Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

təlim

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

Düzgün davranış mövzusunu keçərkən müəllim şagirdə əxlaqi keyfiyyətlərin olduğu bir siyahı təqdim edir və belə bir sual verir: bu mənəvi keyfiyyətlərdən hansı ictimai nəqliyyatda digərlərindən daha mühümdür?

a)

Təhlil etmək

b)

yaratmaq

c)

xatırlamaq

d)

tətbiq etmək

e)

anlamaq

2.

Elementlər mövzusunda müəllim şagirddən almazın hansı elementdən təşkil olunduğunu soruşur. Bu idrak taksonomiyasının hansı mərhələsidir?

a)

Tətbiq etmək

b)

anlamaq

c)

təhlil etmək

d)

dəyərləndirmək

e)

xatırlamaq

3.

Hansı dəyərləndirmək mərhələsinin sualıdır?

a)

Əsərin sonunda nə baş verdi?

b)

Dialoqu yoldaşınla canlandır.

c)

Bu maddələrin  oxşar cəhətləri hansılardır?

d)

İnsanlardakı bu xüsusiyyətləri sənin üçün vaciblik dərəcəsinə görə sırala.

e)

Çirklənmə ilə mübarizə üsulları tərtib et.

4.

Müəllim şagirddən “Dövlətin başlıca əsasları yaxşı qanunlar və yaxşı qoşunlardır” fikrinin nə demək olduğuna aydınlıq gətirməsini istəyir. Bu idrak taksonomiyasının hansı mərhələsidir?

a)

Təhlil etmək

b)

anlamaq     

c)

dəyərləndirmək

d)

xatırlamaq

e)

yaratmaq

5.

Dərsin mövzusu Yanlış və Doğru düşüncədir. Müəllim şagirdlərdən “Doğru düşüncə” anlayışını yazılı olaraq izah etməsini istəyir. Müəllim buradan idrak taksonomiyasının hansı mərhələsindən istifadə edir?

a)

Təhlil etmək

b)

yaratmaq

c)

xatırlamaq

d)

anlamaq

e)

  dəyərləndirmək

6.

Aşağıdakılardan hansı tətbiq etmək mərhələsinin sualıdır?

a)

Hekayəni necə tamamlayarsan?

b)

Verilmiş 2 obrazın oxşar və fərqli cəhətlərini göstər.

c)

Əsərin əsas ideyası nədir?

d)

Metaforanın mahiyyətini öyrəndikdən sonra tapşırığı yerinə yetir.

e)

Obrazın davranışını necə əsaslandıra bilərsən?

7.

Sosial proseslərdə insanın rolunu müzakirə edərkən müəllim şagirdə belə bir sual ünvanlayır: insan cəmiyyətdə baş verən dəyişikliklərin gedişinə necə təsir edə bilər? Bu idrak taksonomiyasının hansı mərhələsidir?

a)

dəyərləndirmək 

b)

təhlil etmək       

c)

anlamaq

d)

tətbiq etmək    

e)

xatırlamaq

8.

Müəllim şagirdlərə layihə işi olaraq qrup şəklində özlərinin adı, şüarı, bəyənnaməsi olan şirkət qurmağı tapşırır. Bu idrak taksonomiyasının hansı mərhələsidir?

a)

dəyərləndirmək

b)

anlamaq

c)

yaratmaq

d)

təhlil etmək  

e)

tətbiq etmək

9.

Şagirdlər şəkil, plan, miqyas mövzularını öyrəndikdən sonra müəllim onlara sinif otağının planını çəkməyi tapşırır. Bu tapşırıq idrak taksonomiyasının hansı mərhələsidir?

a)

Anlamaq

b)

tətbiq etmək

c)

xatırlamaq

d)

təhlil etmək

e)

yaratmaq

10.

Sağlam həyat tərzi mövzusu zamanı şagirdlər həm mənəvi, həm fiziki, həm emosional cəhətdən sağlam uşaq personajı hazırlayıb onunla bağlı kiçik mətn qurmalıdırlar. Bu idrak taksonomiyasının hansı mərhələsidir?

a)

Anlamaq

b)

tətbiq etmək 

c)

dəyərləndirmək

d)

yaratmaq

e)

təhlil etmək