wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Say və mənaca növləri

Total questions: 16

Worksheet time: 10mins

Name
Class
Date
1.

Sayın mənaca neçə növü var?

a)

2

b)

3

c)

4

d)

5

2.

Hansı cümlədə say işlənib?

a)

A) Çox yemə, ziyandır.

b)

B) Bu gün babamla xeyli işlədik.

c)

C) Anamla yaxınlıqdakı meyvə mağazasına birgə getdik.

d)

D) Bu il bağımızdan xeyli məhsul əldə etdik.

3.

Sıra saylarına aid olmayan cavab hansıdır?

a)

A) Yalnız neçənci ? sualına cavab verir.

b)

B) Müəyyən miqdar saylarına ıncı4 şəkilçisi artırmaqla düzəlir.

c)

C) “əvvəl, axır, son” sözlərindən də sıra sayı düzəltmək mümkündür.

d)

D) Quruluşca sadə sıra sayı yoxdur.

4.

Miqdar sayı işlənməyən bənd hansıdır?

a)

A) Bacım bütün əşyalarını iki yerə ayırdı.

b)

B) Bu aralar çoxluq sizin tərəfinizdə durur.

c)

C) Anamın ad günü ayın 7-dədir.

d)

D) 60 sayı yuvarlaq hesab edilir.

5.

Cümlələrin birində say işlənmişdir:


a)

A) Xalqımız öz rəhbərini çox sevir.

b)

B) Az getdik, üz getdik, dərə -təpə yol getdik.

c)

C) O, parçanın ikidə bir hissəsini kəsib götürdü.

d)

D) Evə gəlib bir qədər dincəldim.

6.

Cümlələrin birində əşyanın sayı qeyri-müəyyəndir?

a)

A) Şagirdlərin beşi mükafat qazana bildi.

b)

B) Qələbə sonuncular üçün son vacib idi.

c)

C) Zalda ikinci sıranı bizə saxlamışdılar.

d)

D) Az aşım, ağrımaz başım.

7.

Cümlələrin birində qeyri-müəyyən miqdar sayı işlənib?

a)

A) Şərq ölkələrində kitab çox oxunur.

b)

B) Onlar bir qədər gedəndən sonra gəlin mənzil başına çatdılar.

c)

C) Cəbhəyə kömək üçün xeyli könüllü yola düşdü.

d)

D) İki ayağını bir başmağa dirəyib.

8.

Sözlərdən biri say deyil:

a)

A) xeyli

b)

B) yüzlük

c)

C) az

d)

D) onlarla

9.

Yalnız biri saydır.                                                                                                       

a)

A) çoxluq                                   

b)

B) birlik      

c)

C) birgə  

d)

D)minlərlə                                                    

10.

Cümlələrdən birində sayla isim arasında numerativ söz işlənə bilər?

   

a)

A)Çox adamın bu işdən xəbəri yox idi.

   

b)

B)İclasda doxsan müəllim iştirak edir.

   

c)

C)Bir sıra məsələlərdə o, bizimlə razılaşdı.

   

d)

D) Bizim də bu işdən az –çox məlumatımız var.

   

11.

Hansı cümlədə  qeyri- müəyyən miqdar sayı işlənib?

  

a)

A) Xavər xeyli vaxt idi ki,gözləyirdi.

  

b)

B)Sən nə qədər oxumusan?

  

c)

C)Onun işi indi birə- beş artıb.

  

d)

D)İbrahim çox oxuyan tələbələrdəndir.

  

12.

Say işlənməmiş cümlə hansıdır?
 

a)

A)Həyətdə bircə adam var idi.

 

b)

B)Azacıq aşım , ağrımaz başım.

 

c)

C)Yeddi gün, yeddi gecə yol getdilər.

 

d)

D)Bir mən bilirəm sən nə çəkirsən.

 

13.

Nə qədər? sualına cavab verən  say  hansı  nümunədədir?

  

a)

A)birinci sinif

  

b)

B)xeyli fikirləşmək

  

c)

C)çox oxuyan

  

d)

D)bir sira işlər

 

14.

Hansı cümlədə saydan sonra gələn isim səhv verilib?

a)

A) Bir sıra problem hələ də öz həllini tapmayıb.

b)

B) 6-cı siniflər yarışda qalib oldu.

c)

C) Çox uşaq diqqətlə oxumur.

d)

D) Bir qədər yemək gətirə bilərsən.

15.

“Bir sıra və bir çox” saylarının ortaq cəhəti nədir?

a)

A)onlardan sonra gələn isim yalnız təkdə işlənir.

b)

B)onlardan sonra gələn isim həmişə cəmdə işlənir.

c)

C)hər ikisi müəyyən miqdar sayıdır.

d)

D)hər ikisi quruluşca düzəltmədir.

16.

Miqdar saylarından birində şəkilçi səhv yazılıb?

 

a)

A) saat 11-da

b)

B) ayın 4-də

c)

C) 42-yə

d)

D) 1-dən