wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İbtidai sinif ixtisası üzrə rəqəmsal bilik yarışı 1

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

"Hərçənd ki o, heç kimi eşitmir, yenə də xahiş edərik" nümunəsində bağlayıcının hansı növü işlənmişdir?

a)

səbəb

b)

bölüşdürmə

c)

dəqiqləşdirici

d)

məhdudlaşdırıcı

e)

güzəşt

2.

Hansı cümlədə "o" əvəzliyindən sonra qoyulan vergül işarəsi doğrudur?

a)

O, adam öz taleyindən nigarandır.

b)

Elə o, da bizim dostumuzdur.

c)

O, gələndə mən evdə yox idim.

d)

O, bilirdi ki, hər dərdə dərman tapmaq heç də hər kəsin işi deyil.

e)

O, gedənləri arxadan çağırdı.

3.

"ki" hansı cümlədə ədat kimi işlənib?

a)

Müəllim dedi ki, sabah inşa yazacaqsınız.

b)

Sən özün dedin ki, imtahan sabahdır.

c)

Sən ki mənə söz vermişdin.

d)

Qərara alındı ki, buraxılış imtahanları test üsulu ilə olsun.

e)

Hiss edirəm ki, təbiəti çox sevirsiniz

4.

[ q ] səsinin tələffüz edildiyi sözü müəyyən edin.

a)

nöqtə

b)

iqlim

c)

monoloq

d)

otaq

e)

sarıq

5.

Feildən düzələn sifəti müəyyən edin.

a)

həvəskar

b)

inqilabi

c)

çalışqan

d)

barışıq

e)

oxuyan

6.

Cümlələrdən biri çıxışlıq halda olan isimlə başlayır.

a)

Kimdən soruşdum, demədi.

b)

Hərdən bizə baş çəkərdi.

c)

Beşlərimdən xoşum gəlir.

d)

Güldan stolun üstündə idi.

e)

Dərsdən hamı razı qaldı.

7.

Arxaizmlər cərgəsini müəyyən edin.

a)

tanıq, sayru, məhraba

b)

qəlbi, becid, güz

c)

damu, əsən, us

d)

qıvraq, arı, yey

e)

ayaq, hancarı, doqqaz

8.

"Böyüklərimizdən" sözünün tərkibini müəyyən edin.

a)

kök, 2 leksik, 2 qrammatik

b)

kök, 3 leksik, 1 qrammatik

c)

kök, 1 leksik, 3 qrammatik

d)

kök, 2 leksik, 1 qrammatik

e)

kök, 1 leksik, 2 qrammatik

9.

Mürəkkəb ismin əmələ gəlmə yollarından biri səhvdir.

a)

Əks mənalı sözlərin iştirakı ilə

b)

Yaxın mənalı sözlərin iştirakı ilə

c)

"ha" bitişdiricisinin köməyi ilə

d)

Mənsubiyyət şəkilçili sözün iştirakı ilə

e)

"ba" bitişdiricisinin köməyi ilə

10.

"Kömürlü" sözünün fonetik təhlilindəki səhv fikri göstərin.

a)

Hərflər və səslər sayca bərabərdir.

b)

Sözdəki [ m ], [ r ] və [ l ] cingiltili samitlərinin kar qarşılığı yoxdur.

c)

Üçhecalıdır, vurğu üçüncü hecaya düşür.

d)

İncə saitlərin ahəngi gözlənilmişdir.

e)

Deyilişi və yazılışı fərqlənir.

11.

54690093 ədədində neçə sinif var?

a)

1

b)

2

c)

3

d)

7

e)

8

12.

Yuvarlaqlaşan zaman 3500 alınan ən böyük və ən kiçik ədədin cəmini tapın.

a)

3501

b)

7001

c)

6999

d)

7000

e)

99

13.

Bərabərsizliyin neçə natural həlli var?

6 < 3x < 21

a)

1

b)

2

c)

3

d)

4

e)

5

14.

3 ədədin ədədi ortası 40 edir. Bu sıraya 20 ədədini də əlavə etdikdən sonra ədədi orta neçə olacaq?

a)

35

b)

30

c)

32

d)

40

e)

24

15.

Hansı variantda vurmanın paylama xassəsi tətbiq edilmişdir?

a)

a + b + c = (a + c) + b

b)

(a + b) : c = a : c + b : c

c)

a ∙ (b + c) = a ∙ b - a ∙ c

d)

a ∙ b ∙ k = k ∙ a ∙ b

e)

a ∙ (c - d) = a ∙ c - a ∙ d

16.

6 ədədini 121 dəfə öz-özünə vursaq sonuncu rəqəm neçə olar?

a)

2

b)

3

c)

7

d)

9

e)

6

17.

A ədədini 15-ə böldükdə natamam qismət 10 oldu. A ədədi ən çox neçə olar?

a)

150

b)

160

c)

154

d)

164

e)

25

18.

Simmetriya oxlarının sayı verilmiş hansı variant yanlışdır?

a)

Romb - 2

b)

Çevrə - sonsuz

c)

Bərabəryanlı üçbucaq - 1

d)

Kvadrat - 2

e)

Paraleloqram - yoxdur

19.

Bu fiqurun 5 üzü üçbucaq bir üzü beşbucaqlıdır.

Söhbət hansı fiqurdan gedir?

a)

Beşbucaqlı prizma

b)

Kub

c)

Kürə

d)

Altıbucaqlı piramida

e)

Beşbucaqlı piramida

20.

Perimetri 40 olan düzbucaqlının sahəsi ən çox neçə olar?

a)

1600

b)

400

c)

80

d)

100

e)

120