wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Həqiq və məcazi mənalı sözlər .Çoxmənalı sözlər.

Total questions: 10

Worksheet time: 10mins

Name
Class
Date
1.

Hansı cümlələrdə "baş" sözü məcazi mənada işlənmişdir?

a)

Baş həkim palataya daxil oldu.

b)

Başım bərk ağrıdığı üçün dərman aldım.

c)

Kəndlinin beş baş qoyunu var idi.

d)

Kəndin başında ikimərtəbəli gözəl bir ev tikilmişdi.

2.

Hansı cümlədə " ağır" sözü həqiqi mənada işlənib?

a)

Dostumun yükü ağır olduğundan Vüqar ona kömək etmək istədi.

b)

Ağır atletika üzrə çempionat davam edir.

c)

Ağır otur, batman gəl

3.

Hansı cümlədə " təmiz" sözü həqiqi mənada işlənmişdir?

a)

Səbinənin təmiz ürəyi var.

b)

O ingiliscə təmiz danışır.

c)

Döşəmə təmiz olduğundan o, ayaqqabılarını çıxarmalı oldu.

4.

"Qızıl" sözü hansı cümlədə məcazi mənada işlənmişdir?

a)

Qızıl ən qiymətli metallardan biridir.

b)

Dəqiq cihazların hazırlanmasında qızıldan da geniş istifadə olunur.

c)

Qızıl Fondda bir sıra dəyərli lent yazıları saxlanılır.

d)

Qızıl payız artıq öz yerini şaxtalı qışa verir.

5.

"Tutmaq" sözü hansı variantda məcazi mənalı söz deyil?

a)

üz tutmaq

b)

topu tutmaq

c)

fikri tutmaq

d)

taksi tutmaq

6.

Hansı birləşmədə birinci söz məcazi mənada işlənib?

a)

yumşaq yastıq

b)

şirin söz

c)

dəmir qapı

d)

soyuq su

7.

Hansı cümlədə " kövrək" sözü həqiqi mənada işlənib?

a)

Kövrək ürəyimi sızlatma mənim.

b)

O, yaman kövrək uşaqdır, tez küsüb inciyir.

c)

Rozmarini yeyəndə almanın bu qədər kövrək olduğuna inana bilmirsən.

8.

"Bulaq başı buz bağlar,

Dörd yanı yarpız bağlar,

Qürbət eldə ürəyim

Dərddən, qəmdən köz bağlar"

bayatısında hansı söz birləşməsi məcazi mənadadır?

a)

köz bağlamaq

b)

buz bağlamaq

c)

yarpız bağlamaq

9.

Yanıltmacda hansı söz məcazi mənada işlənib?

Cücüləri cücələrə tapşırdılar cücülər,

Cücüləri bircə - bircə aşırdılar cücələr.

(a)  

10.

Hansı cümlə məcazi mənalıdır?

a)

Yağış yağdı.

b)

Günəş yatdı.

c)

Uşaq oyandı

d)

Ana güldü.