wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

TARİX

Total questions: 20

Worksheet time: 20mins

Name
Class
Date
1.

Xilafət dövründə 750- ildə baş vermişdir

a)

Abbasilər sülaləsi hakimiyyət başına gəldi

b)

Beyləqanda ərəb ağalığı əleyhinə üsyan baş verdi.

c)

Xaricilər üsyanı baş verdi və Xəlifənin xalq tərəfindən seçilməsini tələb etdi.

d)

Azərbaycanda əhali və onların bütün əmlakı siyahıya alındı

e)

Salman ibn Rəbiənin başçılığı altında Azərbaycana ordu göndərildi.

2.

Alban hökmdarı Cavanşirin VII əsrin 60- cı illərində Ərəb xilafətinə qarşı siyasətini dəyişməsinin səbəbi

a)

Xəzərlərlə yaxınlaşmaq istəyi

b)

Ərəb xilafəti kimi güclü bir dövlətin himayəsini qazanmaq istəyi

c)

Ölkə daxilində üsyanları yatırmaq üçün ərəblərdən yardım almağa ehtiyac duyması

d)

Bizans torpaqlarını işğal etmək arzusu

e)

Ərməniyyə torpaqlarını tutmaq istəyi

3.

VII əsrin 20 - ci illərində Sasani - Bizans qarşıdurması zamanı Albaniyanı ələ keçirmişdilər

a)

alanlar

b)

xəzərlər

c)

qıpçaqlar

d)

iberlər

e)

hunlar

4.

Azərbaycanın inzibati quruluşunda Əməvilər sülaləsi dövründə hansı dəyişiklik baş vermişdi

a)

Azərbaycan kiçik inzibati vahidlərə - nahiyyələrə və rayonlara bölündü

b)

Azərbaycan dördüncü əmirliyin tərkibinə daxil edildi

c)

Azərbaycan 12 nahiyyəyə , hər nahiyyə 12 kəndə bölündü

d)

Sasanilər dövründəki inzibati quruluş olduğu kimi saxlanıldı

e)

Azərbaycan Əlcəzirə adlanan üçüncü əmirliyin tərkibinə daxil edildi

5.

Ərəblərin dövründə icarəyə verilmiş vəqf torpağı hansı halda geri alınırdı:

a)

Üç il əkilməyib istifadəsiz qalardısa

b)

xəzinəyə ödənilən vergi vaxtında verilmədikdə

c)

üç il vergi ödənilmədikdə

d)

torpağı icarəyə götürən şəxs vəfat etdikdə

e)

müharibə xərclərini ödəmək üçün əlavə vəsaitə ehtiyac yarandıqda

6.

Ərəblərin dövründə Azərbaycanda müsəlmanlar hansı vergidən azad idilər :

a)

xərac

b)

xüms

c)

bac

d)

zəkat

e)

cizyə

7.

E.ə.II əsrdə Albaniya hökmdarı Aranın idarə etdiyi ərazi

a)

Kürün sol sahil əraziləri

b)

Kür-Araz qovşağından Qafqaz dağlarınadək

c)

Araz çayından İberiya səhəddinə kimi

d)

Araz çayından Xəzər dənizinə kimi

e)

Araz çayından Göyçə gölü hövzəsinədək

8.

Albaniyada xristianlığın hansı qolu daha çox yayılmışdı?

a)

pravoslav

b)

katolık

c)

Nestorian

d)

xalkedon

e)

monfizit

9.

Ərəblər Albaniyanin müstəqilliyinə son qoydular:

a)

Hilat şəhəri yaxınlığında xəzərləri məğlub etməklə

b)

Xəzərlərdən kömək almaqla VIII əsrin əvvəllərində

c)

705-ci ildə alban hakimi Şeruyə və ona yaxın adamların öldürülməsi ilə

d)

705-ci ildə Varaz-Trdatın öldürülməsi ilə

e)

681-ci ildə Cavanşirin ölümündən sonra

10.

Albaniyada Arşakilər sülaləsinin ilk nümayəndəsi olaraq hakimiyyətə gələn hökmdar:

a)

I Vaçaqan

b)

III Vaçaqan

c)

Asvaqen

d)

Mirhvan

e)

I Vaçe

11.

Alban hökmdarları Oroys , Kozis və Zoberin hansı sülalənin nümayəndələri olduğu güman edilir:

a)

arşakilər

b)

əhəmənilər

c)

sasanilər

d)

aranilər

e)

selevkilər

12.

IV əsrin 30 - cu illərində Albaniyanın Paytakaran vilayətinə rəhbərlik edirdi:

a)

I Vaçe

b)

Sanatürk

c)

Satoy

d)

Asay

e)

III Vaçaqan

13.

Albaniyada hansı hökmdarın göstərişi ilə Alban əlifbasının yenilənməsi və uşaqlara yazının öyrədilməsi həyata keçirilmişdi

a)

Asvaqenin

b)

I Vaçenin

c)

III Vaçaqanın

d)

II Vaçenin

e)

I Vaçaqanın

14.

Alban hökmdarı Urnayr hansı Sasani - Roma qarşılaşmalarında iştirak etmişdi:

a)

Kaar, Dzirav

b)

Qədsiyyə,Bələncər

c)

Bələncər , Dzirav

d)

Suzian, Amid

e)

Amid, Dzirav

15.

Albaniyada xristian məktəblərinin açılması və bu dinin geniş tətbiqi hansı alban hökmdarının zamanında baş vermişdi

a)

Asvaqen

b)

Mirhvan

c)

III Vaçaqan

d)

I Vaçaqan

e)

I Vaçe

16.

Xürrəmi hərəkatı yönəlmişdi

a)

İslam dini , feodal zülmü və ərəb əsarətinə qarşı

b)

Pavlikianlara , ərəblərə qarşı

c)

İslamı zərdüşt dininə etiqad edənlərdən qorumaq məqsədilə

d)

Zərdüştlük dininin təbliğ olunmasına qarşı

e)

Bizans zülmü və idarəetmə sisteminə qarşı

17.

Ərəblər dövründə hərbiçilərə verilən torpaq mülkiyyət forması necə adlanırdı

a)

İqta

b)

mülk

c)

divan

d)

xass

e)

camaat

18.

Babəki Bəzz mühasirəsindən azad etmək üçün 100 minlik qoşunla hücum edən Bizans imperatoru:

a)

Feofil

b)

I İrakli

c)

I Feodosi

d)

I Yustinian

e)

Konstantin

19.

Qarabağın Ktiç qalasında ərəblərə qarşı üsyana rəhbərlik etmişdi:

a)

Əbu Səid

b)

Məzyər Kəbir

c)

Əbu Musa

d)

Səhl ibn Sumbat

e)

Əhməd ibn Xalid

20.

Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hansı ittifaqda birləşmişdilər

a)

Hun

b)

qıpcaq

c)

sabir

d)

kəngər

e)

xəzər