wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ADY team building

Total questions: 20

Worksheet time: 17mins

Name
Class
Date
1.

8, 10, 14? Məntiqi ardıcıllığı riyazi anlamda tamamlayan variantı seçin.

a)

20

b)

35

c)

13

d)

14

e)

22

2.

Hərf dəyişikliyinə uğramış sözləri bərpa edib ardıcılığı tamamlayın:

Laıpd, Ürkank, Rinça, ...

a)

Maş

b)

Səlmad

c)

Qba

d)

Arbamq

e)

Mətlif

3.

Əgər altı nəfər biri birinə salam deyirsə, cəmi neçə “salam” sözü deyilmiş olacaq?

a)

36

b)

35

c)

30

d)

12

e)

22

4.

Azərbaycan Respublikası hansı iqlim qurşaqlarında yerləşir?

a)

Subtropik, Tropik

b)

Subtropik, Mülayim

c)

Mülayim, Ekvatorial, Tropik, Subtropik

d)

Ekvatorial, Tropik

e)

Mülayim,Ekvatorial

5.

Şagirdin öyrənməli olduğu 9 dərs var. Dərslərin hər biri çətin, orta və yaxud asan sayıla bilər. Çətin dərslərin sayı asan dərslərin sayından 5 dəfə azdır. Şagirdin artıq bir çətin dərsi oxuduğunu bilərək tapın ki, 9 dərsdən neçəsi orta səviyyəlidir?

a)

İkisi

b)

Biri

c)

Üçü

d)

Dördü

e)

Heç biri

6.

Malın qiyməti 4 dəfə bahalaşıbsa, mal neçə faiz bahalaşıb?

a)

400 faiz

b)

300 faiz

c)

500 faiz

d)

4 faiz

e)

40 faiz

7.

4-25, 5-36, 8-81, 10-?

a)

100

b)

101

c)

121

d)

144

e)

131

8.

Ardıcıl iki cüt ədədin kvadratları fərqi 28 olarsa, bu ədədlərin cəmi neçədir?

a)

8

b)

10

c)

12

d)

14

e)

16

9.

Orxan cibindəki pula 7 albom almaq istəsə 4 manat pulu çatmaz, 5albom almaq istəsə 2 manatı artıq qalar. Bir albom neçə manatdır?

a)

3

b)

2

c)

6

d)

4

e)

7

10.

yağış – çətir ,

a)

döyüş – qələbə

b)

hücum – əks-hücum

c)

qılınc – qalxan

d)

qələbə – məğlubiyyət

e)

müdafiə – hücum

11.

Aşağıdakı hallardan hansı tərəflər arasında yaranan əmək münasibətlərinə aid edilmir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilir:

a)

Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid olmayan işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda

b)

tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

c)

Əmək Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə

d)

Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda

12.

Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin məzmununa aşağıdakı şərtlərdən hansı mütləq göstərilməlidir:

a)

Əmək Müqaviləsinin yenilənmə müddəti

b)

İşçinin əmək haqqını hansı bankdan alması

c)

İşçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması

d)

Əmək müqaviləsinə xitam verilməmişdən öncə, tərəflərin müəyyən müddət ərzində yerinə yetirilməmiş öhdəliklər barəsində pretenziya qaydasına əməl etməsi

13.

Aşağıdakı hallardan hansı sınaq müddəti müəyyən edilməyən hallara aid deyil:

a)

yaşı 18-dən az olan şəxslərlə

b)

hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə

c)

müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara

d)

təhsil müəssisələrini bitirdiyi ildə ilk dəfə işə götürülən şəxslərə

14.

Əmək kitabçası işçiyə nə vaxt açılır:

a)

Əmək müqaviləsinə xitam verildiyi gün

b)

İşçi beş gündən artıq işlədikdə

c)

İşçinin təşəbbüsü ilə bir aydan sonra

d)

Sınaq müddəti qurtardıqda

15.

Əmək münasibətlərinin yaranması anı:

a)

Əmək kitabçası açıldıqda

b)

Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra

c)

Yazılı əmək müqaviləsinin həm işəgötürən, həm də işçi tərəfindən imzalandığı gündən, elektron informasiya sisteminə günləndirilmiş imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından sonra 5 gün ərzində

d)

İşçi işə başladıqda

16.

Əmək Məcəlləsi şamil edilir:

a)

Hərbi qulluqçulara

b)

Bələdiyyələrdə seçilmiş şəxslər istisna olmaqla digər əsaslarla çalışan şəxslərə

c)

Məhkəmə hakimlərinə

d)

Xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə

17.

Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi qaydaları ilə bağlı aşağıdakılardan hansı səhvdir:

a)

Əmək Məcəlləsinə əsasən axşam növbəsinin vaxtı gecə vaxtından öncə gələn növbəyə deyilir

b)

Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi əlavə haqq ödənilir

c)

İş vaxtının ən azı yarısı gecə vaxtına (axşam. saat 22-dən səhər saat 6-ya qədər) düşən iş növbəsi gecə növbəsi hesab edilir

d)

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş əmək şəraiti ağır və zərərli olan iş yerlərində, habelə xüsusi xarakterli işlərdə çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, onda həmin iş vaxtının gecə vaxtına düşən hissəsi bir saat qısaldılır və həmin saatlar qanunvericiliklə müəyyən edilmiş iş vaxtı normasında tam nəzərə alınmaqla vaxtamuzd əmək haqqı sistemi üzrə ödənilir

18.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilməyən hallara aid deyil:

a)

əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı şəxsin məcburi dövlət sosial sığorta haqqı hesablanmayan əmək fəaliyyəti dövründə baş vermişdirsə

b)

12 ay sosial sığorta stajı olmayan şəxslərə

c)

işdən və ya başqa vəzifədən boyun qaçırmaq məqsədi ilə sığortaolunan qəsdən öz sağlamlığına zərər vurduqda və yaxud özünü yalandan xəstə kimi qələmə verdikdə

d)

törətdikləri cinayət zamanı aldıqları zədə nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdikdə

19.

Aşağıdakılardan biri əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsinə aid deyil:


a)

İşəgötürənin tələbi ilə ictimai fəaliyyətlə məşğul olmaq

b)

İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq

c)

Əməyin təhlükəsizliyi normalarına əməl etmək

d)

İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq

20.

Əmək müqaviləsi ləğv edilməsi ilə bağlı aşağıdakılardan hansı düzdür:

a)

İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstəribsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir

b)

İş vaxtından sonra bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi halı əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir

c)

Əmək Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir

d)

İşgötürən tərəfindən məktəb yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsi xitam vermək qadağandır;