wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

kostyum tarixi(muhazire-6)

Total questions: 44

Worksheet time: 22mins

Name
Class
Date
1.

Osmanlı imperiyasının geyimləri hansı bəzək elementləri ilə bəzədilirdi?

a)

tikmə, aplikasiya və digər bəzək

b)

yalnız tikmə usulu ilə

c)

yalnız aplikasiya usulu ilə

d)

yalnız rəglənirdi

e)

heç biri

2.

Osmanlı imperiyasının hası geyimləri hər bir cəmiyyətin əvəzsiz atributudur?

a)

etnik geyim və ya milli

b)

qotik geyim

c)

kaftan

d)

samur

e)

heç biri

3.

Saray geyimləri və məfşurat (döşəmə) üçün istifadə edilən parçalar sarayın daxilindəki atelyelərdə kimlər tərəfindən hazırlanan naxışlar toxunurdu?

a)

nəqqaşlar

b)

yalnız kişilər

c)

aşbazlar

d)

ailələri

e)

qulları

4.

İpək kim tərəfindən nəzarət altında tutulur?

a)

dövlət

b)

kişilər

c)

qadınlar

d)

sənətkarlar

e)

heç biri

5.

Osmanlı sarayındakı ipək və pambıq geyimlərin mənşəyi haradır?

a)

İran, Misir və Hindistandır

b)

İtaliya və Fransadır

c)

Yalnız Hindistandır

d)

Yalnız Misirdir

e)

Yalnız İrandır

6.

"Entari" kimlərin geyimidir?

a)

hər təbəqədən qadın, kişi və uşaq geyimi idi

b)

yalnız imkanlı təbəqədən qadın, kişi və uşaq geyimi idi

c)

yalnız qadın geyimidir

d)

yalnız kişi geyimidir

e)

yalnız uşaq geyimidir

7.

"Khilat” Ərəbcə hansı mənanı verir?"

a)

qurur

b)

bəzək

c)

gözəllik

d)

cazibədarlıq

e)

uzun ömürlülük

8.

Osmanlılar tərəfindən istifadə edilmiş " Hilat " nədir?

a)

xalat

b)

əlcək

c)

kəmər

d)

corab

e)

ayaqqabı

9.

Kaftan forma etibarı ilə necə olur?

a)

entari kimi, ön hissədən açıq boyu uzun üst geyimidir,qolları uzun və ya qısa olur

b)

ön hissədən qapalı boyu qısa üst geyimidir,qolları uzun olur

c)

ön hissədən açıq boyu qısa alt geyimidir,qolları uzun və ya qısa olur

d)

ön hissədən açıq boyu uzun alt  geyimidir, qolları  yalnız uzun olur

e)

ön hissədən qapalı boyu qısa üst geyimidir,qolları yalnız  qısa olur

10.

Kaftan və Entari arasındakı fərq nədir?

a)

"Kaftan etibarı təmsil etməkdə və simvolik olan bir geyim növüdür. Entari isə davranışlardan, düşüncələrdən uzaq təməl istifadə məqsədi olan geyimdir”

b)

"Kaftan davranışlardan, düşüncələrdən uzaq təməl istifadə məqsədi olan geyimdir . Entari isə etibarı təmsil etməkdə və simvolik olan bir geyim növüdür. "

c)

"Kaftan etibarı təmsil etməkdə və düşüncələrdən uzaq təməl istifadə məqsədi olan geyimdir.Entari isə davranışlardan,  simvolik olan bir geyim növüdür"

d)

"Kaftan davranışlardan və simvolik olan bir geyim növüdür. Entari isə etibarı təmsil etməkdə , düşüncələrdən uzaq təməl istifadə məqsədi olan geyimdir"

e)

"Kaftan və Entari arasında olan fərq eynidir."

11.

Kaftan və Entari bir-birlərindən nə ilə fəqlənməkdədirlər?

a)

parçaları və kəsiliş detalları

b)

yalnız düymələri və bəzək detalları ilə

c)

yalnız parçaları ilə

d)

rəngləri ilə

e)

heç biri

12.

Düzgun cavabı seçin:

a)

Entari yumşaq yüngül parçadan hazırlanarkən, kaftan daha ağır ipəklərdən hazırlanan bir geyimdir.

b)

Entari ağır parçadan hazırlanarkən, kaftan daha yüngül ipəklərdən hazırlanan bir geyimdir.

c)

Entari yumşaq ipəkdən hazırlanarkən, kaftan daha ağır parçadan hazırlanan bir geyimdir.

d)

Entari bərk ağır ipəkdən hazırlanarkən, kaftan daha yumşaq yüngül  parçadan hazırlanan bir geyimdir.

e)

Entari qizil saplarla  hazırlanarkən, kaftan gümüşü parçadan bir geyimdir.

13.

Düzgun cavabı seçin:

a)

İstanbul əhalisi dəb-dəbəli, bahalı geyimlər geyinərkən, Anadolu və Rumelinin kəndlərində, qəsəbələrində xalq sadə və bəzəkdən uzaq geyimlər istifadə edirdilər

b)

İstanbul əhalisi sadə və bəzəkdən uzaq geyimlər geyinərkən, Anadolu və Rumelinin kəndlərində, qəsəbələrində xalq  dəb-dəbəli, bahalı geyimlər  istifadə edirdilər

c)

İstanbul əhalisi qotik geyimlər geyinərkən, Anadolu və Rumelinin kəndlərində, qəsəbələrində xalq sadə və bəzəkdən uzaq geyimlər istifadə edirdilər

d)

İstanbul əhalisi dəb-dəbəli, bahalı sarilər geyinərkən, Anadolu və Rumelinin kəndlərində, qəsəbələrində xalq sadə və bəzəksiz Anarkali geyimlərindən istifadə edirdilər

e)

İstanbul əhalisi dəb-dəbəli, bahalı Anarkali geyinərkən, Anadolu və Rumelinin kəndlərində, qəsəbələrində xalq sadə və bəzəksiz lehenga və sharara istifadə edirdilər

14.

II Abdulhəmidin dövründən etibarən böyük şəhərlərdə bindallı geyimlər (əsasən bənövşəyi məxmər üzərinə çiçək,yarpaq və s. sırma işləməli hazırlanan geyim və ya örtük) yerini, Qərb təsirinin nəticəsi ilə uzun nədən ibarət dəstlərə vermişdir?

a)

uzun ətək və pencəkdən

b)

qısa ətək və şalvarlardan

c)

uzun plasdan və qısa ətəkdən

d)

uzun ətəkdən və şalvardan

e)

heç biri

15.

II Abdulhəmidin dövründən ətək və pencəklərin istehsalında hansı ipək parçalar istifadə edilmişdir?

a)

atlas, tafta və münəqqaş

b)

kətan

c)

eşmək və baharı

d)

samur və zərdava

e)

yalnız yun və dəri

16.

Türk qadınlarında hansı əşya almaz, inci kimi qiymətli daşlarla bəzənməkdədir və yüksək zinət əşyalarından biridir?

a)

bel kəməri

b)

ayaqqabı

c)

əlcək

d)

şal

e)

heç biri

17.

Türk qadınları başörtüyü olaraq nə istifadə etmişlər?

a)

sırma (qızıl və ya qızıl suyuna salınmış nazik gümüş tel) ipək işləməli hicab

b)

buxara

c)

sarıq papağı

d)

qələmi papağı

e)

qalmığı papağı

18.

Türk qadınları qeyimlərinin üzərinə qışda ağır və keyfiyyətli parçalarla örtülmüş hansı kürklər geyinmişlər?

a)

samur və zərdava

b)

eşmək və baharıdan

c)

zirehli örtük, papaq və qalxan

d)

uzun və yumşaq parçadan tikilmiş çaxçurla

e)

əba, qəba, əmmamə

19.

Bohem stil ilə yanaşı etnik üslub bir birindən fərqlənsədə eyni olan başlıca prinsipləri hansılardır?

1. praktiki üslub

 2.pulsuz kəsmə

3.parlaq rəng palitrası

4.geniş bəzək elementləri

a)

1,2,3,4

b)

yalnız 1

c)

yalnız 2

d)

yalnız 3

e)

yalnız 4

20.

Osmanlı dövründə kişilər gündəlik həyatında nə geyinərdilər?

a)

altda şalvar üstdə köynək və ya daxili entarisi üzərinə qısa kaftan (xalat) pencək tərzində və ya uzun kaftanlar geyinərdilər

b)

Ləbbadə, tuman, eşmək, çaxçur, örpək, arxalıqdan və s

c)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

d)

kandura və abaya

e)

Kufya və abaya

21.

XVI əsrdə saray mənsublarının geyimləri kimlər tərəfindən tikilirdi?

a)

xüsusi dərzilər

b)

anası tərəfindən

c)

həvəskar dərziçiləri  tərəfindən

d)

yoldaşı tərəfindən

e)

heç biri

22.

Osmanlı dövrünə aid ayyaqabılar hansılardır?

1. tulumbacı yəməni (bir növ yüngül və qabarıq ayaqqabı)

2.ökçəli (dabanlı), altı qalın köşələli(ayaqqabı dabanı),

3.çivinli yəməni adı verilən arxaları basıq ayaqqabı geyinərdilər

4.səndəl

a)

1,2,3

b)

1,4

c)

2,3,4

d)

2,4

e)

1,3,4

23.

Osmanlı kişi geyimi necədir?

a)

Dərilərinin üzərinə həm öndə həm də arxadan qapalı bir don geyinərdilər,  köynəkləri uzun olub donun üzərindən aşağı düşürdü,  köynəyin üstünə topuqlara qədər enən və dar qol ağızları olan və əli, kürəyi örtən yuvarlaq bir qismi olan, doliman(dolama) deyilən entarilər geyinməkdədirlər

b)

Müxtəlif plaşlar (bürüncəklər), laserna, hərbi saqum plaşı, penula və s. istifadə edilirdi

c)

Düyməsiz biçim elementi olan qolsuz və ya yarım qol köynəkdən, bel bağlamasından və ya kandi köynəyindən

d)

Düyməli bütöv biçimli, uzun qolları olan köynək – kandidən

e)

Parçadan hazırlanan tunikin üstündən nazik, şəffaf parçadan olan stola geyinilirdi

24.

Fatih Sultan Məhmədin ölümündən sonra sarayda ölən sultanların, geyimlərinin boxçalayaraq saxlama ənənəsi Osmanlı İmperiyası dövründə hansı yuzilliklərə gədər davam etmişdir?

a)

XVI yüzillikdən XX yüzilliyin başlarına qədər

b)

XI yüzillikdən XII yüzilliyin başlarına qədər

c)

XIII yüzillikdən XIVyüzilliyin başlarına qədər

d)

XVII yüzillikdən XVIII yüzilliyin başlarına qədər

e)

XVIII yüzilliyin XX başlarına qədər

25.

Osmanlı İmperiyası hər cür sənət və zaanatda (əl əməyi tələb edən işlər) olduğu kimi geyim-keçimdə də yüksək səviyyəyə neçənci əsrdən etibarən çatdı?

a)

XVI əsrdən

b)

XI əsrdən

c)

XIII əsrdən

d)

XIX

e)

XX əsrdən

26.

Qadınlar küçə geyimi olaraq fermene, yaşmaq və örtükdən istifadə etməyə neçənci əsrin əvvəllərindən  başladı?

a)

XVI əsrin əvvəllərindən

b)

XI əsrin əvvəllərindən

c)

XIII əsrin əvvəllərindən

d)

XIX əsrin əvvəllərindən

e)

XX əsrin əvvəllərindən

27.

Jakar toxuma dəzgahlarının və sintetik boyaların istehsalına neçənci əsrdə başlamışdır?

a)

XVIII əsr

b)

XI  əsr

c)

XIV əsr

d)

XIX əsr

e)

XVI əsr

28.

Jakar toxuma dəzgahlarının və sintetik boyaların istehsala başlaması ilə nələr olmuşdur?

a)

rəng və dəsənlərdə (ağac, parça və s. üzərinə çəkilmiş rəsm nümunələrində) əhəmiyyətli bir artım olmuş və dövrün geyimi zənginləşdirilmişdir

b)

rəng və dəsənlərdə (ağac, parça və s. üzərinə çəkilmiş rəsm nümunələrində) azalma  olmuş və dövrün geyimi dahada zəifləmişdir

c)

aclıq yaşanmışdır

d)

imperiya tərkibində çəkişmə baş vermişdir

e)

heç biri

29.

Lalə dövründə qadınlar əsasən necə paltarlar geyinmişlər?

1.üç ətəkli, sim (işləmələrdə istifadə olunan, gümüş görünüşündə və parlaqlığında olan iplik) sırma(qızıl və ya qızıl suyuna salınmış nazik gümüş tel) işləməli

2. Geyimlərinin altında istifadə etdikləri şalvar topuğun üstündə bir düyünlə bağlanır

3. köynək, qaftan və onun üstündən geyinilən çuxadan

4. Sanaani, ipək və ya pambıq parçadan hazırlanan topuqda yığılmış gen şalvar, dizə qədər uzunluğu olan köynək və onun üstündən geyinilən bel və sinə hissədə kip oturan qaftandan

a)

1 , 2

b)

1 ,3

c)

3 , 4

d)

2 , 3

e)

2 ,4

30.

Bütün Türk qadınları,yaz aylarında incə parçadan topuqlara qədər uzun  geyindikləri köynək necə adlanırdı?

a)

bürümcük

b)

buxara

c)

kufya

d)

abaya

e)

kandura

31.

Osmanlı dövründə Türk qadınları necə geyim geyinmişlər?

a)

ön hissədən açıq, düşən qollu, Şam ipəyindən geyim, yaşıl qurşaq ilə, ayaq üzərinə zəngin görünüşlü drapelərlə düşən geniş şalvarlar geyinmişlər

b)

ön hissədən bağlı, dar qollu, kətandan geyim, qırmızı qurşaq ilə, ayaq üzərinə zəngin görünüşlü drapelərlə düşən dar şalvarlar geyinmişlər

c)

üst köynək, çəpkən, arxalıq, küdrü, küləcə, ləbbadə, eşmək və bahadırı geyinmışlər

d)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinmişlər

e)

kandura və abaya geyinmişlər

32.

Osmanlı dövründə üç ətəkli geyimlər neçənci ilə qədər təsirli olmuşdur?

a)

1875-ci

b)

1877-ci

c)

1879-cu

d)

1880-ci

e)

1885-ci

33.

Osmanlı dövründə çöl kəsimləri neçənci əsrə qədər istifadə edilmişdir?

a)

XX əsrə

b)

XVIII əsrə

c)

XI  əsrə

d)

XIV əsrə

e)

XIX əsrə

34.

İki ətək entari modasının və Qərb modasının təsiri neçənci ildə hiss edilməyə başlanmışdır?

a)

1867-ci

b)

1870-ci

c)

1875-ci

d)

1885-ci

e)

1889-cu

35.

Türk qadınlarında yüksək zinət əşyalarından biri hansıdır?

a)

kəmər

b)

cətir

c)

saat

d)

eynək

e)

əlcək

36.

Osmanlı dövründə qadınlar küçəyə çıxarkən bədəni hər tərəfdən topuqlara qədər örtən uzun qollu nə geyinmişlər?

a)

fermene

b)

kufya

c)

abaya

d)

kandura

e)

sari

37.

Osmanlı dövründə qadınlar baş və üzlərini nə ilə örtürdülər?

a)

yaşmaq deyilən tül kimi ipək örtük ilə örtmüşlər

b)

sari ilə örtmüşlər

c)

çuxa ilə örtmüşlər

d)

buxara ilə örtmüşlər

e)

heç biri

38.

Kimin Səyahətnaməsinə görə bütün bölgələrdə fermene deyilən uzun təsəttür(örtünmə) dərzi paltarından imtina edilmirmiş?

a)

Evliya Çələbinin

b)

IV Muradın

c)

I Mustafanın

d)

Mahmud Əfəndinin

e)

Şeyxülislam Xoca Sadəttin Əfəndinin

39.

Ümumi olaraq geyim, gəlir səviyyəsinə əsasən necə dəyişirdi?

1. Gəlir səviyyəsi yüksək olan qadınlar

2. Bir az daha aşağı gəlir sahibli qadınlar

3.İmkanları məhdud dar gəlirli ailələrin qadınları

a. pambıq və ya ipəkdən biçilmiş incə bir köynək altına şalvara bənzər geyimlər geyinir və üzərinə fermene geyərdilər

b. “beledi “(bir növ pambıq qalın parça) adı verilən ucuz parçalardan istifadə edirdilər

c. məxmər ya da ipək parça istifadə edə bilərdi. Üzərinə yələk (qolsuz qısa geyim) geyinməyi də laqeyd etmirdilər

a)

1-a;2-c;3-b

b)

1-b;2-a;3-c

c)

1-a;2-b;3-c

d)

1-c;2-a;3-b

e)

1-b;2-c;3-a

40.

Osmanlı imperiyasında iqtidarın pay sahibləri kimlər idilər?

a)

xanədanda doğulan padşah qızları xanım sultanlar, kişilər, şəhzadələr

b)

dəmirçilər

c)

əkinçilər

d)

döyüçülər

e)

dərziçilər

41.

XVIII və XIX yüzilliklərdə yaşanmış ictimai hadisələr Osmanlıların hansı anlayışına əhəmiyyətli dərəcədə təsir etmişdir?

a)

geyim

b)

əkinçilik

c)

maldarlıq

d)

dəmircilik

e)

heç biri

42.

XVI əsrdə saray mənsublarının geyimləri kimlər tərəfindən tikilirdi?

a)

xüsusi dərzilər

b)

ailə üzvləri tərəfindən

c)

yalnız qadınlar tərəfindən

d)

satın alınırdı

e)

özləri tərəfindən

43.

Türk xanımlar arasında zənginliyin və rifahın simvolu nə idi?

a)

incə bir zövq ilə işlənən kəmərlər

b)

bahalı parçadan tikilmiş əlcək

c)

qaşlarla bəzədilmiş şlyapa

d)

ayyaqabılar

e)

qaşlarla bəzədilmiş yelpiklər

44.

Osmanlı dövrünə aid olmayan ayaqqabılar hansılardır?

1. tulumbacı yəməni (bir növ yüngül və qabarıq ayaqqabı)

2.ökçəli (dabanlı), altı qalın kösələli(ayaqqabı dabanı),

3.çivinli yəməni adı verilən arxaları basıq ayaqqabı geyinərdilər

4.səndəl

a)

4

b)

1 və 2

c)

1və 3

d)

2 və 3

e)

2