NEW
Font size
Worksheetsİşgüzar kommunikasiyada elan xarakterli sənədlər
Total questions: 10
Worksheet time: 5mins
1. Biri elan növü deyil:
a) ərizə
b) afişa
c) anons
d) bildiriş
e) reklam
2. Biri elan məlumatını qruplaşdırarkən nəzərə alınmır:
a) Məlumatın kim tərəfindən verilməsi göstərilmir.
b) Tədbirin keçiriləcəyi yer qeyd edilməlidir.
c) Məlumatın kim tərəfindən verilməsi göstərilməlidir.
d) Məlumatda vaxt dəqiq göstərilməlidir.
e) Məlumatın məzmunu aydın qeyd olunmalıdır.
3. Bunlardan biri reklamın daşıdığı mənanı ehtiva etmir:
a) Məşhurlaşdırmaq missiyası daşımır.
b) Hər hansı bir məmulat haqqında məlumat verir.
c) Məşhurlaşdırmaq məqsədilə məlumat yayır.
d) Müştəri cəlb etmək məqsədi güdür.
e) Bir şəxsə və ya bir şeyə şöhrət qazandırmaq mənasında işlədilir.
1. Biri reklamın ötürülməsi vasitəsi deyil:
a) qəzet
b) vebsayt
c) radio
d) bilbord
e) istehsal
5. Bunlardan hansı bildirişin məzmununu açıqlamır?
a) Tədbirin xarakteri haqqında məlumat verilir.
b) Tədbirin gündəliyini əks etdirmir.
c) Tədbir iştirakçıları haqqında məlumat verilir.
a) Tədbirin keçiriləcəyi yer göstərilir.
a) Tədbirin vaxtı qeyd olunur.
6. Bildirişin dil xüsusiyyətlərinə aid deyil:
a) səlislik
b) fikir aydınlığı
c) ədəbi dildə yazılma
d) heç bir halda bədiiliyə yol verilməməsi
e) nadir hallarda bədiiliyə yer verilə bilinməsi
7. Televiziyanın “AzTV-1” kanalında “Nəsimi” bədii filmindən fraqmentlər göstərilir və həmin filmin efirə gedəcəyi gün və saat verilirsə, bu,......... adlanır:
a) reklam
b) afişa
c) anons
d) bildiriş
e) elan
8. Nümunə işgüzar sənədlərdən hansına aiddir?
Mart ayının17-də universitetin IV korpusunun akt zalındaşair Nəriman Həsənzadə ilə görüş olacaq.
Arzu edənlər iştirak edə bilərlər.
a) anons
b) bildiriş
c) arayış
d) təqdimat
e) əmr
9. Latın sözüdür, “qışqırmaq” mənasını verir və bir neçə anlamda işlənir:
1. bir adama və bir şeyə şöhrət qazandırmaq
2. məşhurlaşdırmaq, kütləviləşdirmək
3. məlumatı yaymaq, diqqəti cəlb etmək
Söhbət hansı əməli yazı növündən gedir?
a) elan
b) akt
c) protokol
d) reklam
e) izahat
10. Verilmiş nümunə hansı əməli yazı növünə aiddir?
1. Elanın formalarından biridir.
2. Fransız sözüdür.
3. Divara vurulur.
4. Kino, tamaşa və s. haqqında məlumat verilir.
5. Saat, gün, ay dəqiq göstərilir.
a) təqdimat
b) izahat
c) ərizə
d) bildiriş
e) afişa
