NEW
Font size
Worksheets9
Total questions: 15
Worksheet time: 8mins
Ərizə hansı hallarda yazılır? Biri səhvdir:
vətəndaş hüququnun qorunması
qanuni mənafeyin həyata keçirilməsi
işə qəbulla əlaqədar
işdən azad olunma ilə əlaqədar
əsaslı faktor olmadan
Hansı sənəd növündə ayrı-ayrı şəxslərin xahiş və şikayətlərinin nəzərə alınması, tədbir görülməsi istənilir?
ərizə
bildiriş
elan
akt
vəkalətnamə
1. ...Oğlum milli qəhrəmandır. Ailəlidir. Üç övladı var. Mənzilimiz isə cəmi bir otaqdan ibarətdir. Bizim mənzillə təmin olunmağımıza köməkliketməyinizi Sizdən xahiş edirəm.
İmza: Kifayət Vəliyeva
17.07.2018
xasiyyətnamə
məktub
ərizə
tərcümeyi-hal
izahat
Biri tərcümeyi-halı xarakterizə edən xüsusiyyət deyil:
nailiyyətlər
ailə tərkibi
doğum ili
təhsil haqqında məlumat
şikayət
Verilənlər içərisində hansı əməli yazı nümunəsinə aid xüsusiyyət yoxdur?1.Ərəb sözü olub “bir məsələni, hadisəni və s. ətraflı şəkildə aydınlaşdırma, şərhetmə, bəyanetmə” mənasını bildirir2.Verilən tapşırığın yerinə yetirilməsi barədə məsul şəxsə verilən məlumatdır3. Məzmununa görə adi, təcili və xüsusi formaları var.4. İdarə, təşkilat ona etibar etdiyi şəxsin adına yazarkən imza atır və müəssisənin möhürünü vurur.
izahat
hesabat
bildiriş
vəkalətnamə
təqdimat
Məzmunca bir-birinə oxşayan və eyni zamanda müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənən sənədlər hansılardır?
töhmət, ərizə
arayış, reklam
teleqram, izahat
tərcümeyi-hal, xasiyyətnamə
protokol, bildiriş
“...... hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?
vəkalətnamə
elan
arayış
ərizə
protokol
Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır
Xasiyyətnaməni yalnız idarə rəhbəri imzalayır
1-ci sənəd hər hansı şəxs barəsində başqası tərəfindən, 2-cisi isə şəxsin özü tərəfindən yazılır
Tərcümeyi-halı ən azı iki məsul şəxs imzalayır
1-ci sənəd şəxsin özü tərəfindən, 2-cisi isə müəyyən şəxs barəsində rəhbərlik tərəfindən yazılır
Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşımır
Verilən sənədlərdən hansı imzalanır?
teleqram
elan
annotasiya
təqdimat
bildiriş
Hansı sənədi təşkilat rəhbəri hazırlayır və möhür vurur
annotasiyanı
tərcümeyi-halı
anonsu
arayışı
aktı
Məktublarınstrukturuna daxil olan hissələrdən biri artıqdır:
fərqləndirici və yekunlaşdırıcı hissə (sonluq)
ümumi hissə
başlanğıc
yekunlaşdırıcı hissə
məktublarda nəzakət qaydalarına əməl edilən hissə
E-mail göndərərkən nələrə diqqət yetirilməlidir? Yanlış cavabı göstərin:
• E-mailləri vaxtında cavablandırmaq məqsədəuyğundur •
Rəsmi müraciət formalarından istifadə daha məqsədəuyğundur
Elektron yazışmanın mövzusu maraq doğurmalıdır
Texniki cəhətdən düzgün tərtibat o qədər də əhəmiyyətli deyil
Məzmun qrammatik cəhətdən düzgün, sadə və aydın olmalıdır
Hansı sənəd növü işə qəbul üçün müraciət edən şəxsin məlumatlarını əks etdirir?
protokol
bildiriş
ərizə
xasiyyətnamə
töhmət
Hansı sənədin tərtibi zamanı rəsmi dil və üslubdan istifadə edilməlidir?
elan
izahat
təqdimat
ərizə
məktub
Hansı sənədin tərkibində şəxsin təhsil və iş təcrübəsi haqqında məlumatlar yer alır?
protokol
xasiyyətnamə
ərizə
tərcümeyi-hal
bildiriş
