WorksheetsSosial iş nəzəriyyəsi və təcrübəsi 1-ci kurs.
Total questions: 12
Worksheet time: 17mins
Aşağıdakılardan hansı makro səviyyədə sosial işə aid edilir?
Fərdlə aparılan sosial işə makro səviyyəli qanunvericiliyin tətbiq olunması
Qrupla aparılan sosial işə keys-menecment prosesinin mərhələli şəkildə tətbiq olunması
Əlillərlə aparılan sosial işdə Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa müraciət etmək
Sosial siyasətin müəyyənləşdirilməsində iştirakçılıq
Sadalananlardan hansı sosial işçinin vəzifələrinə aid edilmir?
Yaşlılarla aparılan sosial işdə gündəlik qida və dərman məhsullarının alınması
Köməyə ehtiyacı olan insanların dairəsini müəyyənləşdirmək
Sosial müdafiəni təmin etmək
Hüquqi müdafiəni təmin etmək
Filantrop kimlərə deyilir?
Ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanları yerlə təmin edən şəxslərə
Əvvəllər sosial işçilər filantrop adlandırılırdı
Ehtiyacı olan şəxslərə təmənnasız köməklik göstərən insanlara
Yalnız təmənnasız psixo-sosial yardım göstərən şəxslərə
Əlilliyin nəyə görə sosial problem hesab edilməsinin səbəblərini öz fikirlərinizlə qısaca izah edin:
Risk qruplarına aid edilən ən azı 5 sosial qrup sadalayın:
Düzgün göstərilməyən ifadəni seçin:
Əlilliyi olan uşaq
I qrup əlilliyi olan şəxs
Sağlamlıq imkanları məhdud uşaq
Valideyn himayəsindən məhrum olmuş uşaq
Aşağıdakılardan hansı sosial xidmət müəssisəsidir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacaq
Sosial Rifah və Tədqiqatlar İctimai Biriyi
Bütün variantlar doğrudur
Aşağıdakılardan hansı Sosial işin məqsədlərindən biridir?
Sosial təcridetməyə qarşı olmamaq
Sosial ayrı-seçkiliyə göz yummaq
Fərd ilə cəmiyyət arasındakı münasibətləri inkişaf etdirmək
Zorakılıq hallarına tolerantlıq göstərmək
Aşağıdakılardan hansı risk qrupuna daxil olan şəxslərdəndir?
Cinayətkarlar və digər deviant qruplar
Valideyn himayəsindən məhrum olmuş uşaqlar
Psixo-aktiv maddə aludəçisi olan şəxslər
QİÇS xəstəliyinə məruz qalan şəxslər
Bütün variantlar doğrudur
Aşağıdakılardan hansı uşaqların küçə həyatına məruz qalmasının faktorlarından biri deyil?
İqtisadi faktor
Ailənin dağılması
Uşaq üçün küçənin azadlığı
Küçədəki insanların daha xoşməramlı olması
Sosial xidmətin əsas obyektini göstərin:
Sosial işçi
Vətəndaş
Könüllülər
Sosial xidmətçi
Sosial xidmət müəssisəsi
Aşağıdakılardan hansı sosial iş peşəsinin yönəldiyi əhali qruplarından deyil?
Suisidal davranışa meylli insanlar
Deviantlar
Uşaq sığınacaqları rəhbərləri
Milli azlıq icmaları
Bütün variantlar düzgündür
