Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

A

Total questions: 80

Worksheet time: 40mins

Name
Class
Date
1.

1.

İnsan resurslarının idarə edilməsində istifadə olunan metodlar:

a)

• Nəzəri, praktiki, empirik

b)

• Eksperimental, müşahidə, praktiki

c)

• Eksperimental, deduksiya, nəzəri

d)

iqtisadi,inzibati-hüquqi,sosial-psixoloji

2.

1. İdarəetmə elminin yaranması və inkişafının tədqiqi sənayeləşmə dövründə aşağıda göstərilən hansı alimə aiddir:

a)

• K.Marks

b)

• T.Veblen

c)

• A.Smit

d)

• D.Rikkardo

3.

Göstərilən proseslər hansı vacib hadisənin baş verməsinə gətirdi? 1)19-cu əsrdə zavodlar və fabriklər əsas istehsal növü kimi meydana çıxır.

2)Böyük bir qrup insanların iş ilə təmin edilməsi zəruriliyi

yaranır.

3)Fərdi sahibkarlar artıq bütün işçilərin fəaliyyətini tək başına idarə edə bilmir.

a)

Əməkdaşların karyera imkanları planlaşdırılır

b)

Fəaliyyətin motivləşdirilməsi sistemi hazırlanır

c)

Əmək bazarında sahibkarlar tərəfindən öyrədilən ilk idarəçilər peydə olur

d)

Məşğulluq amilinin təhlili baş tutur

e)

Əmək bazarının qiymətləndirilməsi baş tutur

4.

Göstərilən fəaliyyət xüsusiyyətləri hansı alimə aiddir?

1)“Fabrikin idarə olunması”, “Menecmentin (idarəetmənin) elmi prinsipləri” əsərlərini yazır və əməyin elmi təşkilini ön plana çəkir. 2)Differensial əməkhaqqı sistemini tətbiq edir. 3)İnsan təbiətinin xüsusiyyətlərini nəzərə almayan ənənəvi prinsiplərə əsaslanan idarəetməni tənqid edir.

a)

L.Valras

b)

K.Marks

c)

A.Marşall

d)

D.Rikardo

e)

F.Teylor

5.

Nəyə görə X nəzəriyyəsini istifadə edən şirkətlərdə yüksək əməkhaqqı, məzuniyyət, mükafatlar işçidə motivasiya yaratmır?

a)

İşçinin şəxsi yüksəlişində yardım göstərilmir

b)

Qazanılmış uğurlar işçilərdə əminlik hissi yaradır və nəticədə onlar məsuliyyətsiz olur

c)

İnzibati-hüquqi metodlar istifadə edilmir

d)

Kəskin nəzarət zamanı işçi öz təşkilatı üçün faydalı olduğunu, kollektivin ayrılmaz bir üzvü olduğunu hiss etmir

e)

X nəzəriyyəsinin istifadəsi ümumiyyətlə düzgün deyil

6.

Y nəzəriyyəsinə aid deyil:

a)

İnsanlara müəyyən şəraitdə işi yerinə yetirmək zövq verir

b)

Bir çox insanlar qarşıda duran problemləri yaradıcı yollar ilə həll edir

c)

İnsanlar ağıllı və zəkalıdır

d)

İşçilər özlərini yaradıcılıq baxımından ifadə edə bilmir

e)

Qazanılmış uğurlar işçilərdə əminlik hissi yaradır və nəticədə onlar daha çox məqsədə çatmaq istəyirlər

7.

X nəzəriyyəsinə aid deyil:

a)

İşçilərin məsuliyyəti yoxdur

b)

Uğur hissi insana zövq gətirir

c)

İşçilər müstəqil olaraq düşünüb qərar verə bilmir

d)

İşçilər yalnız onlara nəzarət edəndə iş görürlər

8.

Yaponiyada insan resurslarının idarə olunması metodikasına aid deyil:

a)

Şirkət heyətini idarə etmək məharəti menecerin ən böyük üstünlüyü kimi qiymətləndirilir

b)

İnsana iqtisadi, sosial, psixoloji, mənəvi bir cəhətdən yanaşırlar

c)

Şirkət daxili stabilliyin təmin edilməsinə, resursların qənaət edilməsinə üstünlük verilir

d)

İnsan resurslarının stabilliyinin təmin edilməsinə üstünlük verilir

e)

İşçilərin rolu menecerin roluna baxdıqda aşağı səviyyədə qiymətləndirilir

9.

Insan resurslarının idarə edilməsində başlıca məqsəd:

a)

Qeyri-rəsmi liderləri müəyyənləşdirmək

b)

Komandadakı şəxslərarası qarşıdurmaların sayını artırmaq

c)

Rəqabəti kəskinləşdirmək

d)

İnsanların potensialından və yaradıcı imkanlarından maksimum istifadə etmək

e)

ək İşçilərin motivasiyasını onların vəzifəsini dəyişməklə artırmaq

10.

Məlumatlar dövrünə (1960) aid deyil:

a)

İdarəetmə məktəbi riyaziyyat, məntiq, kompyuterin istifadəsinə əsaslanır

b)

İdarəetmənin forması, üsulları, sistemləri mövcud situasiyadan asılı olur

c)

Təşkilatın məqsədlərindən və mövcud şərtlərdən asılı olaraq yaranmış indiki konkret problem həll olunur

d)

F. Teylorun əməyin təşkili nəzəriyyəsi yaranır

e)

Rəhbərlər təşkilata sistem halında yanaşmağa başlayır

11.

Göstərilən xüsusiyyətlərin idarəetmənin hansı inkişaf dövrünə aid olduğunu seçin: 1)1895-1960-cı illəri əhatə edir. 2)Müxtəlif məktəblər, axınlar formalaşır, idarəetmə prosesləri müasirləşir. 3)Menecment idarəetmə elmi kimi özünü təsdiq edir.

a)

Məlumatlar dövrü

b)

Qədim dövr

c)

Düzgün cavab yoxdur

d)

Sistemləşdirmə dövrü

e)

Sənayeləşmə dövrü

12.

Sənayeləşmə dövründə A.Smithin paylaşdığı fikirlərə aiddir:

a)

Sosial təşkiletmə inkişaf etməlidir

b)

Fərdi sahibkarlar işçi kütləsini tək başına idarə edə bilməz

c)

Əhalinin gəlirləri bu dövrdə əmək bölgüsünə əsaslanır, ona görə sənayeləşmə apparatının həm texniki, həm də inzibati idarəetməyə ehtiyacı var

d)

İşçilərin psixologiyasına təsir etmək və bununla əmək məhsuldarlığını artırmaq olar

e)

Differensial əməkhaqqı sistemi tətbiq edilməlidir

13.

İdarəetmə təcrübəsinin qədim dövrünün xüsusiyyətini göstərin:

a)

Bu dövrdə müxtəlif məktəblər, axınlar formalaşır, idarəetmə prosesləri müasirləşir

b)

Menecment idarəetmə elmi kimi özünü təsdiq edir

c)

Bu dövrdə yüksək səviyyəli idarəetmə mütəxəssisləri, menecerlər yetişir

d)

1-ci inkişaf dövrü olmaqla, ən uzunmüddətli olub

e)

İdarəetmə elminin yaranması və inkişafının tədqiqi bu dövrdə əsasən A.Smitə məxsusdur

14.

İdarəetmə təcrübəsi aşağı göstərilən tarixi dövrləri (mərhələləri) əhatə edir:

a)

qədim dövr, sənayeləşmə, institutionalizm, sistemləşdirmə

b)

qədim dövr, fiziokratlar dövrü, merkantelizm, məlumatlar dövrü

c)

sənayeləşmə, sistemləşdirmə, merkantelizm, fiziokratlar dövrü

d)

qədim dövr, sənayeləşmə, sistemləşdirmə, məlumatlar dövrü

e)

merkantelizm, institutionalizm, fiziokratlar dövrü, qədim dövr

15.

Müəssisədə qaydaların praktiki həyata keçirilməsi əsasən nə ilə müəyyən ediir?

a)

İnsanlar arasında qarşıdurmaların sayının azalması ilə

b)

Yüksək kadr axının müşahidə olunması ilə

c)

Avoritar iş nəzarətinin istifadəsi ilə

d)

İş mədəniyyətinin səviyyəsi, işçilərin rəhbərliyin müəyyən etdiyi qaydalara uyğun işləmək istəyi ilə

e)

Demokrat rejimin hökm sürməsi ilə

16.

İqtisadi metodlara aiddir:

a)

Təşkilat quruluşu və ştat tərkibi

b)

Vəzifə təlimatları

c)

Maddi həvəsləndirmə və maddi mükafat

d)

Effektiv ünsiyyət

e)

Təşkilatın Nizamnaməsi

17.

İdarəetmənin əsas növləri:

a)

Adaptasiya, proqznolaşdırma, canlı təbiətin idarə olunması

b)

Nəzarət, koordinasiya, cansız təbiətin idarə olunması

c)

Texniki idarə etmə, təbii idarə etmə, sosial idarə etmə

d)

Planlaşdırma, şüurlu idarəetmə, proqznolaşdırma

e)

Adaptasiya, proqznolaşdırma, planlaşdırma

18.

İdarəetmə çoxcəhətli bir prosesdir. Hər bir idarəetmə mərhələsi nəticə etibarı ilə aşağıdakiları əhatə edir:

a)

Kiçik və böyük komplekslərin idarə olunması

b)

İnsanların fəaliyyətinin nizamlanması, qaydaya salınması

c)

Canlı əməklə istehsal vasitələrinin müəyyən qaydada əlaqələndirilməsi

d)

Hamısı aiddir

e)

İstehsal və əmək kooperasiyasının həyata keçirilməsi

19.

Müasir dövrdə idarəetmə elminə olan tələbatın artması səbəblərini göstərin:

a)

Təşkilati, iqtisadi, sosial əlaqələrin inteqrasiya olunması, bir-birinə nüfuz etməsi

b)

Kənd təsərrüfatının ümumi miqyasının çoxalması, nəticədə sahibkarlıqda iqtisadi proseslərin mürəkkəbləşməs

c)

Kompleks sosial-iqtisadi problemlərin həlli

d)

Hamısı aiddir

e)

Müasir ETT-nin nailiyyətlərindən yüksək səviyyədə idarə edilməsi zərurəti

20.

Aşağıda göstərilən məsələlər idarəetmə elmindən istifadə olunmasına, onun öyrənilməsinə olan tələbatı əhəmiyyətli dərəcədə artırır:

a)

İnsanların fəaliyyətinin istiqamətləndirilməsi

b)

İqtisadi, sosial, mənəvi inkişafın əlaqələndirilməsi

c)

Kollektivlərin fəaliyyətinin istiqamətləndirilməsi

d)

Hamısı aiddir

e)

Cəmiyyətdə baş verən bir çox sosial - iqtisadi münasibətlərin qaydaya salınması

21.

Məşğulluq dövrünün işə qəbul prosesi mərhələsinə aiddir (staffing):

a)

Karyera üzrə irəliləyiş

b)

Gələcək namizədlər üçün vəzifələr toplusunu müəyyən edilir

c)

Planlaşdırma mərhələsidir

d)

Namizədlərin qəbulu, onların təcrübəsinin qiymətləndirilməsi

e)

İşçilərin zəruri bilik və təcrübə yiyələnməsi

22.

.

Məşğulluq dövrünün işə qəbul prosesindən öncəki mərhələsinə aiddir (pre-hire):

a)

•

İşçilərin karyera üzrə irəliləməsi təmin olunur

b)

İşçilərin stimullaşdırılması prosesi gücləndirilir

c)

Təşkilat namizədlərin seçimini həyata keçirir

d)

İşə ən çox uyğun olan şəxsin işə qəbul olunması baş tutur

e)

Təşkilat qərar verməlidir ki, gələcək dövrdə hansı vakansiyaların yer alması düzgündür

23.

İnsan resurslarının idarə olunması departamentinin funksiyalarına aid deyil:

a)

Müəssisənin ehtiyacına cavab verən kadrların tapılması

b)

İnsan resurslarının əmək haqqı ilə təmin olunması və mükafatlandırılması

c)

Kadrların inkişaf etdirilməsi

d)

Rəqəmsal bankçılıq üzrə layihələrin hazırlanması

24.

Müəssisədə insan resurslarının idarə edilməsinin təsvirini verin:

a)

Bazar şəraitində qeyri-müəyyənliyi təsvir edir

b)

İstehsaldan gedən işçilərin kəmiyyət və keyfiyyətini təsvir edir

c)

İnsanlar üçün iş şəraitinin yaxşılaşdırmasını təsvir edir

d)

İşçilərin səmərəli istifadəsini təmin etmək məqsədilə bir müəssisə tərəfindən həyata keçirilən tədbirləri təsvir edir

e)

ETT-nin nailiyyətlərinin daha səmərəli istifadə olunmasını təsvir edir

25.

İşsizlikdən sığorta ödənişinin qaydalarına aid deyil:

a)

isizlikdən sığorta ödənişinin məbləği işçinin maaşından və sığorta stajından asılıdır

b)

işszlik müavinətini almaq üçün istənilən işsiz müraciət edə bilər

c)

işsizlikdən sığorta ödənişini o şəxslər alacaqlar ki, onların çalışdığı təşkilat və ya şirkət ləğv edilsin, və ya həmin şəxs ixtisar nəticəsində işdən çıxarılsın

d)

işsizlikdən sığorta ödənişi almaq üçün minimum 3 il əmək stajına malik olmaq lazımdır

e)

işsizlər məbləğləri bir neçə ay alacaqlar, sonra onların məbləği azalacaq

26.

Əmək ehtiyatlarının proqnozlaşdırılmasının balans üsulu:

a)

şəhər və rayonlar üzrə əmək ehtiyatlarının yerləşdirilməsi

b)

hamısı aiddir

c)

qadınlar və kişilərin əmək fəaliyyəti balansı

d)

kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə əmək ehtiyatlarının yerləşdirilməsi balansı

e)

ixtisaslı fəhlə və mütəxəssis kadrların balansı

27.

Kənd təsərrüfatının işçi qüvvəsi ilə təmin olunma formaları:

a)

müvafiq ali ixtisas məktəblərini / orta ümumtəhsil məktəblərini / peşə məktəblərini / kollecləri qurtaranların işə cəlb olunması

b)

əhalinin könüllü köçürülməsi və dövlət tərəfindən mütəşəkkil yerləşdirilməsi,

c)

hamısı aiddir

d)

Məşğulluq mərkəzləri vasitəsilə / əmək birjaları vasitəsilə

e)

işçilərin bilavasitə müəssisələr tərəfindən toplanmas

28.

Beynəlxalq standarta görə, pensiya yaşı necə müəyyən edilməldir?

a)

iş həyatında yüksək naliyyətlər əldə etmiş şəxslərin pensiya yaşı azaldıla bilər

b)

insanlar pensiyaya çıxdıqdan sonra orta hesabla 12 il yaşaya bilsinlər

c)

pensiya yaşı zaman keçdikcə mütləq qaldırılmalıdır

d)

pensiya yaşı yaşlı nəslin öz individual seçimi əsasında təyin oluna bilər

e)

pensiya yaşı kişilər və qadınlar üçün eyni olmalıdır

29.

Azərbaycanda yaşa görə pensiyanın təyin edilməsi prinsiplərinə aid deyil:

a)

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların 25 il sığorta stajı olduqda pensiyanın minimum məbləğindən asılı olmayaraq,

b)

hal hazırda kişilər və qadınlar üçün pensiya yaşı 70-ə qaldırılır

c)

kişilər üçün yaş həddi 2021-ci il yanvarın 1-dək, qadınlar üçün isə 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılacaq

d)

63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az deyilsə, pensiya almaq hüququ vardır

e)

hal hazırda kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılır

30.

Azərbaycanda 1 iyul 2019 – 30 iyun 2020-ci il tarixinə görə pensiya yaşı:

a)

qadınlar 59 yaş, kişilər 65 yaş

b)

qadınlar 61 yaş 6 ay, kişilər 64 yaş 6 ay

c)

qadınlar 55 yaş 6 ay, kişilər 60 yaş 6 ay

d)

hər iki cins üçün 62 yaşdır

e)

qadınlar 63 yaş, kişilər 60 yaş

31.

Hansı səbəbdən bəzi iqtisadçılar hesab edir ki, pensiya yaşının uzadılması maliyyə böhranı ilə mübarizə üçün yaxşı vasitədir?

a)

onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyaçıların məhsuldar əməyindən istifadə etmək, iqtisadiyyatı yeni səviyyəyə qaldırmaq mümkündür

b)

onların fikrincə, pensiya yaşının artırılması ilə pensiyalara ayrılan vəsaiti azaltmaq mümkündür

c)

onların fikrincə, pensiya yaşının artırılması ölkənin rifah halını qabaqcıl beynəlxalq standartlara çıxarır

d)

onların fikrincə, pensiya yaşının artırılması ölkənin əmək ehtiyatları arasında rəqabət oyada bilər

e)

onların fikrincə, pensiya yaşının artırılması işsizlik ilə mübarizə yoludur

32.

Əmək ehtiyatları əhalinin hansı hissəsinə deyilir və onu hesablayarkən hansı göstəriciləri çıxılmalıdır?

a)

faktiki olaraq iqtisadiyyatda məşğul olanlar, məşğul olmayan amma sağlamlıq və yaş baxımından əmək qabiliyyətli olanların sayı çıxılır

b)

faktiki olaraq iqtisadiyyatda məşğul olanlar və yaxud məşğul olmayan amma sağlamlıq və yaş baxımından əmək qabiliyyətli olan insanlar, pensiya alıb işləməyənlər və əlilliyə görə müavinət alanların sayı çıxılır

c)

ölkənin ümumi əhalisi nəzərdə tutulur

d)

sağlamlıq baxımından əmək qabiliyyətli olmayan insanlar, pensiya alıb işləməyənlərin sayı çıxılır

e)

iqtisadi cəhətdən əhalinin qeyri-fəal hissəsi, əlilliyə görə müavinət alanların sayı çıxılır

33.

Əmək bazarının ikitərəfli olması əleyhinə dövlət tərəfindən həyata keçirilə biləcək tədbirlərə aid deyil:

a)

insanları təhsil almaq və peşə sahibi olmağa həvəsləndirmək

b)

ilkin əmək bazarında vakansiyaların sayını azaltmaq

c)

təkrar əmək bazarlarının ilkin bazara çevrilməsinə töhfə verən həmkarlar ittifaqlarının fəaliyyətini sosial tərəfdaşlığa yönəltmək

d)

təhsil və peşə hazırlığı imkanlarını hamı üçün əl çatan etmək

e)

əmək bazarında ayrıseçkilik əleyhinə qanunvericilik tədbirləri görmək

34.

Hansı səbəbdən müəssisənin işçi heyəti iki hissəyə bölünür? 1)əlverişli iqtisadi şəraitdə işə götürülən daimi işçilər və 2) istehsalın azalması vəziyyətində işdən azad edilən müvəqqəti işçilər

a)

işçilərin rəhbərliyin tapşırıqlarının vaxtında və düzgün yerinə yetirməməsi səbəbindən

b)

müəssisənin iqtisadi vəziyyətə uyğunlaşması üçün müvəqqəti işçilərin azad edilməsi və əsas işçilərin şirkət daxilində iş yerini dəyişməsi səbəbindən

c)

təcrübə yığdıqdan sonra təkrar əmək bazarının işçiləri ilkin əmək bazarının işçilərini əvəz edə bilər

d)

istehsal prosesinin sadələşməsinə görə

e)

əmək bazarının ikitərəfli olması ölkədə təhsilin hər kəs üçün əlçatan olması ilə bağlıdır

35.

Hansı səbəbdən təkrar əmək bazarında işçi qüvvəsinin yüksək axınını azaltmaq üçün (işçilər şirkəti tərk edir) işəgötürən adətən heç bir səy göstərmir?

a)

çünki ilkin əmək bazarının prestijli işləri və heç bir xüsusi qabiliyyət tələb etməyən təkrar əmək bazarınının işləri eyni şirkətdə eyni vaxtda mövcud ola bilər

b)

bir tərəfdən bu işçilərin birləşməsinə və həmkarlar ittifaqlarının fəaliyyətinə mane olur, digər tərəfdən işəgötürənə müavinət, məzuniyyət, pensiya və s. xərcləri ödəməməyə imkan verir

c)

təkrar əmək bazarında karyera yüksəlişinin mümkün olması səbəbindən

d)

peşə təhsilinə investisiya qoyulmasına görə

e)

nə işçilərin, nə də işəgötürənlərin sabit məşğulluğa maraq göstərməməsinə görə

36.

Təkrar əmək bazarına aiddir:

a)

işçilərlə işəgötürənlər arasında münasibətlər müntəzəm şəkildə təşkil olunmur

b)

hamısı aiddir

c)

təkrar əmək bazarında əməyin qeyri-peşəkar xarakteri vardır

d)

ilkin əmək bazarında işləməklə müqayisədə təkrar əmək bazarının işləri heç bir xüsusi bacarıq və xüsusi ixtisas tələb etmir

e)

işəgötürən praktiki olaraq peşə təhsilinə investisiya qoymur və buna görə də işçi qüvvəsinin gedişatının qarşısını almaq üçün heç bir səbəb yoxdur

37.

İlkin əmək bazarına aiddir:

a)

işçilərinin təliminə investisiya qoyaraq, işəgötürənlər insan kapitalına yatırdıqları investisiyaların geri qaytarılması üçün iş şəraitinin təkmilləşdirir

b)

hamısı aiddir

c)

işçilər əmək haqqının artırılmasına kömək edən əlavə bacarıq əldə etməkdə maraqlı olurlar

d)

işçilər perspektivlərini artırmaq üçün əlavə, peşə təhsili almağa həvəsləndirilir

e)

məhsuldarlığın artması şirkəti yüksək texnologiyalardan istifadə etməyə və istehsalın avtomatlaşdırılmasına məcbur edir

38.

Əmək bazarının seqmentləşdirilməsi nə deməkdir?

a)

prestijli, nüfuzlu işlərin mövcud olmasıdır

b)

iş yerlərinin və işçilərin dayanıqlı qapalı sektorlara bölünməsidir (ilkin və təkrar əmək bazarları)

c)

texnologiyanın durğunluğu nəticəsində işçilərin stimulunun olmaması deməkdir

d)

əməkdaşların əməkhaqqının artırılmasını müəyyən edən qaydaların rəsmiləşdirməsidir

e)

işçi qüvvəsinin daha yaxşı hazırlanması və işçilər üçün karyera səviyyəsinin yüksəldilməsidir

39.

Təkrar (xarici) əmək bazarının xüsusiyyətini seçin:

a)

güclü və təsirli həmkarlar ittifaqları fəaliyyət göstərir

b)

işçilərin qazancının aşağı olması rəhbərliyin marağında deyil, çünki resurslara qənaət edən texnologiyalar və bahalı avadanlıqların istifadəsinə ehtiyac olmur

c)

yüksək ixtisaslı işçi tələb edən qabaqcıl texnologiyalar istifadə olunur

d)

peşə və karyera irəliləməsi üçün dəqiq müəyyən edilmiş imkanlar var

e)

əməkhaqqı yüksək səviyyədədir

40.

İlkin (daxili) əmək bazarının xüsusiyyətini seçin:

a)

kadr axını yüksəkdir və məşğulluq qeyri-sabitdir

b)

istehsal texnologiyası çox sadədir

c)

müəyyən məhdud hallar istisna olmaqla, demək olar ki, karyera yüksəlişi yoxdur

d)

sabit məşğulluq və işçinin etibarlı mövqeyi

e)

aşağı əmək haqqı səviyyəsi vardır

41.

İşçi qüvvəsinin təkrar istehsalı mərhələlərinə aiddir:

a)

əməyin formalaşması

b)

əməyin istifadəsi

c)

hamısı aiddir

d)

əməyin mübadiləsi

e)

əməyin bölüşdürülməsi

42.

İşçi qüvvəsinin təkrar istehsalının mahiyyəti:

a)

işçi qüvvəsinin təşkilatı tərk etməsi

b)

daxili və xarici əmək bazarlarının mövcudluğu

c)

təşkilat daxilində işçi qüvvəsinin iş yerini dəyişməsi

d)

əmək prosesində insanın əmək potensialının mərhəhəli şəkildə bərpa olunması, eyni zamanda istehsaldan getmiş işçilərin yeni miqdar və keyfiyətdə işçi qüvvəsi ilə əvəz olunması

e)

əmək ehtiyatlarının yerləşdirilməsi və əməyin səmərəli istifadəsi

43.

Əhalinin bir hissəsinin iqtisadi cəhətdən qeyri-fəal əhaliyə keçməsinin səbəblərinə aid deyil:

a)

əyani təhsil alan tələbələrin sayının artması

b)

rəqabətlə bacara bilməyən şəxslərin qeyri-fəal əhali kateqoriyasına daxil olması

c)

əhalinin bir hissəsinin əmək fəaliyyətini gizlətməsi nəticəsində iqtisadi cəhətdən qeyri-fəal əhalinin sayında şəffaflıq və müəyyənliyin yaranması

d)

əhalinin imkanlı hissəsinin həyat səviyyəsinin artması nəticəsində, onların əmək fəaliyyətindən uzaq olan digər fəaliyyətlər ilə məşğul olması

44.

İqtisadi fəal əhali və yaxud işçi qüvvəsi əhalinin hansı hissəsinə deyilir?

a)

hər hansısa bir əmək fəaliyyətini icra etmək üçün öz iş qüvvəsini təklif edə bilmək imkanı olan əhali hissəsinə

b)

pensiya, müavinat alan əhali hissəsinə

c)

ev təsərrüfatında çalışan əhali hissəsinə

d)

iş axtarmağı dayandırıb buna maraq göstərməyənlərə

e)

uşaq və ya xəstəyə baxanlara

45.

Əmək potensialı nədir?

a)

işsizlərin əmək prosesinə cəlb olunması prosesidir

b)

əmək ehtiyatlarının istifadəsi ilə əlaqəli bazar münasibətlərini xarakterizə edir

c)

bir fərdin və ya işçinin təhsil, peşə-ixtisas, yaradıcı bacarıqları, bilik, həyat təcrübəsi və s.

d)

rəqabətlə bacara bilməyən şəxslərin qeyri-fəal davranışıdır

e)

istehsaldan getmiş işçilərin yeni miqdar və keyfiyətdə işçi qüvvəsi ilə təmin edilməsi prosesidir

46.

Əhalinin ikinci növ təkrar istehsalına (demoqrafik partlayış) aid olmayan cəhət:

a)

təhsil səviyyəsinin aşağı olması

b)

yuxarı səviyyədə təbii artımın müşahidə olunması

c)

qadınların istehsal prosesində fəal olmaması

d)

xidmət sahəsində yüksək ixtisaslı kadrların tələb olunması

e)

kənd əhalisinin üstünlük təşkil etməsi

47.

BMT-nin hesabatı üzrə "İnsan inkişafı indeksi" reytinqina əsasən ölkələr arasında ilk pillələrin sahibləri hansılardır?

a)

Eritreya, Niger, Sudan

b)

Argentina, Braziliya, Venesuella

c)

Polşa, Macarıstan, Ukraina

d)

İsveç, Almaniya, Norveç

e)

Qazaxıstan, Türkiyə, Rusiya

48.

İnsan İnkişafı İndeksinin mahiyyəti nədədir?

a)

gender bərabərliyi uğrunda mübarizə aparır

b)

demoqrafik siyasətin sabit və məqsədyönlü olmasını göstərir

c)

insan inkişafını və gəlirlə rifah arasında qarşılıqlı mürəkkəb münasibətləri nəzərdən keçirir

d)

gəlir bərabərsizliyini aradan qaldırır

e)

insan hüquqları və siyasi azadlıqların təmin olunması kimi göstəriciləri daxil edir

49.

İnsan İnkişafı İndeksi göstəriciləri:

a)

əhalinin işlə təmin olunması, gender bərabərliyi, təhsil

b)

gənc əhali sayının çox olması, çox uşaqlı ailələrə yardım, təhsil

c)

gender bərabərliyi, təhsil, ÜDM

d)

əhalinin həyat səviyyəsi (ÜDM), təhsili və uzun ömürlüyü

e)

yaşlı əhali sayının az olması, ÜDM, əhalinin işlə təmin olunması

50.

İqtisadiyyat və demoqrafiya bir-birinə bağlıdır. Bunu göstərən nümunəni seçin:

a)

ailə institutunun mənəvi-əxlaqi dəyərlərinin təbliği cəmiyyətin gələcəyini təmin edir

b)

vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi cəmiyyətdə inam hissini yüksəldir

c)

ölkədə demoqrafik prosesləri proqnozlaşdırılmaq cəmiyyət inkişafına müəyyən təsir edir

d)

ölkədə yaş strukturunun dəyişməsi ölkənin təbii artımına təsir edir

e)

ölkənin maddi və sosial rifah halı amilləri əhalinin xaricə miqrasiyasına təsir edir

51.

Əməyin elmi təşkilinin iqtisadi vəzifəsi:

a)

cəmiyyətin başlıca məhsuldar qüvvəsinin (insanların) əmək prosesində sağlamlığını təmin edən daha əlverişli istehsalat şəraitinin yaradılmasına xidmət edir

b)

əmək prosesində insan amilinin rolunun yüksəlməsinə xidmət edir

c)

insanın hərtərəfli inkişafını təmin edir

d)

əmək məhsuldarlığının yüksəldilməsi, maddi və əmək ehtiyatlarından daha səmərəli istifadəni əks etdirir

e)

iş qüvvəsinin iş qabiliyyətinin qorunmasını təmin edir

52.

Əməyin elmi təşkilinin istiqamətlərinə aiddir:

a)

əmək bölgüsü və kooperasiyası

b)

əməyin ödənilməsi və motivasiyası

c)

şəxsi naliyyətlər və tövhələrə görə əlavələr

d)

işçilərin əminliyi və qorunması

e)

hamısı aiddir

53.

Əməyin elmi təşkili:

a)

ayrı-ayrı işçilər üçün təşkil olunan, əmək alətləri ilə təchiz olunan əmək fəaliyyəti zonasıdır

b)

şirkət fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun qiymətləndirməsidir

c)

çox vaxt peşə xəstəliklərinin yaranmasına səbəb olur

d)

onun adi təşkilindən fərqli olaraq subyektiv qərarlarla deyil, iqtisadi, texniki, sosioloji və psixoloji cəhətdən əsaslandırılmış istiqamətdə elm və təcrübənin nəticələrinin əməyin təşkilində tətbiqi prosesidir

e)

bölmə üzrə bütün funksiyaların müvafiq daxili və xarici qaydalara uyğun olaraq icra edilməsidir

54.

Aşağıdaki variantlardan biri A.Smithin əməyin təşkili ilə əlaqəli irəli sürdüyü fikrinə, müasir bazar iqtisadiyyatının münasibəti ola bilməz:

a)

xidmət sahəsi məhsuldar xasiyyətə malikdir

b)

hüquqşünaslar, hakimlər, habelə maddi istehsal sahəsi ilə əlaqəsi olmayan başqa səlahiyyətli nümayəndələr - insanların hüquqi təhlükəsizliyinə zəmanət verir

c)

qeyri-maddi məhsullar - insanın mədəni, estetik, mənəvi ehtiyaclarını ödəyir (insanların sağlamlığı, istirahəti, səliqəli görünüşü və s.)

d)

qeyri-maddi məhsulların qiymətini müəyyən etmək mümkün deyil

e)

istənilən əmək prosesi – insanlar üçün faydalı olan məhsul və xidmətlərin istehsalıdır, bu da onun məhsuldar xasiyyətini göstərir

55.

A.Smith qeyri-məhsuldar işçi qüvvəsinə kimləri aid edirdi?

a)

mütəmadi olaraq istehsal prosesi ilə məşğul olanları

b)

uşaqları

c)

fabrik işçilərini

d)

dövlət məmurlarını, zabitləri, ordunu və gəmiçiləri, hüquqşunasları, musiqiçiləri, artisləri və s.

e)

əmək fəaliyyəti ilə məşğul olmayanları

56.

Məşhur iqtisadçı A.Smith əməyin təşkilini məhsuldar və qeyri-məhsuldar əmək proseslərinə bölürdü. Bununla bağlı alimin irəli sürdüyü fikirlərinə aid deyil:

a)

A.Smitin fikrincə, istənilən əmək prosesi – həm məhsulun istehsalı, həm xidmətin göstərilməsi – insanlar üçün fayda yaradır və məhsuldar xasiyyətə malikdir

b)

varlı olmaq üçün sahibkar gərək işə daha çox istehsal ilə məşğul olan işçi qəbul etsin

c)

sahibkarın xidmətçilərinin əməyi məhsuldar olmadığına görə, o işə nə qədər çox xidmətçi qəbul edərsə bir o qədər tez kasıblayar

d)

A.Smitin fikrincə, xidməti əmək prosesi sabit deyil, lakin mükafata layiqdir

e)

məhsul istehsal edən fabrik işçisi məhsuldar əmək prosesi ilə məşğuldur, o həm öz maaşına sərf olunan xərcləri qaytarır, həm də fabrik sahibinə gəlir gətirir

57.

Əməyin təşkilinin effektiv olması nə deməkdir?

a)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

b)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

c)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

d)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

e)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

58.

Əməyin təşkilinin kompleksli olması hansı anlama gəlir?

a)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

b)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

c)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdı

d)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

e)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

59.

Əməyin təşkilinin optimallığ nəyi göstərir?

a)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

b)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

c)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

d)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

e)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

60.

Əməyin təşkilinin konkret olması

a)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

b)

minimal xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılması

c)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

d)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

e)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

61.

Əməyin təşkilinin dinamikası:

a)

qəbul edilən qərarların əsasında əmək və maddi ehtiyatları daha səmərəli istifadə etməni imkan verəcək bir optimal, əlverişli variant durur

b)

tətbiq olunan əmək metodlarının və ya tələb olunan işin məzmunun dəqiq və aydın olmasıdır

c)

xərclər, normal əmək şəraiti, əmək ehtiyatlarının və vaxtının səmərəli istifadəsi nəticəsində uğurun qazanılmasıdır

d)

istehsalın, əmək əməliyyatlarının, təşkilatın, iş yerlərinin və s. bir birlərinə bağlı olmasıdır

e)

ETT-nin inkişafı ilə bağlıdır, onun nəticəsində müəssisələr yeni texnologiya tətbiq edir, bu isə öz növbəsində yeni əmək üsullarını yaradır

62.

Müəssisədə əməyin təşkilinin əsas prinsipləri:

a)

fizioloji və estetik faktorlar

b)

insanın mədəni, estetik, mənəvi ehtiyacları

c)

məhsuldar və qeyri-məhsuldar əmək prosesləri

d)

dinamik, konkret, optimal, kompleks və effektiv

e)

sanitar – gigienik normalar

63.

Sinerqetik menecmentin xüsusiyyətlərinə aiddir:

a)

sinergetik idarəetmənin təsiri nəticəsində işçilərin şəxsi marağı və motivasiyası nizamlı, effektiv idarəetmə quruluşunun yaradılmasına töhfə verir

b)

işçi qüvvəsi arasında səmərəli informasiya mübadiləsi baş tutur

c)

hamısı aiddir

d)

insan resurslarının idarə edilməsində sinergetik idarəetmə də böyük əhəmiyyət daşıyır

e)

mühüm qərarlar qəbul edilərkən nəinki menecerlər, həm də işçi heyəti prosesdə iştirak edir

64.

Synergeia” sözünün latınca tərcümədən alınan mənası:

a)

istehsal, əmək əməliyyatları, təşkilat

b)

işin məzmunu

c)

əməkdaşlıq, mübadilə, inteqrasiya

d)

ETT-nin inkişafı

65.

Sinerqetik effekt müəssisədə ideyaların mübadiləsi zamanı artır, çünki nəticədə ideyaların inteqrasiyası əsasında fəaliyyət effektivliyi yaranır. Müsbət sinerqetik effekt nəticələrinə aid deyil:

a)

təşkilatın istehsal etdiyi məhsula tələbin artması

b)

istehsal prosesinin rasionallaşması

c)

təşkilatın stabil fəaliyyətinin möhkəmlənməsi

d)

təşkilatın rəqabət gücünün yüksəlməsi

e)

kollektivdə mənfi psixoloji mühitin olması

66.

Hansı səbəbdən menecerlər köhnə idarəçilik üsullarının artıq effektsiz olduğunu aşkar edərək, bu üsulları daha elmi, özünü təşkil etmə qabiliyyəti olan sistemlər ilə əvəz edirlər?

a)

yüksək ünsiyyətqurma bacarığına ehtiyacın yaranmasına görə

b)

müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminata ehtiyacın yaranması səbəbindən

c)

dəyişkən texnoloji yeniliklər, kompyuter texnikası, kommunikasiyalar gözlənilməz biznes mühitinin yaranmasına səbəb olurlar

d)

işgüzar yazışmaların geniş yayılmasına görə

e)

iş həyatında məsuliyyət və dəqiqlik kimi amillər tələb olunduğuna görə

67.

Beynəlxalq əməkdaşlıq nümunəsi kimi Airbus Corporation - dünyanın ən məşhur təyyarə istehsalçılarından birini gətirmək olar. Bu əməkdaşlıq fəaliyyətinə aid deyil:

a)

çox böyük iş həcmi və çoxlu sayda fabrikın olması sayəsində bu korporasiyanın çox böyük işçi heyəti var, yəni təxminən 50 min nəfərə yaxın

b)

korporasiyanın əsas məqsədi müxtəlif dərəcəli təyyarələrin istehsalıdır, lakin əsas diqqət sərnişin təyyarələrinin istehsalına yönəldilib

c)

şirkətin Avropanın dörd ölkəsində zavodları var, hər biri xüsusi hissələrin istehsalı ilə məşğuldur və təyyarələrin son yığılması Fransa və Almaniyada həyata keçirilir

d)

korporasiyanın fəaliyyətində xoşagəlməz əmək şəraiti yüksək səviyyəli işçi axını, miqrasiyasına səbəb olur

e)

şirkət ötən əsrin 60-cı illərinin sonlarında bir neçə Avropa aviasiya şirkətini birləşdirərək yaradıldı

68.

Beynəlxalq əmək bölgüsünün mahiyyəti:

a)

ölkələrdə inşaat mühəndisliyi, sənaye və tikinti üzrə ali təhsil imkanlarını təzərdə tutur

b)

vergi və mühasibat uçotunun beynəlxalq standartlarla aparılmasıdır

c)

dünyada korporativ idarəetmənin qiymətləndirilməsilə bağlı olan məsələləri əhatə edir

d)

ölkələr üzrə əməkhaqqının hesablanması qaydalarıdır

e)

ayrı ölkələrin müəyyən məhsul növləri üzrə ixtisaslaşmasıdır, ölkələr arasında təbiət və iqlim şəraiti, coğrafi mövqey, xammal ehtiyatları və enerji mənbələrinə əsaslanır

69.

Şaquli istiqamətli əmək bölgüsünə aiddir:

a)

şaquli istiqamətli əmək bölgüsünə əsaslanan münasibətlər inzibati deyil, təşkilatın ümumi məqsədi bütün əməkdaşları bu cür münasibətləri qurmağa məcbur edir

b)

bir-birinə tabe olmayan əməkdaşların birgə fəaliyyət uyğunluğu nəzərdə tutulur

c)

bir-birinə tabe olmayan bir səviyyəyə mənsub bölmələrin rəhbərlərinin və əməkdaşlarının ümumi məqsədə nail olmaq üçün birgə fəaliyyət uyğunluğu nəzərdə tutulur

d)

tabe edən müdirlər və tabe olunan işçilər arasındaki münasibətlər nəzərdə tutulur (qərar qəbul edənlər və onu icraedənlər)

e)

nümunə kimi bir idarəetmə orqanının şöbə müduirləri arasında münasibətləri göstərmək olar

70.

Üfuqi istiqamətli əmək bölgüsünə aiddir:

a)

menecer və ona tabe olan müştəri xidmətləri xidmətçisi arasındaki münasibətlər üfuqi istiqamətli əmək bölgüsünə aid olunur

b)

qərar qəbul edənlər və onu icra edənlər arasındaki münasibətlər nəzərdə tutulur

c)

tabe edən müdirlər və tabe olunan işçilər arasındaki münasibətlər nəzərdə tutulur

d)

bir-birinə tabe olmayan bir səviyyəyə mənsub bölmələrin rəhbərlərinin və əməkdaşlarının ümumi məqsədə nail olmaq üçün birgə fəaliyyət uyğunluğu nəzərdə tutulur

e)

fərqli statuslu vəzifə öhdəliklərini icra edən insanlar arasındaki münasibətlər nəzərdə tutulur

71.

Xüsusi xarakterli əmək bölgüsünə aiddir:

a)

əmək prosesinin müəssisənin işçiləri arasında dəstələrə görə bölgüsüdür

b)

əmək prosesinin müəssisənin işçiləri arasında peşə-ixtisas səviyyəsinə görə bölgüsüdür

c)

əmək prosesinin müəssisənin işçiləri arasında briqadalara, kollektivlərə görə bölgüsüdür

d)

sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)

e)

istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir

72.

Ümumi əmək bölgüsünə aiddir:

a)

əmək prosesinin müəssisənin işçiləri arasında peşə-ixtisas səviyyəsinə görə bölgüsüdür

b)

sənaye sahəsinin ayrı müəssisələr və istiqamətlərə görə bölünməsi (elektrotexnika, transport və s.)

c)

əmək prosesinin müəssisənin işçiləri arasında dəstələrə görə bölgüsüdür

d)

istehsal və qeyri-istehsal sahələrinin, sahələr daxilində sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, təhsil, elm, dövlət idarəçiliyi, mədəniyyət və s. bölünməsidir

e)

əmək prosesinin müəssisənin işçiləri arasında briqadalara, kollektivlərə görə bölgüsüdür

73.

Əmək bölgüsü növləri:

a)

kooperativ, nəzəri, funksional

b)

fiziki, ixtisas, rəsmi

c)

ümumi, praktiki, ekoloji

d)

ümumi, xüsusi, individual (fərdi yanaşma)

e)

özəl, praktiki, fizik

74.

Əmək bölgüsünün mahiyyətinə və xüsusiyyətlərinə aid deyil:

a)

işlərin görülməsində müxtəlif şöbələr, istehsal sahələri, kollektivlərin əməyinin bölgüsünə ehtiyac yaranır

b)

işləyənlərin fəaliyyətlərinin ixtisaslaşması və onların arasında qarşılıqlı əlaqələrin müəyyən edilməsi mümkün olur

c)

əmək bölgüsü sayəsində işçilərin məhsuldarlığı artır, texnologiya və istehsal alətləri təkmilləşdirilir

d)

əmək bölgüsü əmək prosesində fərdi işçi və qrupların fəaliyyətinin bölünməsidir

e)

rəhbərlərin istiqaməti ilk növbədə məhsul istehsalına, sonra isə insan amilinə yönəlməlidir

75.

Əməyin təşkilini əsas istiqamətləri:

a)

işə qəbul, təlim, ixtisasartırma, təcrübə

b)

əmək bölgüsü və əmək kooperasiyası

c)

əməyin təhlükəsizlik şəraiti, əməyin mühafizəsi

d)

hamısı aiddir

e)

rasional əmək xərcləri və əmək intizamı

76.

Əməyin təşkili prosesi:

a)

mübahisəli məsələlərin araşdırılmasını nəzərdə tutur

b)

işçilərin əmək prosesi zamanı fəaliyyətlərindən məmnuluq səviyyəsidir

c)

potensial müştərilərin müəyyənləşdirilməsidir

d)

əmək fəaliyyətində effektiv nəticə əldə etmək məqsədilə insanların, istehsal vasitələrinin və texnologiyanın əmək prosesi zamanı bir araya gəlməsidir

e)

şifahi və yazılı olaraq, sərbəst şəkildə ünsiyyət qurma bacarıqlarının məcmusudur

77.

Müəssisədə əməyin düzgün təşkili dedikdə nə başa düşülür?

a)

müştəri sorğularının qəbulu və işlənməsi

b)

xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmas

c)

iş qüvvəsindən səmərəli istifadə və az əmək sərfi ilə çox məhsul istehsal etmək vəzifəsi

d)

müştərilər tərəfindən olan şikayətlərə ciddi nəzarət

e)

marketinq planlaşdırılması və hesabatlar

78.

Müəssisələrdə əmək intizamının reqlamentləşdirilməsini (qaydaya salınması) tənzimləyən sənədlərə daxildir:

a)

tabel uçotunun aparılması (hər bir işçinin tabel üzrə sırası, soyadı, adı, atasının adı, ayın hər günü üçün iş vaxtı haqqında məlumatları əks etdirən vərəqə)

b)

Əmək Məcəlləsi

c)

hamısı daxildir

d)

müəssisə daxili əmək qaydaları / texniki təhlükəsizlik və texnoloji intizam qaydalarına əmək etmə haqqında əsasnamə

e)

aylar və günlər üzrə işə çıxmanı, növbənin müddətini və fasilə vaxtını müəyyən edən iş qrafikləri

79.

İntizam tənbehləri:

a)

xəbərdarlıq (işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır)

b)

bir ildən çox olmayaraq az maaşlı işə keçmək (müqavilədə qeyd olunubsa, 1/4-i məbləğindən çox olmamaq şərtilə)

c)

hamısı aiddir

d)

işdən çıxmaq

e)

töhmət vermək / şiddətli töhmət (sonuncu xəbərdarlıq)

80.

İşçi müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini tətbiq edə bilər. Bu hallara aid deyil:

a)

işçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə

b)

işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə

c)

işçinin ölkədaxili ezamiyyətlərə getmək imkanı olmadıqda

d)

işçi iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozduqda