NEW
Font size
WorksheetsEU-DEMOQ-STAT-M:DEM-QOCAL-Q:450-452
Total questions: 10
Worksheet time: 5mins
1.Verilən variantlardan düzgün olanını seçin:
a) doğumun artması qocalma prosesinə əhəmiyyətli dərəcədə əks təsir göstərir və daha geniş əvəzedici gənc nəsli təmin edir
b) statistik təhlildə üzunömürlülük əmsalları arasındakı qarşılıqlı əlaqədə istifadə edilmir
c) əhalinin təkrar istehsalı, demoqrafik quruluş, əhalinin xəstəliyi demoqrafik qocalmanın amilləri hesab edilir
ç) a və b
d) a və c
2.Qarşıdakı 3 il ərzində regionda 60 yaşdan yuxarı əhalinin sayı 22% azalarsa, 60 yaşa qədər əhalinin sayı 10% artarsa onda qocalmanın dinamikası:
3,2% azalcaqdır
25 faiz artacaqdır
dəyişməyəcəkdir
20 faiz artacaqdır
29,1 faiz azalacaqdır
3.Fikri tamamlayın. ________________arasındakı qarşılıqlı___________ istifadə edərək _______________ dinamikası qiymətləndirilir.
demoqrafik göstəricilər, qocalma prosesinin, əlaqədən
qocalma prosesinin, demoqrafik göstəricilər, əlaqədən
göstəricilər, nisbətdən, qocalmanın nisbi davamlılğı
məhsuldar yaş qrupları, kənarlaşmadan, gəncləşmə prosesinin
demoqrafik göstəricilər, əlaqədən, qocalma prosesinin
4.Cari dövrdə qocalma əmsalının 0,072, 60 yaşdan yuxarı əhalinin 0-14 yaşda olan əhalidə xüsusi çəkisinin 45% olduğunu bilərək, 0-14 yaş qrupunda olan əhalinin ümumi əhalidə xüsusi çəkisini hesablayın.
3%
6 faiz
0,16
0,06
0,18
5.Yaşlı əhalinin sosial-demoqrafik xarakteristikasını verərkən istifadə edilir:
a) əməkqabliyyətli əhalinin çavanlarla yüklənməsi əmsalından
b) qocalma əmsalından, əhalinin və doğulanların sayından, məhsuldar yaşda ola qadınların sayından
c) əməkqabliyyətli əhalinin ümumi və qocalarla yüklənməsi əmsallarından
ç) a və b
d) a və c
6.Verilənlərdən hansı qocalma əmsalının dinamikasının dəyişməsinə təsir edən amillər hesab edilir?
a) 60 və yuxarı yaşda olan əhalinin sayının 15 yaşa qədər olan əhalinin sayına nisbəti əmsalı
b) 0-14 yaşda olanların ümumi əhalidə xüsusi çəkisi, xüsusi nigah əmsalı
c) 0-14 yaşda olanların ümumi əhalidə xüsusi çəkisi
ç) a və c
d) a və b
7.Verilən variantlardan düzgün olanını seçin?
a) qocalma əmsalının dəyişməsinə müxtəlif amillərin təsirini aşkar etmək üçün indeks metodundan istifadə edilir
b) qadınlar arasında uzunömürlülüyə kişilərə nisbətən daha az rast gəlinir
c) ümumi doğum əmsalının əsas nöqsanı əhalinin umumi sayına nisbətən hesablanmasıdır
ç) a və b
d) a və c
8. Cari dövrdə əmək qabliyyətli əhalinin ümumi yüklənməsi əmsalının 850 nəfər, cavanlarla yüklənməsi əmsalının 250 nəfər təşkil etdiyini bilərək qocalarla yüklənmə əmsalını hesablayın.
1100 nəfər
400 nəfər
600 nəfər
450 nəfər
550 nəfər
9.Əsas dövrlə müqayisədə cari dövrdə qocalma əmsalı 5% artarsa, 60 yaşdan yuxarı əhalinin 0-14 yaşda olan əhalidə xüsusi çəkisinin 8% azalarsa, 0-14 yaş qrupunda olan əhalinin ümumi əhalidə xüsusi çəkisinin dəyişməsini hesablayın.
0,88
1,14
0,97
13%
3%
10.Verilənlərdən hansı uzunömürlülüyün səviyyəsini kəmiyyətcə qiymətləndirən göstəricilər hesab edilir.
a) uzunömürlülüyün məhdudluq əmsalı, qocalma indeksi
b) uzunömürlülüyə çatmaq imkanı, uzunömürlülüyün məhdudluq əmsalı
c) uzunömürlülüyə çatmaq imkanı, əmək qabliyyətli əhalinin qocalarla yüklənməsi əmsalı
ç) a və b
d) b və c
