NEW
Font size
WorksheetsNitq texnikasının komponentləri haqqında.
Total questions: 10
Worksheet time: 5mins
Nitq texnikasını özündə ehtiva etməyən ünsür hansıdır?
a) səsin sürəti
b) tembr
c) tələffüzün aydın olmaması
d) səslənmə
e) səsin yüksəkliyi
Biri tembr qüsuru sayılmır:
a) təngnəfəslik
b) burunda danışmamaq
c) sərtlik
d) boğaz səsi
e) xırıltılılıq
Biri gözəl duruş vəziyyətinə şamil edilmir:
a) mütənasiblik
b) mütənasibsizlik
c) sabitlik
d) düzgün koordinasiya
e) mütəhərriklik
Jest qaydalarını əks etdirmir:
a) Jestlər təbii olmalıdır.
b) Jestlər kortəbii olmamalıdır.
c) Jestləri idarə etmək lazımdır.
d) Jestlər müxtəlif xarakterli ola bilər.
e) Jestlər öz təyinatına uyğun olmalıdır.
Tələffüz aparatını xarakterizə etmir:
a) tənəffüs orqanları
b) vibrator
c) rezonator
d) qulaqcıq
e) artikulyator
Biri artikulyator deyil:
a) dil
b) dodaq
c) alt çənə
d) diş
e) yumşaq damaq
Asan qavrayış üçün optimal şərt hansı sürətdir?
a) dəqiqədə 100-120 söz
b) dəqiqədə 50-70 söz
c) dəqiqədə 180-200 söz
d) dəqiqədə120-200 söz
e) dəqiqədə 210- 250 söz
İntonasiyaya neçə akustik komponent daxildir?
a) 4
b) 3
c) 1
d) 2
e) 5
İntonasiya nədir? Biri səhvdir
a) İfadələrin semantik fərqlərini çatdırır.
b) İfadələrin emosional fərqlərini çatdırır.
c) Danışanın vəziyyətini (əhval-ruhiyyəsini) əks etdirmir.
d) Danışanın söhbətin mövzusuna münasibətini bildirir.
e) Tərəflərin bir-birinə münasibətini əks etdirir.
İntonasiyanın şifahi nitqi yazılı dildən fərqləndirən xüsusiyyəti deyil:
a) Şifahi nitqi daha zəngin edir.
b) Şifahi nitqi daha ifadəli edir.
c) Şifahi nitqə özünəməxsusluq verir.
d) Şifahi nitqə fərdi xarakter verir.
e) Şifahi nitqə sönük çalar verir.
