Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Yarış cümlə növləri

Total questions: 20

Worksheet time: 19mins

Name
Class
Date
1.

"Mübtəda olmur, xəbər 3-cü şəxsin təkində olur". Bu sxem hansılara aiddir?

a)

Müəyyən şəxsli

b)

Qeyri-müəyyən şəxsli

c)

Şəxssiz

d)

Ümumi şəxsli

2.

Hansı cümlənin xəbəri, ümumiyyətlə, olmur? Bu cümlə növündən , əsasən, bədii ədəbiyyatda istifadə edilir.

a)

Müəyyən şəxsli

b)

Ümumi şəxsli

c)

Şəxssiz

d)

Adlıq cümlə

e)

Söz cümlə

3.

Bir cümlənin xəbəri feilin əmr şəklində olarsa, aşağıdakı hansı cümlə növlərində ola bilər?

a)

Əmr cümləsi

b)

Sual cümləsi

c)

Nida cümləsi

d)

Nəqli cümlə

4.

Söz cümlə işlənən variantı seçin?

a)

Bəli, bilirəm.

b)

Xeyr, Niyazi.

c)

Əlbəttə, gələcəyəm.

d)

Təbii ki, razıyam.

5.

Ümumi şəxsli cümlələri seçin:

a)

Arxı keçməmiş "bərəkallah" demə.

b)

Gün var, əsrə bərabərdir.

c)

Söz var kəsər savaşı, söz var kəsdirər başı.

d)

Ehtiyacı olana kömək edərlər.

6.

Nida cümləsinin yaranma yollarını seçin:

a)

Nidaların köməyi ilə

b)

Yüksək hiss-həyacanlı intonasiya ilə

c)

Sual ədatları ilə

d)

Modal sözlərlə

7.

"İndi bu başıbılalı uşağı hara göndərəcəklər?" Cümləsində sual cümləsi nəyin köməyi ilə yaranmışdır?

a)

Sual ədatı

b)

Sual intonasiyası

c)

Sual əvəzliyi

d)

Modal sözlər

8.

Şəxssiz cümlələri seçin?

a)

Bu xəbəri eşidəndə Əlinin halı keyfi pozuldu.

b)

Nigaran olduğum üçün yoxlamanı özüm keçirdim.

c)

Baharın ən isti vaxtları idi.

d)

Maraqlıdır.

9.

Əmr cümləsi barədə yanlış fikri seçin:

a)

Xəbəri yalnız feilin əmr şəklində olur.

b)

Cümlənin sonunda nöqtə, üç nöqtə qoyulur.

c)

Əmr, təkid, xahiş, məsləhət məzmunu daşıyır.

d)

Bəzən xəbəri feilin vacib şəklində işlənə bilir.

10.

Nida cümlələrini seçin:

a)

Ay bala, bir bura gəl.

b)

Ay aman, kitablarımın aqibəti necə olacaq?!

c)

Ey, qərib yolçu, burada bir ayaq saxla.

d)

Nə qəribə insandır!

11.

Aşağıdakılardan biri cümlənin məqsəd və intonasiyaya görə növlərindən deyil:

a)

Söz cümlə

b)

Sual cümləsi

c)

Əmr cümləsi

d)

Nəqli cümlə

e)

Nida cümləsi

12.

Şəxssiz cümlələri seçin:

a)

Xarıbülbülə bu ərazilərdə də rast gəlinir.

b)

Dərsləri diqqətlə oxuyur.

c)

Bakının kəndləri qədim tarixə malikdir.

d)

Axşamdır.

13.

Söz cümlənin ifadə vasitələrini seçin:

a)

Modal sözlər

b)

Təsdiq və inkar ədatları

c)

Feilin əmr şəkli

d)

Nidalar

e)

İsmi birləşmələr

14.

"Çox istəyən azdan da olar!" cümləsinin həm şəxsə, həm də məqsədinə görə növlərini seçin:

a)

Müəyyən şəxsli, nida

b)

Ümumi şəxsli, nida

c)

Müəyyən şəxsli, nəqli

d)

Ümumi şəxsli, nəqli

15.

"Bəhməz aldım, bal çıxdı" cümlənin şəxsə görə növünü müəyyən edin:

a)

Ümumi şəxsli

b)

Qeyri-müəyyən şəxsli

c)

Şəxssiz

d)

Müəyyən şəxsli

16.

Mübtədası olmur, xəbəri 3-cü şəxsin cəmində olur. Bu sxemə uyğun gələn cümlələri seçin:

a)

Müəyyən şəxsli

b)

Ümumi şəxsli

c)

Şəxssiz

d)

Qeyri-müəyyən şəxsli

e)

Söz cümlə

17.

Nida cümləsi haqqında hansı fikir səhvdir:

a)

Cümlənin sonunda nida işarəsi qoyulur.

b)

Bəzən cümlənin sonunda sual və nida qoyulur.

c)

Digər cümlələr yüksək hiss-həyəcanla deyildikdə nida cümləsinə çevrilir.

d)

Bəzən cümlənin sonunda nöqtə qoyulur.

18.

"Dərslərini diqqətlə oxumalısan" cümləsinin məqsəd və intonasiyaya görə növünü müəyyən edin:

a)

Nəqli cümlə

b)

Əmr cümləsi

c)

Sual cümləsi

d)

Nida cümləsi

19.

"Onun buralara gəldiyini bilmirdin ki?" Sual cümləsi nəyin köməyi ilə yaranmışdır?

a)

Sual ədatı

b)

Sual əvəzliyi

c)

Yalnız sual intonasiyası

d)

Qüvvətləndirici ədat

20.

"Mübtədası olmur, xəbəri 2-ci şəxsin təkində olur" Bu sxem hansı cümlələrə aid ola bilər?

a)

Müəyyən şəxsli

b)

Ümumi şəxsli

c)

Qeyri-müəyyən şəxsli

d)

Şəxssiz