NEW
Font size
WorksheetsADİU-EHALİ STAT-TEKRAR İST-MİQRAS-450-452
Total questions: 10
Worksheet time: 5mins
Region əhalisi üzrə yekun nəsilvermə əmsalının nəticəsi 1,87 olmuşdur. Verilən variantlardan düzgün olanını seçin:
a) region əhalisi üçün geniş təkrar istehsal xarakterikdir
b) region əhalisi üçün sadə təkrar istehsal xarakterikdir
c) region əhalisi üçün sadə və geniş təkrar istehsal xarakterikdir
ç) a və b
d) region əhalisi üçün doğum potensialı artıb
Əhalinin təkrar istehsalının yüksək ölüm və doğum səviyyəli ekstensiv tipindən aşağı ölüm və doğum səviyyəli intensiv tipinə keçidin tarixi prosesi nəyi anladır?
a) əhalinin təkrar istehsalının sadə tipini
b) demoqrafik keçidi
c) əhalinin təkrar istehsalının brutto əmsalını
ç) demoqrafik keçidin sürətini
d) b və c
Cari dövrdə yekun nəsilvermə əmsalının 1,896 təşkil etdiyini bilrərək əhalinin təkrar istehsalının brutto əmsalını hesablayın.
0,896
276‰
0,488
0,527
0,929
Verilənlərdən hansı miqrasiya statistikasının nisbi göstəricilərinə aid edilir?
a) miqrasiyanın ümumi və xüsusi əmsalları
b) yeni köçmüşlərin uyğunlaşma əmsalı
c) a və d
ç) a və b
d) brutto miqrasiya
Fikri tamamlayın: _____________dedikdə nəslin ____________ ilə əvəz edilməsi və bir quruluş hissənin digər hissəyə keçməsi yolu ilə onun _____________________ daimi _______________başa düşülür.
a) əhalinin daraldıcı təkrar istehsalı, yenisi, sayının, yeniləşməsi
əhalinin təkrar istehsalı, yenisi, sayı və quruluşunun, yeniləşməsi
əhalinin təbii hərəkəti, yenisi, sayı və quruluşunun, yeniləşməsi
əhalinin təkrar istehsalı, yenisi, quruluşunun, sabitləşməsi
əhalinin sadə təkrar istehsalı, daha sürət, sayı və quruluşunun, azalma meyli
Verilən variantlardan düzgün olanını seçin:
a) ölümün dəyişən tərkibli indeksi əhalinin yaş quruluşu və yaş qrupları üzrə xüsusi ölüm əmsallarının təsirini əks etdirir
b) ölümün dəyişən tərkibli indeksi əhalinin yaş quruluşunun təsirini əks etdirir
c) a və b
ç) a və d
d) ölümün sabit tərkibli indeksi yaş qrupları üzrə xüsusi ölüm əmsallarının təsirini əks etdirir
Ölümün dəyişən tərkibli indeksi 8,4% azalarsa, sabit tərkibli indeksi 5,5 artarsa, ölümün səviyyəsinə quruluş amilinin təsiri:
13,2 faiz azalar
13,2 faiz artar
3,4% azalar
15,2% artar
15,2% azalar
2019-cu ildə ölkəyə gələnlərin sayının 12400 nəfər, onlardan daimi yaşayanların sayının 1250 nəfər olduğunu bilərək yeni köçmüşlərin çeviklik əmsalını hesablayın.
10,1%
13700 nəfər
89,9%
9,9
12000 nəfər
2020-ci ilin I rübündə bir yaşa qədər ölən uşaqların sayı 2565 nəfər, ümumi əhalinin sayı 8960,5 min nəfər, diri doğulanların sayı isə 145,8 min nəfər təşkil etmişdir. Bu məlumatlara əsaən uşaq ölümü əmsalını hesablayın.
17,6 faiz
2,7 ‰
61,5 promil
6,1 promil
17,6‰
Verilənlərdən hansı ölüm cədvəlinin göstəriciləri hesab edilir?
a) xüsusi nəsil vermə əmsalı, qarşıdakı dövrə adam-illərin sayı
b) verilən x yaşa qədər yaşayanların sayı, növbəti yaşa keçənədək yaşama ehtimalı
c) a və b
ç) x yaşdan x+1 yaşa keçənədək ölənlərin sayı
d) b və ç
