wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Tənzimlənmə 2

Total questions: 50

Worksheet time: 2hrs 40mins

Name
Class
Date
1.

Regional tənzimləmədə əsas vəzifə deyil:

a)

regionda vergi güzəştlərinin tətbiqi

b)

regionların tarazlı inkişafının təmin edilməsi

c)

regionun sahə quruluşunun təkmilləşdirilməsi

d)

regionlararası əhalinin miqrasiyasının tənzimlənməsi

e)

regionun sosial-iqtisadi inkişafında olan fərqlərin azaldılması

2.

Regional siyasətdə dolayı tənzimləmə mexanizmi deyil:

a)

dəstək mexanizmi

b)

vergi mexanizmi

c)

qiymət mexanizmi

d)

kredit mexanizmi

e)

nəzarət mexanizmi

3.

Hansı regional siyasətdə dolayı tənzimlənməyə aiddir:

1. Regionun maliyyə baxımından dəstəklənməsi üçün büdcədən vəsaitinin

ayrılması.

2. Stimullaşdırıcı və məhdudlaşdırıcı pul-kredit vasitələrinin təsiri

3. Dövlət sifarişlərinin müsabiqə əsasında müəyyən edilməsi

4. İnvestisiya layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi

5. Elmi-texniki yeniliklərin dəstəklənməsi

a)

2,3

b)

5,6

c)

6

d)

3

e)

2

4.

Regionların dövlət tərəfindən dəstəklənməsi forması deyil:

a)

regionların inkişaf proqramları

b)

büdcədən regionlara ayrılan investisiyalar

c)

sərhədboyu regionların hərbi xərclərinə ayrılan investisiyalar

d)

dövlət büdcəsindən regionlara kommersiya kreditlərinin verilməsi

e)

regionlar üzrə məşğulluq proqramlarının qəbul olunması

5.

Regionların inkişaf sisteminin prinsiplərinə aid deyil:

a)

Prosedur təminati

b)

Legitimlik

c)

Müddətlilik

d)

Diskriminasiya

e)

Adekvatlılıq

6.

Klasterlərin təməl ünsürləri hansı varianta doğru göstərilib:

a)

banklar, təhsil və araşdırma təsisatları, peşə məktəbləri

b)

peşə məktəbləri

c)

banklar, vergi orqanları

d)

firmalar, dəstəkləyici qurumlar, təhsil və araşdırma təsisatları

e)

banklar, xüsusi iqtisadi zonalar

7.

Hansılar regionların sosial-iqtisadi inkişafının birbaşa tənzimlənməsi

metodlarına aiddir:

1. Regionun maliyyə baxımından dəstəklənməsi üçün büdcədən vəsaitinin

ayrılması.

2. Stimullaşdırıcı və məhdudlaşdırıcı pul-kredit vasitəlarinin təsiri

3. Dövlət sifarişlərinin müsabiqə əsasında müəyyən edilməsi

4. İnvestisiya layihələrinin dövlət tərəfindən maliyyələşdirilməsi

5. Vergilərin tənzimlənməsi

6. Elmi-texniki yeniliklərin dəstəklənməsi

a)

5,6

b)

2,3,6

c)

3,4,5,6

d)

1,3,4,6

e)

1,2,3,4

8.

Makroiqtisadi blokun metodlarına aid deyil:

a)

proqramlaşdırma

b)

proqnozlaşdırma

c)

sertifikaların verilməsi

d)

normativ-hüquq

e)

proteksionizm tədbirləri

9.

Proqnozlaşdırma əsasında iqtisadiyyatın inkişad proqramı tərtib olunarkən əsas

prinsiplərdən deyil:

a)

Proqnozlaşdırma sistemərinin təmin olunması

b)

Proqnozların adekvatlığı

c)

Proqnozların asılılığı

d)

Proqnozların elmi əsaslandırılması

e)

Proqnozun alternativliyi

10.

Sosial-iqtisadi hadisələrin inkişaf meyilləri və onların arasındakı qarşılıqlı

əlaqələrin dərindən təhlil edilməsi əsasında gələcəyin qiymətləndirilməsi

deməkdir:

a)

Strateji planlaşdırma

b)

Proqnozlaşdırma

c)

Planlaşdırma

d)

İndiqativ planlaşdırma

e)

Proqramlaşdırma

11.

Aşağıdakılardan hansı ölkədə proqnozlaşdırılan obyektə aid deyil:

a)

Sosial-iqtisadi inkişaf

b)

Əhalinin həyat səviyyəsi

c)

Təbii resurslardan səmərəli istifadə

d)

Xarici təşkilatlar arası iqtisadi əlaqələr

e)

Maliyyə münasibətləri,gəlir və qiymət

12.

Proqramlar işlənib hazırlanarkən aşağıdakı prinsip əsas deyil:

a)

Məqsədyönlülük

b)

Mübadilə etmə

c)

Sistemlilik

d)

Prioritetlik

e)

Resurs və ehtiyatlarla təmin olunma

13.

Proqramlar işlənib hazırlanarkən reallaşdırılan mərhələlərdən deyil:

a)

Hipotezanın təyini, proqnozlaşdırmanın əhatə müddəti

b)

Problemlərin təyini və mövcud olduğu sosial iqtisadi sistemlərin təhlili

c)

Problemərin həlli üzrə alternativ variantların müəyyənləşdirilməsi

d)

Ən optimal həll yolunun seçilməsi

e)

Seçilmiş optimal həll və proqram üzrə təkliflərin hazırlanması

14.

Əsas mərhələlərdən biri seçilmiş həllin səmərəliliyin təyini və onun

reallaşdırılması üzrə təkliflərin hazırlanmasıdır.

a)

Proqnozlaşdırma

b)

Planlaşdırma

c)

Proqramlaşdırma

d)

Dövlət sifarişləri

e)

Direktiv planlaşdırma

15.

Proqramları işləyib hazırlayarkən qarşıya qoyulan məqsədin və həll edilən

problemin nə dərəcədə ölkə əhəmiyyətli və vacib olması təyin edilir.

Proqramlaşdırmanın hansı prinsipinə aiddir:

a)

Məqsədlilik

b)

Prioritetlik

c)

Sistemlilik

d)

Adekvatlıq

e)

Resurs təminatı

16.

Alternativlik,sistemlilik,elmi əsaslandırılma....əsas prinsiplərdir:

a)

Müqavilələr

b)

Resurs təminatı

c)

Planlaşdırma

d)

Proqnozlaşdırma

e)

Dövlət sifarişləri

17.

Milli iqtisadiyyatın balanslaşdırılması proqnozlaşdırılarkən dövlətin əsas

vəzifələrini əhatə edən variatları seçin;

1.Sosial iqtisadi inkişaf starategiyası

2.İnvestisiya siyasətinin təmini

3.Xarici borcların təmin edilməsi

4. İqtisadiyyatın strukturunun yenidən qurulması

5.Qapalı iqtisadiyyatın qurulması

a)

3.4.5

b)

1.2.3

c)

1.2.4

d)

3.4

e)

2,5

18.

Dövlət tərəfindən əhalinin məhsul və xidmətlərə olan məcmu tələbini

dəyərləndirməklə ona uyğun təklifin yaradılması nəzəriyyəsi hansı iqtisadi

məktəbin əsas ideyasıdır:

a)

iqtisadi liberalizmin ideyası

b)

klassik iqtisadi nəzəriyyənin ideyası

c)

keynesian nəzəriyyənin ideyası

d)

monetarist nəzəriyyənin ideyası

e)

maltusçu nəzəriyyənin ideyası

19.

Aşağıdakılardan hansı iqtisadi məqsəd deyil?

a)

iqtisadi azadlıq əldə olunması

b)

resessiya dövrünün uzadılması

c)

milli gəlirin ədalətli bölüşdürülməsi

d)

qiymət sabitliyi

e)

inflyasiyanın normal həddinin saxlanılması

20.

Sey qanunu:

(jan batista sey adlı alimin nəzəriyyəsi ilə bağlı olduğundan onun adı ilə

adlandırılmışdır.)

a)

iqtisadiyyatın gəlirliliyi xarici ticarətə bağlıdır.

b)

tələb təklifi yaratmalı, istehsalın həcmində tələb nəzərə alınmalıdır.

c)

təklif tələbi yaratmalı, məhsulların istehsalında geriləmə olmamalıdır.

d)

kənd təsərrüfatı sahəsi istehsal münasibətlərinin formalaşmasında əsas

sektordur.

e)

dövlət iqtisadiyyata müdaxilə etməli, tələbin həcmini müəyyənləşdirməlidir.

21.

Sadə Keynesian modelin xarakteristikası hansıdır?

a)

pul siyasətinin əhatə dairəsi

b)

iqtisadi böhrandan çıxış yollarına dair ehtimallar

c)

əməyin formalaşmasının dəyişkən amili

d)

dəyişən kapitalın qısa dövrü

e)

kasıblaşan iqtisadiyyat

22.

Əsas makroiqtisadi siyasət modellərindən olan keyns modelinin mahiyyəti

aşağıdakılardan hansında verilmişdir?

a)

iqtisadiyyata dövlətin müdaxiləsi mütləqdir, əks halda iqtisadi böhran

vəziyyətindən çıxmaq mümkünsüzdür.

b)

tələb və təklif tam tarazlaşdırılmalıdır, təklif tələbi üstələyərsə iqtisadi tsikl

böhran vəziyyətdə olacaqdır.

c)

milli iqtisadiyyat tam bir ölkənin sərhəddi çərçivəsində bitməməlidir, açıq

iqtisadiyyata tam inteqrasiya etməlidir.

d)

hər təklif öz tələbini yaradacaqdır, bu iqtisadi inkişafın əsas təkanverici amilidir.

e)

iqtisadiyyata dövlətin müdaxiləsi yol verilməzdir, iqtisadiyyat öz-özünə

tənzimlənən olmalıdır

23.

Bazarın "görünməz əl" haqqında tezisi hansı nəzəri konsepsiyadadır ?

a)

keynesian

b)

monetarizm

c)

kapitalizm

d)

klassik iqtisad

e)

fiziokratizm

24.

Aşağıdakılardan hansı iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin

maksimal həddinə aid deyil:

a)

iqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək

b)

regional siyasət

c)

investisiya siyasəti

d)

pul-kredit siyasəti

e)

büdcə-vergi siyasəti

25.

Adam Smit, David Rikardo, Tomas Robert Maltus, Jan Batista Sey və Con

Stüart mill kimi iqtisadçıların tərəfdar çıxdığı iqtisadi görüş hansıdır?

a)

müasir iqtisad

b)

sosializm

c)

fiziokratizm

d)

monetarizm

e)

iqtisadi liberalizm

26.

İqtisadiyyatın tənzimlənməsinin əsas vəzifələrinə birbaşa aid deyil:

a)

ekoloji təhlükəsizliyin təmin olunması

b)

məşğulluğun tənzimlənməsi

c)

gəlirlərin sosial ədalət prinsipinə müvafiq bölüşdürülməsi

d)

siyasi təhlükəsizlik və xaos problemlərinin aradan qaldırılması

e)

ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi

27.

… görə dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi məcmu tələbə büdcə-vergi

vasitələrinin təsir göstərməsilə makroiqtisadi tarazlığın saxlanılmasından ibarət

olmalıdır.

a)

C.M.Keyns

b)

R.Lukas

c)

F.Kene

d)

M.Fridman

e)

A.Marşal

28.

İqtisadi artım probleminin əsaslı surətdə öyrənilməsidir. istehsal amillərinin

(kapital və iş qüvvəsi) təklifinin uzunmüddətli dövlət tənzimlənməsini, vergi

dərəcəsini aşağı salmağı və məhdud pul siyasətinin yeridilməsi zəruridir. onun

mahiyyəti məcmu təklifi stimullaşdırmaq, istehsalı və məşğulluğu

fəallaşdırmaqdır. bu nəzəriyyənin tərəfdarları bazarı - iqtisadiyyatın təşkilinin ən

səmərəli üsulu və təbii qərarlaşmış iqtisadi fəaliyyət sistemi kimi qələmə verirlər.

a)

Vergi nəzəriyyəsi

b)

istehlakçı davranışı nəzəriyyəsi

c)

iqtisadi təklif nəzəriyyəsi

d)

pul-dəyər nəzəriyyəsi

e)

inkişaf iqtisadiyyatı nəzəriyyəsi

29.

… nəzəri ideyasına görə dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinin

yenidən bölüşdürülməsi, həmçinin dövlət və qarışıq müəssisələrin yaradılması

hesabına sahibkarlığın inkişafına nail olmaq olar.

a)

Vilyam Petti

b)

Adam Smit

c)

Con Meynard Keyns

d)

Jan Batista Sey

e)

Milton Fridman

30.

Hiperinflyasiya şəraitində iqtisadi böhrandan çıxmaq üçün monetaristlərin

dövlətə təklif etdiyi proqrama daxil olmayan təklif hansıdır:

a)

tədavüldə pulun kəmiyyət dövriyyəsinin tsiklik rədd olunması

b)

yüksək bank faizinin tətbiq olunması

c)

dövlət büdcəsinin xərclərini azaltmaq

d)

xarici investisiyaların həcminin azaldılması

e)

əmək haqqı artımının qarşısının alınması

31.

Neoklassik sintez məktəbinin əsas tədqiqat istiqamətlərindən deyildir:

a)

xarici ticarətin tənzimlənməsi

b)

ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin inkişafı

c)

işsizliyin təhlili və onun tənzimlənməsi

d)

vergi sisteminin nəziri və praktiki problemləri

e)

iqtisadi artım problemi

32.

C.M.Keynsin fikrincə, iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas istiqaməti:

a)

liberal iqtisadiyyatın formalaşdırılmasıdır.

b)

təklifin artırılmasıdır.

c)

tələbin stimullaşdırılmasıdır.

d)

ənənəvi iqtisadi sistemin qurulmasıdır.

e)

inflyasiyanın artırılmasıdır.

33.

Dövlət büdcəsi və yerli büdcələrin gəlirləri yerinə yetirilmədikdə müdafiə

olunmuş xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin

müəyyən olunmuş qaydada ixtisarıdır

a)

Büdcə sekvestrı

b)

Büdcə uçotu

c)

Büdcə təsnifatı

d)

Büdcə transferləri

e)

Büdcə ayırmaları

34.

Fiskal siyasətin əsas alətlərinə aiddir:

a)

Məcburi ehtiyat notmasının dəyişdirilməsi

b)

uçot dərəcəsi

c)

Vergi və dövlət xərcləri

d)

Açıq bazarda əməliyyatlar

e)

Kommersiya banklarının krediti

35.

Aşağıdakılardan hansı vergiyə cəlb olunmanın prinsiplərinə aid deyil?

a)

Hüquqi tənbehlərlə verginin vaxtında ödənilməsindən alınan qazanc müəyyən

edilmiş cərimədən çox olmamalıdır

b)

İctimai töhmətlə vaxtında ödənilməsindən alınan qazanc müəyyən edilmiş

cərimədən çox olmamalıdır

c)

Xarici ölkələr tərəfindən təyin olunmuş iqtisadi sanksiyalar ölkədə verginin

həcminə təsir etməlidir

d)

Vergi sistemi sadə olmalıdır

e)

Vergiödəyicisi vergi ödemə səbəbini bilməlidir

36.

Dövlət büdcəsinin defisiti hansı hallarda yaranır?

a)

Dövlətin öhdəlikləri onun aktivlərini üstələyir

b)

Vergi daxilolmalarının məbləği azalır

c)

Dövlətin aktivlərinin məbləği öhdəliklərinin ölçülərinkn üstələyir

d)

Dövlət xərclərinin məbləği vergi daxilolmalarının məbləğini üstələyir

e)

Dövlətin xərcləri azalır

37.

Dövlət büdcəsinin təsdiq edilən göstəricilərinə aid deyil

a)

Ayrı-ayrı gəlirlərin büdcələr arasında bölgüsu

b)

Müəssisələrin mənfəəti

c)

Transferlər

d)

Qrantlar

e)

Vergi dərəcələri

38.

Dövlət büdcəsinin gəlir hissəsinə daxil edilmir:

a)

Dövlət əmlakının icarə haqqi

b)

Mənfəət vergisi

c)

Amortizasiya ayırmaları

d)

Gömrük rüsumu

e)

Özəlləşdirmənin daxil olmaları

39.

İqtisadi təklif nəzəriyəsinə əsasən büdcə ekspansiyası nəzərdə tutulur?

a)

Büdcə xərclərinin sabit qalmasını

b)

Vergilərin əhəmiyyətli dərəcədə azalmasını

c)

Vergilərin əhəmiyyətli dərəcədə artmasını

d)

Bank vəsaitlərinin dəyişməz qalmasını

e)

Büdcə artıqliğını və vergilərin qismən az artmasını

40.

Aşağıdakılardan hansı büdcə defisitinin maliyyələşdirilməsi mənbəyidir?

a)

Ticarət saldosu

b)

Dövlət borcu

c)

Dotasiyalar

d)

Müəssisələrin mənfəəti

e)

İnvestisiyalar

41.

91.Diskresion fiskal siyasət zamanı hökumət aşağıdakı proseslərdən hansılara

dövlət xərclərinin və vergiqoymanın tənzimlənməsi məqsədilə iqtisadi təsir

göstərilməlidir?

1.Beynəlxalq ticarət

2.Ümumi daxili məhsulun real həcmi

3.Xarici iqtisadi siyasət

4.Məşğulluq

5. İnflyasiiya

a)

1,4,5

b)

2,4,5

c)

1,2,3

d)

3

e)

1,2

42.

Qanunçuluqla müəyyən edilən vergi güzəştlərinə aid deyil?

a)

Vergi həcminin artırılması

b)

Aşağı vergi dərəcələrinin təyini

c)

Obyektin vergiyə minimum cəlb olunması

d)

Vergiyə cəlb olunan məbləğdən elm xərclərinin çıxarılması

e)

Bəzi katagoriya şəxslərin vergidən azad edilməsi

43.

Ölkəmizdə xarici investisiyaların reallaşdırılması aşağıdakı yolla həyata keçirilə

bilməz:

a)

səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi ilə

b)

Azərbaycan Respublikasının hüquqi Şəxsləri və vətəndaşları ilə birlikdə

yaradılan müəssisələrdə payçılıq iştirakı ilə

c)

Azərbaycan Respublikası ərazisində torpaqların əldə edilməsi ilə

d)

tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması ilə

e)

müəssisələrin, əmlak komplekslərinin,binaların, qurğuların, müəssisələrdə

iştirak paylarının əldə edilməsi ilə

44.

Aşağıdakılardan kimlər Azərbaycan Respublikasında xarici investor kimi çıxış

edə bilməz?

a)

xaricdə yalnız daimi yaşayış yeri olan Azərbaycan Respublikası vətəndaşları

b)

xarici hüquqi şəxslər

c)

beynəlxalq təşkilatlar

d)

xarici vətəndaşlar

e)

xarici dövlətlər

45.

Azərbaydan vətəndaşlarının xarici ölkədəki investisiya fəaliyyəti necə

tənzimlənir?

a)

Azərbaycan Respublikasının xaricdə investisiya fəaliyyətinin tənzimlənməsi

haqqında qanunu ilə

b)

BMT-nin qətnaməsi ilə

c)

Azərbaycan Respublikasının Konstitusiyası ilə

d)

müvafiq xarici ölkənin qanunvericiliyi ilə

e)

Beynəlxalq öhdəliklə

46.

Xarici investisiyalar hansı hallarda milliləşdirilə bilər:

a)

Azərbaycan Respublikasında iqtisadi böhran zamanı

b)

Azarbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran

hallarda

c)

Azərbaycan Respublikasında siyasi dəyişikliklər zamanı

d)

Azərbaycan Respublikasında iqtisadi islahatlar zamanı

e)

Azərbaycan Respublikasında investisiya mühitinin dəyişilməsi haqda yeni

qanun qəbul edildikdə

47.

Xarici investisiyalar hansı hallarda rekvizisiya edilə bilar:

a)

devalvasiya zamanı

b)

yalnız təbii fəlakətlər və digər fövqəladə hallarda

c)

revalvasiya zamanı

d)

qanunvericilikdə dəyişikliklər zamanı

e)

denominasiya zamanı

48.

Hansı variantda xarici investisiyaların reallaşması mexanizmi düzgün deyildir:

a)

tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması ilə

b)

Azarbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə

yaradılan müəssisələrdə payçılıqla

c)

Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya

qoyuluşu formalarını nəzərdə tutan müqavilələr bağlanması ilə

d)

müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə

iştirak paylarının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların əldə edilməsi

ilə

e)

torpaq sahələrinin alınması ilə

49.

Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti

hansı formada əldə oluna bilməz?

a)

milli valyutanın emissiyası

b)

qiymətli kağız buraxılışı

c)

kredit vasaitləri ilə

d)

yalnız borc və kredit vəsaitləri ilə

e)

borc vəsaitləri ilə

50.

İnvestisiya fəaliyyətinin tənzimlənəsi zamanı xarici ticarət əqdi üzrə tərəflərin

hüquq və vəzifələri müəyyən edilir:

a)

müəyyənləşdirilmiş müvəqqəti qanunla

b)

tərəflərin maraqlarına əsasən

c)

əqdin bağlandığı yerin qanunu ilə

d)

tərəflərin bağladığı müqavilayə əsasan

e)

xarici ticarət əqdləri üçün təyin edilmiş forma ilə