wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İQTİSADİYYATA GİRİŞ

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Qısamüddətli dövrdə firma istehsalının miqdarını artıraraq hansı xərclərini həmişə azalda bilər

a)

Sabit xərclər

b)

Orta dəyişən xərcləri;

c)

Məcmu xərclər

d)

Orta sabit xərcləri;

e)

Son hədd xərclərini;

2.

Bir müəssisənin qısa dövr məcmu xərcləri ifadə edir

a)

Məcmu xərclə sabit xərcin fərqi;

b)

Marjinal xərclə orta sabit xərfclərin cəmi

c)

Orta xərclə və orta sabit xərclərin cəmi;

d)

Orta dəyişən və orta sabit xərclərin cəmi;

e)

Sabit və dəyişən xərclərin cəmi

3.

Aşağıdakılardan hansı firma üçün mənfəətin maksimumlaşdırılması prinsipini ifadə edir?

a)

Əmtəəninn qiymətinin orta xərclərə bərabər olması;

b)

Marjinal gəlirin marjinal xərclərdən böyük olması;

c)

Orta dəyişən xərclərin marjinal gəlirdən kiçik olması

d)

Marjinal xərclərin marjinal gəlirə bərabər olması;

e)

Əmtəənin qiymətinin marjinal xərclərdən yüksək olması;

4.

Azalan marjinal istehsal :

a)

Buraxılışın həcminin dəyişılməsindən asılı olaraq xərclərin dəyişilməsini əks etdirir

b)

Buraxılışın hər bir həcmi üçün istehsal xərclərinin maksimal qiymətlərini göstərir

c)

İstehsal amilinin miqdarı artdıqca həmin istehsal amilinin marjinal istehsalının azalmasını əks etdirir

d)

Buraxılışın hər bir həcmi üçün istehsal xərclərinin azalan qiymətlərini əks etdirir;

e)

Buraxılışın hər bir həcmi üçün istehsal xərclərinin sabit qiymətlərini əks etdirir;

5.

Müxtəlif əyrilərdən istifadə etməklə istehlakçının izafi faydasının ölçülməsi

a)

Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə

b)

Qiymət xəttindən aşağıda və tələb əyrisindən yuxarıda qalan sahə

c)

Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə

d)

Qiymət xəttindən yuxarıda və təklif əyrisindən aşağıda qalan sahə

e)

İstehsal imkanları həddi daxilində

6.

Müxtəlif əyrilərdən istifadə etməklə istehsalçının izafi faydasının ölçülməsi

a)

İstehsal imkanları həddi daxilində

b)

Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə

c)

Qiymət xəttindən yuxarıda və təklif əyrisindən aşağıda qalan sahə

d)

Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə

e)

Qiymət xəttindən aşağıda və tələb əyrisindən yuxarıda qalan sahə

7.

İstehsal funksiyası – bu:

a)

İstehsal resurslara olan qiymətlərin dəyişməsi ilə şərtləndirilmiş iqtisadi xərclərin miqdarının dəyişməsini əks etdirən asılılıqdır

b)

Müəyyən buraxılış həcminin həyata keçirilməsi ilə əlaqədar istehlak olunmuş istehsal amillərin miqdarının dəyişməsini əks etdirən asılılıqdır;

c)

İstehsal amillərin məhsuldarlığında baş verən dəyişiklikləri əks etdirən asılılıqdar;

d)

İstifadə olunan amillərlə həmin əmtəənin istehsal həcmi arasındkı asıllıq

e)

Gəlirlər üzrə daxil edilən kombinasiyaların və buraxılış həcmi arasında asılılıqdır

8.

Müxtəlif əyrilərdən istifadə etməklə məcmu izafi faydnın ölçülməsi

a)

Tələb və təklif əyriləri arasında qalan və tarazlıqdakı miqdardan sonrakı sahə ilə ölçülür

b)

Qiymət xəttindən yuxarıda və təklif əyrisindən aşağıda qalan sahə

c)

Tələb və təklif əyriləri arasında qalan və tarazlıqdakı miqdaradək olan sahə ilə ölçülür

d)

Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə

e)

Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə

9.

Sərvətlərin bölüşdürülməsi məcmu izafi faydasını artırırsa – bu halda

a)

Sərvətlərin bölüşdürülməsi səmərəli hesab olunmur

b)

Sərvətlərin bölüşdürülməsi vasitəçilərin mənafeyinə uyğun gəlir

c)

Sərvətlərin bölüşdürülməsi istehlakçıların mənafeyinə uyğun gəlir

d)

Sərvətlərin bölüşdürülməsi səmərəli hesab olunur

e)

Sərvətlərin bölüşdürülməsi istehsalçıların mənafeyinə uyğun gəli

10.

İqtisadçılar alim kimi....

a)

Öz nəzəriyyələrindən istifadə edərək dünyanı daha yaxşı istiqamətdə dəyişməyə kömək edirlər

b)

Ədalətliliyi təmin etməyə çalışırlar

c)

Səmərəliliyi təmin etməyə çalışırlar

d)

Öz ətrafındakı dünya haqqında nəzəriyyələr qurur və onları sınaqdan keçirir

e)

İqtisadi sistemi dəyişməyə çalışırlar