wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vergi 1-6

Total questions: 34

Worksheet time: 17mins

Name
Class
Date
1.

Kimlər vergi agenti hesab olunur?

a)

vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

b)

özəl vergi xidməti fəaliyyəti ilə məşğul olan şəxslər

c)

vergi ödəyicisinin kommersiya sirrini bilən şəxslər

d)

vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər

2.

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?

a)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar

b)

istənilən vergi orqanında uçota alınırlar

c)

olduqları yer üzrə

d)

olduğu ölkədə uçota alınırlar

3.

Hansı şəxslər vergi agenti ola bilərlər?

a)

yalnız fiziki şəxslər

b)

həm fiziki, həm də hüquqi şəxslər

c)

yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər

d)

yalnız hüquqi şəxslər

4.

Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?

a)

2 VÖEN verilə bilər

b)

4 VÖEN verilə bilər

c)

1 VÖEN verilə bilər

d)

məhdudiyyət qoyulmur

5.

Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?

a)

15 gün

b)

20 gün

c)

10 gün

d)

40 gün

6.

Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?

a)

15 gün

b)

20 gün

c)

40 gün

d)

10 gün

7.

Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir

a)

Şəhadətnamə-dublikat

b)

Şəhadətnamənin surəti

c)

Şəhadətnamənin itməsi ilə bağlı arayış

d)

Şəhadətnamənin yeni nüsxəsi

8.

Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?

a)

vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir

b)

Mülki Məsəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir

c)

Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir

d)

Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir

9.

Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması nəyə səbəb olur?

a)

sahibkarlıq fəaliyyətinin zəifləməsinə

b)

qanunla müəyyən edilmiş məsuliyyətə

c)

vergi ödəyiciləri arasında narazılığa

d)

qanunsuz sahibkarlıq fəaliyyətinin artmasına

10.

Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

a)

Azərbaycan Respublikasının Konstitusiyası ilə

b)

Mülki Məcəllə ilə

c)

Vergi Məcəlləsi ilə

d)

İnzibati Xətalar Məcəlləsi ilə

11.

İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

a)

Maliyyə Nazirliyi

b)

Dövlət Gömrük Komitəsi

c)

Dövlət vergi xidməti

d)

Nazirlər Kabineti

e)

Dövlət Vergi Ximəti

12.

Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?

a)

ancaq rezidenti olduğu ölkədə uçota alınırlar

b)

uçota alınmırlar

c)

olduqları yer üzrə

d)

istənilən vergi orqanında uçota alınırlar

e)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlarc

13.

Hansı şəxslər vergi agenti ola bilərlər?

a)

yalnız hüquqi şəxslər

b)

yalnız Azərbaycan Respublikasının vətəndaşı olan və yaşı 18-dən yuxarı olan istənilən şəxs

Vergi

c)

yalnız fiziki şəxslər

d)

yalnız qeyri-rezident fiziki və hüquqi şəxslər

e)

həm fiziki, həm də hüquqi şəxslər

14.

Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?

a)

bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı

b)

bələdiyyələrin vergi xidməti orqanı

c)

bələdiyyə ərazisindəki vergi orqanı

d)

bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı

e)

icra hakimiyyəti orqanları

15.

Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?

a)

muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]

b)

dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]

c)

dövlət vergiləri və muxtar respublika vergiləri

d)

yalnız dövlət vergiləri

e)

dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]

16.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

fiziki şəxslərin gəlir vergisi

b)

fiziki şəxslərin əmlak vergisi

c)

aksizlər

d)

əlavə dəyər vergisi

e)

yol vergisi

17.

Vergitutma məqsədi ilə nəzarət-kassa aparatının müəyyən olunmuş qaydada qeydiyyatı hansı orqan tərəfindən həyata keçirilir?

a)

gömrük orqanları

b)

maliyyə orqanları

c)

vergi orqanları

d)

ədliyyə orqanları

e)

servis texniki xidmət mərkəzi

18.

Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?

a)

Vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi

b)

Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi

c)

Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq

d)

Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq

e)

Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi

19.

Rezident vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən neçə faiz dərəcəsi ilə gəlir vergisi tutulur?

a)

14 %

b)

22%

c)

20%

d)

18%

e)

25 %

20.

Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir

b)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

c)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

d)

Vergilərin ləğv edilməsi yolu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

21.

Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?

a)

hökümətin qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir

b)

Beynəlxalq təşkilatların qərarlarından asılı olaraq, avtomatik surətdə həyata keçirilir

c)

Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir

d)

Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir

22.

Xarici vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Ölkələrin sərbəst xarici siyasətinin həyata keçirilməsini

b)

İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını

c)

Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək.

d)

İkiqat vergitutmanın aradan qaldırılması sahəsində daxili siyasətinin həyata keçirilməsini

23.

Vergi strategiyası nəyi nəzərdə tutur?

a)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini

b)

Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

c)

Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir

d)

Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini

24.

Daxili vergi siyasəti nəyi nəzərdə tutur?

a)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həmdə xarici məsələlərin həllini

b)

Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

c)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini

d)

Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini

25.

Vergi taktikası nəyi nəzərdə tutur?

a)

Yeni qanunların qəbul edilməsini

b)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

c)

Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini

d)

Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxa biləcək problemlərin qarşısının alınması

26.

Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:

a)

Vergi taktikası və vergi dövrünə

b)

Qısa müddətli və uzunmüddətli

c)

Vergi strategiyası və vergi dövrünə

d)

Vergi taktikası və vergi strategiyasına

27.

Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?

a)

Milli gəlirdə vergilərin xüsusi çəkisini

b)

Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini

c)

ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini

d)

ÜDM-də vergilərin xüsusi çəkisini

28.

Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

a)

vergi dövrünün davametmə müddətinə

b)

bazar qiymətinə

c)

vergitutma bazasına

d)

vergi güzəştləri məbləğinə

29.

Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

a)

fiziki şəxslərin torpaq vergisi

b)

hüquqi şəxslərin torpaq vergisi

c)

fiziki şəxslərin əmlak vergisi

d)

bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

30.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

yol vergisi

b)

əlavə dəyər vergisi

c)

aksizlər

d)

fiziki şəxslərin gəlir vergisi

e)

fiziki şəxslərin əmlak vergisi

31.

Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar?

a)

gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar

b)

faktiki fəaliyyət göstərdikləri yer üzrə

c)

istənilən vergi orqanında uçota alınırlar

d)

yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar

32.

Qeyri-rezidentlər harada uçota

alınırlar?

a)

istənilən vergi orqanında uçota alınırlar

b)

uçota alınmırlar

c)

Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar

d)

ancaq rezidenti olduğu ölkədə uçota alınırlar

e)

olduqları yer üzrə

33.

Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?

a)

vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir

b)

vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir

c)

vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir

d)

şəhadətnamə təqdim edir

34.

Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə

uçota alınır?

a)

rezidenti olduğu dövlətdə uçota alınır

b)

Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir

c)

ayrıca uçota alınır və onlara VÖEN verilir

d)

uçota alınır, lakin onlara VÖEN verilmir