NEW
Font size
WorksheetsMakroiqtisadi qeyri-sabitlik - mövzu 9
Total questions: 10
Worksheet time: 5mins
İnflyasiya səviyyəsinin məzmunu:
Əmtəəyə olan tələbdəki faiz dəyişikliyidir
Qiymət səviyyəsində əvvəlki dövrə nisbətən faiz dəyişikliyidir
Vergi dərəcələrindəki dəyişiklikdir
Nominal ÜDM-in real ÜDM-ə nisbətidir
İstehlak səbətindəki dəyişklikdir
Yaşayış minimumunun hesablanması ilə bağlı olan “əvəzetmə meyli” probleminin məzmunu:
İQİ dəyişməz əmtəə səbəti əsasında hesablandıqda, bu bazara yeni daxil olan əmtəələrin təsirirni nəzərər almağa imkan vermir
Bunların hamısı
İQİ dəyişməz əmtəə səbəti əsasında hesablandıqda, istehlakçının qiymət dəyişməsini nəzərə alaraq əmtəələri əvəzetməsi ehtimalı nəzərə alınmır və bu səbəbdən, bir ildə digər ilə nisbətən yaşayış minimumundakı artımı şişirdir
İQİ dəyişməz əmtəə səbəti əsasında hesablandıqda, bu bazarda keyfiyyəti dəyişmiş əmtəələrin təsirirni nəzərə almaq çox çətin olur
Bunların heç biri
İqtisadçı və siyasətçilərin qiymətlərdəki dəyişikliyi müəyyən etmək üçün istehlakçının qiymət indeksilə yanaşı istifadə etdikləri indeks:
Yalnız istehlakçının qiymət indeksindən istifadə olunur
ÜDM-in deflyatoru
Nominal ÜDM
Real ÜDM
Potensial ÜDM
ÜDM-in deflyatoru ilə istehlakçının qiymət indeksi (İQİ) arasındakı fərqlərdən biri:
ÜDM deflyatoru ölkədə istehsal edilmiş bütün əmtəə və xidmətlərin qiymətini əks etdirdiyi halda İQİ yalnız əmtəələrin qiymətini əks etdirir.
ÜDM deflyatoru ölkədə istehsal edilmiş bütün əmtəə və xidmətlərin qiymətini əks etdirdiyi halda İQİ yalnız xidmətlərin qiymətini əks etdirir.
ÜDM deflyatoru ölkədə istehsal edilmiş xidmətlərin qiymətini əks etdirdiyi halda İQİ yalnız əmtəələrin qiymətini əks etdirir.
ÜDM deflyatoru ölkədə istehsal edilmiş bütün əmtəə və xidmətlərin qiymətini əks etdirdiyi halda İQİ yalnız istehlakçı tərəfindən alınan və istehlak edilən bütün əmtəə və xidmətlərin qiymətini əks etdirir.
ÜDM deflyatoru ölkədə istehsal edilmiş bütün əmtəələrin qiymətini əks etdirdiyi halda İQİ yalnız xidmətlərin qiymətini əks etdirir.
Faizin məzmunu:
Sahibkarın məhsul istehsalına çəkdiyi məsrəflərdir
Keçmişdə baş vermiş pul köçürməsinə görə gələcəkdə edilən ödənişdir
Sahibkarın fəaliyyəti nəticəsində əldə etdiyi faydadır
Qiymətlərin ümumi səviyyəsinin yüksəlməsidir
Pul gəlirlərinin bölüşdürülməsidir
Normal halda mövcud olan işsizlik - adlanır:
Qısamüddətli işsizlik
İşsizliyin təbii səviyyəsi
Könüllü işsizlik
Tsiklik işsizlik
Friksion işsizlik
İşçi qüvvəsinə aid edilməyən insanlar
Qiyabi şöbədə oxuyan tələbələr, təqaüdçülər, evdar qadınlar , evdar atalar
Əyani şöbədə oxuyan tələbələr, təqaüdçülər, evdar qadınlar , evdar atalar
Təqaüdçülər, evdar qadınlar , evdar atalar
Məktəblilər, təqaüdçülər, evdar qadınlar , evdar atalar
Əyani şöbədə oxuyan tələbələr, evdar qadınlar , evdar atalar
Struktur işsizliyin yaranmasının səbəbləri:
Səmərəli əmək haqqı
Həmkarlar ittifaqlarının fəaliyyəti
Bunların hamısı
Bunlardan heç biri
Minimum əmək haqqı qanunları
Dövlət proqramları müxtəlif yollarla iş axtarışını asanlaşdırmağa çalışır. Bu proqramlara aiddir:
İşsizlikdən sığortalanma
İctimai tədris proqramları
Bunların hamısı
Bunların heç biri
Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri (idarələri)
İşsizliyin səbəblərindən biri səmərəli əmək haqqı nəzəriyyəsidir. Səmərəli əmək haqqının məzmunu:
Firmalar tərəfindən ödənilən tarazlıq səviyyəsinə bərabər olan əmək haqlarıdır
Bunlardan heç biri
Bunların hamısı
İşçilərin məhsuldarlığını artırmaq məqsədilə firmalar tərəfindən ödənilən tarazlıq səviyyəsindən yüksək olan əmək haqlarıdır
Firmalar tərəfindən ödənilən tarazlıq səviyyəsindən aşağı olan əmək haqlarıdır
