Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ƏMİ 5-6-7-ci mövzular

Total questions: 40

Worksheet time: 17mins

Name
Class
Date
1.

Aşağıdakı ifadələrdən hansı cəmiyyətin iqtisadi həyatının təşkil edilməsinin və tənzimlənməsinin təsərrüfat mexanizmidir?

a)

Ümumi iqtisadi ziyanı müəyyən edir.

b)

İqtisadi siyasəti proqnozlaşdırır.

c)

Dövlət tənzimlənməsini və iqtisadiyyatın ayrı-ayrı sahələrinin idarə edilməsini həyata keçirir.

d)

İqtisadi ziyanların hesablanma metodlarını öyrənir.

2.

Aşağıdakı ifadələrdən hansı idarəetmənin təsərrüfat mexanizmi funksiyalarına aid deyil?

a)

İctimai istehsalın bütün struktur elementlərinin tam sistem kimi qarşılıqlı əlaqəsini təmin edir.

b)

Cəmiyyətin, hər bir işçinin, ayrı-ayrı sahibkarların iqtisadi maraqlarını təmin edir.

c)

İnsanların sosial və iqtisadi maraqlarını təmin edir.

d)

Dövlətin iqtisadi siyasətini həyata keçirir.

3.

Təbiətdən istifadənin təsərrüfat mexanizmi neçənci ildən yaranmağa başladı?

a)

1945-1950-ci illərdən

b)

1960-1970-ci illərdən

c)

1980-1990-ci illərdən

d)

2000-ci illərdən sonra

4.

Təbiətdən istifadənin inzibati tənzimlənməsinin əsasını hansı standartlar təşkil edir?

a)

iqtisadi idarəetmə

b)

iqtisadi standartlar

c)

İnzibati idarə etmə

d)

Ekoloji standartlar

5.

Ətraf mühitə dəyən ziyan dedikdə nə başa düşürsünüz?

a)

Təbii tarazlığın pozulması

b)

Təbiətə vurulan ziyan nəticəsində təbii göstəricilərin pisləşməsi

c)

Çirklənmə nəticəsində ətraf mühitdə təbii ehtiyatların kəmiyyət və keyfiyyətində baş verən dəyişikliklər və bu dəyişikliklərin nəticələrinin pulla qiymətləndirilməsi

d)

Ətraf mühitə dəyən ziyanın kompleks qiymətləndirilməsi

6.

Antropogen təsir nəticəsində ətraf mühitin çirklənməsi və tükənməsi əsasən üç sahəyə ciddi təsir göstərir. Onlar hansılardır?

a)

Ekoloji, sosioloji, iqtisadi

b)

iqtisadi, siyasi, antropogen

c)

Sosial, ekoloji obyektlər, iqtisadi çirklənmə

d)

Ekoloji vəziyyət, təsərrüfat obyektləri, insan sağlamlığı

7.

İstehsalın gəlirliyini və səmərəliliyini yüksəltmək məqsədilə idarəetmədə tətbiq olunan prinsip, üsul, forma və vasitələrin məcmusu necə adlanır?

a)

Ekspertiza

b)

Lisenziya

c)

Sertifikatlaşdırma

d)

Menecment

8.

Menecment anlayışının vətəni haradır?

a)

Rusiya Federasiyası

b)

Almaniya

c)

Amerika Birləşmiş Ştatları

d)

Böyük Britaniya

9.

Həm nəzəri, həm də praktiki planda müasir idarəetmə sferası üçün üç yeni tendensiya xarakterikdir. Aşağıdakılardan hansı bu idarəetmə sferasına aid deyil?

a)

Daha çox sağlam düşüncə və real həqiqətlərə əsaslanır.

b)

Çətin sistemlərdə fəaliyyət göstərmək üçün ƏM-lə əlaqədə özünü peşakar hiss etmək vərdişi

c)

Ekoloji menecmentin strateji səmərəliliyi

d)

Menecmentin beynəlmiləlləşdirilməsi

10.

Menecmentlik nədir?

a)

İtehsal sahələrinin idarə edilməsi

b)

İstehsal sahələrinə nəzarət edir

c)

Bazar iqtisadiyyatı, bazar və rəqabət şəraitində idarəetmədir

d)

İqtisadi münasibətləri tənzimləyir

11.

Aşağıdakı ifadələrdən hansı ekoloji menecmentin konsepsiyasına daxil deyil?

a)

Ekoloji proseslərin idarə olunmasının əsaslandırılması

b)

Texnoloji innovasiya proseslərinin idarəedilmə funksiyası

c)

Ekoloji menecmentin əhatə dairəsi

d)

Ekoloji menecmentdə elmin metodologiyası və rolu

12.

Aşağıdakı ifadələrdən hansı ekoloji menecmentin prinsiplərinə aid deyil?

a)

Eko menecmentdə təfəkkürə əsaslanma

b)

Prosesual yanaşmada məqsədyönlülük

c)

Eko problemlərin həllində ardıcıllıq

d)

Ekoloji qadağaların istehsalın xeyrinə istifadə olunması

13.

Aşağıdakı ifadələrdən hansı ekoloji menecmentin əsas vəzifələrinə aid deyil?

a)

Ekoloji cəhətdən tam təhlükəsiz istehsal prosesinin təşkili

b)

Qəbul olunmuş ekoloji siyasətə uyğun təbiətdən istifadə fəaliyyətinin planlaşdırılması

c)

Optimal ekoloji-iqtisadi uyğunluğun müəyyən edilməsi

d)

Məhsul istehsalının daim təkmilləşdirilməsi

14.

Ekoloji menecmentin əsas neçə prinsipi mövcuddur?

a)

5

b)

10

c)

12

d)

2

15.

Aşağıdakı metodlardan hansı təbiətdən istifadənin idarəetmə metodlarına aid deyil?

a)

İnzibati-dövlət məcburiyyəti imkanı ilə təmin edilən

b)

İqtisadi

c)

Sosial-psixoloji

d)

Emprik metod

16.

Ekoloji standartlar ətraf mühitin çirklənməsinin bütün aspektlərini əhatə edir. Aşağıdakılardan hansı ekoloji standartlara aid deyil?

a)

ƏM-in keyfiyyət standartları

b)

Müəyyən istehsal prosesinin ƏM-ə təsir etmə standartı

c)

Texnoloji standartlar

d)

İqtisadi artım standartları

17.

Təbiətdən istifadənin idarəedilməsinin mühüm vasitəsi nədir?

a)

Ekoloji sertifikatlaşma

b)

Ekoloji lisenziyalaşdırma

c)

Ekoloji normalaşdırma

d)

Təsərrüfat mexanizmi

18.

Təbiətdən istifadənin və ƏMM-nin idarə edilməsi üsullarına aid deyil?

a)

Qeyri-tiskal üsullar

b)

Dövlət gəlirləri ilə əlaqədar üsullar

c)

Dövlət məsrəfləri ilə bağlı üsullar

d)

Ətraf mühitə dəyən zərərin iqtisadi və ekoloji qiymətləndirilməsi üsulları

19.

Ekoloji-iqtisadi proqnozlaşdırmada və planlaşdırmada əsasən hansı ideya əsas götürülür?

a)

Dayanıqlı inkişaf

b)

Sıfır artım

c)

Davamlı inkişaf

d)

Sosial problemlər

20.

Dayanıqlı inkişaf konsepsiyası BMT-nin rəsmi mövqeyi qismində neçənci ildə qəbul edilmişdir?

a)

1956

b)

1976

c)

1990

d)

1992

21.

Aşağıdakı ifadələrdən hansı auditorun hüquqlarına aid deyil?

a)

Aparılan təsərrüfat subyektlərinin rəhbərliyindən və digər işçilərdən yazılı izahat almaq

b)

Ekoloji auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları, mütəxəssisləri cəlb etmək

c)

Müəssisənin fəaliyyətin dayandırmaq

d)

Ekoloji auditor təsərrüfat subyektlərinin ekoloji və maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə tanış olmaq və lazımi məlumatlar almaq

22.

Müəssisələr tərəfindən ekonormalara əməl edilməsinə, istifadə edilən TEE-nın kompleks uçotu və istehsalın ƏMT-ni müəyyən etmək məqsədilə təsərrüfat subyektlərinin hansı sənədləşməsi həyata keçirilir?

a)

Ekoloji sertifikatlaşması

b)

Lisenziyalaşması

c)

Ekoloji normalaşdırılması

d)

Ekoloji pasportlaşma

23.

Hansı sənəd sənaye müəssisələrinin əsas normativ-texniki sənədi hesab olunur?

a)

Müəssisənin təsdiq edilmiş proyekti

b)

Ekoloji pasport

c)

Təbii ehtiyatlarda istifadə etməj üçün lisenziya

d)

Müəssisənin strukturu

24.

Aşağıdakı göstəricilərdən hansı müəssisənin ekoloji pasportuna daxil deyil?

a)

Müəssisədə istifadə olunan texnologiyalar haqqında məlumat

b)

istehsal olunan məhsulun kəmiyyət xarakteri

c)

Müəssisənin yenidənqurma layihələrinin ekspertizası

d)

Ekoloji pasport müəssisə layihə edilərkən layihəçi-təşkilat tərəfindən işlənib hazırlanır

25.

Aşağıdakı ifadələrdən hansı ekoloji auditorun vəzifələrinə aid deyil?

a)

Ərizə verən şəxsin attestasiyası

b)

Yoxlama zamanı alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək

c)

Mülkiyyət formasından asılı olmayaraq TEİ və onun bərpası ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmaq

d)

Auditor yoxlamalarını və zəruri məsləhət xidmətlərini mövcud qanunvericilik üzrə keyfiyyəti həyata keçirmək

26.

Müassir dövrdə ekomenecmentin inkişafını müəyyən edən neçə ekoloji amil vardır?

a)

5

b)

9

c)

2

d)

7

27.

Audit nədir?

a)

Audit sözü ingilis dilində yoxlanma, mühasib kitablarının və hesabatlarının təftişi mənasını verir

b)

Sahibkarlıq riskinin, informasiya risklərinin azaldılmasına yönəldilmiş fəaliyyət növü olub, təsərrüfat fəaliyyətinə əlverişli şərait yaradır

c)

Müəyyən dövr ərzində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan şəxslərdir

d)

Audit biznesin ekspertizasın həyata keçirir

28.

Auditorların başlıca məqsədi?

a)

Auditsiya olunan obyekt haqqında real və dəqiq məlumat əldə etməkdir

b)

Auditorluq müstəqil nəzarət formasıdır

c)

Maliyyə-iqtisadi sferada ekspert fəaliyyətidir

d)

Məhsulun keyfiyyətinə nəzarət edir

29.

Adətən ekoloji audit üç iatiqamətdə həyata keçilir. Aşağıdakı ifadələrdən hansı düzgün istiqamət deyil?

a)

İstehsal obyektlərinin ekoloji auditi

b)

Ərazinin ekoloji auditi

c)

Sənaye müəssisələrinin ekoloji auditi

d)

Ekoloji konsaltinq

30.

Ekoloji konsaltinq əsasən hansı sahələrlə sıx bağlıdır?

a)

Böyük şəhərlərdə ƏMM-i problemləri ilə

b)

İstehsalın texnoloji aspektləri və torpaqlardan istifadə məsələləri ilə

c)

Əmək haqqları ilə

d)

Əhali artımı dinamikası ilə

31.

Ekoloji audit neçə mərhələdə həyata keçirilir?

a)

2 mərhələ

b)

3 mərhələ

c)

4 mərhələ

d)

5 mərhələ

32.

Ekoloji audit əsasən 3 mərhələdə həyata keçirilir. Aşağıdakılardan hansı 1-ci mərhələyə aiddir?

a)

İlkin materiallar toplanır və qiymətləndirilir, müəssisənin işçi heyəti ilə iş aparılır, daxili sənədlərlə tanışlıq həyata keçirilir.

b)

Audit planı hazırlanır, obyektlər və komanda seçilir, iş qrafiki tutulur

c)

Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tövsiyyələr və təkliflər hazırlanır

d)

3 hissədən ibarət rəy hazırlanır

33.

Ekoloji pasport kim tərəfindən tərtib edilib?

a)

Ekologiya və təbii sərvətlər nazirliyi

b)

İcra strukturları

c)

Müəssisəni layihələşdirən layihəçi

d)

Layihəçi-təşkilat

34.

Ekoloji pasport neçə nüsxədə tərtib olunur?

a)

5

b)

4

c)

3

d)

2

35.

Ekoloji pasportun neçə bölməsi vardır?

a)

2

b)

4

c)

10

d)

11

36.

Aşağıdakı ifadələrdən hansı şəhərlərin ekoloji pasporrtunun bölmələrinə aid deyil?

a)

Şəhər əhatəsində ƏM-n fiziki-kimyəvi parametrlərini və əhalinin sağlamlığının vəziyyətinin qiymətləndirilməsi

b)

Mühəndis-təsərrüfat və komunal-təsərrüfat təsir nəticəsində ƏM-ə baş verən dəyişikliklərə nəzarət

c)

Şəhər təsərrüfatının planlaşdırılması, idarə edilməsi, təbii texnogen, TMT-i ilə olan əlaqələrinin optimallaşdırılması

d)

Müəssisədə yaranan tullantıların xarakteristikası

37.

Şəhərlərin ekoloji pasportu neçə bölmədən ibarətdir?

a)

2

b)

12

c)

3

d)

11

38.

Şəhərlərin ekoloji pasportu, müəssisələrin ekoloji pasportundan hansı xüsusiyyətlərinə görə fərqlənir?

a)

Tərtibatına görə

b)

Bölmələrinə görə

c)

Spesifikasiyasına görə

d)

Fərqlənmir

39.

Mütəşəkkil tullantı mənbələri 0001-5999, qeyri-mütəşəkkil tullantı mənbələri 6001-9999 haqqında məlumat ekoloji pasportun hansı bölməsinə aiddir?

a)

11-ci bölmə

b)

5-ci bölmə

c)

7-ci bölmə

d)

3-cü bölmə

40.

Audit təbiətdən istifadəçi müəssisəni yoxlamaqdan nə zaman imtina edir?

a)

Təbiətdən istifadəçi ilə audit arasında müqavilə şərtləri pozulduqda

b)

Təbiətə vurulan zərər konsentrasiyanın izn həddindən çox olduqda

c)

Qoyulan iqtisadi-ekoloji tələblərə tabe olmadıqda

d)

Təşkilat tərəfindən audit üçün lazım olan sənədlər təqdim edilmədikdə