wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Aqrar İqtisadiyyat Test 6

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

İslahatlar nəticəsində kənddə aqrar münasibətlərin formalaşmasına şərait yaradan amillər hansıdır?

a)

infrastrukturun təkmilləşdirilməsi

b)

istehsal vasitələri istehsalı

c)

meyvə-tərəvəz anbarları

d)

taxıl terminalları

e)

bunların hamısı

2.

Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunub?

a)

1994-cü ildə

b)

1990-cı ildə

c)

1992-ci ildə

d)

1995-ci ildə

e)

1993-cü ildə

3.

Bazar iqtisadiyyatı şəraitində hansı sahələr formalaşır?

a)

kənd təsərrüfatı və xidmət

b)

nisbətən eyni sahələr

c)

müxtəlif istehsal sahələri

d)

qeyri müəyyən sahələr

e)

sabit sahələr

4.

Bazar iqtisadiyyatı şəraitində aparılan islahatlar nəyin vüsət almasına səbəb olur?

a)

qismən mexanikləşmənin

b)

kompleks mexanikləşmənin

c)

mexanikləşmənin

d)

kooperasiyanın

e)

avtomatlaşmanın

5.

Bazarın iqtisadi fəaliyyətinin təşkilinin digər pillələrindən fərqləndirən səciyyəvi cəhətlər hansıdır?

a)

bunların hamısı

b)

əmtəə istehsalçılarının çoxluğu

c)

bazara sərbəst daxil olmaq və çıxmaq

d)

maddi, maliyyə, insan resursları

e)

iştirakçılar üçün bərabər imkanın təmin edilməsi

6.

Bazar iqtisadiyyatı aqrar sferada nəyin aparılmasını sürətləndirmişdir?

a)

əməyin təşkilinin

b)

külək və su eroziyasının

c)

iqtisadi islahatların

d)

ətraf mühitin çirklənməsinin

e)

torpaqların şoranlaşmasının

7.

Aqrar sferada bazar münasibətləri hansı formada fəaliyyət göstərir?

a)

ekstensiv inkişafa yol açır

b)

məhsul qıtlığı yaradır

c)

istehsalla istehlak arasında əlaqə

d)

tənzimləyici rol oynayır

e)

istehsalı sürətləndirir

8.

FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ?

a)

9 milyon ton səviyyəsində olacaq

b)

5 milyon ton səviyyəsində olacaq

c)

20 milyon ton səviyyəsində olacaq

d)

13 milyon ton səviyyəsində olacaq

e)

10 milyon ton səviyyəsində olacaq

9.

Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

a)

maldarlıq, pambıqçılıq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, kartofçuluq

b)

taxılçılıq, maldarlıq, tütünçülük, pambıqçılıq, üzümçülük

c)

pambıqçılıq, kartofçuluq, quru subtropik meyvəçilik, faraş tərəvəzçilik, bostançılıq

d)

faraş tərəvəzçilik, meyvəçilik, bostançılıq, üzümçülük, pambıqçılıq

e)

üzümçülük, quru subtropik meyvəçilik, pambıqçılıq, taxılçılıq, bostançılıq

10.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı neçə iqtisadi rayon üzrə tərtibedilmişdir?

a)

7

b)

8

c)

9

d)

10

e)

11

11.

Kənd təsərrüfatına yararlı torpaqların neçə faizi əkinə yararlı sahələrdir?

a)

40 %

b)

39%

c)

27%

d)

45%

e)

50%

12.

Torpağın mütləq münbitliyini nə təşkil edir?

a)

sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir

b)

ümumi sahədən yığılan məhsulun miqdarı

c)

sahə vahidinə düşən əmək sərfi

d)

hər 100 ha torpaq sahəsinə düşən güc

e)

hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı

13.

Kənd təsərrüfatında başlıca istehsal vasitəsi nədir?

a)

iş heyvanları

b)

torpaq

c)

su

d)

meşə

e)

texnika

14.

Kənd təsərrüfatında istehsal olunan ərzaq məhsulları və onun emal sənayesi məhsulları ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən neçə faizini ödəyir?

a)

75%

b)

70%

c)

65%

d)

60%

e)

55%

15.

Aqrar sferada müxtəlif çeşiddə və keyfiyyətdə məhsul istehsalı və emalı nəyə xidmət edir?

a)

məşğulluğun təmin edilməsinə

b)

struktur dəyişikliklərinə

c)

istehsalın təşkilinə

d)

istehsala xidmətin yaxşılaşdırılmasına

e)

ixrac potensialının artırılmasına

16.

Aqrar sənaye məhsullarının ixracında hansı amillər nəzərə alınmalıdır?

a)

bunların hamısı

b)

məhsulların rəqabətqabiliyyətliliyi

c)

buraxılan məhsulların çeşidi, keyfiyyəti

d)

müəssisələrin maliyyə möhkəmliyi

e)

müəssisələrin mövcud inkişaf səviyyəsi

17.

Aqrar sahədə ixtisaslaşma istiqamətindən asılı olaraq meyvə-tərəvəz istehsalı və emalı güclərinin çoxu hansıregiondadır?

a)

Şirvan zonasında

b)

Gəncə-Qazax zonasında

c)

Qarabağ-Mil zonasında

d)

Naxçıvan Muxtar Respublikasında

e)

Quba-Xaçmaz zonasında

18.

Aqrar sahədə islahatların gedişinin sürətləndirilməsinə dair Prezident fərmanında nə kimi güzəştlər vermişdir?

a)

istehsalın təşkili

b)

vergi güzəştləri

c)

güzəştli kredit

d)

maliyyə yardımı

e)

istehsalın stimullaşdırılması

19.

Ölkə əhalisinin gəlirlərinin neçə faizi aqrar sferada formalaşır?

a)

80,0-dən azı

b)

70,0-dən çoxu

c)

50,0 %-ə qədəri

d)

30-35 %-ə qədəri

e)

20-25 %-ə qədəri

20.

Aqrar sferaya investisiya qoyuluşu 2000-2008-ci illər ərzində neçə dəfə artmışdır?

a)

5,1-6,5 dəfədən çox

b)

30,5-40,5 dəfədən çox

c)

50-70 % arasında

d)

50,0 dəfədən çox

e)

2,5-3,0 dəfədən çox

21.

Aqrar sferada struktur dəyişiklikləri nə deməkdir?

a)

istehsalın tələb-təklif əsasında təşkili

b)

istehsalın intensivləşməsi

c)

əməyin təşkili

d)

istehsalın ixtisaslaşması

e)

istehsalın təşkili

22.

Aqrar sferada differensial kredit siyasəti nə deməkdir?

a)

investisiyaların cəlb edilməsi

b)

istehsalın maliyyələşməsi

c)

lizinq xidmətinin təşkili

d)

fərqli kredit siyasəti

e)

vergi güzəştlərinin tətbiqi

23.

Aqrar münasibətlər nəyi özündə birləşdirir?

a)

istehsalın təmərküzləşməsini

b)

istehsala vəsait qoyuluşunu

c)

torpaqların irriqasiyasını

d)

torpaqlardan istifadə səviyyəsini

e)

istehsal münasibətlərinin məcmusunu

24.

ASK sistemində inteqrasiya nə deməkdir?

a)

son məhsul istehsalı

b)

xammal və emalın birləşməsi

c)

satış kanallarının artması

d)

emal sferasının genişlənməsi

e)

xammal istehsalı

25.

Aqrar-sənaye müəssisələrində istehsal xidməti nəyi əhatə edir?

a)

Kompleks əmələ gətirən sahələrin məqsədyönlü fəaliyyətini

b)

Qarşılıqlı iqtisadi münasibətlər

c)

Aqrar bölmənin böhrandan çıxması

d)

İqtisadiyyatın sabitləşməsi

e)

Yeni torpaq sahalərinin əkin dövriyyəsinə cəlb edilməsi