wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Cümlənin növləri

Total questions: 10

Worksheet time: 9mins

Name
Class
Date
1.

Söz cümlə işlənən variantı seçin:

a)

- Öyrənə bilərik , ya yox? - Əlbəttə, şagirdlər.

b)

- Nə vaxt qayıdacaqsan? - Sabah.

c)

- Dərslərini təkrarlamısan? - Bəli, təkrarlamışam

d)

- Kitabın müəllifi odur? Xeyr, o deyil.

2.

Ümumi şəxsli cümlələri seçin:

a)

Dərsi vaxtında hazırlayarlar.

b)

Yalan söz üz qızardar.

c)

Sözün düzünü zarafatla deyərlər.

d)

Quşu gözündən vurdu.

3.

Şəxssiz cümlələri müəyyənləşdirin:

a)

Belə söhbəti ayaqüstü etməzlər.

b)

Xəzər dənizində suitiyə az təsadüf edilir.

c)

Adlarını saydığın o yeniyetmələrin indi oxuyan vaxtıdır.

d)

Kitabları universitetdən göndərmişdilər.

4.

Qeyri-müəyyən şəxsli cümləni seçin:

a)

Qorxudan ürəyi düşdü.

b)

Eşidən kimi hərə bir söz danışacaq.

c)

Köhnə binaları sökürlər.

d)

Yaxşıya yaxşı deyərlər.

5.

"Yüz ölç, bir biç" cümlənin məna növünü müəyyən edin:

(müəyyən, qeyri-müəyyən, ümumi, şəxssiz, adlıq)

(a)  

6.

Adlıq cümlələri seçin:

a)

Qədim Azərbaycan. Bərdə padşahlığı.

b)

Gecədir.

c)

Hər tərəfdə səssizlik idi.

d)

Uzun bir koridor. Tənəffüs vaxtı.

7.

"Qırx-əlli addımlıqda dönüb mənə əl etdilər" növünü müəyyən edin:

a)

Ümumi

b)

Qeyri-müəyyən

c)

Müəyyən

d)

Şəxssiz

8.

Müəyyən şəxsli cümlələri seçin:

a)

Sabah mütləq yola düşməli olacağam.

b)

Nə əkərsən, onu biçərsən.

c)

Kitab olduqca maraqlı idi.

d)

Sanki onu buzlu suya saldılar.

9.

Biri ümumi şəxsli cümlə deyil:

a)

Sözünün yerini bilməyənin gərək dərsini verəsən.

b)

Ancaq ziyarətə gələn düşməndən heyif almazlar.

c)

Daldan atılan daş topuğa dəyər.

d)

Arxı tullanmamış "bərəkallah" demə.

10.

Söz cümlə işlənən variantları seçin:

a)

- Kitab istəyir? - Xeyr, istəmir.

b)

- Amir, dərsi danışa bilərsən? - Bəli, müəllim.

c)

- Bu kitablar yenidir? - Əlbəttə.

d)

- Niyə mənə qulaq asmırsan? - Vallah, yorğunam!