NEW
Font size
Worksheetsİşgüzar kommunikasiyada izahat, xəbərdarlıq, töhmət, təşəkkür.
Total questions: 10
Worksheet time: 5mins
1. “Xəbərdarlıq” sözü neçə hissədən ibarətdir?
a) 3
b) 1
c) 2
d) 4
e) 5
2. “Xəbərdarlıq” sözünün mahiyyətini açmır:
a) izahat
b) xəbərdaredici işarə
c) səs siqnalları
d) yüksək gərginlik şəkli
e) hədələyici işarə
3. Biri xəbərdarlıq növü deyil:
a) diplomatik
b) inzibati
c) epistolyar
d) cərimə
e) yazılı
4. Xəbərdarlığın yalnız bu növü əməli yazıda əks olunur:
a) Nizam-intizama, qanun və hüquqa zidd hərəkətlər üçün verilən xəbərdarlıq
b) Təhlükə haqqında vurulan xəbərdaredici işarələr
c) Mimika, əl-qol hərəkətləri ilə bildirilən hədələyici xarakterli işarələr
d) Təhlükənin qarşısını almaq üçün səs siqnalları
e) Yüksək gərginlikli elektrik cərəyanı olmasını bildirən şəkillər
5. Fikirlərdən biri həqiqəti əks etdirir:
a) Diplomatik xəbərdarlıq dövlət mənafeyi və dövlət siyasəti ilə bağlı olur.
b) Sərəncam yalnız dövlət başçısı tərəfindən imzalanır.
c) Bütün sənədlər eyni məzmuna malik olurlar.
d) Sərəncamla fərmanın dil xüsusiyyətləri müxtəlifdir.
e) Xəbərdarlıq təkcə şifahi formada olur.
6. Verilmiş nümunə hansı əməli yazı növünün əsas hissəsinin bir parçasıdır?
Xəstə olduğum üçün noyabr ayının 21-dən 27-nə qədər işdə olmamışam. Ona görə də həmin günlərdə baş vermiş hadisə haqqında heç bir məlumatım yoxdur...
a) akt
b) ərizə
c) məktub
d) izahat
e) arayış
7. Ərəb sözü olub, məzəmmət, danlaq mənalarını verir. Pis əməlinə görə yazılı və ya şifahi şəkildə cəza vermək anlamında işlənir Bu, idarə, müəssisə və təşkilatlarda yazılı şəkildə əmr kitabçasına, işçilərin şəxsi işinə yazılmaqla rəsmiləşdirilir.
Verilmiş fikirlər hansı sənədi səciyyələndirir?
a) izahat
b) xəbərdarlıq
c) töhmət
d) arayış
e) məktub
8. İzahata aid olan xüsusiyyətlər hansılardır?
1) Yazılı və şifahi; sadə və müfəssəl olur.
2) Latınca “hərəkət, hadisə, cinayət işi” deməkdir.
3) Ərəb sözü olub “bir məsələni, sözü və s. ətraflı surətdə aydınlaşırma, şərhetmə, bəyanetmə” mənalarını bildirir.
4) Müraciət, ümumi, fərqləndirici və yekunlaşdırıcı hissələrdən ibarətdir.
5) Sonda onu yazan şəxsin adı, soyadı və imzası olur, yazıldığı tarix göstərilir.
6) Təşkilat tərəfindən ayrılmış komissiyanın iştirakı ilə tərib olunur.
a) 2, 4, 6
b) 3, 4, 5
c) 1, 3, 5
d) 2, 3, 4
e) 1, 5, 6
9. İzahat haqqında deyilənlərdən biri səhv ifadə edilib:
a)) İzahat hüquqi sənəddir.
b) İzahat yazılı və ya şifahi formada olur.
c) Müxtəsər və ya müfəssəl ola bilər.
d) İzahat hüquqi sənəd deyil.
e) Formaca ərizəyə oxşasa da, məzmunca ondan fərqlənir.
10. Xəbərdarlıq formalarından biri səhv göstərilib:
a) fiziki
c) diplomatik
c) diplomatik
d) epistolyar
e) şifahi
