Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Qərar vermə

Total questions: 12

Worksheet time: 12mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı qərar vermənin xüsusiyyətlərindən biri deyil?

a)

Qərar vermə problemlərə və ya problemlərin həllinə yönəlmiş bir fəaliyyətdir,

b)

Gələcəyi qiymətləndirərək keçmiş üçün edilən fəaliyyətdir,

c)

Fərdi və ya qrup fəaliyyəti ilə bağlı ola bilər,

d)

Nəticələri dəqiq müəyyənləşdirilə bilinməyən hadisələr formalaşdıran bir fəaliyyətdir,

e)

Müxtəlif məntiqi təhlilləri tələb edən bir fəaliyyətdir.

2.

Qərar qəbul etmənin bütün modellərdə ilk addım və ya mərhələ hansıdır?

a)

qiymətləndirmə sisteminin yaradılması.

b)

problemin müəyyən edilməsi/informasiyanın toplanması,

c)

faktorları məhdudlaşdırmaq,

d)

həllərin inkişafı,

e)

alternativlərin analizi,

3.

Aşağıdakı addımlardan biri 5 addımda qərar qəbul etmə modelində yoxdur:

a)

problemin müəyyən edilməsi,

b)

məlumat toplama,

c)

qərar qəbul etmək,

d)

qərarın icrası.

e)

qiymətləndirmə sisteminin yaradılması.

4.

Kompleks qərar qəbul etmə modelində hansı mərhələ nəzərdə tutulur?

a)

birinci, ikinci və üçüncü mərhələ

b)

vacib, orta, vacib olmayan

c)

aşağı, orta və üst

d)

təcili, sürətli və yavaş

e)

girişlər, proseslər və çıxışlar

5.

Aşağıdakılardan hansı istifadə olunan üsula və məlumat mənbəyinə görə qərarın növlərinə aid deyil?

a)

intuitiv

b)

insayt

c)

exclusive

d)

mülahizlərə əsaslanmış

e)

adət və ənənələr görə verilən qərarlar,

6.

İntuitiv qərar nədir?

a)

konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsinə əsaslanan qərardır

b)

onun düzgünlüyünün hiss edilməsinə əsaslanan qərardır

c)

bilik və ya əldə edilmiş təcrübəyə əsaslanan qərardır

d)

mentalitetə görə verilən qərardır

e)

araşdırman nəticəsində əldə edilən məlumatlara əsaslanan qərardır

7.

Aşağıdakı fikirlərdən hansını rasional qərarlara aid etmək olar?

a)

Bu qərarların müəllifləri qeyri məhdud sayda müxtəlif ideyalar yaradırlar, lakin onları yoxlaya bilmirlər.

b)

Qərarlar kifayət qədər əsaslandırılmadığından tam reallaşa bilmir.

c)

Bu qərarın müəllifləri öz mülahizələrinin ciddi əsaslandırılmasına ehtiyac duymurlar, çünki onlar əmindirlər ki, onları təhlükələr məhdudlaşdıra bilməz.

d)

menecerlər tərəfindən bütün variantlar dəqiqliklə qiymətləndirilir və onlar işə maksimal tənqidlə yanaşırlar.

e)

Bu qərarlar obyektiv analitik proses vasitəsilə əsaslandırılır və reallaşdırılır.

8.

Müddətlərinə görə qərarın növləri hansılardır?

a)

üst, orta və aşağı səviyyəli qərarlar

b)

vacib, təcili və uzunmüddətli qərarlar

c)

qısa, orta, uzunmüddətli qərarlar

d)

əsas və asılı qərarlar

e)

yekdilliklə qəbul edilmiş qərarlar, səs çoxluğu ilə qəbul edilmiş qərarlar

9.

Aşağıdakı bəndlərdən biri doğru qərar verməyə mane olan gizli faktordan deyil:

a)

Beynimiz qərar qəbulu ilə bağlı ona çatan ilk informasiyaya önəm verir.

b)

Çox zaman mövcud vəziyyəti dəyişməyə israr edirik.

c)

Qararlar qəbul edərkən keçmiş seçimlərimizə, qərarlarımıza haqq qazandırmaq məcburiyyətində qalırıq

d)

Həqiqətən də doğru qərarı vermək, yoxsa ağılınızdakını başqalarına qəbul etdirmək istəyirik?

e)

Gəlirin və ya zərərin fərqli məqsədlər üçün ön plana çıxması

10.

Problem nədir?

a)

qəbul oluna bilən davranışdır


b)

ehtimal olunan münasibətdir

c)

baş verənlər arasında əlaqədir

d)

baş vermiş və baş verəcək hadisə arasında əlaqədir

e)

qəbul oluna bilən davranışdan kənaraçıxmadır.

11.

Bloom taksonomiyasına görə idrakın ən yuxarı səviyyəsi hansıdır?

a)

Yaradıcı düşüncə

b)

Xatırlama

c)

Analiz

d)

Tətbiq etmə

12.

Stress yarada bilən hallarda vəziyyətə 3-cü mövqedən baxmaq aşağıdakılardan hansını bildirir?

a)

İnsan özünün mövqeyindən təsəvvür etməyə çalışır

b)

İnsan qarşı tərəfin mövqeyindən baxmağa çalışır

c)

Nə özünün, nə də qarşı tərəfin deyil, neytral tərəfdən baxmağa çalışır

d)

Vəziyyətə qlobal baxış bucağından baxmağa çalışır