mərc oyunlarından daxil olmuş vəsaitlər
İdman mərc oyunlarının satıcısı üçün sadələşdirilmiş
verginin vergitutma obyekti nədir?
oyun iştirakçılarından qəbul edilmiş pul vəsaiti
operatorun ona verdiyi komisyon haqqı
təqvim ili ərzində mərc oyunlarından daxil olmuş vəsaitlər
hesabat ayı ərzində mərc oyunlarından daxil olmuş vəsaitlər
Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs hansı vergilərin ödəyiciləri deyil?
ƏDV, aksizlər və mənfəət vergisinin
ƏDV, mənfəət vergisinin
ƏDV və gəlir vergisinin
ƏDV, aksizlər və gəlir vergisinin
Sadələşdirilmiş vergini ödəyən fiziki şəxslər hansı vergilərin ödəyiciləri deyil?
ƏDV, aksizlər və mənfəət vergisinin
ƏDV və gəlir vergisinin
ƏDV, aksizlər və gəlir vergisinin
ƏDV, mənfəət vergisinin
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri 1 oturacaq yerinə görə nə qədər vergi ödəyirlər?
8 manat
1,8 manat
9 manat
1,6 manat
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər üçün üçün vergitutma obyekti nədir?
mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri
təqvim ili ərzində vergi ödəyicisi tərəfindən satılmış mənzillərin, zirzəmi, mərtəbə və çardaqlar daxil olmaqla tikilən binanın ümumi sahəsi
bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri
mülkiyyətində olan qeyri-yaşayış sahələrinin, o cümlədən fərdi sahibkarlardan satın alınmış yaşayış və qeyri-yaşayış sahələri
Aşağıdakılardan hansılar sadələşdirilmiş verginin vergitutma obyektlərinə aid edilir?
Hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən alınmış mallara (işlərə, xidmətlərə) və əmlaka görə alıcılar tərəfindən ödənilmiş pul vəsaitləri
Hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən əldə edilmiş ümumi gəlir (satışdankənar xərclərin məbləği qədər azaldılmış)
Hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi
Hesabat dövri ərzində vergi ödəyicisi tərəfindən satılmış mallara görə əldə edilmiş ümumi gəlirlə satışdankənar xərclər arasındakı fərq məbləği
Mülkiyyətində olan avtonəqliyyat vasitələri ölkə ərazisində sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin vergitutma obyekti nə hesab olunur?
.onların mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin balans dəyəri
onların mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri
onların mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin ilin sonuna olan qalıq dəyəri
onların mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərrikinin həcmi
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma sadələşdirilmiş verginin obyekti nə hesab olunur?
satılmış binanın yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri dəyəri
tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri, həmçinin tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi
satılmış binanın yaşayış və qeyri-yaşayış sahələrinin dövlətə ayrılan hissəsi, o cümlədən ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri
.tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sahəsi
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrı aparılmadıqda, hansı vergi dərəcəsi tətbiq edilir?
ən aşağı vergi dərəcəsi
ən yüksək vergi dərəcəsi ilə ən aşağı vergi dərəcəsinin fərqi
bütün vergi dərəcələrinin cəminin yarısı
ən yüksək vergi dərəcəsi
Avtomobil nəqliyyatı vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər üçün sadələşdirilmiş vergi nəyə əsasən müəyyən edilir?
1 ton yükgötürmə qabiliyyətinə görə
avtonəqliyyat vasitəsinin buraxılış ilinə görə
mühərrikin gücünə görə
mühərrikinin həcminə görə
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri nə qədər vergi ödəyirlər?
oturacaq yerinə görə 9 manat
1 oturacaq yerinə görə 8 manat
1 oturacaq yerinə görə 1,6 manat
1 oturacaq yerinə görə 1,8 manat
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti nəyə əsasən müəyyən edilir?
avtomobil nəqliyyatı vasitələrinin sürücülük vəsiqəsinə və qeydiyyat şəhadətnaməsinə
avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə
yerlərin faktiki sayına görə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında
Çəkməçi, pinəçi fəliyyəti ilə məşğul olan şəxslər üçün aylıq sabit vergi məbləği nə qədər müəyyən edilmişdir?
10 manat
5 manat
30 manat
20 manat
İaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) üçün aylıq sabit vergi məbləği nə qədər müəyyən edilmişdir?
30 manat
20 manat
15 manat
10 manat
Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq sabit vergi məbləği nə qədər müəyyən edilmişdir?
30 manat
20 manat
15 manat
10 manat
Fərdi qaydada dərzilik fəaliyyəti ilə məşğul olan şəxslər üçün aylıq sabit vergi məbləği nə qədər müəyyən edilmişdir?
30 manat
20 manat
15 manat
10 manat
Taksi ilə sərnişin daşınmasına görə sadələşdirilmiş verginin tətbiq edildiyi ölçü vahidi hansıdır?
1 ədəd oturacaq yeri
1 ton yükgötürmə qabiliyyəti
1 ədəd nəqliyyat vasitəs
oturacaq yerlərinin sayı
Avtomobil nəqliyyatı vasitələri ilə yük daşımalarına görə sadələşdirilmiş vergi hansı məbləğdə hesablanılır?
hər tonuna görə 9 manat
hər tonuna görə 2 manat
hər tonuna görə 1 manat
hər tonuna görə 1,8 manat
Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edən şəxslər üçün sadələşdirilmiş vergi vergitutma obyektinin hər kvadratmetri üçün nə qədər vergi hesablanılır?
25 manat
10 mana
45 manat
15 manat
POS-terminal vasitəsilə pərakəndə ticarət formasında ödəmələr əsasında formalaşan vergitutma obyekti hansı dərəcə ilə hesablanır?
6 %
8 %
4 %
2 %
Mülkiyyətində olan torpaq sahələrinin təqdim edən şəxslər üçün sadələşdirilmiş torpaq sahələrinin hər kvadratmetri üçün nə qədər vergi müəyyən edilmişdir?
0,5 manat
1,5 manat
2,5 manat
15 maanat
Mülkiyyətində olan qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi hesablanmış məbləğə hansı əmsal tətbiq edilməklə hesablanır?
1,5
1,3
1,1
1,2
İdman mərc oyunlarının iştirakçıları sadələşdirilmiş vergini dövlət büdcəsinə nə vaxt ödəməlidir? hər
hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
növbəti ayın 15-dən gec olmayaraq
növbəti ayın 20-dən gec olmayaraq
rübdən sonrakı ayın 20-dən gec olmayaraq
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği necə hesablanır?
müəyyən edilmiş vergi dərəcəsini aylıq hasilatının həcminə tətbiq etməklə
müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə
müəyyən edilmiş vergi məbləğini müvafiq əmsala vurmaqla
müəyyən edilmiş vergitutma obyektinə müvafiq əmsal vurmaqla
