wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ana dili 4

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

Yalnız isimlərdən ibarət olan bəndi müəyyən edin.

a)

axşam,dünənki,xeyli,qurğuşun

b)

dastan,çəmən,qarğıdalı,Bakı

c)

oxumaq, dəmirçi, kağız,şirin

d)

meşəlik, uca, beşlik, axtarmaq

2.

Hansı cərgədəki sözlər toplu isimlərdir?

a)

şəhər,dəstə,

b)

dəniz, çay,

c)

əhali, respublika,

d)

qoşun,alay,

3.

İsimlərdən biri həm konkret, həmdə mücərrəd məna ifadə edə bilər?

a)

atalıq

b)

meşəlik

c)

mərdlik

d)

tezlik

e)

qumluq

4.

Hansı cümlədə " yol" ismi mənsubiyyət şəkilçisi qəbul etməmişdir?

a)

Yolu xeyli vaxtdır burdan düşmürdü.

b)

İki ildir ki, sel yolu dağıdıb.

c)

Avtomobil yolları hər il təmir edilir.

d)

Mənim yolum mübarizədir, hədəfim qələbədir!

5.

Nümunədəki " dost "ismin hansı hallarda işləndiyini müəyyən edin.


El sözüdür:-Dost dostuna tən gərək,

Tən olmasa, bəri başdan gen gərək.

a)

təsirlik,yerlik

b)

yönlük,yerlik

c)

yiyəlik,təsirlik

d)

adlıq,yönlük

e)

adlıq, yiyəlik

6.

Birləşmələrdən birində sifət məcazi mənada işlənib.

a)

dolu vedrə

b)

şirin çörək

c)

iti bıçaq

d)

dərin quyu

e)

soyuq münasibət

7.

Azaltma dərəcəsində olan sifət hansıdır?

a)

meydança

b)

gömgöy

c)

sapsarı

d)

uzunsov

8.

Hansı cümlədəki sifət çoxaltma dərəcəsindədir?

a)

Göyün üzü tərtəmiz və buludsuz idi.

b)

Xəfif duman çəkilirdi.

c)

Çoxmərtəbəli hündür binaların damları qarla örtülmüşdü.

d)

Dəlisov uşaqlıq çağları uzaqda qaldı.

e)

O, əyninə açıq-sarı rəngli köynək geymişdi.

9.

" Qorxaq" sifəti hansı cümlədə ismin xüsusiyyətlərini daşıyır? yəni substantivləşib.

a)

Qorxaq dost adamı darda qoyar.

b)

Bəlkə, bundan da qorxaq?

c)

İgid bir dəfə , qorxaq isə min dəfə ölər.

d)

Cəmil uşaqlıqdan qorxaqdır.

10.

"Nərmin ürəyiaçıq və səmimidir.".cümləsində sifətlər hansı cümlə üzvü kimi işlənmişdir?

a)

təyin

b)

mübtəda

c)

xəbər

d)

tamamlıq

e)

zərflik