NEW
Font size
Worksheetsmaliyye 12
Total questions: 12
Worksheet time: 14mins
Sığortanın bu prinsipi sığorta fəaliyyətinin gəlirləri və xərcləri arasında tarazlığın olması tələbini ifadə edir
Özünümaliyyələşdirmə prinsipi
Aşkarlıq prinsipi
Ekvivalentlik prinsipi
Təsadüfilik prinsipi
Maddi maraq prinsipi
Sığorta fondunun yaradılmasının metodları hansılardır: 1. Birbaşa üsul 2.Təftiş 3.Özünü sığortalama 4.Aşkarlıq 5. Sığortalama metodu
2, 4
1, 3, 5
2, 4, 5
1, 2, 4
2, 5
Qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis necə adlanır?
Aktuari
sığortalı
auditor
diler
menecer
Qeyri-həyat sığortası özündə hansı sığorta siniflərini birləşdirmir
Əmlakın yanğından və digər risklərdən sığortası
Avtomobillərin sığortası
Hava nəqliyyatı vasitələrinin sığortası
Dəmiryol nəqliyyatı vasitələrinin sığortası
Həyatın ölüm halından sığortası
Sığorta lisenziyası nəyə əsas verən sənəddir
Sığorta fəaliyyətinə
Sığortanın vergi ödəməsinə
Sığorta agentini işə götürməyə
Sığorta ödənişi almağa
Sıgorta növünə
Sığortaçı kimdir?
sığorta premiyası alan şəxs
fiziki şəxs
vergi ödəyən şəxsdir
sığorta şirkəti
sığorta agenti
Sığorta haqqı nədir
risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği
sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası
sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ
sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi
Sığortanın maliyyələşmənin asanlaşdırılması funksiyası nəyi əhatə edir?
hadisə baş verdikdə sığortalı öhdəlik olaraq sığortaçıya ödəniş həyata keçirir
sadalananların hər biri maliyyələşmənin asanlaşdırılması funksiyasını əhatə edir
vacib olan sosial rolu yerinə yetirir və əhalinin sağlamlığının qorunmasını və əmək qabiliyyətinin itirilməsi zamanı lazım olan həyat səviyyəsinin qorunub saxlanmasını təmin edir
sığortalı sığorta vasitəsilə müəyyən ehtimal olunan risklərdən əmələ gələ biləcək maliyyə itkilərini sığorta təşkilatının üzərinə atır
hadisə baş verdikdə sığortaçı öhdəlik olaraq dəymiş zərərə görə sığortalıya ödəniş həyata keçirir, yəni sığortalıya dəymiş ziyanı tez bir zamanda aradan qaldırmaq üçün maliyyə dəstəyi göstərir
Sığortanın aparılması üçün aşağıdakılardan hansı əlamət xarakterikdir?
Proqnozlaşdırmaq əlaməti
Təsadüfilik əlaməti
müstəqillik əlaməti
dəqiqlik əlaməti
Etibarlıq əlaməti
Azərbaycan Respublikasının "Sığorta faəliyyəti haqqında"qanununa görə sığorta hansı formalarda həyata keçirilə bilər?
Fərdi və qarışıq
Şəxsi və kollektiv
Özəl və dövlət
İcbari və könüllü
Səyyar və kameral
Azərbaycan Respublikası "Sığorta fəaliyyəti haqqında" qanununa görə kimlər sığortaçı ola bilərlər
Sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziya almış istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
istənilən sığortalı
Yalnız sığortaolunan fiziki şəxslər
Sığorta nəzarəti orqanında qeydiyyatdan keçən hüquqi və fiziki şəxslər
Sığorta fəaliyyətini həyata keçirilməsi üçün yaradılan istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər
Azərbaycan Respublikası sığorta bazarında vasitəçilər kimdir:
Makler və dilerlər
Ancaq agentlər
Broker və agentlər
Diler və agentlər
Ancaq maklerlər
