wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Akademik yazının xüsusiyyətləri və növləri.

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Verilənlərdən biri akademik yazı növlərinin quruluşunu əks etdirmir:

a)

Titul vərəqində mövzunun adı göstərilir.

b)

Mündəricatda fəsillər, yarımfəsillər və s. əks olunur.

c)

Abstrakt verilir.

d)

Xülasə yazılır.

e)

Heç bir halda minnətdarlıq yazısından istifadə olunmur.

2.

Akademik yazının “Giriş” hissəsində öz əksini tapmır:

a)

Tədqiqatın məqsədi haqqında məlumat verilir.

b)

Tədqiqatın metodu göstərilmir.

c)

Mövcud tədqiqatlar təhlil edilir.

d)

Tədqiqatın obyekti haqqında məlumat verilir.

e)

Tədqiqatın çətinlik və imkanları ifadə edilir.

3.

Akademik yazının “Fəsillər, arqumentlər və əsaslandırılmalar” bölməsində əks olunmur:

a)

Arqumentlərin məntiqi ardıcıllığı gözlənilmir.

b)

Mövzu fəsil və yarımfəsillərə bölünməlidir.

c)

Hər bir cədvəl və diaqram nömrələnməlidir.

d)

Hər bir hissənin sonunda qısa nəticə verilməlidir.

e)

Arqumentlərin məntiqi ardıcıllığı gözlənilməlidir.

4.

Akademik yazının “Yekun” hissəsində əks olunur. Biri səhv cavabdır:

a)

Mənbələr göstərilmir.

b)

Əlavə statistik məlumatlar verilir.

c)

Qrafiklər, diaqramlar, cədvəl və xəritələr göstərilir.

d)

Nəticə və tövsiyələr əks olunur.

e)

Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.

5.

Akademik yazının xüsusiyyətini əks etdirmir:

a)

Bu, son dəqiqədə icra edilməli tapşırıq deyil.

b)

Akademik yazı planlaşma tələb edir.

c)

Fikirləri arqumentə çevirməyi tələb etmir.

d)

Rəy formalaşdırmaq imkanı yaradır.

e)

Fikirləri arqumentləşdirməyi tələb edir.

6.

Bir qayda olaraq, abstraktın həcmi nə qədər olur?

a)

1-2 paraqraf (100-500 söz)

b)

5 paraqraf (200-700 söz)

c)

3 paraqraf (300-700 söz)

d)

6 paraqraf (600-900 söz)

e)

4 paraqraf (800-1000 söz)

7.

Abstraktda nələr əhatə olunmalıdır? Biri yanlışdır:

a)

Bütün məlumatlar əhatə olunmamalıdır.

b)

Elmi işdə qələmə alınmayanlar abstrakta daxil edilməməlidir.

c)

Abstraktda sxem, cədvəl göstərilmir.

d)

Abstraktdakı bütün məlumatlar elmi yazının əsas hissələrində əks olunmalıdır.

e)

Abstraktda tədqiqat işinin bəzi məqamlarını açıqlamaq məqsədilə suallar yerləşdirilə bilər.

8.

Abstraktın quruluşunu əks etdirmir:

a)

problemin bildirilməməsi

b)

problemi həll etməyin əhəmiyyəti

c)

tapılan həll yolu ilə nəyə nail olmağın mümkünlüyü

d)

tapıntıdan sonra nəyin əldə edilə biləcəyini

e)

problemin bildirilməsi

9.

Biri xülasənin xüsusiyyətini açıqlamır:

a)

Tədqiqatın məqsədi qısa şəkildə göstərilməlidir.

b)

Tədqiqat metodu işıqlandırılmalıdır.

c)

Tapıntılar ümumiləşdirilmiş şəkildə yazılmalıdır.

d)

Tapıntılar geniş şəkildə izah edilməlidir.

e)

Xülasədə elmi işin məğzi qısa şəkildə işıqlandırılmalıdır.

10.

Biri akademik mənbədir:

a)

şəxsi fikirlər

b)

dost və qohumların müzakirəsi

c)

kiminsə düşüncələri

d)

qəzetdəki köşə yazıları

e)

tarixi sənədlər, kitablar