Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dİzayn Əsasları 50-100

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

“ Dizayn – müəyyən məqsədə çatmaq üçün elementlər qrupunun təşkilidir” cümləsini kim işlətmişdir?

a)

İ.V.Joltovskin

b)

Çarlz İmz

c)

Y.V. Nəzərov

d)

Viktor Papanekin

e)

Xorse Luis Borsen

2.

Hansı sözün mənası latın dilindən tərcümədə “ qarasına çəkmək”, “cızmaq”, “qeyd eymək”, “nişanlamaq”, “işarə, iz qoymaq” deməkdir?

a)

gözəllik

b)

dizayn

c)

tələbat

d)

dəyər

e)

məqsəd

3.

“ Gözəllik şıltaqlıq deyil, insan tələbatıdır” ifadəsi kimə aiddir?

a)

Xorse Luis Borsen

b)

İ.V.Joltovskin

c)

Y.V. Nəzərov

d)

Viktor Papanekin

e)

Çarlz İmz

4.

İ.V.Joltovskin hansı ifadəni söyləmişdir?

a)

“Heçnə daş üzərində tikilmir, hər şey qum üzərindədir, amma insanın borcu tikməkdir, əgər daş qum olsa belə...”

b)

“Gözəllik şıltaqlıq deyil, insan tələbatıdır”

c)

“Dizayn - əbədi dəyərlər yaratmayan yaradıcı fəaliyyət növüdür”

d)

“Bütün insanlar dizaynerdir”

e)

“Dizayn – müəyyən məqsədə çatmaq üçün elementlər qrupunun təşkilidir”

5.

Dizayn bir anlayış və termin kimi nə vaxt formalaşmağa başlamışdır?

a)

XV əsrdə

b)

XIX əsrin sonu XX əsrin əvvələrində

c)

XVII əsrin sonunda

d)

XVII əsrin əvvəlində

e)

XVI əsrin əvvəlində

6.

Barokko dövründə kişilər nələrdən istifadə edirdilər?

a)

“fransız” biçimli – torbaya bənzər, aşağıya doğru daralan – şalvarlar

b)

qayışlı şalvarlar

c)

dik və ya üzü aşağı yaxalığı olan düyməli ağ köynəklər

d)

köynəkləri əvəz edən manişkalar (köynək sinəlikləri)

e)

gur tüklü pariklər, bəzəkli ipək corablar, iri bant formasında qalstuklardan

7.

Barokko dövründə hansı parçalar donların hazırlanması üçün xammal idi

a)

drap və velvet

b)

velvet və satin

c)

yun və drap

d)

naxışlı zərxara, dəbdəbəli lion və ağ ispan ipəyi

e)

şifon və orqanza

8.

Fransa hansı dövrdə Avropada dəbin qanunvericisi oldu?

a)

Postmodernizm

b)

Rokoko

c)

Renessans

d)

Barokko

e)

Neoklassisizm

9.

Hansı dövrün fransız dəbi XIV Lüdovikin hakimiyyəti illərinə təsadüf edir?

a)

Rokoko

b)

Neoklassisizm

c)

Postmodernizm

d)

Barokko

e)

Renessans

10.

Mina boyaları neçənci ildə icad edildi?

a)

1900

b)

1637

c)

1720

d)

1600

e)

1790

11.

Qırmızı keramika nə zaman əldə edildi?

a)

XV əsrin əvvəlində

b)

XVI əsrin birinci yarısında

c)

XV əsrin sonunda

d)

XVIII əsrin əvvəlində

e)

XVI əsrin sonunda

12.

Süni çini nə zaman yaradılmışdır?

a)

XVIII əsrin sonunda

b)

XVIII əsrin birinci yarısında

c)

XVI əsrin sonunda

d)

XV əsrin sonunda

e)

XV əsrin əvvəlində

13.

Barokko dövründə hansı gül ingilis fayansı (saxsı) və keramik məmulatlarının sevimli mövzusuna çevrilir?

a)

qərənfil

b)

qızılgül

c)

yasəmən

d)

zanbaq

e)

nərgiz

14.

Krujeva nə zaman dəbə gəlmişdir?

a)

1500-cü illərin sonunda

b)

1545-ci ildə

c)

1500-cü illərin əvvəlində

d)

1576-cı ildə

e)

1600-cı illərin ortasında

15.

Barokko dövründə fransız mebeli hansı görünüşə malik idi?

a)

mebel rəsm və qızıllama ilə bəzədilirdi

b)

sadə və praktik

c)

mebelin kənarları çox vaxt maska və müxtəlif fiqurlarla bəzədilirdi

d)

dolablar trofeylərin oyma təsviri ilə bəzədilir, masa və stulların ayaqları sütun formasını alır, stullar ipək, yaxud məxmərlə üzlənirdi

e)

mebel böyük həcmli dekorla bəzədilirdi

16.

Barokko dövründə italyan mebeli hazırlanarkən hansı materiallardan istifadə edilirdi?

a)

laminat, faner və metal

b)

plastik, metal və müxtəlif ağac növləri

c)

metal və müxtəlif ağac növləri

d)

qara ağac, fil sümüyü, qızıl suyuna salınmış tunc

e)

faner

17.

Barokko dövrünün dekorunda geniş yayılan element nədir?

a)

kəpənəklər

b)

həndəsi fiqurlar

c)

çiçəklər

d)

quşlar

e)

balıqlar

18.

Barokko dövründə hansı gül yazılı, yaxud üslublaşdıraraq təsvir edilir, gümüş üzərində həkk edilir, parça və mebel əşyalarını bəzəyir( görünür) və s.?

a)

nərgiz

b)

qızılgül

c)

yasəmən

d)

zanbaq

e)

qərənfil

19.

Dekorativ incəsənətdə barokko üslubunun xarakterik xüsusiyyətlərini göstərin:

a)

abstrakt formalar

b)

həndəsi və xətti formalar

c)

ornamentin ölçüləri böyüyür, qeyri-xətti formalar və dalğavarı səthlərdə işıqla oyun; dəqiq və iri formalar, zəngin rəng ziddiyyətləri, çox vaxt bahalı ekzotik materiallardan istifadə edilirdi

d)

material və əsərin yaradılma prosesi vurğulanırdı

e)

dalğavari, asimmetrik və dairəvi formalar

20.

Barokko üslubu harada meydana gəlmişdir?

a)

Parisdə

b)

Berlində

c)

Romada

d)

Moskvada

e)

Madriddə

21.

Renessans dövründə əsasən kimlər plaş geyinirdi?

a)

uşaqlar

b)

cavanlar

c)

ziyalılar, yaşlı adamlar və alimlər

d)

sənətkarlar

e)

ustalar

22.

İri, enli yaxalığı olan, uzunqollu kişi plaşları nə zaman meydana çıxdı?

a)

Barokko dövründə

b)

Renessans dövründə

c)

Qotik dövrdə

d)

Modernizm dövründə

e)

Rokoko dövründə

23.

Geyimlərdə iki növ və iki rəng parçalardan nə zaman istifadə olunmağa başlandı?

a)

Barokko dövründə

b)

Renessans dövründə

c)

Qotik dövrdə

d)

Rokoko dövründə

e)

Modernizm dövründə

24.

Renessans dövründə qadınlar necə donlar geyinirdilər?

a)

uzun ətəkli donlar

b)

qısa donlar

c)

çoxlu rəngli krujevalarla bəzədilmiş donlar

d)

simmetrik büzməli donlar

e)

qadınlar iki növ don geyinirdilər - altdaki don uzunqollu, üstdəki don geniş qollu xalat formasında, “qamurra” adlanırdı

25.

Dəbin tələblərinə uyğun geyim, həmçinin geyinmək və bəzənmək qaydaları haqqında ilk ədəbiyyat nə zaman meydana çıxdı?

a)

Rokoko dövründə

b)

Barokko dövründə

c)

Modernizm dövründə

d)

Qotik dövrdə

e)

Renessans dövründə

26.

Renessans dövründə qadınların saçları necə bəzədilirdi?

a)

xüsusi torlardan, üstü mərcanla və mirvarilərlə bəzədilmiş parçalardan istifadə olunurdu

b)

başlarında çiçəklərdən, lent, dekorativ saç sancaqları və lələklərdən ibarət natürmort meydana gəlirdi

c)

saçlarını boyayır və çiçəklərlə bəzəyirdilər

d)

müxtəlif rəngli və formalı pariklərlə

e)

başlarında yarımayla bəzədilmiş çalmaya bənzər papaqlarla

27.

Renessans dövründə İtaliyada dəbdə olan məmulatlar və parçalar istehsal olunan hansı şəhər ictimai və mədəni həyatın mərkəzi idi?

a)

Venesiya

b)

Palermo

c)

Milan

d)

Florensiya

e)

Verona

28.

İntibah dövründə parçaların iri naxışlı dekoru neçə sm-dən ibarət olurdu?

a)

34

b)

49

c)

65

d)

87

e)

51

29.

Renessans dövründə hansı parçalar bahalı hesab edilirdi?

a)

bukle, cersi və orqanza

b)

böyük raportlu və iri rəsmli parçalar

c)

dəbdəbəli lion və ağ ispan ipəyi

d)

məxmər və zərxara

e)

neylon və akril

30.

XV əsrdə parçaları bəzəyən ən iri rəsmlər hansılar idi?

a)

dama və dairələr

b)

müxtəlif həndəsi naxışlar

c)

şərq elementləri; naturalistik mövzular

d)

hind mövzuları və naxışların tərtibatı

e)

nar rəsmli yeddi ləçəkli qızılgül

31.

İntibah dövründə Çin, Hindistan və Yaxın Şərqdən hansı parça gətirilirdi?

a)

şifon, güpür və laykra

b)

zərxara, bez və məxmər

c)

bukle, cersi və orqanza

d)

ipək

e)

neylon və akril

32.

İntibah dövründə İtaliyada hansı parçalar istehsal edilirdi?

a)

neylon və akril

b)

bukle, cersi və orqanza

c)

şifon, güpür və laykra

d)

ipək

e)

zərxara, bez və məxmər

33.

İntibah dövründə zərxara, bez və məxmər parçalar harada istehsal edilirdi?

a)

Fransada

b)

Yaxın Şərqdə

c)

Çində

d)

İtaliyada

e)

Hindistanda

34.

Avropanın şimal hissəsində yerləşən hansı şəhər İntibah dövründə Venesiya şüşəsinin ən əsas istehsalçılarından biri oldu?

a)

Amsterdam

b)

Kopenhagen

c)

Helsinki

d)

Oslo

e)

Antverpen

35.

Bişmiş əlvan gildən hazırlanmış və mina ilə örtülmüş əşya-lar necə adlanır?

a)

etnika

b)

marketri

c)

manerizm

d)

mayolika

e)

müasir

36.

Mayolika nə deməkdir?

a)

bu texnikadan İngiltərədə İntibah dövründə saray və belvederlər üçün hazırlanan sandıqların dekorunda istifadə edilirdi

b)

lakonik formalar ilə mükəmməl rəng uyğunluğu

c)

sənətkarlıq və incəlik forma-larının gözəlliyi, qrotesklə gücləndirilmiş və ornamentlərlə bəzədilmiş bir-birinə sarmaşmış fantastik heyvanların, dəniz canlıların və quşların rəsmləri deməkdir

d)

bişmiş əlvan gildən hazırlanmış və mina ilə örtülmüş əşya-lar deməkdir

e)

bu çini qablara və dulusçuluq məhsullarına çap qravürlərin köçürülməsi texnikasıdır

37.

XVI əsrdə keramika istehsalında hansı əşyalar üstünlük təşkil edirdi?

a)

etnika

b)

marketri

c)

manerizm

d)

mayolika

e)

müasir

38.

İntibah dövründə İngiltərədən saray və belvederlər üçün hazırlanan sandıqların dekorunda hansı texnikadan istifadə edilirdi?

a)

mayolika

b)

manerizm

c)

müasir

d)

marketri

e)

etnika

39.

Intibah dövründə Almaniyada rəssamlar mebel istehsalında (dolabların və sandıqların) hansı motivlərden istifadə edirdilər?

a)

dolablar qənimət təsvirlərində oymalar ilə bəzədilir, masaların və stulların ayaqları sütun forması alır, stullar ipək və məxmərlə döşənirdi

b)

arabesk və mavritan naxışları

c)

yarpaqlardan qıvrımlar, şəbəkələr, hörükşəkilli naxışlar, qəndil mövzuları

d)

klassik motivlərden və həcmli heykəltəraşlıq təsvirləri

e)

zərif rənglərlə, yarpaqlar, budaqlar; daş yığını; heyvan, quş və insan fiqurları ilə

40.

İntibah dövründə İspaniyada mebellər hansı naxışlarla bəzədilirdi?

a)

zərif rənglərlə, yarpaqlar, budaqlar; daş yığını; heyvan, quş və insan fiqurları ilə

b)

klassik mövzulardan və həcmli heykəltəraşlıq təsvirləri ilə

c)

yarpaqlardan qıvrımlar, şəbəkələr, hörükşəkilli naxışlar, qəndil mövzuları ilə

d)

ərəb və mavritan sənətkarlarının sayəsində arabesk və mavritan naxışları ilə

e)

dolablar qənimət təsvirlərində oymalar ilə bəzədilir, masaların və stulların ayaqları sütun forması alır, stullar ipək və məxmərlə döşənirdi

41.

XV əsrin interyerində mebel əsas nədən təşkil olunmuşdur?

a)

sandıq və stullardan

b)

komod

c)

üst hissəsində çəkməcələr olan büro-kabinetlər

d)

dolab

e)

çarxlar üzərində maili qapaqlı büro

42.

Hansı üslub sənətkarlıq və incəlik forma-larının gözəlliyi, qrotesklə gücləndirilmiş və ornamentlərlə bəzədilmiş bir-birinə sarmaşmış fantastik heyvanların, dəniz canlıların və quşların rəsmləri deməkdir?

a)

müasir

b)

mayolika

c)

marketri

d)

manerizm

e)

etnika

43.

Renessans dövrünün hansı böyük ustası manerizm üslubunu yaradaraq, klassik memarlığı və heykəltəraşlığı başqa yolla apardı?

a)

Leonardo Da Vinçi

b)

Donatello

c)

Mikelancelo

d)

Françesko Primatiçço

e)

Benvenuto Çellini

44.

İntibah dövrünün hansı memarı Florensiya kilsəsinin xor qalereyasında klassik rəsmin müxtəlif ahənglərindən istifadə edirdi?

a)

Mikelancelo

b)

Françesko Primatiçço

c)

Benvenuto Çellini

d)

Donatello

e)

Leonardo Da Vinçi

45.

Neçənci əsrdə interyerin, mebelin, gil, şüşə və metal əşyaların dekorunda yarpaqlardan qıvrımlar, şəbəkələr, hörükşəkilli naxışlar, qəndil mövzuları kimi ornamental mövzular üstünlük təşkil edirdi?

a)

XVII əsr

b)

XVI əsr

c)

XV əsr

d)

XIII əsr

e)

XIV əsr

46.

XV əsrin sonlarında interyerin, mebelin, gil, şüşə və metal əşyaların dekorunda hansı ornamental mövzular üstünlük təşkil edirdi?

a)

ornamentin ölçüləri böyüdülür, dəqiq və həcmli formalar, zəngin rəng ziddiyyətləri üstünlük təşkil edir, çox zaman bahalı ekzotik materiallardan, dalğavarı səthdə qeyri-xətti formalar və rəng oyunundan istifadə edilir

b)

ərəb və mavritan sənətkarlarının sayəsində arabesk və mavritan naxışları üstünlük təşkil edir

c)

klassik mövzulardan və həcmli heykəltəraşlıq təsvirlərindən istifadə edirdilər

d)

yarpaqlardan qıvrımlar, şəbəkələr, hörükşəkilli naxışlar, qəndil mövzuları

e)

məhəbbət səhnələri, şəhərkənarı mənzərələr, gəmilər, xarabalıqlar və ekzotika, çin, hind və türk ənənələrinin təsvirləri

47.

Neoklassisizm dövründə Fransada şüşənin hansı yeni növləri meydana gəldi?

a)

bərk şüşə

b)

kükürdlü şüşə, formada tökmə, opal şüşə

c)

“daş şüşə”

d)

şəffaf şüşə

e)

çatlamış şüşə

48.

Neoklassisizm dövründə alman yemək dəstləri hansı rəsmlərlə bəzədilirdi?

a)

məhəbbət səhnələri, şəhərkənarı mənzərələr, gəmilər, xarabalıqlar və ekzotika, çin, hind və türk ənənələrinin təsvirləri ilə

b)

döyüş, dəniz, əfsanəvi, təbiət mənzərələri, çiçəklər və quş rəsmləri ilə

c)

yarpaqlardan qıvrımlar, şəbəkələr, hörükşəkilli naxışlar, qəndil mövzuları ilə

d)

parlaq yaşıl yarpaqlar və stilləşdirilmiş heyvan fiqurları ilə

e)

arabesk və mavritan naxışları ilə

49.

Neoklassisizm dövründə keramika necə bəzədilirdi?

a)

kiçik miqyaslı və təkrarlanan naxışlarla

b)

çiçək və bitki təsvirlərlə, süni bəzəklərlə (lentlər, halqalar, medalyonlar)

c)

xırda çiçək ornamenti ilə

d)

əyri xətlərlə və yapon motivləri ilə

e)

geraldika rəsmləri və üslublaşdırılmış palıd yarpaqları ilə

50.

Fransada neçənci illərdə keramika sahəsində neoklassisizm üslubu meydana gəlmişdir?

a)

1730-cu illərdə

b)

1760-cı illərdə

c)

1750-ci illərdə

d)

1720-ci illərdə

e)

1740-ci illərdə