NEW
Font size
WorksheetsMikroiqtisadiyyat -M.5. Oliqopoliya
Total questions: 10
Worksheet time: 5mins
Qeyri-mükəmməl rəqabətli bazarların hansı növləri vardırr
Oliqopoliya, inhisarçı rəqabət
Duopoliya, inhisar
Oliqopsoniya, inhisar
İnhisar, monopsoniya
Oliqopoliya, duopoliya
Duopolistlər arasında sövdələşmə nə deməkdir?
Bazarda satıcıların sayı haqda razılaşma.
Bazardakı firmalar arasında istehsalın həcmi və ya qiymətin dəyişdirilməsi ilə bağlı razılaşma.
Bazarda alıcıların sayı haqda razılaşma.
.
Bazarda gəlirin bölüşdürülməsi haqda razılaşma.
Bazarda satışın həcmi haqda razılaşma.
Nəş tarazlığı nəyə deyilir?
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin satış strategiyasıdır.
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən yaxşı strategiyasını seçdiyi situasiyadır.
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin heç kimdən asılı olmayan strategiyasıdır.
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin alqı-satqı strategiyasıdır.
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin bazar seçmək strategiyasıdır.
Oliqopoliyalar (firmalar) öz şəxsi maraqlarını həyata keçirirlərsə, mümkün nəticələr bunlardır:
Məcmu mənfəət inhisarçı mənfəətdən çoxdur.
Birgə istehsal inhisarçının istehsal həcmindən çoxdur, lakin rəqabətli sənaye istehsalının həcmindən kiçikdir.
Bazar qiymətləri inhisar qiymətindən çox, lakin rəqabətli qiymətdən azdırr.
Məcmu mənfəət inhisarçı mənfəətə bərabərdir.
.
Oliqopoliya qiyməti bazar qiymətindən daha yüksəkdir.
Oyunlar nəzəriyyəsinə görə oliqopolistik bazarda firmalar necə hərəkət etməlidir?
firmalar düzgün marketinq siyasəti apparmalıdır.
firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir.
hər bir firma digərlərini nəzərə almalıdır.
firmalar sərbəst hərəkət etməlidir
firmalar rəqabət mühitini təhlil etməlidir.
Dominant strategiya nədir?
digər oyunçuların seçdiyi strategiyalardan asılı olmayaraq oyundakı oyunçu üçün ən yaxşı strategiyadır.
oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firmanın ümumi strategiya ilə hərəkət etməsidir.
hədəfin düzgün seçilməsidir.
digər oyunçuların seçdiyi strategiyalardan asılı olan strategiyadır.
rəqabət mühitini düzgün qiymətləndirməkdir.
Aşağıdakı deyimlərdən hansı düzdür?
Oyunlar nəzəriyyəsi insanların strateji situasiyalarda davranışının öyrənilməsidir.
oliqopolik bazardakı firma mənfəətin yalnız onun nə qədər istehsal etməsindən deyil həm də, digər firmaların nə qədər istehsal etməsindən asılı olduğunu bilir.
Oliqopolistik bazardakı firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir.
.
bütün cavablar düzdür
“Strateji” dedikdə hər bir insanın hansı tədbirlər görməklə bağlı qərar qəbul edərkən digərlərinin bu tədbirə necə cavab verə biləcəyini nəzərə almalı olduğu situasiya nəzərdə tutulur.
Müddəalardan düzgün olmayanı müəyyən edin
0liqopoliyalar məhdud resurslardan səmərəli istifadə olunmasına şərait yaradır
Oliqopoliya oxşar və ya eyni məhsullar satan yalnız bir neçə satıcının olduğu bazar strukturudur.
Oliqopoliyalar istehsal səviyyəsi ilə bağlı ayrı-ayrılıqda qərarlar çıxardıqda, bu, inhisar məhsul buraxılışında olduğundan daha böyük istehsal həcmi və daha aşağı qiymətə səbəb olur.
Oliqopoliyalar çox aşağı istehsal və çox yüksək qiymətə səbəb olduğundan oliqopolistlər arasında əməkdaşlıq cəmiyyət nöqteyi-nəzərindən arzu olunan olmadığı üçün dövlət buna qarşı mübarizə aparmalıdır.
Oliqopoliyalar kartel formalaşdırmaqla inhisarçılar kimi fəaliyyət göstərməklə məcmu mənfəətlərini maksimallaşdırırlar.
Anti-inhisar qanunları kartelləri niyə qadağan edir?
Bütün cavablar düzdür.
kartel razılaşmaları digər satıcıların mənfətini aşağı salır
kartel razılaşmaları istehlakçıların hüquqlarını pozur.
kartel razılaşmaları bazarda qiymətlərin qalxmasına səbəb olur.
kartel razılaşmaları istehsalın həcminin azalmasına səbəb olur.
Əgər oliqopoliya üzvləri ümumi istehsal həcmi üzrə razılığa gəlsəydilər, hansı həcmi seçərdilər?
İnhisarçı mənfəəti maksimallaşdıran həcmi seçəcəklər.
Qiyməti aşağı salanhəcmi seçəcəklər.
Qiyməti yuxarı qaldıranhəcmi seçəcəklər.
Maksimal istehsal həcmini seçəcəklər.
Sosial cəhətdən səmərəli miqdarı seçəcəklər.
