Font size
WorksheetsSınaq 1
Total questions: 10
Worksheet time: 10mins
Aşağıda göstərilən hansı bənddə vergilərin düzgün tərifi verilmişdir?
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin əmlakının özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət büdcəsinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərindən tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir
Vergilər – dövlət və bələdiyyə büdcəsinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi ödənişdir
Vergilər öz iqtisadi mahiyyətini nələr vasitəsilə büruzə verir?
Fiskallığı
Prinsipləri
Funksiyaları
Xassə və əlamətləri
Fiskal funksiyanın əsas mahiyyəti nədən ibarətdir?
Ölkədə dövlətçiliyin qorunub saxlanmasını etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.
Ordu quruculuğunun möhkəmlənməsi və iqtisadi fəallığın stimullaşdırılması üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.
İqtisadi fəallığın stimullaşdırılması üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.
Dövlət xərclərinin maliyyələşdirilməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi.
Vergi siyasətinin məqsəd və vəzifələri nədən aslı olaraq müəyyən edilir?
A) Vergi siyasətinin təşkili prinsiplərindən
Cəmiyyətin iqtisadi-sossial quruluşundan, iqtisadiyyat və dövlətin maliyyə vəziyyətindən
Sosial-iqtisadi şəraitdən və verginin funksiyalarından
Vergi sisteminin təşkili prinsiplərindən
İqtisadi cəhətdən əsaslandırılmış vergi siyasətinin əsas məqsədi...
vergitutma sistemi vasitəsilə əhalinin gəlirlərinin səviyyəsinin dəyişməsi məqsədi ilə milli gəlirin yenidən bölüşdürülməsidir
dövlət tərəfindən vergi siyasəti istehsalın quruluşunun, iqtisadiyyatın sahələr üzrə inkişafının dəyişməsi məqsədi ilə milli gəlirin yenidən bölüşdürülməsidir
vergi sistemi vasitəsilə mərkəzləşdirilən vəsaitlərin optimallaşdırılmasıdır
vergi sistemi vasitəsilə iqtisadiyyatın sahələr üzrə inkişafının dəyişməsi məqsədi ilə milli gəlirin yenidən bölüşdürülməsidir
Aşağıdakılardan hansı əlverişlilik prinsipinin mahiyyətini düzgün əks etdirir?
Əlverişlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət gəlirlərinin maliyyələşdirilməsində vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Əlverişlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlir və imkanlarına uyğun olaraq iştirak etməlidir
Əlverişlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü və vergilərin məbləği onların hesablanması və ödənilməsi üsulları vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır
Əlverişlilik prinsipinə əsasən vergilər vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Azərbaycan Respublikasında vergilər hansı qanunvericilik aktı ilə müəyyən edilir?
Mülki Məcəllə
Vergi qanunvericiliyi
Vergi Məcəlləsi
Vergi qanunvericiliyi və digər normativ aktlar
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid inzibati xətalar haqqında müddəalarda vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?
Edilə bilər
Edilə bilməz
Yalnız qanunvericilikdə müəyyən edilmiş haldavə qaydada edilə bilər
Vergi Məcəlləsində nəzərdə tutulduğu hallarda edilə bilər
Optimal vergi sistemi dövlətin maliyyə resurslarına olan tələbatını ödəməklə yanaşı, nəyi stimullaşdırmalıdır?
Sahibkarlıq fəaliyyətinin inkişafını
Vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə olan maraqlarını
Müəssisələrin (sahibkarların) maliyyə-təsərrüfat fəaliyyəti nəticələrinin yaxşılaşdırılmasına olan maraqlarını
Vergi ödəyicilərinin təsərrüfat fəaliyyətinə olan maraqlarını
Vergitutma elementləri nədir?
Vergi öhdəliklərinin hesablanması və yığılması üsullarıdır
Bütün vergi və yığımlar üçün ümumiləşdirici başlanğıcdır
Vergi öhdəliklərinin yerinə yetirilməsi metodlarıdır
Vergilərin hesablanması, toplanması və yığılması metodlarıdır (üsullarıdır).
