Worksheets3 m
Total questions: 14
Worksheet time: 23mins
Müşavirəyə rəhbərlik edən şəxs aşağıdakılardan birinin icrasına məcbur deyil:
• iclasa vaxtında başlamaq;
reqlament və protokola məsul şəxsi təyin etmək;
işin aparılması qaydalarını razılaşdırmaq, gündəliyi dəqiqləşdirmək;
iclasda tərəfdaşların hamısının fikirlərini nəzərə almaq
reqlament barədə məlumat vermək
Danışıqlara hazırlığın əsas elementlərindən biri yanlışdır: •
danışıqların predmetinin müəyyənləşdirilməsi;
nümayəndə heyətinin tərkibinə mütəxəssislərin seçilməsi
danışıqların planının və proqramının hazırlanması;
tərəfdaşın nəzər-nöqtəsinə diqqətsizlik;
problemlərin həlli üçün tərəfdaşların axtarılması;
Telefonla işgüzar söhbətə hazırlıq zamanı siz aşağıdakıları bacarmalı və yerinə yetirməlisiniz. Səhv cavabı göstərin: •
sualları və onların təqdim olunmasını dəqiqliklə düşünüb müəyyənləşdirmək; √
işə aidiyyəti olan zəruri sənədləri, həmçinin təqvim və qeyd kitabçasını hazırlamaq;
telefon danışığını kobud, sərt tonda aparmaq;
danışığın planını tərtib etmək;
danışığın məqsədini və onun aparılma taktikasını dəqiq müəyyənləşdirmək;
Aşağıdakılardan biri işgüzar söhbətin əsas funksiyalarına aid deyil
xarici mühitdəki tərəfdaşlarla işgüzar əlaqələrin yaradılması;
innovativ tədbir və proseslərin başlanılması;
başlanmış tədbir və proseslərə nəzarət və onların koordinasiyası;
əsaslandırma
informasiya mübadiləsi
Aşağıdakılardan biri telefon danışığı kompozisiyasının əsas ünsürlərinə aid deyil:
vəziyyətin müzakirəsi
qarşılıqlı təqdimolunma
həmsöhbətin işin məğzi ilə tanış edilməsi
telefon dialoqu zamanı məişət üslubuna aid olan sözlərdən, həmçinin qeyri-formal xitablardan istifadə edilməsi
yekun sözü
Nitqinizi yarımçıq kəsən suallar olduqda nəyi etmək olmaz:
Sözünüzü kəsənlərə sonra, ayrılıqda söhbət aparmağı təklif edin;
Sual verilməsini xahiş edin;
Polemikaya girişməyin, sakit və obyektiv olaraq qalın;
Fasilə verin, sözünüzü kəsən adamın səsini batırmağa çalışmayın
Əgər müəyyən bir əsas varsa, sizə söylənilən faktlarla razılaşın
Aşağıdakılardan biri mətbuat konfransının strukturuna və quruluşuna aid deyil
tədbirin keçirilməsi səbəbinin izahı;
görüşün proqramı;
giriş hissə (davamı 3-4 dəqiqə);
salamlama; ;
özəl hissə;
. İşgüzar söhbət prosesində nəyi etmək olar?
həmsöhbətin şəxsi zonasına müdaxilə etmək;
söhbətin tempini qəsdən sürətləndirmək;
söhbət zamanı tərəfdaşın psixi vəziyyətini anlamaq
özü ilə həmsöhbət arasındakı fərqi vurğulamaq;
həmsöhbətin sözünü kəsmək
İşgüzar söhbətin ümumi strukturuna aşağıdakılardan biri aid deyil:
əsaslandırma
işgüzar söhbətə hazırlıq: görüşün yerinin və vaxtının müəyyənləşdirilməsi
• söhbətin başlanğıcı: əlaqəyaratma
informasiya mübadiləsi
problemin irəli sürülməsi və informasiyanın ötürülməsi
İşgüzar danışıqlar neçə mərhələdən keçir?
5
6
4
2
3
Aşağıdakılardan biri işgüzar söhbətin uğurlu olmasına yardım edən faktorlardan deyil
professional biliklər
əsas müddəaların və fikirlərin təkrarı
əyanilik
qeyri-müəyyən ritm
fikir aydınlığı
. Əsaslandırma zamanı istifadə edilən arqumentlər neçə qrupa ayrılır?
6
4
3
2
5
İşgüzar ünsiyyət prosesində işgüzar söhbətin neçə əsas növü müəyyənləşdirilir?
5
6
4
3
2
. Müsahibin nitqinə hansı halda müdaxilə edilə bilməz?
danışan bəhs etdiyi məsələdən uzaqlaşdıqda
müsahibin nitqini qüvvətləndirmək, fikrini təsdiq və təqdir etməyə ehtiyac duyulduqda
bəhs olunan məsələ ilə bağlı səhvə və ya dolaşıqlığa yol verildikdə
hər hansı məsələ barədə aydın, məntiqli danışıldıqda
məlum olan əşya və hadisə barədə danışıldıqda
