wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Etnik birliklər

Total questions: 10

Worksheet time: 19mins

Name
Class
Date
1.

Etnosa aid olan cərgəni göstərin

a)

qəbilə, zümrə, tayfa

b)

klan, tayfa, xalq

c)

tayfa, xalq, millət

d)

qəbilə, tayfa, xalq

e)

zümrə, xalq, millət

2.

Millətin formalaşmasına təsir göstərən amil hansıdır?

a)

din

b)

adət-ənənə

c)

dil

d)

təbii mühit

e)

ictimai mövqe

3.

“Eqo kimlik” anlayışını elmə kim daxil edib?

a)

Z.Freyd

b)

A.Adler

c)

E.Fromm

d)

E.Erikson

e)

K.Q.Yunq

4.

Aşağıdakılardan hansı tayfaya aid xüsusiyyət deyil

a)

Tayfa qəbilədən sayca daha böyük insan qrupunu özündə birləşdirir

b)

Tayfa - eyni dil, din, mənşə, adət, ənənələrə malik olan insan birliyidir

c)

Tayfanın meydana gəlməsi cəmiyyətdə qərarlaşmış çoxfunksiyalılığın parçalanmasına gətirdi

d)

Tayfanın formalaşması ilk dövlətlərin meydana gəlməsindən sonra baş verir

e)

Tayfa ibtidai icma quruluşu çərçivəsində insanların daha yüksək birlik formasıdır

5.

Milli azlıqların etnik-mədəni dəyərlərini titul etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutan siyasət hansıdır?

a)

izolyasiya

b)

inteqrasiya

c)

multikulturalizm

d)

assimilyasiya

e)

aparteid

6.

Aşağıdakılardan biri multikulturalizmin güclü formasına aiddir

a)

milli azlıqlara yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şərait yaradılır

b)

azlıqlar elə bir vəziyyətə düşürlər ki, onlara bilərəkdən, xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir

c)

azlıqlar öz imkanları ilə etnik-mədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər

d)

azlıqlar könüllü şəkildə etnik-mədəni dəyərlərini qorumaq fikrindən tamamilə də olmasa müəyyən dərəcədə əl çəkirlər və bununla da yaşadıqları cəmiyyətə inteqrasiya olunmağı praktiki cəhətdən daha əlverişli hesab edirlər

e)

azlıqlara öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq çətin olur, baha başa gəlir

7.

Müəyyən sinfin, millətin, partiyanın, siyasi cərəyanların, ictimai hərəkatların dünyaqörüşünü, idealını və hədəflərini əks etdirən siyasi, sosial, hüquqi, fəlsəfi, dini, etik, estetik ideya və baxışlar sistemi necə adlanır?

a)

ideya

b)

ideologiya

c)

ictimai şüur

d)

ictimai varlıq

e)

ictimai psixologiya

8.

Hansı cəmiyyəti multikultural adlandırmaq olar?

a)

bir millətdən ibarət olan cəmiyyət

b)

müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə yaşadıqları cəmiyyət;

c)

üzvlərinin hüquqları bərabər olan cəmiyyət;

d)

azad cəmiyyət

e)

qanunun aliliyi prinsipinin hökm sürdüyü cəmiyyət

9.

Biri say etibarı ilə ən böyük xalqlar sırasına daxil deyil

a)

benqallar

b)

braziliyalılar

c)

əlcəzairlilər

d)

amerikalılar

e)

yaponlar

10.

Hansı təşkilat “Tolerantlıq prinsipləri deklarasiyası”nı qəbul etmişdir?

a)

MDB

b)

BMT

c)

NATO

d)

YUNESKO

e)

ATƏT