wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Maşınqayırma 3

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Fərz edək ki, maşınqayırma müəssisəsində vahid məmulatın emaledilmə norması 40 dəq, saatlıq tarif maaşı 12 manat və ay ərzində 400 detal istehsal edən işçinin işəmuzd əmək haqqını hesablamaq lazımdır.

a)

500 manat

b)

3200 manat

c)

1500 manat

d)

3000 manat

e)

2000 manat

2.

Fərz edək ki, maşınqayırma müəssisəsində 1 saatlıq tarif dərəcəsi 3 manat təşkil edən dəzgahçı 8 saatlıq iş rejimi ilə ay ərzində 32 iş günü işləmişdir. Dəzgahçının vaxtamuzd əmək haqqını hesablayın.

a)

650 manat

b)

352 manat

c)

550 manat

d)

600 manat

e)

768 manat

3.

Müəssisə üzrə əmək məhsuldarlığı necə hesablanır?

a)

istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə nisbəti kimi;

b)

realizə edilmiş məhsulun həcminin ümumi işçilərin orta illik sayına nisbəti kimi;

c)

məhsul istehsalı üçün iş vaxtı məsrəfinin istehsal edilmiş məhsulun həcminə nisbəti kimi;

d)

istehsal edilmiş məhsulun həcminin məhsul istehsalı üçün iş vaxtı məsrəfinə hasili kimi;

e)

istehsal edilmiş məhsulun həcmi ilə məhsul istehsalı üçün iş vaxtı məsrəfinin cəmi kimi;

4.

Maşınqayırma müəssisələrində tarif əmsalı necə hesablanır?

a)

hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına hasili kimi;

b)

hər bir dərəcənin tarif maaşının I dərəcənin tarif maaşına nisbəti kimi;

c)

hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının cəmi kimi

d)

hər bir dərəcənin tarif maaşı ilə I dərəcənin tarif maaşının fərqi kimi;

e)

I dərəcənin tarif maaşının hər bir dərəcənin tarif maaşına nisbəti kimi;

5.

Əməyin ödənilməsinin tarif sisteminə nə daxildir?

a)

tarif dərəcəsi,  işçilərin ixtisasına qoyulan tələblər, işçinin əmək haqqı;

b)

tarif şəbəkəsi, tarif dərəcəsi, tarif-ixtisas kitabçası;

c)

tarif şəbəkəsi və əmək şəratinə qoyulan tələblər;

d)

tarif ixtisas məlumat (sorğu) kitabı, əmək haqqı təlimatı, əmək məcəlləsi;

e)

işçilərin mükafatlandırması sistemi, əmək haqqının minmum səviyyəsi;

6.

Əmək haqqının hansı formasında fəhlənin aldığı əmək haqqı onun xidmət etdiyi əsas fəh­lə­lə­rin əmək haqqından və ya istehsal etdiyi məhsulun miq­darından birbaşa asılı olur?

a)

Birbaşa müştərək (briqada) işəmuzd əmək haqqı sistemində;

b)

Birbaşa fərdi işəmuzd əmək haqqı sistemində;

c)

Mükafatlı işəmuzd əmək haqqı sistemində;

d)

Dolayı işəmuzd əmək haqqı sistemində;

e)

Mütərəqqi işəmuzd əmək haqqı sistemində.

7.

Əmək haqqının hansı formasında əmək haqqı briqadanın icra edəcəyi iş üzrə bü­töv­lük­də he­sab­lanılır?

a)

Vaxta muzd əmək haqqı formasında;

b)

Sadə vaxta muzd əmək haqqı formasında;

c)

Mükafatlı vaxta muzd əmək haqqı sistemində;

d)

Akkord işəmuzd əmək haqqı sistemində;

e)

Mütərəqqi işəmuzd əmək haqqı sistemində.

8.

Tarif sisteminin hansı elementində müxtəlif ixtisas səviyyəsinə malik fəhlələrin əmək haqlarının ödənişindəki nisbət əks olunur?

a)

tarif-ixtisas kitabçasında

b)

tarif əmsallarında

c)

tarif maaşında

d)

əmək haqqının əmsallarında

e)

tarif şəbəkəsində.

9.

Maşınqayırma müəssisələrində əməyin təşkilinin təkmilləşdirilməsi istiqamət­lərinə aid deyil?

a)

əmək bölgüsü və kooperasiyası formalarının optimallaşdırılması;

b)

əmək bölgüsü və korporasiyası formalarının optimallaşdırılması;

c)

kadr hazırlığının və onların ixtisasının artırılmasının yaxşılaşdırılması;

d)

əməyin normalaşdırılmasının mütərəqqi metodlarının tətbiq edilməsi;

e)

iş yerlərinin təşkilinin və onlara xidmətin yaxşılaşdırılması;

10.

Maşınqayırma müəssisələrində əmək haqqının müəyyən edilməsində hası prinsipdən istifadə edilmir? 

a)

dövlət tərəfindən müəyyən edilmiş minimal əmək haqqının həcminin nəzərə alınması;

b)

əmək məhsuldarlığının artım tempinin orta əmək haqqının artım tempinən yüksək olması;

c)

əmək haqqının əməyin kəmiyyət və keyfiyyətindən asılı olaraq müəyyənləşdirilməsi;

d)

əməyin dövlət və firmadaxili təminatının köməyi ilə işçilərin sosial müdafiəsinə nail olunması;

e)

əmək haqqının işçilərin ixtisas səviyyəsindən və əmək şəraitindən asılı olaraq differensiallaşdırılmaması;