Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

İqtisadiyyatın Tənzimlənməsi 1

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Dövlət tərəfindən əhalinin məhsul və xidmətlərə olan məcmu tələbini dəyərləndirməklə ona uyğun təklifin yaradılması nəzəriyyəsi hansı iqtisadi məktəbin əsas ideyasıdır?

a)

İqtisadi liberalizm ideyası

b)

Klassik iqtisadi nəzəriyyənin ideyası

c)

Keynesian nəzəriyyənin ideyası

d)

Monetarist nəzəriyyənin ideyası

e)

Maltusçu nəzəriyyənin ideyası

2.

Sey qanunu: ( Jan Batista Sey adlı alimin nəzəriyyəsi ilə bağlı olduğundan onun adı ilə adlandırılmışdır.)

a)

İqtisadiyyatın gəlirliliyi xarici ticarətə bağlıdır

b)

Tələb təklifi yaratmalı, istehsalın həcmində tələb nəzərə alınmalıdır

c)

Təklif tələbi yaratmalı, məhsullarınistehsalında geriləmə olmamalıdır

d)

Kənd təsərrüfatı sahəsi istehsal münasibətlərinin formalaşmasında əsas sektordur

e)

Dövlət iqtisadiyyata müdaxilə etməli, tələbin həcmini müəyyənləşdirməlidir

3.

Aşağıdakılardan hansı iqtisadi məqsəd deyil?

a)

İqtisadi azadlıq əldə olunması

b)

Resessiya dövrünün uzadılması

c)

Milli gəlirin ədalətli bölüşdürülməsi

d)

Qiymət sabitliyi

e)

İnflyasiyanın normal həddinin saxlanılması

4.

Sadə Keynesian modelin xarakteristikası hansıdır?

a)

Pul siyasətinin əhatə dairəsi

b)

İqtisadi böhrandan çıxış yollarına dair ehtimallar

c)

əməyin formalaşmasının dəyişkən amili

d)

dəyişən kapitalın qısa dövrü

e)

kasıblaşan iqtisadiyyat

5.

Əsas makroiqtisadi siyasət modellərindən olan Keyns modelinin mahiyyəti aşağıdakılardan hansında verilmişdir?

a)

İqtisadiyyata dövlətin müdaxiləsi mütləqdir, əks halda iqtisadi böhran vəziyyətindən çıxmaq mümkünsüzdür

b)

Tələb və təklif tam tarazlaşdırılmalıdır, təklif tələbi üstələyərsə iqtsadi tsikl böhran vəziyyətdə olacaqdır

c)

Milli iqtisadiyyat tam bir ölkənin sərhədi çərçivəsində bitməməlidir, açıq iqtisadiyyata tam inteqrasiya etməlidir

d)

Hər təklif öz tələbini yaradacqdır, bu iqtisadi inkişafın əsas təkanverici amilidir

e)

İqtisadiyyata dövlətin müdaxiləsi yol verilməzdir, iqtisadiyyat öz-özünə tənzimlənən olmalıdır

6.

Aşağıdakıların hansı iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi maksimal həddinə aid deyil?

a)

İqtisadiyyatı lazımi pul kütləsi ilə təmin etmək

b)

Regional siyasət

c)

İnvestisiya siyasəti

d)

Pul-kredit siyasəti

e)

Büdcə-vergi siyasəti

7.

Bazarın “görünməz əl” haqqında tezisi hansı nəzəri konsepsiyadır?

a)

Keynesian

b)

Monetarizm

c)

Kapitalizm

d)

Klassik iqtisadi

e)

Fiziokratizm

8.

Adam Smit, David Rikardo, Tomas Robert Maltus, Jan Batista Sey və Con Stüart Mill kimi iqtisadçıların tərəfdar çıxdığı iqtisadi görüş hansıdır?

a)

Müasir itisad

b)

Sosializm

c)

Fiziokratizm

d)

Monetarizm

e)

İqtisadi liberalizm

9.

İqtisadiyyatın tənzimlənməsinin əsas vəzifələrinə birbaşa aid deyil:

a)

Ekoloji təhlükəsizliyin təmin olunması

b)

Məşğulluğun tənzimlənməsi

c)

Gəlirlərin ədalət prinsipinə müvafiq bölüşdürülməsi

d)

Siyasi təhlükəsizlik və xaos problemlərinin aradan qaldırılması

e)

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi

10.

Neoklassik sintez məktəbinin əsas tədqiqat istiqamətlərindən deyildir:

a)

Xarici ticarətin tənzimlənməsi

b)

Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin inkişafı

c)

İşsizliyin təhlili və onun tənzimlənməsi

d)

Vergi sisteminin nəzəri və praktiki problemləri

e)

İqtisadi artım problemi

11.

Hiperinflyasiya şəraitində iqtisadi böhrandan çıxmaq üçün monetaristlərin dövlətə təklif etdiyi proqrama daxil olmayan təklif hansıdır:

a)

Tədavüldə pulun kəmiyyət dövriyyəsinin tsiklik rədd olunması

b)

Yüksək bank faizinin tətbiq olunması

c)

Dövlət büdcəsinin xərclərini azaltmaq

d)

Xarici investisiyaların həcminin azaldılması

e)

əmək haqqı artımının qarşısının alınması

12.

C.M.Keynsin fikrincə, iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas istiqaməti:

a)

Liberal iqtisadiyyatın formalaşdırılmasıdır

b)

Təklifin artırılmasıdır

c)

Tələbin stimullaşdırılmasıdır

d)

ənənəvi iqtisadi sistemin qurulmasıdır

e)

inflyasiyanın artırılmasıdır

13.

....... görə dövlətin iqtisadi siyasətinin başlıca vəzifəsi məcmu tələbə büdcə-vergi vasitələrinin təsir göstərməsilə makroiqtisadi tarazlıgın saxlanılmasından ibarət olmalıdır.

a)

C M.Keyns

b)

R.Lukas

c)

F.Kene

d)

M.Fridman

e)

A.Marşall

14.

İqtisadi artım probleminin əsaslı sürətdə öyrənilməsidir.İstehsal amillərinin (kapital və iş qüvvəsi) təklifinin uzunmüddətli dövlət tənzimlənməsini,vergi dərəcəsini aşagı salmagı və məhdud pul siyasətinin yeridilməsi zəruridir.Onun mahiyyəti məcmu təklifi stimullaşdırmaq, istehsalı və məşgullugu fəallaşdırmaqdır.Bu nəzəriyyənin tərəfdarları bazarı- iqtisadiyyatın təşkilinin ən səmərəli üsulu və təbii qərarlaşmış iqtisadi fəaliyyət sistemi kimi qələmə verirlər.

a)

Vergi nəzəriyyəsi

b)

İstehlakçı davranışı nəzəriyyəsi

c)

İqtisadi təklif nəzəriyyəsi

d)

Pul-dəyər nəzəriyyəsi

e)

İnkişaf iqtisadiyyatı nəzəriyyəsi

15.

...... nəzəri ideyasına görə dövlət büdcəsi vasitəsilə milli gəlirin xeyli hissəsinin yenidən bölüşdürülməsi,həmçinin dövlət və qarışıq müəssisələrin yaradılması hesabına sahibkarlıgın inkişafına nail olmaq olar.

a)

Vilyam Petti

b)

Adam Smit

c)

Con Meynard Keyns

d)

Jan Batista Sey

e)

Milton Fridman

16.

Iqtisadiyyatın tənzimlənməsində dövlətin əsas istifadə etdiyi siyasət növləri hansı variantda duzgun göstərilmişdir :

a)

sosial siyasət, konyuktur siyasəti

b)

investisiya siyasəti,innovasiya siyasəti, xarici iqtisadi siyasət

c)

sturuktur siyasət , konyuktur siyasəti

d)

aqrar siyasət, investsiya siyasəti

e)

xarici iqtisadi siyasət, pul-kredit, büdcə-vergi.

17.

Texniki tenzimleme normaları asagıdakılardan hansında istifade olunmur?

a)

istehsalçıların maraqlarının qorunmasında

b)

tələb və təklifin tənzimlənməsində istirak etməklə

c)

dövlətin maraqlarının qorunmasında

d)

xarici investorların maraqlarının qorunmasında

e)

istehlakçıların maraqlarının qorunmasında

18.

Biri iqtisadi proqnozlaşdırma metodu deyildir:

a)

optimallaşdirma modeli

b)

ekstropolyasiya medeli

c)

iqtisadi-riyazi modelləşdirmə

d)

cədvəl modeli

e)

ssenari üsulu

19.

Texniki tənzimləmə prosesində normallaşdirma elementidir:

a)

iş yerlərinin attesstasiyasi

b)

sturuktur siyasəti

c)

xarici iqtisadi siyasət

d)

Reqlamentləşdirmə

e)

konyuktura siyasəti

20.

Dövlət , regional , sahə səviyyəli olmaqla iqtisadi inkişafda muhum rolu olan indeqativ planlar haqqında deyilənlərdən hansı doğrudur :

a)

5 illik muddəti var və məcburi xarakter daşıyır

b)

adətən 15 il muddətinə tərtib olunurlar, yalnız beynəlxalq investsiya layihələrində istifadə olunur

c)

daha çox yerli investsiya proqramlarının hazırlanmasına dəstək vermək uçun istifadə olunur

d)

Adətən 5 il meddətində tərtib olunurlar, tövsiyyə xarakteri daşıyır.

e)

adətən 15 il muddətinə tərtib olunurlar məcburi xarakterlidir

21.

Dunya iqtisadiyyatının dinamikasını , dunya bazarlarında konyukturanın dəyişməsini göstərir

a)

innovasiya proqnozları

b)

Xarici-iqtisadi proqnozlar

c)

ekeloji proqnozlar

d)

sosial proqnozlar

e)

milli proqnozlar

22.

Iqtisadi proqnozlaşdırmanın tərkib hissələrindən deyildir :

a)

gələcək inkişafın əvvəlcədən görunməsi

b)

qəbul olunan qərarların gələcək nəticəsinin qiymətləndirilməsi

c)

Milli iqtisadi inkişaf proqramlarının hazırlanması

d)

iqtisadi inkişafda meyllərin muəyyən edilməsi

e)

sosial-iqtisadi qərarların əsaslandırılması

23.

Aşağıdakılardan hansında iqtisadi tsiklin fazası düzgün göstərilməmişdir?

a)

Böhran (enmə və resessiya)

b)

Depressiya (staqnasiya)

c)

Qalxma (iqtisadi bum, pik)

d)

Oyanma (ekspansiya)

e)

Revalvasiya (valyuta)

24.

Uzun müddətli iqtisadi siyasətin mahiyyəti nədir?

a)

qtisadi proseslərin qeyri-sabit olduğu, xarici və daxili şərtlərin, amillərin öncədən təyin edilməsi çətinlik törədən bir vəziyyətdə formalaşdırılır.

b)

Davamlı şərait, zəmanətli resurs imkanları əsasında gələcəyə yönəlik iqtisadi siyasətin ana xəttini müəyyən edir.

c)

İqtisadi böhran şəraitində işlənib hazırlanan və həyata keçirilən proqramlarla bağlı tədbirlərin məcmusudur.

d)

Milli iqtisadi inkişaf zəminində bir illik iqtisadi proqnozların işlənib hazırlanmasıdır.

e)

Azad sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlətin uzunmüddətli dəstək proqramlarını həyata keçirməsindən ibarətdir.

25.

Hansı iqtisadiyyatın inkişafı mərhələlərinə və böhranlara təsir göstərən amillərə aid deyil:

a)

Təbii-ekoloji amillər

b)

Demoqrafik amillər

c)

İqtisadi-siyasi amillər

d)

Ekonometrik amillər

e)

Sosial-mədəni amillər

26.

Dövlətin iqtisadi siyasətinin formalaşması üçün vacib olan prinsiplərdən biri düzgün göstərilməmişdir:

a)

İqtisadi siyasət iqtisadi təfəkkür səviyyəsi faktoru ilə formalaşır

b)

İqtisadi siyasətin səmərəsi ölkə reallıqlarının nəzərə alınmasından asılıdır

c)

İqtisadi siyasət daima dəyişkən təsərrüfatçılıq şəraitində formalaşır.

d)

Beynəlxalq təşkilatlar bir ölkənin iqtisadi siyasət proqramının reallaşdırılmasında birmənalı olaraq iştirak etməlidirlər.

e)

İqtisadi siyasət ölkənin siyasi kursunun müdafiəsinin həlledici vasitəsidir.

27.

Pozitiv iqtisadi siyasət öyrənir:

a)

Dövlət orqanlarının hər hansı bir iqtisadi prosesdə necə hərəkət etmələrini

b)

Tədiyyə balansının saldosunun sıfır olmasına nail olmanı

c)

ətraf mühitin qorunmasına nail olmanı

d)

məşğulluğun maksimum, inflyasiyanın isə minimum olmasına nail olmanı

e)

real şəraitdə dövlət orqanlarının vəziyyətdən çıxış edərək özlərini necə aparmalarını

28.

Dövlət borcu zamanı real problemlərdən biri:

a)

Gəlirlərdə qeyri-bərabərlik azalır

b)

Dövlətin heç bir öhdəliyi olmur

c)

İstifadədə olan gəlirin bütün səviyyələrində yığımın xüsusi çəkisi artır

d)

İstehsalın səmərəliliyinin yüksəldilməsi stimulları artır

e)

Milli məhsulun bir hissəsi xaricə gedir

29.

Dövlətin fiskal siyasətinin mahiyyəti nədir?

a)

Mərkəzi bank vəsaitlərinin tənzimlənməsi

b)

Yerli büdcələrin gəlirlərinin tənzimlənməsi

c)

Vergi məhdudiyyətinin tənzimlənməsi

d)

Dövlət büdcəsi xərclərinin tənzimlənməsi

e)

Vergi dərəcələrinin tənzimlənməsi

30.

Əsas makroiqtisadi siyasət modellərindən olan Keyns modelinin mahiyyəti aşağıdakılardan hansında verilmişdir?

a)

Bu modelə görə hər təklif öz tələbini yaradacaqdır və bu iqtisadi inkişafın əsas təkan amilidir.

b)

Bu modelə görə tələb və təklif tam tarazlaşdırılmalıdır, təklif tələbi üstələyərsə iqtisadi tsiklin böhran vəziyyətdə olduğu rəsmən elan olunmalıdır.

c)

Bu modelə görə iqtisadiyyata dövlət müdaxiləsi yolverilməzdir, iqtisadiyyat öz-özünə tənzimlənən olmalıdır.

d)

Bu modelə görə milli iqtisadiyyat tam bir ölkənin sərhəddi çərçivəsində bitməməlidir, açıq iqtisadiyyata tam inteqrasiya etməlidir.

e)

Bu modelə görə iqtisadiyyata dövlətin müdaxiləsi mütləqdir, əks halda iqisad böhran vəziyyətindən çıxmaq mümkünsüzdür

31.

İqtisadi siyasətin konkret məqsədlərini seçin: 1) İnfrastrukturanın və institutsional mühitin bazar iqtisadiyyatının real tələblərinə uyğunlaşdırılası; 2) Dövlətin effektiv idarəetmə sistemini yaratmaq məqsədilə müvafiq islahatların aparılması; 3) Lazımsız dövlət məhdudiyyələri aradan qaldırmaqla iqtisadiyyatın bütün sferalarında optimal liberallaşdırmağa nail olaq; 4) Ənənəvi iqtisadi sistemi formalaşdıraraq iqtisadi artıma nail olmaq; 5) İnsan kapitalının inkişafını təmin etmək üçün əlverişli sosial-iqtisadi mühiti formalaşdırmaq; 6) Davamlı ekstensiv iqtisadi artımı təmin etmək üçün səmərəli makroiqtisadi mühiti yaratmaq.

a)

3,4,5,6

b)

1,2,3,5

c)

2,4,6

d)

1,2,3,4

e)

2,3,4

32.

“İqtisadi artım” siyasəti yeni texnoloji sahələrin iqtisadiyyatın inkişafındakı rolunun və potensial artımın reallaşmasının təhlilinə, ...

a)

Bank siyasətinin təkmilləşdirilməsinə yönəldilir.

b)

Xarici siyasətin təşkilinə yönəldilir.

c)

Sosial xəclərin artırılmasına yönəldilir.

d)

İstehsalın effektivliyinin yüksəldilməsinə yönəldilir.

e)

İqtisadi risklərin azaldılmasına yönəldilir.

33.

Aşağıdakılardan hansı xüsusi mülkiyyətin dövlət mülkiyyətinə çevrilməsi zamanı milliləşdirmənin prinsipi deyil

a)

Dəymiş zərərin kompensasiya edilməsi öhdəliyi

b)

Milliləşdirmənin müddətli xarakteri

c)

İctimai marağın səviyyəsi

d)

Prosesual zəmanətə əməl olunması

e)

Mülkiyyət və digər zərərin ödənilməsi öhdəliyi

34.

Müxtəlif tip mülkiyyətin konkret idarəedilməsi metodikasına aşağıdakılardan hansı aid deyildir?

a)

Dövlət müəssisələri

b)

Dövlət mülkiyyətində olan səhm paketi

c)

Dövlət sahibkarlıq strukturu

d)

Dövlət sığorta fondu

e)

Dövlət daşınmaz əmlakı

35.

Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsait hara daxil olur:

a)

Qızıl-valyuta ehtiyatlarına

b)

Prezident ehtiyat fonduna

c)

Dövlət büdcəsinin xərc hissəsinə

d)

Bələdiyyələrin xərclərinə

e)

Dövlət büdcəsinin gəlir hissəsinə

36.

İqtisadiyyatın hansı sahələrində dövlət bölməsi çox iştirak edə bilər?

a)

İnfrastruktur sahələrində

b)

İctimai iaşədə

c)

Pərakəndə ticarətdə

d)

Kənd təsərrüfatında

e)

Sənayedə

37.

İqtisadiyyatın dövlət bölməsinin rolunu və yerini mürəkkəb(qarışıq) iqtisadiyyat çərçivəsində konkret göstəricilər dəsti ilə xarakterizə emək qəbul olunmuşdur. Həmin göstəricilərə aid deyildir:

a)

Dövlət əmlakının dəyəri və ya ölçüsü

b)

Dövlət əmlakının ümumi dəyərdə payı

c)

Dövlət bölməsində çalışan işçilərin sayı

d)

Dövlət əmlakının ölkənin konkret əmlak növündə miqdarı

e)

Dövlət əmlakının əlavə dəyərdə payı

38.

Dövlət sektorunun nəzarətində olan mərkəzi büdcə bölməsinin xərclərini əhatə edir: 1) Müdafiə 2) Özəl müəssisələrin zərəri 3) Səhiyyə,bədən tərbiyəsi və sosial təminat 4) Bank kreditləri 5) Məhkəmə və hüquq-mühafizə orqanları 6) Mənzil-kommunal təsərrüfatı

a)

4,5,6

b)

2,3,4

c)

1,4

d)

1,2,3,4

e)

1,3,5,6

39.

Qlobal meyllərə görə dövlət sektorunun mülkiyyət payının azaldılması səbəbidir:

a)

Sürətli texnoloji inkişafa idarəetmə orqanlarının çevik reaksiyasını təmin etmək

b)

Kənd təsərrüfatının ümumi daxili məhsulda paynı artırmaq

c)

İdxal prosesini sürətləndirmək

d)

İqtisadi artımda ekstensiv inkişafı təmin etmək

e)

Xarici iqtisadi siyasəti təşkil etmək

40.

Makroiqtisadi blokun metodlarına aid deyil:

a)

Proqramlaşdırma

b)

Proqrozlaşdırma

c)

Normativ hüquq

d)

Sertifikaların verilməsi

e)

Proteksionizm tədbirləri

41.

Proqnozlaşdırma əsasında iqtisadiyyatın inkişaf proqramı tərtib olunarkən əsas prinsiplərdən deyil.

a)

Proqnozlaşdırma sistemlitin təmin olunması

b)

Proqnozların elmi əsaslandırılması

c)

proqnozların adekvatlığı

d)

proqnozun alternativliyi

e)

proqnozun asılığı

42.

. Sosial iqtisadi hadisələrin inkişaf meilləri və onların arasındakı qarşılıqlı əlaqələrin dərindən təhlil edilməsi əsasında gələcəyin qiymətləndirilməsi deməkdir.

a)

Strateji planlaşdırma

b)

Proqnozlaşdırma

c)

Planlaşdırma

d)

Indiqativ planlaşdırma

e)

Proqramlaşdırma

43.

Aşağıdakılardan hansı ölkədə proqnozlaşdırılan obyektə aid deyil:

a)

Sosial iqtisadi inkişaf

b)

Təbii resurslardan səmərəli istifadə

c)

əhalinin həyat səviyyəsi

d)

xarici təşkilatlar arası iqtisadi əlaqələr

e)

maliyyə münasibətləri gəlir qiymət

44.

Proqramlar işlənib hazırlanarkən aşağıdakı prinsip əsas deyil:

a)

sistemlik

b)

məqsədyönlük

c)

mübadilə etmə

d)

poritetlik

e)

resurs və ehtiyatlarla təmin olunma

45.

Proqramlar işlənib hazırlanarkən reallaşdırılan mərhələlərdən deyil:

a)

hipotezanın təyini proqnozlaşdırmanın əhatə müddəti

b)

problemlərin təyini və mövcud olduğu sosial iqtisadi sistemin təhlili

c)

ən optimal həll yolunun seçimi

d)

problemlərin həlli üzrə alternativ variantların müəyyənləşdirilməsi

e)

seçilmiş optimal və proqram üzrə təkliflərin hazırlanması

46.

.......əsas mərhələlərindən biri seçilmiş həllin səmərəliliyinin təyini və onyn reallaşması üzrə təkliflərin hazırlanmasıdır.

a)

proqnozlaşdırma

b)

dövlət sifarişi

c)

direktiv planlaşdırma

d)

planlaşdırma

e)

proqramlaşdırma

47.

Proqramları işlıyib hazırlayarkən qarşıya qoyulan məqsədin və həll edilən problemin nə dərəcədə ölkə əhəmiyyətli və vacib olması təyin edilir.Proqramlaşmanın hansı prinsipinə aiddir:

a)

məqsədlilik

b)

poritetlik

c)

sistemlilik

d)

adekvatlıq

e)

resurs təminatı

48.

Alternativlik, sistemlik , elmi əsaslandırma …….. əsas prinsiplərdir

a)

müqavilələr

b)

dövlət sifarişi

c)

resurs təminatı

d)

planlaşdırma

e)

proqnazlaşdırma

49.

Milli iqtisadiyyatın balanslaşdırılması proqnozlaşdırılarkən dövlətin əsas vəzifələrini əhatə edən variantları seçin. 1.sosial iqtisadi inkişaf strategiyası 2.investisiya siyasətinin təmini 3.xarici borcların təmin edilməsi 4.iqtisadiyyatın strukturunun yenidən qurulmasl 5.qapalı iqtisadiyyatın qurulması

a)

3 4 5

b)

1 2 3

c)

2 5

d)

3 4

e)

1 2 4

50.

İnhisarların aradan qaldırılması zamanı müsabiqələrin nəticələrini saxtalaşdıra biləcək halhansıdır?

a)

Qalibin seçimi kəmiyyət və keyfiyyətcə dəqiq müəyyənləşdirilməlidir.

b)

Ərizələrdə iştirakçının imzası olmalıdır.

c)

İştirakçılar barədə məlumatın məxfiliyi qorunmalıdır.

d)

Ərizələrdən hər hansı birinə üstünlük verilməlidir.

e)

İştirakçıların sayı mümkün qədər çox olmalıdır.