NEW
Font size
WorksheetsAkt və müqavilənin tərtib olunması qaydaları.
Total questions: 10
Worksheet time: 5mins
1. Aktın tərtibedilmə formasına aid deyil:
a) Vərəqin ortasında “Akt” sözü yazılır.
b) Aktın tərtib edildiyi yer göstərilmir.
c) Aktın tərtib edildiyi tarix göstərilir.
d) Akt tərtibçilərin hamısı tərəfindən imzalanır.
e) Aktı tərtib edənlərin ad, soyad, vəzifələri göstərilir.
2.Verilənlərdən biri akt növü deyil:
a) əmlakı hesabdan silmək üçün tərtib olunan akt
b) vaxtı ötmüş sənədləri silmək hüququ olmayan akt
c) ziyanı müəyyənləşdirmək üçün tərtib olunan akt
d) mənimsənilmiş məbləği müəyyənləşdirən akt
e) konstitusiya aktı
3.Aktın dil xüsusiyyətlərinə aid deyil:
a) səlislik
b) aydınlıq
c) sinonimlik
d) konkretlik
e) dəqiqlik
4.Biri aktın tərtibində heç bir rol oynamır:
a) Aktda onu tərtib edənlərin vəzifəsi göstərilir.
b) Yoxlanılan məsələ haqqında səthi məlumat verilir.
c) Yoxlamanın müddəti göstərilir.
d) Aktın sonunda nəticə verilir.
e) Aktın tərtib edildiyi yer göstərilir.
5. Biri müqavilənin məzmununu əks etdirmir:
a) müqavilənin predmetsizliyi
b) tərəflərin hüququ
c) tərəflərin məsuliyyəti
d) müqavilənin predmeti
e) mübahisələrin həlli qaydası
6. Biri nə aktın məzmununu, nə də mahiyyətini əks etdirmir:
a) Akt hər hansı bir işin gedişatını əks etdirməməklə, məlumatverici xarakter daşımır
b) Akt hər hansı bir iş və ya hadisəni qanuniləşdirməklə, ona hüquqi sənəd statusu verir.
c) Akt imzaları ilə təsdiq edilən bir neçə nəfər tərəfindən tərtib edilir.
d) Komissiya obyektiv şəkildə apardığı yoxlamanı aktlaşdırır.
e) Müəyyən bir həqiqəti üzə çıxarmaq üçün akt tərtib edənlərdən ibarət komissiya yaradılır.
7. Fikirlərdən yalnız biri doğrudur:
a) Akt tərtib edilərkən, heç bir emosionallıq, subyektivlik ifadə edən sözlərə yol verilmir.s
b) Xasiyyətnamə tam rəsmi sənəddir.
c) Ərizənin məzmunca 3 növü var.
d) Təqdimat və tələbnamə eyni məzmunlu tam rəsmi sənədlərdir.
e) Əmr hüquqi əsaslı olmur.
8. Həcminə görə digərlərindən fərqlənir:
a) müqavilə
b) arayış
c) ərizə
d) elan
e) bildiriş
9. Bu əməli yazı nümunəsinin məzmununa görə müxtəlif növləri vardır:
1. Cinayət əhəmiyyətlidir.
2. Dövlət əhəmiyyətlidir.
3. Bu və ya digər bir faktı açmaq üçün tərtib edilir.
a) izahat
b) arayış
c) xasiyyətnamə
d) akt
e) tərcümeyi-hal
10. Akta aid olmayan xüsusiyyətləri seçin:
1. Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərtib olunur.
2. Sonda sədr və katibin imzası olur.
3. İclasda, müşavirədə söylənilən çıxışları və çıxarılan qərarları özündə təzahür etdirir.
4. Sonunda tərtib edənlərin imzası qoyulur.
5. Rəsmi-işgüzar üslubun ən sərbəst formasıdır.
6. Latıca “hərəkət, hadisə, cinayət işi” deməkdir.
a) 2, 3, 5
b) 1, 4, 6
c) 2, 3, 4
d) 1, 3, 6
e) 2, 4, 5
