wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Təşkilatda kadr axını problemləri. Peşəkar orientasiya və iş

Total questions: 27

Worksheet time: 8mins

Name
Class
Date
1.

Heyətinin toplanması dedikdə nə başa düşülür?

a)

Namizədlərin xarici mənbələrdən toplanmasına təsir edən daxili təşkilati amillər

b)

Vakant pozisiyaların tutulması üçün işçi qüvvəsinin cəlb edilməsinin təşkilati forma və metodları

c)

Vakant pozisiyaların tutulması üçün əmək bazarında işci qüvvəsinin monitorinqi

d)

Yeni açılmış iş yerlərini doldurmaq üçün əmək birjaları və məşğulluq mərkəzləri ilə müqavilə bağlamaq

e)

İşçilərin hazırlığını, iş təcrübəsini və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr üzrə təyinatı

2.

Heyətin toplanmasının səmərəli təşkilində əsas məqsəd nədir?

a)

Vakant iş yerləri haqqında məlumatlar vermək

b)

Yeni açılmış iş yerlərini doldurmaq üçün İR departamentinin və xətti menecerlərin birliyini yaratmaq

c)

Təşkilata yeni ideyalarla dolu işçi götürmək üçün əmək bazarını araşdırmaq

d)

Yaxşı işçilərin seçilməsi və onlarda müəssisə haqqında tam təsəvvür yaratmaq

3.

Yeni açılmış iş yerlərini doldurmaq üçün necə mənbə ola bilər?

a)

1

b)

2

c)

3

d)

4

e)

5

4.

Namizədlərin xarici mənbələrdən toplanmasına təsir edən daxili təşkilati amillərə aiddir:

a)

işçilərin xüsusiyyətləri və peşəkarlıq səviyyəsi

b)

İşçilərin rotasiyası

c)

İnsan Resursları Departamentinin siyasəti və təcrübəsi

d)

Vəzifə öhdəlikləri

e)

Təşkilatın imici

5.

İşçilərin rotasiyası nədir?

a)

Kənar mənbələrdən istifadə etməklə təşkilata yeni, yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçi götürmək

b)

Şirkətin işçilərinin istehsal ehtiyaclarına görə eyni təşkilat, bölmə və ya şöbə daxilində bir vəzifədən digərinə keçməsi

c)

Vakant pozisiyaların tutulması üçün işçi qüvvəsinin cəlb edilməsinin təşkilati forma və metodları

d)

İşçilərin hazırlığını, iş təcrübəsini, işgüzarlığını nəzərə almaqla struktur bölmələr və vəzifələr üzrə yerləşdirilməsi

6.

Bunlardan hansı işçilərin rotasiyasına daxildir:

a)

Fəaliyyət sahəsi eyni qalır, vəzifə yüksəlir, öhdəliklər və ya məsuliyyət dairəsi artır

b)

Vəzifə öhdəlikləri, demək olar, eynidir, yalnız vəzifənin adı dəyişir

c)

Yaxşı hazırlıq keçmiş və yeni ideyalarla dolu işçilərin işə götürülməsi

d)

Vəzifə və öhdəlikər eynidir, ancaq işlədiyi ofisin yeri dəyişir

e)

Fəaliyyət və iş məsuliyyətlərinin tamamilə dəyişməsi - yeni bir iş mövqeyinə keçid

7.

Davamiyyətinə görə rotasiyanın neçə növü var?

a)

2

b)

3

c)

4

d)

5

e)

6

8.

İş yerinin dəyişmə traektoriyasına görə (istiqamətinə görə) rotasiyasıdı:

a)

Zəncirvari, illik, rüblük

b)

Rokirovka , zəncirvari, rüblük

c)

Müvəqqəti, gündəlik, illik,

d)

Rokirovka, müvəqqətı, zəncirvari

e)

Zəncirvari, müvəqqətı, illik

9.

Şöbələr arasında eyni ixtisaslı işçilərin mübadilə prosesidir:

a)

Müvəqqəti rotasiya

b)

Zəncirvari rotasiya

c)

Rokirovka

d)

İllik rotasiya

e)

Rüblük rotasiya

10.

Kadrların seçilməsi məsələlərini əhatə etmir:

a)

namizədlərin keyfiyyət göstəricilərinin məcmuu halda müqayisə edilməsi

b)

bu və ya digər vəzifə üçün mümkün olan namizədlər haqqında informasiya

c)

namizədlər haqqında zəruri məlumatların təhlili

d)

işçilərin hazırlığını, işgüzarlığını və şəxsi keyfiyyətini nəzərə almaqla vəzifələr üzrə təyinatı

e)

nəzərdə tutulan vəzifə ilə namizədin keyfiyyətin müqayisə edilməsi

11.

Rəhbərlik təcrübəsində boş iş yerlərinə heyətin seçilməsinin prinsipial sxeminə daxildir:

a)

təcrübəli rəhbər və mütəxəssislərin təyin edilməsi;

b)

gənc mütəxəssislərin, məktəb məzunlarının qəbulu;

c)

ən yaxşı namizədin seçilməsinə dair qərarın qəbul edilməsi

d)

namizədlərin təhsilinin və təcrübəsinin qiymətləndirilməsi

e)

rəhbər heyət ehtiyatından istifadə.

12.

Heyətin düzgün seçilməsinin kollektivin formalaşmasında əhəmiyyəti bunlardır:

a)

kollektivdə yaxşı psixaloji mühit formalaşdırır

b)

kollektivdə əmək haqqınıln artımına səbəb olur

c)

kollektivdə yüksək əmək fəaliyyətinə səbəb olur

d)

kollektivdə əmək intizamı möhkəmlənir

e)

kollektiv üzvləri işçilər gördüyü işdən həzz alırlar

13.

Kadrların yerləşdirilməsi dedikdə nə başa düşülür?

a)

Vakant pozisiyaların tutulması üçün işçi qüvvəsinin cəlb edilməsinin təşkilati forma və metodları

b)

İşçilərin hazırlığını, iş təcrübəsini və şəxsi keyfiyyətini nəzərə almaqla struktur bölmələr üzrə təyinatı

c)

İşcilərin xarici mənbələrdən toplanmasına təsir edən daxili təşkilati amillər

d)

Yeni açılmış iş yerlərini doldurmaq üçün əmək birjaları və məşğulluq mərkəzləri ilə müqavilə bağlaması

14.

Şəxsiyyətin keyfiyyətini öyrəndikdə aşağıdakı konkret cəhətlər nəzərə alınır:

a)

qabiliyyəti, yaradıcılığı

b)

qabiliyyəti, vəzifə nomenklaturaları

c)

peşə-ixtisas hazırlığı

d)

vəzifə nomenklaturaları, hüquqi-normativ aktlar

e)

xarakteri, sosial təbiətli xassəsi

15.

Kadrlar seçilən zaman nəzərə alınmalı psixomotor tələblərdir:

a)

tələb olunan hərəkətverici reaksiyanın sürəti

b)

tələb olunan yaddaş qabiliyyəti

c)

hərəkətin tələb olunan qaydada əlaqələndirilməsi

d)

iş tempinə, rejiminə dözümlülük qabiliyyəti

e)

işdə tələb olunan hərəkət tempi

16.

Kadrlar seçilən zaman nəzərə alınmalı psixomotor tələblərinə daxil deyil:

a)

işdə ahəngdarlığın vəziyyəti

b)

orqanizmlərin hissetmə qabiliyyəti

c)

hərəkətin tələb olunan qaydada əlaqələndirilməsi,

d)

hərəkətin xarakteri, daimiliyi, hərəkətin dəqiqliyi

e)

gözün tələb olunan görmə qabiliyyəti

17.

Kadrlar seçilən zaman nəzərə alınmalı fizioloji tələblərdir:

a)

tələb olunan fiziki səylər

b)

işdə ahəngdarlığın vəziyyəti

c)

tələb olunan yaddaş qabiliyyəti

d)

iş tempinə, rejiminə dözümlülük qabiliyyəti

e)

qulağın tələb olunan eşitmə qabiliyyəti

18.

Kadrların peşə seçilməsi və peşə təmayülü aşağıdakı üç məsələni əhatə edir:

a)

hər bir peşənin adamlardan tələb etdiyi psixofizioloji keyfiyyətlərin öyrənilməsi

b)

kadrların qabiliyyətinin obyektiv, ədalətli qiymətləndirilməsi, kadr axıcılığının azaldılması

c)

peşə yaradıcılığına təsir edən amillərin nəzərə alınması

d)

konkret iş sahəsində tövsiyyə edilmək üçün işçinin psixofizioloji keyfiyyətinin müəyyənləşdirilməsi

e)

seçilmiş peşələr üçün adamların yararlığının təyin edilməsi

19.

İşdənçıxma və ya itki əmsalı nəyi göstərir?

a)

şirkətdə ən azı 1 il işləmiş işçilərin payını göstərir

b)

müəyyən dövr üçün işdənçıxmaların həmin dövr üzrə işləyənlərin sayına faiz nisbətini göstərir

c)

müəyyən müddət ərzində toplanmış işçi qrupunun və onların şirkəti tərk etmə tezliyini

d)

şirkətin öz ixtisaslı işçi qüvvəsini hansı dərəcədə saxlaya bilməsini göstərir.

20.

İşçi qüvvəsinin dayanıqlıq əmsalı belə hesablanər:

a)

(Dövr ərzində işdənçıxmalar) / (Dövr ərzində işçilərin orta sayı) х 100%

b)

(Ən azı 1 il işləmiş işçilərin sayı) / (1 il öncə işə götürülmüş işçilərin sayı) х 100%

c)

(Dövr ərzində işə qəbul olunanlar) / (Dövr ərzində işçilərin orta sayı) х 100%

d)

(Ən azı 3 il işləmiş işçilərin sayı) / ( 3 il öncə işə götürülmüş işçilərin sayı) х 100%

21.

Kadr axınının dəyəri aşağıdakı tərkib hissələrindən ibarətdir:

a)

yeni işçilərin öyrənmə dövründə daha aşağı məhsuldarlıq səviyyəsi

b)

digər işçini əvəzləyən işçilərə artıq iş üçün haqqın ödənilməsi

c)

işin mənimsənilməsi dövründə yeni işçi tərəfindən zay məhsul və tullantıların dəyəri

d)

işçi əvəzlənməsi zamanı onun üçün yeni avadanlıqların gətirilməsi xərcləri

e)

əvəzləməni gözləmə dövründə daha ixtisaslı işçilərin daha sadə işlərdə istifadəsi

22.

Adaptasiyanın məqsədi nədir?

a)

İnsan işə girən zaman təşkilatdaxili münasibətlər sisteminə daxil olması

b)

Kollektivin norma və dəyərlərinin əməkdaşın norma və dəyərləri ilə üst-üstə düşməsi

c)

Peşəkarlıq təcrübəsi olmayan gənc işçilərin işə uyğunlaşması

d)

iş qabiliyyətlərinin müntəzəm mənimsənilməsi

e)

Peşəkarlıq fəaliyyəti təcrübəsi olan işçilərin işə uyğunlaşması

23.

Sosial– psixoloji adaptasiya prosesində nə baş verir?

a)

yeni psixoloji və fiziki gərginliyə, əməyin fizioloji şəraitinə uygunlaşma

b)

yeni kollektivdə davranış və ünsiyyət normalarına uyğunlaşma

c)

iş qabiliyyətlərinin müntəzəm mənimsənilməsi

d)

ümumi təşkilati strukturda iş yeri və bölmənin roluna və təşkilati statusuna uygunlaşma

24.

Bunlardan hansı nəzəri və praktiki planda adaptasiyanın aspekti deyil?

a)

Psixo - fizioloji

b)

Sosial - iqtisadi

c)

Sosial - psixoloji

d)

Peşəkarlıq

e)

Təşkilati

25.

Müəssisələr üçün adaptasiya proqramlarında olan məlumatları necə qrupa bölmək mümkündür?

a)

2

b)

3

c)

4

d)

5

26.

Adaptasiya proqramının tətbiqində əsas məqsədlər aşağıdakılardır:

a)

Müəssisə fəlsəfəsi və kadr siyasəti ilə ümumi tanışlıq

b)

​Şirkətin və filialların yerləşdiyi məkanlar haqqında məlumat vermək

c)

İşə başlamadan müəssisə ilə bağlı xoş təəssüratın yaradılması

d)

Fərdi və kollektiv nailiyyətlərin yüksəldilməsi

e)

Komanda ruhunun yaradılması.

27.

Vəzifəli şəxslərə aşağıdakı tələblər irəli sürülür:

a)

Onlar əməyin ödənilməsi və mükafatlandırma sistemini təşkil etməyi bilməlidir

b)

Onlara xalq, kollektiv zəmanət verməlidir

c)

Onlar dövlət aparatına bələd olduqlarına dair imtahan verməlidir

d)

Onlar idarə etmək, iş aparmaq və sair qaydaları bildiklərinə dair imtahan verməlidir