wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Aqrar İqtisadiyyat Test 3

Total questions: 25

Worksheet time: 16mins

Name
Class
Date
1.

Əhalinin ərzaq təhlükəsizliyi anlayışına daxil olan ünsürlər hansılardır?

a)

istehsalın səviyyəsinin aşağı salınması

b)

keyfiyyətli ərzaq məhsulunun mövcudluğu

c)

keyfiyyətsiz məhsul istehsalı

d)

işçi qüvvəsinin təkrar istehsalı

e)

ərzaq məhsulları çatışmamazlığı

2.

Bir məfhum kimi ərzaq təhlükəsizliyi nədir?

a)

aqrar sferanın inkişafı

b)

məhsul istehsalının artımı

c)

cəmiyyətin fiziki mövcudluğunun qorunması

d)

səmərəliliyin aşağı düşməsi

e)

yeni texnologiyanın tətbiqi

3.

Ümumdünya ərzaq təhlükəsizliyi haqqında Roma deklarasiyası nə vaxt qəbul edilmişdir?

a)

2002-ci ildə

b)

1996-cı ildə

c)

2001-ci ildə

d)

2000-ci ildə

e)

1995-ci ildə

4.

Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir?

a)

heyvandarlıq, tərəvəzçilik

b)

üzümçülük, taxılçılıq

c)

tərəvəzçilik, kartofçuluq

d)

pambıqçılıq, üzümçülük

e)

kartofçuluq, pambıqçılıq

5.

Tarladan süfrəyədək prinsipi nə deməkdir?

a)

ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması

b)

əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi

c)

ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənib hazırlanması və həyata keçirilməsi

d)

ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi

e)

ərzaq məhsullarının istehsalı sahəsində İSO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması

6.

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aşağıdakı hansı islahatlar həyata keçirilmişdir: 1.bazar iqtisadiyyatı 57. prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılmış 2.torpaq islahatları həyata keçirilmiş 3.1999-cu ildən etibarən, kəndtəsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş

a)

1, 3

b)

2, 3

c)

bunların heç biri

d)

bunların hamısı

e)

1, 2

7.

Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

a)

meyvə-tərəvəzçilik, kartofçuluq, üzümçülük

b)

kartofçuluq, üzümçülük, taxılçılıq

c)

maldarlıq, pambıqçılıq, üzümçülük

d)

maldarlıq, pambıqçılıq, üzümçülük

e)

meyvəçilik, tütünçülük, faraş tətəvəzçilik

8.

Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla nə qədər torpaq sahəsi var?

a)

1.85 ha

b)

1.7 ha

c)

2.15 ha

d)

2.0 ha

e)

1.92 ha

9.

Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?

a)

meyvə və giləmeyvə məhsulları

b)

qidalanmada istifadə olunmayan məhsullar

c)

soyudulmuş qida məhsulları

d)

konservləşdirilmiş ət məhsulları

e)

emal olunmuş meyvə-tərəvəz

10.

Aqrar sferada ərzaq məhsullarına hansılar aid edilir?

a)

bütün qida məhsulları

b)

emal edilmiş məhsullar

c)

pambıq məhsulu

d)

tütün, barama məhsulları

e)

qeyri-ərzaq məhsulları

11.

Aqrar sferada 2008-ci ildə iqtisadi artım neçə faiz təşkil etmişdir?

a)

10,0 %-ə qədər

b)

3-5 %-ə qədər

c)

20-25 %-ə qədər

d)

6-8 %-ə qədər

e)

0,5 %-dən çox

12.

Aqrar sferanın məhsullarının ilkin emalı nədir?

a)

keyfiyyətli məhsul istehsalıdır

b)

məhsulların şirəsinin alınması

c)

məhsulların tədarüküdür

d)

məhsulların qablaşdırılmasıdır

e)

maya dəyərinin aşağı salınmasıdır

13.

Uzunmüddətli kreditlər hansı müddətə qədər verilir?

a)

5 ildən çох

b)

1 ilə qədər

c)

1 ildən 3 ilə qədər

d)

4 – 5 ilə qədər

e)

2 – 3 ilə qədər

14.

Kreditin ödənilməsi nəyi əks etdirir?

a)

ssudа fаizi bir tərəfdən bоrc alаnın кrеditdən istifаdəyə görə ödənişini, əldə еdilən mənfəətdən çıхılmаnı, digər tərəfdən bаnк-кrеditоrun gəlirini

b)

sаtılmış əmtəə müqаbilində ödənişin möhləti şəкlində əmtəə fоrmаsındа təqdim еdilməsini

c)

banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini

d)

кrеditləşmə üçün rеsurslаrın real olmasını

e)

kredit təşkilatın potensial borc alanlara qarşı differensial yanaşmasını

15.

Biznes-planın əsas vəzifələrinə nə aid edilir?

a)

arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsinin əsaslandırılması; mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyət yaradılmasının məqsədəuyğunluluğunu əlaqədar subyektlərə inandırmaq; xarici bazara çıxış və investisiyaların firmaya cəlb edilməsi və s.

b)

firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması tədbirlərinin işlənilməsi; firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırılması; firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı və s.

c)

layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi; dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun əsaslandırılması; bankdan kredit almaq və s.

d)

fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə reallaşmasını təmin etmək; layihənin yaradılmasının zəruriliyinin təşkilati- maliyyə cəhətdən əsaslandırılması; birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-müqabillərin, о cümlədən xarici subyektlərin kapitalının müəssisəyə cəlb edilməsi və s.

e)

firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin işlənib hazırlanması; yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi və s.

16.

Müəssisənin strategiyası məhsulun çeşidlərinin dəyişdirilməsidirsə, biznes-planın məqsədi nə olmalıdır?

a)

yeni növ məhsul istehsalnın mənimsənilməsi müddətinin aşağı salınması, artım tempinin sürətləndirilməsi və yeni bazar seqmentinə çıxmaq

b)

xalis mənfəəti artırmaq və məhsulun keyfıyyətini yüksəltmək

c)

servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması

d)

məhsul istehsalını müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq

e)

müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini məlum həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq

17.

Strateji planlaşdırma hansı məqsədi özündə əks etdirir?

a)

müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsini

b)

iqtisаdi göstəricilər əsаsındа hаdisələrin inкişаfını hərtərəfli хаrакtеrizə еdilməsini

c)

müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını

d)

tədqiq оlunаn prоsеsin mоdеlləşdirilməsini

e)

məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesini

18.

Müqayisəli qiymətlər hansı qiymətlərə deyilir?

a)

məhsulun həcminin, əmtəə dövriyyəsinin və digər müqаyisə еdilən göstəricilərin dinаmiкаsını ölçməк üçün istifаdə еdilən qiymətlər

b)

sənаyе və кənd təsərrüfаtı məhsullаrınа qiymətlərin pаritеt nisbətini təmin еtməк üçün, еləcə də vеrgilərin qоyulmаsı ilə bаğlı оlаn хərclərin ödənilməsi, кrеditlər üzrə fаizlərin vеrilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər

c)

кеçən dövr ərzində və yа həmin məhsulun bаşqа tədаrüкçüləri üzrə fакtiкi bаğlаnmış sövdələrə görə qiymətlərin səviyyəsini əкs еtdirir

d)

bilаvаsitə bаzаrdа rеаllаşаn qiymətlər

e)

dövlət öz еhtiyаclаrını (dövlət еhtiyаtlаrını və s.) ödəməк üçün кənd təsərrüfаtı müəssisələrindən məhsulları aldığıqiymətlər

19.

Aqrar sferada uzun müddətli kredit hansı məqsədlər üçün alınır?

a)

strateji məqsədlərə

b)

satışın təşkilinə

c)

texniki təmirin aparılmasına

d)

yolların çəkilməsinə

e)

istehsala məsrəflərin aşağı salınmasına

20.

Aqrar sferanın müəssisələrində qısa müddətli kredit hansı məqsədlər üçün istifadə olunur?

a)

infrastrukturun yaradılmasına

b)

xarici əlaqələrin genişləndirilməsinə

c)

cari işlərin yerinə yetirilməsinə

d)

kadr hazırlığına

e)

istehsal sahələrinin genişləndirilməsinə

21.

Aqrar sferanın müəssisə və təşkilatlarına kredit hansı mənbələrdən ayrıla bilər?

a)

bunların hamısından

b)

kommersiya banklarından

c)

xarici banklardan

d)

xüsusi kredit təşkilatlarından

e)

dövlət bankından

22.

Aqrar sferada müəssisələrin maliyyələşməsinin başlıca mənbəyi nədir?

a)

əldə edilən mənfəət

b)

əldə edilən pul gəliri

c)

ümumi məhsulun dəyəri

d)

xarici və daxili investisiyalar

e)

dövlət vəsaiti

23.

Aqrar sferada istehsalın inkişafına iqtisadi mexanizmin hansı amili bilavasitə təsir göstərir?

a)

maliyyə-kreditmexanizmi

b)

istehsalın təşkiliformaları

c)

təsərrüfatçılıq formaları

d)

sığorta işinin təkmilləşdirilməsi

e)

mənəvi həvəsləndirmə

24.

Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada müəssisə və təşkilatlarına verilməsi nədir?

a)

kredit

b)

maliyyə köməyi

c)

vergi

d)

sığorta

e)

pul yardımı

25.

Ərzaq təhlükəsizliyi ilə bağlı tədqiq edilməsi nəzərdə tutulan üçüncü göstərici nədir?

a)

əldə edilən ehtiyatların 200 dəfə artırılması

b)

ətraf mühitin çirklənməsinin qarşısının alınması

c)

qıtlığa və aclığa qarşı birgə mübarizə

d)

əhali artımının tənzimlənməsi

e)

təbii sərvətlərdən səmərəli istifadə