WorksheetsAvtokorrelyasiya
Total questions: 10
Worksheet time: 10mins
Avtokorrelyasiya əsasən hansı hallarda müşahiidə olunur?
yanlış spesifikasiyada
qalıqlar homoskedastik olduqda
qalıqlar heteroskedastik olduqda
qalıqlar homogen olduqda
Avtokorrelyasiya əsasən hansı hallarda müşahidə olunur?
qalıqlar bir-birindən asılı olmadıqda
zaman sıralarında
spesifikasiya doğru olduqda
qalıqlar homogen olduqda
Qalıqların avtokorrelyasiyasının mahiyyəti nədən ibarətdir?
cov(eps(i), eps(j))=0
Qalıqların qiymətləri arasında asılılıq mövcud olur
Qalıqların qiymətləri arasında asılılıq mövcud olmur
Qalıqların dispersiyası sabit olmur
ρσ2 ifadəsinin cov(eps(i), eps(i-1)) ifadəsinə bərabər olduğunu fərz edək. Tutaq ki, ρ>0 . Onda aşağıdakı mülahizələrdən hansı doğrudur?
qalıqların birinci tərtib mənfi avtokorrelyasiya mövcuddur.
qalıqların birinci tərtib müsbət avtokorrelyasiya mövcuddur.
qalıqların ikinci tərtib müsbət avtokorrelyasiya mövcuddur.
qalıqların üçüncü tərtib müsbət avtokorrelyasiya mövcuddur.
Tutaq ki, qalıqların 1-ci tərtib avtokorrelyasiyası mövcuddur. Onda reqressiya tənliyinə hansı toplananın əlavə edilməsi məqsədəuyğun ola bilər?
AR(2)
AR(0)
AR(1)
AR(-1)
Tutaq ki, biramilli xətti reqressiya modelində birinci tərtib müsbət avtokorrelyasiya mövcuddur. Reqressiya tənliyinə AR(1) həddi əlavə edilməsə bu nəyə səbəb ola bilər?
b1 həddinin sürüşməsinə
b0 həddinin sürüşməsinə
heç bir yan təsir müşahidə olunmayacaq
qalıqların heteroskedastikliyinə
•Tutaq ki, qalıq sırasının qiymətləri aşağıdakı işarələrə malikdir:
+ + - + - - + - + - - + + + - + - - + - - - -
•N=23 işarə sayı
•N1+=10, N2-=13
•Eyzenxart cədvəlindən K1=7 və k2=18 tapılır.
işarə dəyişməsini təyin edin və qalıqların avtokorrelyasiyasının mövcud olub olmamasını müəyyən edin.
Qalıqların 1-ci tərtib müsbət avtokorrelyasiyası mövcuddur
Qalıqların 1-ci tərtib avtokorrelyasiyası mövcud deyil
Qalıqların 1-ci tərtib mənfi avtokorrelyasiyası mövcuddur
Qalıqların 1-ci tərtib müsbət avtokorrelyasiyasının mövcud olub olmadığı qeyri-müəyyəndir
Qalıqların birinci tərtib avtokorrelyasiyasının mövcud olub-olmadığını Durbin-Watson üsulu ilə müəyyən edərkən ədədi ox neçə zonaya bölünür?
4
3
2
5
Breusch - Pagan- Godfrey heteroskedastiklik testi üçün qalıqların hansı ifadəsinin izahedici amillərdən asılılılığı yoxlanılır?
Qalıqların cəminin
qalıqların kubunun
qalıqların kvadratının
qalıqların kvadratları cəminin loqarifminin
Tutaq ki, DW=2.18. Onda aşağıdakılardan hansı doğrudur?
ρ=−0.09
ρ=0.09
ρ=−1.18
ρ=1.18
