Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

kostyum tarixi(muhazire-8)

Total questions: 80

Worksheet time: 40mins

Name
Class
Date
1.

Azərbaycan antik dövr geyimində neçə formada çiyin geyimi olduğu müəyyən edilmişdir?

a)

iki

b)

üç

c)

dört

d)

beş

e)

yeddi

2.

Azərbaycan antik dövr geyimində çiyin geyiminin hansi formaları müəyyən edilmişdir?

I. Düz biçimli, qısa qollu olub uzunluğu bir tərəfdən baldırın yarısına o biri tərəfdən isə dizə qədər olurdu. Bu geyimin belinə bir neçə sıra kəmər bağlanırdı.

II. Geniş düz biçimli, uzun qollu olub uzunluğu dabana qədər ola köynək və ya don. Hər iki halda köynəyin yaxası, boyun dairəsi, boyuna dövrələmə kəsilirdi. Bu geyimlərin üstündən yan xətti tikili olan və ya yan xətti açıq olan örpək formalı geyim geyinilirdi. 

III. Geniş düz biçimli, uzunluğu dabana qədər şalvar və ya uzunlugu dizə gədər olan şalvar.

a)

I ,II

b)

I

c)

II

d)

I,II,III

e)

II,III

3.

Azərbaycan geyim dəsti hansı geyimlərindən ibarət idi? 

1.üst

2.alt

3.baş

4.ayaq

5.əl

a)

1,2,3,4

b)

1,3,5

c)

2,3,4,5

d)

3,4,5

e)

1,2,5

4.

Üst geyimlərinə tikilən yaxalıqlarda neçə cür çiyin forması olurdu?

a)

iki

b)

üç

c)

beş

d)

altı

e)

yeddi

5.

Üst geyimlərinə tikilən yaxalıqlarda iki cür çiyin forması  olurdu,bunlar hansılardı?

1.üçkünc yaxa kəsiyinin sonuna qədər eyni  endə olan

2.  dörtkünç yaxa kəsiyinin yarısına qədər eyni uzunluqda olan

3.  çiyindən ensiz olub yaxa kəsiyinin sonuna qədər daha da enlənən

4. çiyindən enli olub yaxa kəsiyinin sonuna qədər daha da ensizləşən

a)

1,3

b)

1,2

c)

2,3

d)

2,4

e)

3,4

6.

XIII-XV əsrlərdə Azərbaycan xalq üst geyimlərinin qolarının uzunluğu neçə cür idi?

a)

iki

b)

üç

c)

beş

d)

yeddi

e)

səkkiz

7.

XIII-XV əsrlərdə Azərbaycan xalq geyimində qadın geyimlərinin konstruksiyasında mürəkkəbləşmə nəzərə çarpır və əvvəlki mərhələlərdən fərqli olaraq geyimlər nə cür olurdu?

1. geyimlər dar biçilirdi

2.üst geyimlərinə tikilən yaxalıqlar iki cür formada olurdu, üçkünc yaxa kəsiyinin sonuna qədər eyni endə olan və çiyindən ensiz olub yaxa kəsiyinin sonuna qədər daha da enlənən formada olurdu

3.  üst geyimlərinin qolarının uzunluğu biləyə qədər olan və uzunluğu ətəyədək olurdu

4.  üst geyimlərinə tikilən yaxalıqlar iki cür formada olurdu,dörtkünç yaxa kəsiyinin yarısına qədər eyni uzunluqda olan və çiyindən enli olub yaxa kəsiyinin sonuna qədər daha da ensizləşən

5.  ümumi siluet forması düzbucaqlı formada olur və çox vaxt üst geyimin belinə kəmər bağlanılmırdı

a)

1,2,3,5

b)

1,2,4,5

c)

1,3,4

d)

2,3,4

e)

1,4,5

8.

XVII əsrin sonu qadın geyimi nədən ibarət idi?

a)

köynək, qaftan və onun üstündən geyinilən çuxadan

b)

sanaani, ipək və ya pambıq parçadan hazırlanan topuqda yığılmış gen şalvar, dizə qədər uzunluğu olan köynək və onun üstündən geyinilən bel və sinə hissədə kip oturan qaftandan ibarət idi

c)

köynək, plaş (abbas) və şalvardan

d)

tunik və  toqadan

e)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

9.

XVII əsrin sonu qadın üst tumanlar neçə cür olurdu?

a)

iki

b)

üç

c)

beş

d)

yeddi

e)

səkkiz

10.

XVII əsrin sonu qadın geyimi üst tumanlar iki cür olur,bunlar hansılardır?

a. topuğa qədər olub, büzməli-qırçınlı

b. yeddi ədəd trapes formalı parçadan tikilib, uzunluğu dizə qədər olurdu

c. dizə qədər olub, büzməli-qırçınlı

d. 4 ədəd trapes formalı parçadan tikilib, uzunluğu topuğa qədər olurdu

a)

a,d

b)

a,c

c)

c,d

d)

b,d

e)

b,c

11.

XVIII yüzildə qadın geyimləri nədən ibarət idi?

a)

üst köynək, çəpkən, arxalıq, küdrü, küləcə, ləbbadə, eşmək və bahadırdan

b)

uzun tuman, geniş düyməsiz kofta və ya xalat

c)

sanaani, gen şalvar, dizə qədər uzunluğu olan köynək və onun üstündən geyinilən qaftandan ibarət idi

d)

köynək, plaş (abbas) və şalvardan

e)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

12.

XVII əsrin sonu qadın geyimi nədən ibarət idi?

a)

köynək, qaftan və onun üstündən geyinilən çuxadan

b)

tunik köynəyindən, bel bağlantısından və plaş örtüyündən

c)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

d)

kandura və abaya

e)

kufya və abaya

13.

Baharı nə cür geyimdir?

a)

Sərin havalarda geyinilən,sırıqlı və astarlı qadın çiyin geyimidir . Belə qədər bədənə kip tikilən bu geyimə beldən zərif qırçınlı uzun ətək tikilirdı.Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

c)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir.

d)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

e)

Heç biri

14.

Arxalıq nə cür geyimdir?

a)

Astarlı çiyin geyimi olub əsasən tirmə tafta məxmər Atlas, xara, zərxara parçalardan tikilirdi.Bu geyim  Qarabağ üst çiyin geyimi olmaqla bərabər bu günkü alt paltarının funksiyasınıda yerinə yetirirdi. Bu məqsədlə bu geyimində bel qarsaqlarının yanına quzu qabırğası, metal təbəqə və ya yonulmuş yastı çubuq dikinə tikilirdi.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

c)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir.

d)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

e)

Heç biri

15.

Küləcə nə cür geyimdir?

a)

Naxçıvan zonasında geniş yayılmış sırıqlı və astarlı qadın geyimidir. Qolu düz və dirsəkdən bir az aşağı, yaxası açıq biçilirdi. Bütün kənar və tikiş xətləri boyunca çox zəngin bəzədilirdi. Əsasən qalın məxmər və tafta parçalardan  tikilən bu geyim üst tumanın ətək bəzəyi ilə eyni cür bəzədilirdi.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

c)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir.

d)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

e)

Heç biri

16.

Kürdü nə cür geyimdir?

a)

Qolsuz, aşılanmış xəzdən tüklü tərəfi astara düşməklə, üzərinə parça çəkilmiş isti geyim növüdür. Qol və bütün yaxa, ətək-çapıq boyunca digər xəzdən bəzək tikilirdi. Bəzən bu geyim arasına yun düzülərək sırınmış formada da tikilirdi. Bu geyimin üzərinə tikmə, xara və.s qalın parça çəkilirdi.

b)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

c)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

d)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir.

e)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

17.

Uyğunluğu müəyyən edin:

1. Arxalıq

2. Baharı

3. Küləcə

4. Kürdü

a. Sərin havalarda geyinilən,sırıqlı və astarlı qadın çiyin geyimidir . Belə qədər bədənə kip tikilən bu geyimə beldən zərif qırçınlı uzun ətək tikilirdı.Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Bu  geyim Qarabağda, Bakıda, Lənkəranda geyinilirdi.

b. Astarlı çiyin geyimi olub əsasən tirmə tafta məxmər Atlas, xara, zərxara parçalardan tikilirdi.Bu geyim  Qarabağ üst çiyin geyimi olmaqla bərabər bu günkü alt paltarının funksiyasınıda yerinə yetirirdi. Bu məqsədlə bu geyimində bel qarsaqlarının yanına quzu qabırğası, metal təbəqə və ya yonulmuş yastı çubuq dikinə tikilirdi.

c. Qolsuz, aşılanmış xəzdən tüklü tərəfi astara düşməklə, üzərinə parça çəkilmiş isti geyim növüdür. Qol və bütün yaxa, ətək-çapıq boyunca digər xəzdən bəzək tikilirdi. Bəzən bu geyim arasına yun düzülərək sırınmış formada da tikilirdi. Bu halda, yenə də onun qol, yaxa ətəyinin kənarlarına xəz tikilirdi. Xəzə paralel olaraq üzlük parçanı dəriyə birləşdirən əl tikişinin üstünə də bafta tikilirdi.Bu geyimin üzərinə tikmə, xara və.s qalın parça çəkilirdi.

d. Naxçıvan zonasında geniş yayılmış sırıqlı və astarlı qadın geyimidir. Qolu düz və dirsəkdən bir az aşağı, yaxası açıq biçilirdi. Bütün kənar və tikiş xətləri boyunca çox zəngin bəzədilirdi. Əsasən qalın məxmər və tafta parçalardan  tikilən bu gyim üst tumanın ətək bəzəyi ilə eyni cür bəzədilirdi.Bəzək üçün müxtəlif  tikmə texnikalarından güləbətin tikmə, məlilə, bafta, zəncirə, qaragöz ,sərmə, muncuqlu tikmə, piləkli doldurma və.s istifadə edilirdi.

a)

1-b;2-a;3-d;4-c

b)

1-a;2-c;3-d;4-b

c)

1-c;2-a;3-d;4-b

d)

1-d;2-a;3-b;4-c

e)

1-a;2-d;3-c;4-b

18.

Eşmək nə cür geyimdir?

a)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

b)

Etnoqrafik materiallar  bir çox zonalarda bu geyim geyinildiyini göstərir. Döşlüyün bir üzü xeyli bəzəkli, bir üzü isə sadə olurmuş

c)

Qaracalıda geyinilən bu geyim “katibi” dən ancaq xəz bəzəyinə görə fərqlənir. Belə ki, burada xəz ancaq beldən başlamış ətəyə qədər tikişlərə və dövrələmə bütün ətək boyu tikilirmiş.

d)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

e)

Heç biri

19.

Canlıq nə cür geyimdir?

a)

Kürdünün bəzəksiz, sadə forması olub, imkansız ailələr arasında geyinilirdi. Çox vaxt qabağına düymə tikilirdi. Bunu həm qadınlar, həm də kişilər geyinirdilər. Muğan qadınları bu geyimi “yəl” adlandırırdılar.

b)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

c)

Etnoqrafik materiallar  bir çox zonalarda bu geyim geyinildiyini göstərir. Döşlüyün bir üzü xeyli bəzəkli, bir üzü isə sadə olurmuş

d)

Qaracalıda geyinilən bu geyim “katibi” dən ancaq xəz bəzəyinə görə fərqlənir. Belə ki, burada xəz ancaq beldən başlamış ətəyə qədər tikişlərə və dövrələmə bütün ətək boyu tikilirmiş.

e)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir

20.

Ləbbadə nə cür geyimdir?

a)

Şəki, Bakı və Şamaxıda geyinilən, astarı araqatı ilə birgə sırınmış üst çiyin geyimi idi. Qolu dirsəyədək düz tikilir, qol altında iri yarıq qoyulurdu. Bir çox hallarda qısa qolun ağzına sərbəst dekorativ qolçaq tikilirdi. bu geyimin bütün kənar tikişləri boyunca müxtəlif baftalar, zəncirələr tikilir, öndə gümüş qoza düymələrlə bəzədilir, dekorativ qolun kənarlarına gümüş asmalar, yaxasına beldən gümüş qotaz  bağlar və zınqırovlar tikərdilər.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir

c)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

d)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir

e)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir

21.

Katibi nə cür geyimdir?

a)

Borçalıda geyinilmiş bu geyim baharı və külçənin məhəlli xüsusiyyətlər qazanmış formasıdır. Ətəyi uzun,büzməli, dekorativ qolu uzun və qolçağı olan bu geyimin yaxasına təbii xəz tikilirdi. Bütün kənar tikişləri boyunca köbə ilə bəzədilirdi.

b)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

c)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir

d)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

e)

Heç biri

22.

Katubu nə cür geyimdir?

a)

Qaracalıda geyinilən bu geyim “katibi” dən ancaq xəz bəzəyinə görə fərqlənir. Belə ki, burada xəz ancaq beldən başlamış ətəyə qədər tikişlərə və dövrələmə bütün ətək boyu tikilirmiş. Görünür yaxa əlavə asma boyun bəzəklərindən istifadə etmək məqsədilə boş saxlanılmışdır. Bunu bu geyimin çiyinlərinə tikilmiş ilgəklər də sübut edir. Ağır çəkili sinə və yaxa bəzəyi bu ilgəklərdən asılırmış.

b)

Kürdünün bəzəksiz, sadə forması olub, imkansız ailələr arasında geyinilirdi. Çox vaxt qabağına düymə tikilirdi. Bunu həm qadınlar, həm də kişilər geyinirdilər. Muğan qadınları bu geyimi “yəl” adlandırırdılar. Çox vaxt qırmızı və ya yaşıl məxmərdən tikilir,imkanlı qadınların yəli qoza düymələrlə düyümlənirmiş.

c)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

d)

Sərin havalarda geyinilən,sırıqlı və astarlı qadın çiyin geyimidir . Belə qədər bədənə kip tikilən bu geyimə beldən zərif qırçınlı uzun ətək tikilirdı.Qolu düz və dirsəyə qədər, yaxası açıq biçilirdi. Bu  geyim Qarabağda, Bakıda, Lənkəranda geyinilirdi.

e)

Borçalıda geyinilmiş katibi baharı və külçənin məhəlli xüsusiyyətlər qazanmış formasıdır. Ətəyi uzun,büzməli, dekorativ qolu uzun və qolçağı olan bu geyimin yaxasına təbii xəz tikilirdi. Bütün kənar tikişləri boyunca köbə ilə bəzədilirdi.

23.

Ust tumanı nə cür geyimdir?      

a)

Bu geyimin uzunluğu  84  sm-dən  102  sm-ədək olurdu. Naxcıvan İrıvan Təbriz və Gilan qadınlarının bu geyimi qısa olması ilə fərqlənirdi.Əsasən Naxçıvanda bu geyimin ətəyi çox zəngin bəzədilirdi. Ətəklərin bəzədilməsində muncuqlu tikmə, məlilə, pilək, gümüş burmalar, doldurma və.s tikmə növlərindən istifadə edilirdi. Ətəyi bəzəmək imkanı olmayan qadınlarbu geyimin ətəyinə bir neçə sıra müxtəlif endə haşiyələr tikirdilər.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

c)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir

d)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

e)

Heç biri

24.

Meyzər (önlük) nə cür geyimdir?

a)

Etnoqrafik materiallar bir çox zonalarda bu geyim geyinildiyini göstərir. Döşlüyün bir üzü xeyli bəzəkli, bir üzü isə sadə olurmuş

b)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

c)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir.

d)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir

e)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

25.

Çaxçurnə nə cür geyimdir?

a)

Qədim dövrdən 20-ci  əvəllərinə qədər Azərbaycan ərazisində geyinilmiş bu geyim bayır-bacaq geyimi hesab edilirdi. Ata minərkən geyinilən bu bel geyimi ayrı-ayrı iki balaqdan ibarət tikilir, balaqların ağzı büzməli olub, topuqluq və üzəngi ilə qurtarırdı. Bu geyimin biçimi adi şalvarların biçimindən xeyli fərqlənirdi. Belə ki, bu geyim spiralvari tikilirdi. Hər balaq ayrılıqda bütöv parçadan tikilirdi. Parça düzbucaqlı trapes formada kəsilir. Balaqlar ayrı-ayrılıqda geyinilirdi.

b)

Uzun libasdır. Şalvar və dupattadan ibarətdir

c)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

d)

Etnik olaraq müsəlmanların geyindiyi bir geyimdir. Lehenganın üzərindən geyinilən köynəkdən biraz daha uzun köynəkdir

e)

Bol dizaynlı ətəyə deyilir. Xalqın müsəlman kəsimi çox da geyinmir. Qədim Rajistani bölgəsində daha çox geyinilir.

26.

Uyğunluğu müəyyən edin:

1.Eşmək

2. Canlıq

3. Ləbbadə

4. Katibi

a. Kürdünün bəzəksiz, sadə forması olub, imkansız ailələr arasında geyinilirdi. Çox vaxt qabağına düymə tikilirdi. Bunu həm qadınlar, həm də kişilər geyinirdilər. Muğan qadınları bu geyimi “yəl” adlandırırdılar. b. Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür. Çox vaxt üz və astar arasına yun düzülərək sırınmış bu geyimdə də geyinilirdi.

c. Borçalıda geyinilmiş katibi baharı və külçənin məhəlli xüsusiyyətlər qazanmış formasıdır. Ətəyi uzun,büzməli, dekorativ qolu uzun və qolçağı olan bu geyimin yaxasına təbii xəz tikilirdi. Bütün kənar tikişləri boyunca köbə ilə bəzədilirdi.

d. Şəki, Bakı və Şamaxıda geyinilən, astarı araqatı ilə birgə sırınmış üst çiyin geyimi idi. Qolu dirsəyədək düz tikilir, qol altında iri yarıq qoyulurdu. Bir çox hallarda qısa qolun ağzına sərbəst dekorativ qolçaq tikilirdi. Şamaxıda geyinilən bu geyimin qollarına xəz tikilmiş, çapıq və çıxıntı yerində genişliyi almaq üçün iki ədəd əlavə üçbucaq parçadan istifadə edilirmiş

a)

1-b;2-a;3-d;4-c

b)

1-a;2-d;3-b;4-c

c)

1-b;2-c;3-d;4-a

d)

1-d;2-c;3-b;4-a

e)

1-a;2-c;3-d;4--b

27.

Baş örtükləri öz növbəsində hansı funksiyanı daşımaqla qruplara bölünüdü?

a)

gigiyenik mühafizə və bəzək

b)

həşaratlardan qorunma

c)

saç rəngini qoruma

d)

sadəcə bəzək

e)

heç biri

28.

Baş örtükləri öz növbəsində hansı qruplara bölünür?

1)Gigiyenik funksiya daşıyan baş geyimləri- cuna, fitə, qaşbənd, qəşbənd, ləçək, tül,  çütkü,  araxçın,  xınabənd , qıyqac, təsək;

2)Mühafizə funksiyası daşıyan baş geyimləri-tül,çütkü, örpək, yaylıq, kəlağayı, araxçın, çadra, yaylıqların isti növləri-şal yaylıq, ipək yaylıq, kəşmir şalı, heyratı kəlağayı, tirmə şal, qarmaq, dingə, rübənd, niqab, duvaq;

3)Bəzək funksiyası daşıyan baş geyimləri-başlıq,örpək,qaz-qazı,naz-nazı, araxçın, çutqu qabağı, baş bağı, boğazaltı, qarmaq

a)

1,2,3

b)

yalnız 1

c)

yalnız 2

d)

yalnız 3

e)

1 və 3

29.

XIX əsr və XX əsrin əvvəllərində qadın üst geyimləri nədən ibarət idi?

a)

üst köynək, arxalıq, çəpkən, ləbbadə, küləcə, küdrü, eşmək və bahadırdan

b)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

c)

kandura və abaya

d)

kufya və abaya

e)

heç biri

30.

Qadın alt paltarı nədən ibarət olmuşdur?

a)

alt köynəyi ,cüt balaq və darbalaqdan

b)

kandura və abaya

c)

kufya və abaya

d)

dupatta və gündəlik həyatlarda demək olar ki, hamı sari geyinir

e)

heç biri

31.

Darbalaq necə geyimdir?

a)

bədənə kip yapışan geyim olub, taylı tumanın altından geyilirdi

b)

geniş geyim olub,köynəyin altından geyilirdi

c)

bədənə kip yapışan geyim olub, köynəyin altından geyilirdi

d)

bədənə kip yapışan köynək olub

e)

gənc əhalisinin geyim komplektində yer tuturdu

32.

Bel kəsiyi formasına görə arxalıqlar neçə qrupa bölünürdü?

a)

üç

b)

dört

c)

beş

d)

altı

e)

yeddi

33.

Arxalıqlar əsasən nəyə görə fərqlənirdi?

a)

bel kəsiyi formasına, qollarının görünüşünə görə

b)

bədənə kip yapışan köynək olduğuna görə

c)

parçası başqa ölkədən gətirilirdiyinə görə

d)

qızıl işləmərinə görə

e)

heç biri

34.

Bel kəsiyi formasına görə arxalıqlar hansı qrupa bölünürdü?

1. Gəncə-Qarabağ

2. Şamaxı   

3. Bakı, Şirvan, Borçalı, Kürdəmir.           

4. Naxçıvan, İrəvan, Lənkaran, Şəki, Qazax

a)

1,3,4

b)

2,3,4

c)

2,4

d)

1,2

e)

2,3

35.

Qollarının formasına görə fərqlənən arxalıqlar neçə qrupa bölünürdü?

a)

dört      

b)

beş 

c)

yeddi

d)

səkkiz

e)

on

36.

Qollarının formasına görə fərqlənən arxalıqlar hansı qrupa bölünürdü?

1. Bakı-Şəki

2. Kürdəmir

3. Lənkaran, Naxçıvan, Şamaxı, İrəvan

4. Qazax-Borçalı.

5. Qarabağ-Gəncə

a)

1,3,4,5

b)

2,3,4,5

c)

1,2,4,5

d)

2,4,5

e)

2,5

37.

Şəki geyimləri nədən ibarətdir?

a)

ləbbadə, tuman, eşmək, çaxçur, örpək, arxalıqdan və s

b)

kufya ,abaya və s

c)

kandura, abaya  və s

d)

köynək, plaş (abbas) və şalvardan

e)

köynək və sari

38.

Uyğunluğu müəyyən edin:

1.Tuman

2.Ləbbadə

3.Eşmək

a. Əsasən atlasdan tikilir, bağ yeri olmaqla ətəyinə başqa parçadan qat payı verilirdi. Altı ''taxta''dan ibarət biçilməklə çitdən tikilirdi. Balaqlarının enli olmasına baxma¬yaraq, bu geyim parçasına miyança tikilirdi.

b. Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır. Digər adı lavadadir. İki qabaq, bir arxa hissə və iki qoldan ibarət biçilir. Qol və boy ölçüləri müxtəlif olur. Qol altında iri yarıq qoyulur. Yan tikişlərində çapıq və parça çıxıntısı olur.

c. Sırıqlı üst qadın geyimidir, tirmədən tikilir. Qolu dirsəyə qədər olub, qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca və ətəyinə dövrələmə xəz tikilir. Düyməsiz olur. Bu geyimin digər adı ''Küdrü''idi. Əsasən eşmək yarımqol olduqda bele adlanırdı.

d. Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi.

a)

1-a;2-b;3-c

b)

1-a;2-c:3-d

c)

1-c;2-a;3-b

d)

1-b;2-d;3-a

e)

1-d;2-a;3-d

39.

Naxçıvan geyimləri nədən ibarət olmuşdur?

a)

Arxalıq, küləcə, köynək, tuman, çəpkən və digər elementlərdən

b)

Alt köynəyi ,cüt balaq və darbalaqdan

c)

Uzun tuman, geniş düyməsiz kofta və ya xalat

d)

Uzun bir ətək və dupattan ibarət  Sharara

e)

Tunik köynəyindən, bel bağlantısından və plaş örtüyündən

40.

Çəpkən əsasən necə geyim idi?

a)

qollarının quruluşuna görə fərqlənən üst qadın geyimi

b)

qollarının quruluşuna görə fərqlənən alt qadın geyimi

c)

ön hissədən açıq boyu uzuna alt geyimidir, qolları yalnız uzun olur

d)

uzun libasdı,şalvar və dupattadan ibarətdir

e)

qadınlar həmişə çiyinlərində ya da başlarına örtür,istər gündəlik geyimlərində istərsə də xüsusi günlərdə

41.

Döşlük necə geyim növüdür?

a)

Köynəyin üstündən, yaxası açıq arxalığın altından geyinilən yaxası bağlı, qolsuz, əyinə kip tikilmiş geyim növüdür

b)

Uzun libasdır. Libasın uzunluğu istəyə görə dəyişir. Libas nə qədər uzun olursa olsun altından mütləq şalvar geyinilməlidir

c)

Bol dizaynlı ətəkdir

d)

Qadınlar həmişə çiyinlərində ya da başlarına örtür,istər gündəlik geyimlərində istərsə də xüsusi günlərdə

e)

Choli - zəmində bir yubka ilə sıx üst paltardır

42.

XIX əsrdə imkanlı kişilər tərəfindən qaragül dərisindən tikilmiş papaq necə adlanırdı?

a)

“buxara”

b)

"qələmi papağı"

c)

"sarıq papağı"

d)

"qalmığı papağı"

e)

"daqqa papağı"

43.

Uyğunluğu müəyyən edin:

1.Şiş papaq

2.Şələ papaq

3.Çapma papaq

a. buna “yastı papaq”, “çoban papağı”, “yapba papaq”, “motal papaq”, “qırmızı papaq” da deyərdilər

b. bu konusvari idi, buna həmçinin “Zərnava papağı”, “molla papağı”, “Qəbələ papağı”, “Züllə papaq”

c. bu papağın ortası uzunsov şəkildə çökək olurdu

a)

1-b;2-a;3-c

b)

1-b;2-c;3-a

c)

1-c;2-b;3-a

d)

1-c;2-a;3-b

e)

1-a;2-c;3-b

44.

Dağıstan Azərbaycanlıları nə dərisindən çevrilmiş kəsik konusa bənzər papaq geyinərdilər?

a)

qoyun

b)

inək

c)

ayı

d)

at

e)

ilan

45.

Muğan kişiləri arasında hansı papaqlar dəbdə olmuşdur?

a)

motal və ya şələ papaq, kopan papağı, sür papaq

b)

buxara,qələmi papağı

c)

sarıq papağı

d)

buxara

e)

qalmığı papağı

46.

Kopan papaq nə dərisindən tikilirdi?

a)

xam qoyun dərisindən

b)

inək dərisindən

c)

at dərisindən

d)

ilan dərisindən

e)

ayi dərisindən

47.

Varlı kişilər əsasən hansı papağı geyinərdilər?

a)

Sür papağı,araxçın qoyar, yaxud “sarıq” bağlayardılar

b)

Şələ papaq və şəbkülah papaq

c)

Motal papaq

d)

Şiş papaq

e)

Papaq istifadə etmirdilər

48.

Gecə yatanda başlarına hansı papağı geyinərdilər?

a)

“şəbkülah papağ ”

b)

“buxara papağ”

c)

“qələmi papağ”

d)

“çoban papağı”

e)

"daqqa papağı"

49.

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növü hansıdır?

a)

eşmək

b)

buxara

c)

qələmi

d)

sari

e)

dupatta

50.

Kürk geyimi hansı vaxtlarda geyinilirdi?

a)

soyuq

b)

isti

c)

bütün fəsildə

d)

kürk geyim deyil

e)

heç biri

51.

Azərbaycan qadın çuxalarının uzunluğu nə gədər olub?

a)

topuqdan aşağı olub

b)

dizdən bir qədər aşağı olub

c)

dizə qədər olub

d)

dizdən yuxarı olub

e)

topuğdan bir qədər yuxarı olub

52.

Neçənci əsrdə qadın geyimlərinin biçimi, forması o dövrdə Azərbaycana səyahət etmiş səyyahların əsərlərindən və çəkilmiş miniatürlərdən aydın görünür?

a)

XVII əsr

b)

XX əsrdə

c)

XVIII əsrdə

d)

XI əsrdə

e)

XIV əsrdə

53.

Küləcə hansı zonada geniş yayılmış sırıqlı və astarlı qadın geyimidir?

a)

Naxçıvan

b)

Bakı

c)

Lənkaran

d)

Şamaxı

e)

Şəki

54.

Eşmək necə geyimdir?

a)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür

b)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

c)

Qadın alt geyimidir. Bu geyim məxmərdən tikilir, xəzdəri və sıx naxışlarla bəzədilirdi. Bəzən sırıqlı formada da tikilirdi

d)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi

e)

Heç biri

55.

Kürdünün bəzəksiz, sadə forması hansı olub?

a)

Canlıq

b)

Katibi

c)

Baharı

d)

Arxalıq

e)

Üst tumanı

56.

Qədim dövrdən neçənci illərin əvəllərinə qədər  Azərbaycan ərazisində geyinilmiş çaxçur bayır-bacaq geyimi hesab edilirdi?

a)

20-ci

b)

30-cu

c)

40-cı

d)

50-ci

e)

60-cı

57.

Çaxçur ayrı-ayrı neçə balaqdan ibarət tikilir?

a)

iki

b)

üç

c)

dört

d)

beş

e)

yeddi

58.

Qasın baş geyimləri neçə hissəyə ayrılır?

a)

iki

b)

üç

c)

dört

d)

beş

e)

yeddi

59.

Baş örtükləri öz növbəsində gigiyenik mühafizə və bəzək funksiyası daşımaqla neçə qrupa bölünür?

a)

üç

b)

dört

c)

beş

d)

yeddi

e)

səkkiz

60.

Öz növbəsində gigiyenik mühafizə və bəzək funksiyası daşımaqla  qruplara bölünən baş örtüklərin uyğunluğunu müəyyən edin:

1.Gigiyenik funksiya daşıyan baş geyimləri

2.Mühafizə funksiyası daşıyan baş geyimləri

3.Bəzək funksiyası daşıyan baş geyimləri

a. tül,çütkü, örpək, yaylıq, kəlağayı, araxçın, çadra, yaylıqların isti növləri-şal yaylıq, ipək yaylıq, kəşmir şalı, heyratı kəlağayı, tirmə şal, qarmaq, dingə, rübənd, niqab, duvaq

b. cuna, fitə, qaşbənd, qəşbənd, ləçək, tül,  çütkü,  araxçın,  xınabənd , qıyqac, təsək

c. başlıq,örpək,qaz-qazı,naz-nazı, araxçın, çutqu qabağı, baş bağı, boğazaltı, qarmaq

a)

1-b;2-a;3-c

b)

1-a;2-b;3-c

c)

1-a;2-c;3-d

d)

1-c;2-a;3-b

e)

1-b;2-c;3-a

61.

Azərbaycan milli geyimləri tarixi etnoqrafik bölgələr üzrə əsasən kişi, qadın və uşaq geyimləri olmaqla neçə dəstə ayrılır?

a)

üç

b)

dört

c)

beş

d)

yeddi

e)

səkkiz

62.

Qadın alt paltarı hansılardan ibarət olmuşdur?

1.alt köynəyi

2.cüt balaq (taylı tuman)

3. darbalaqdan

a)

1,2,3

b)

yalnız 1

c)

yalnız 2

d)

yalnız 3

e)

2 və 3

63.

Darbalaq əsasən hansı bölgənin yaşlı əhalisinin geyim komplektində yer tuturdu?

1. Şəki-Zaqatala

2.Naxçıvan

3.Abşeron

4.Lənkəran

a)

1,2,3

b)

2 və 4

c)

1 ,2,4

d)

2,3,4

e)

1,4

64.

Ləbbadə necə geyimdir?

a)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

b)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür

c)

Sırıqlı üst qadın geyimidir, tirmədən tikilir. Qolu dirsəyə qədər olub, qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca və ətəyinə dövrələmə xəz tikilir.

d)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi.

e)

Ağ bezdən tikilmiş alt köynəyi, alt tumanı, üst köynəyi, üst tumanı, ləbbadə, baş geyimi olan tülü və kəlağayıdan, ayaq geyimi corab və başmaqdan

65.

Ləbbadə digər adı necədir?

a)

Lavadadır

b)

Buxaradır

c)

Tumandır

d)

Çaxçur

e)

Eşmək

66.

Eşmək necə geyimdir?

a)

Sırıqlı üst qadın geyimidir, tirmədən tikilir. Qolu dirsəyə qədər olub, qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca və ətəyinə dövrələmə xəz tikilir

b)

Qadın alt geyimidir. Bu geyim məxmərdən tikilir, xəzdəri və sıx naxışlarla bəzədilirdi. Bəzən sırıqlı formada da tikilirdi.

c)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

d)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi.

e)

Arxalıqdan, üst köynək, çəpkən, ləbbadə və s. istifadə edilirdi

67.

Çaxçur necə geyimdir?

a)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi.

b)

Sırıqlı üst qadın geyimidir, tirmədən tikilir. Qolu dirsəyə qədər olub, qolunun ağzına, yaxa kəsiyinin ətrafı boyunca və ətəyinə dövrələmə xəz tikilir

c)

Təbii xəzdən və üstünə parça çəkilməklə tikilmiş isti geyim növüdür

d)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

e)

Qadın üst geyimidir. Bu geyim məxmərdən tikilir, xəzdəri və sıx naxışlarla bəzədilirdi. Bəzən sırıqlı formada da tikilirdi.

68.

Şəki geyimi əsasən nədən ibarət idi?

a)

Ağ bezdən tikilmiş alt köynəyi, alt tumanı, üst köynəyi, üst tumanı, ləbbadə, baş geyimi olan tülü və kəlağayıdan, ayaq geyimi corab və başmaqdan

b)

Arxalıqdan, üst köynək, çəpkən, ləbbadə və s. istifadə edilirdi

c)

Köynək, tuman və uzunqol arxalıqdan ibarətdir

d)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

e)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi

69.

Şamaxı geyimləri əsasən nədən ibarət idi?

a)

Arxalıqdan, üst köynək, çəpkən, ləbbadə və s. istifadə edilirdi

b)

Köynək, tuman və uzunqol arxalıqdan ibarətdir

c)

Ağ bezdən tikilmiş alt köynəyi, alt tumanı, üst köynəyi, üst tumanı, ləbbadə, baş geyimi olan tülü və kəlağayıdan, ayaq geyimi corab və başmaqdan

d)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

e)

Üst bel geyimidir, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi

70.

Qadın tumanları neçə çeşiddə hazırlanırdı?

a)

üç

b)

dört

c)

beş

d)

altı

e)

yeddi

71.

Qadın tumanları bir qayda olaraq hansı çeşiddə hazırlanırdı ?

1.alt tumanı

2.orta tumanı

3.üst tumanı

a)

1,2,3

b)

yalnız 1

c)

yalnız 2

d)

2 və 3

e)

1 və 3

72.

İrəvan geyimləri əsasən nədən ibarət idi?

a)

Köynək, tuman və uzunqol arxalıqdan ibarətdir

b)

Arxalıqdan, üst köynək, çəpkən, ləbbadə və s. istifadə edilirdi

c)

Ağ bezdən tikilmiş alt köynəyi, alt tumanı, üst köynəyi, üst tumanı, ləbbadə, baş geyimi olan tülü və kəlağayıdan, ayaq geyimi corab və başmaqdan

d)

Üst bel geyimindən, astarlıdır. Trapes formasında biçilib qanovuzdan tikilirdi

e)

Məxmər tafta, qanovuzdan tikilmiş üst qadın geyimidir, astarlıdır

73.

Neçənci əsrdə kişi baş geyimləri içərisində papaq xüsusi yer tuturdu?

a)

XIX əsr

b)

XX əsr

c)

XVIII əsr

d)

XIII əsr

e)

XII əsr

74.

Canlıq və ya qolsuza başqa cürə nə deyilir?

a)

“işdik” və ya “cılıqqa”

b)

“buxara” və ya "qələmi"

c)

"sarıq" və ya "qalmığı "

d)

"daqqa" və ya “motal ”

e)

"şələ" və ya "şiş"

75.

Yapıncı geyim növü hansı işlə məşğul olan əhali arasında geniş yayılmışdı?

a)

maldarlıqla

b)

əkinçiliklə

c)

dərziçiliklə

d)

rəssamlıqla

e)

evdarlıqla

76.

Şirvan yapıncıları neçə cür hazırlanırdı?

a)

iki

b)

üç

c)

dört

d)

beş

e)

yeddi

77.

Şirvan yapıncıları nə cür olmaqla hazırlanırdı?

a)

“saçaqlı”  və  “saçaqsız”

b)

"qotazlı" və "qotazsız"

c)

"hörüklü" və "hörüksüz"

d)

"burmalı" və "burmasız"

e)

heç biri

78.

İmkanlı kişilər əsasən nə dərisindən papaq tikirdirirdilər ?

a)

qaragül

b)

at

c)

ayı

d)

dəvə

e)

ilan

79.

İmkanlı kişilər qaragül dərisindən tikirdirdikləri papaq necə adlanırdı?

a)

“buxara papağı ”

b)

"sarıq papağı"

c)

"qələmi papağı"

d)

"qalmığı papağı"

e)

"daqqa papağı"

80.

“Qələmi papaq” başqa cürə nə deyilirdi?

a)

“işkarı”, “qacarı”, “qoçu papaq”

b)

“yastı papaq”,“züllə papaq”,“qırmızı papaq”

c)

“çoban papaq”,“yapba papaq”,“motal papaq”

d)

“qəbələ papaq”, “yastı papaq”, “molla papaq”

e)

“zərnava papaq”, “yastı papaq”, “Züllə papaq”