wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Cümlənin şəxsə görə növləri

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

"İçəri girəndə icazə istəyərlər" növünü müəyyən edin:

a)

Müəyyən şəxsli

b)

Ümumi şəxsli

c)

Qeyri-müəyyən şəxsli

d)

Şəxssiz

2.

Qeyri-müəyyən şəxsli cümləni seçin:

a)

Sözün doğrusunu zarafatla deyərlər

b)

Şagirdlər diqqətlə dinləyirdilər

c)

Nə əkərsən, onu biçərsən

d)

Bu gün də tez çıxmağıma icazə vermədilər

3.

Biri ümumi şəxsli cümlədir:

a)

Əliəyri düzlükdən danışar

b)

İgid öldü, adı qaldı

c)

Özgə bağından gül dərməzlər

d)

Yəqin, ünvanı bilmirlər

4.

Şəxssiz cümləni seçin

a)

Gülün yetişən vaxtı idi

b)

Danışanı dinləyərlər

c)

Onların xeyli varı var

d)

Hər eşitdiyinə inanma

5.

Elə bil , sanki modal sözləri aşağıdakı cümlələrdən hansında daha çox işlənir?

a)

Müəyyən şəxsli

b)

Qeyri-müəyyən şəxsli

c)

Ümumi şəxsli

d)

Şəxssiz

6.

Mübtəda olmur + xəbəri 3-cü şəxsin cəmində olur. Quruluş hansı cümlələrə uyğundur?

a)

Müəyyən, qeyri-müəyyən

b)

Qeyri-müəyyən, ümumi

c)

Şəxssiz, ümumi

d)

Qeyri-müəyyən, şəxssiz

7.

"Bu cür verilişlərə maraqla baxılır" növünü müəyyən edin:

a)

Müəyyən şəxsli

b)

Qeyri-müəyyən şəxsli

c)

Ümumi şəxsli

d)

Şəxssiz

8.

Şəxssiz olmayan cümləni seçin:

a)

Yaşlı sakinlərə diqqətlə yanaşılır

b)

İndi fəslin ən soyuq günləridir

c)

Bu hadisəyə hamı eyni münasibəti bildirmədi

d)

Biz gəlib çatanda Elvinin qanı qaraldı

9.

Mübtəda olmur + xəbər 3-cü şəxsin təkindədir. Quruluş hansı cümlələrə aiddir.

a)

Müəyyən, şəxssiz

b)

Qeyri-müəyyən, müəyyən

c)

Ümumi, şəxssiz

d)

Ümumi, müəyyən

10.

"Bu hadisədən xeyli keçmişdi" növünü müəyyən edin:

a)

Müəyyən şəxsli

b)

Qeyri-müəyyən şəxsli

c)

Ümumi şəxsli

d)

Şəxssiz