Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dİzayn Əsasları 200-250

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Hansı sənətkar ətir şüşələrindən savayı Art-Deko üslubunda qab-qacaq, maşın üçün talisman, yazı və tualet stolları, papiros çəkmək üçün ləvazimatlar, işıqlandırıcı cihazlar və memarlıq elementləri də istehsal edirdi?

a)

Andre Şarl Bul

b)

Rene Lalik

c)

Eylin Qrey

d)

Andre Mar

e)

Emil Rulman

2.

Hansı sənətkarın Art-Deko üslublu məmulatlarını naxışları üst tərəfdən rəngli xallarla bəzədilmiş südlü-opal və göyümtül sarı parıltı saxta və süni şüşədən olan məmulatlarını şəffaf, mat, birrəngli şüşədən düzəldirdilər?

a)

Andre Şarl Bul

b)

Rene Lalik

c)

Eylin Qrey

d)

Andre Mar

e)

Emil Rulman

3.

Ətriyyatçı Fransua Koti ilə birgə Art-Deko üslublu ətir şüşələri istehsal etməyə başlayan hansı sənətkar idi?

a)

Andre Şarl Bul

b)

Rene Lalik

c)

Eylin Qrey

d)

Andre Mar

e)

Emil Rulman

4.

Hansı sənətkar Art-Deko üslublu keramika məmulatları üzərindəki abstrakt rəsmlərin təsviri sahəsində mütəxəssis idi?

a)

Andre Şarl Bul

b)

Rene Lalik

c)

Eylin Qrey

d)

Andre Mar

e)

Emil Rulman

5.

Art-Deko üslublu hansı keramika məmulatları üçün abstrakt rəsmlərin təsviri səciyyəvi idi?

a)

qablar üçün

b)

daxili dekorlu qalındivarlı güldanlar, ətir şüşələri, səhənglər üçün

c)

vaza və qablar üçün

d)

keramik daşlar üçün

e)

keramik plitələr üçün

6.

Art-Deko üslubunda hansı motiv quş və heyvan formalarında hazırlanmış qəhvə, çay dəstləri, mücrü və qrafinlərin dekorunda məşhur oldu?

a)

qurbağa təsviri

b)

ilan təsviri

c)

əqrəb təsviri

d)

balıq təsviri

e)

xərçəng təsviri

7.

Art-Deko üslublu keramika məmulatları nə ilə dekorlanırdı?

a)

qorxunc bədheybətlərin təsvirləri ilə

b)

incil süjetləri və mifoloji süjetlər ilə

c)

heraldik təsvirlər ilə

d)

həndəsi ornament, çöl bitkiləri və heyvanların təsvirləri ilə

e)

fantastik məxluqların təsvirləri ilə

8.

Art-Deko üslublu keramika məmulatları hansı rəngli naxışlarla bəzədilirdi?

a)

qırmızı-qəhvəyi, çəhrayı rəngli

b)

ağ, qara rəngli

c)

yaşıl, qəhvəyi rəngli

d)

şux sarı, narıncı, qırmızı və göy rəngli

e)

çəhrayı, firuzəyi rəngli

9.

Art-Deko üslublu keramika məmulatları nə ilə seçilirdi?

a)

ekssentrik forması ilə

b)

düzgün olmayan forması ilə

c)

kiçik miqyaslı və təkrarlanan naxışlarla

d)

qeyri-adi həndəsi quruluşları ilə

e)

heraldik rəsmləri və üslublaşdırılmış palıd yarpaqları ilə

10.

Neçənci illərdən etibarən mebel funksional olmağa başladı?

a)

1980-ci illərdən etibarən

b)

1923ci illərdən etibarən

c)

1920-ci illərdən etibarən

d)

1916-ci illərdən etibarən

e)

1918-ci illərdən etibarən

11.

Art-Deko üslublu mebelin hazırlanması zamanı hansı bahalı materiallardan istifadə edilirdi?

a)

qara ağac, qızıl suyuna salınmış tunc

b)

faner,metal

c)

ağacın açıq rəngli növləri

d)

fil sümüyü, ilan və akula dərisi

e)

palisandr (fransız çəhrayı ağacı), atlaz, tünd-qırmızı zanbaq ağacı

12.

Art-Deko üslublu mebel nə ilə seçilirdi?

a)

mebelin formalarının əyilmiş və dalğavari formalara meyilli olması ilə

b)

inkrustasiya edilməməsi, oyma, rəsm və qızıllama ilə bəzədilməsi ilə

c)

milli nümunələrin və ağır möhkəm formaların, yaxud rəmzi tematikalı (mövzulu) dekorativ oymalar ilə

d)

dəqiq düzbucaqlı forması və zərif metal çərçivəsi ilə

e)

klassik proporsiyalara riayət etməsi ilə, incə zövq, ekzotik ağac növlərindən , inkrustasiyada bahalı materiallardan istifadə etməsi ilə

13.

Hansı ölkə Art-Deko dövrünün mebel istehsalında lider mövqe tuturdu?

a)

İspaniya

b)

Almaniya

c)

İtaliya

d)

ABŞ

e)

Fransa

14.

Hansı ölkələrin ayinləri Art-Deko dizaynına təsir göstərmişdir?

a)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyəti

b)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

c)

Rusiya ayinləri

d)

Klassik Yunanıstan və Roma ayinləri

e)

Çin və Yaponiya ayinləri

15.

Hansı xalqların mədəniyyəti fransız dizaynına təsir etdi?

a)

Çin və Yaponiya ayinləri

b)

Klassik Yunanıstan və Roma ayinləri

c)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

d)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyət

e)

Rusiya ayinləri

16.

1920-1930-cu illərin ABŞ göydələnlərində nə öz əksini tapdı?

a)

Klassik Yunanıstan və Roma ayinləri

b)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

c)

Çin və Yaponiya ayinləri

d)

Rusiya ayinləri

e)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyəti

17.

Rəssamlığın hansı üslubu Art-Dekoya güclü təsir göstərmişdir?

a)

dəzgah

b)

avanqard

c)

dekorativ

d)

miniatür

e)

monumental

18.

Art-Deko üslubu harada yaradılmışdır?

a)

Londonda

b)

Parisdə

c)

Milanda

d)

Moskvada

e)

Madriddə

19.

Müasir moderndə müşahidə edilən ən geniş yayılmış elementlərdən biri nədir?

a)

abstrakt rəsm

b)

həndəsi rəsm

c)

çiçəkli print

d)

animalistik printlər

e)

nəbati naxışlar

20.

Hansı görkəmli kuturye (yüksək dərəcəli modelyer) incəsənətdə modernizmlə maraqlanır və impressionistlərin rəsmlərini kolleksiya edirdi?

a)

Çarlz Vort

b)

Pol Puare

c)

Kristian Dior

d)

Elza Skiaparelli

e)

Jak Duse

21.

Modernizm üslubunda parçaların hazırlanması zamanı hansı metoddan istifadə edilirdi?

a)

manerizm

b)

marketri

c)

trafaret çap metodu

d)

vitraj

e)

batika

22.

Modernizm üslubunda metal məmulatlar necə forma almağa başlayır?

a)

oval

b)

bucaqlı

c)

mürəkkəb

d)

simmetrik

e)

sadə

23.

Hansı üslubda mebel əşyalarının çəki və həcminə - tam üzləmə və alüminium ayaqlardan istifadə edilməsinə - xüsusi əhəmiyyət verilirdi?

a)

barokko

b)

modernizm

c)

rokoko

d)

neoklassisizm

e)

Art-Nuvo

24.

Hansı üslubda stulların söykənəcəyi qamış və fanerdən hörülmüş əymə ağacdan hazırlanırdı?

a)

barokko

b)

modernizm

c)

rokoko

d)

neoklassisizm

e)

Art-Nuvo

25.

Hansı üsluba aid mebellər yüngül qatlama texnologiyasına malik olduqlarına görə onları gəmi göyərtəsində, orduda, ov ekspedisiyalarında istifadə etmək mümkün idi?

a)

barokko

b)

modernizm

c)

rokoko

d)

neoklassisizm

e)

Art-Nuvo

26.

Modernizmin eklektikasına hansı texniki nailiyyətlər təsir göstərmişdir?

a)

süni materialların yaradılması

b)

elektrik, telefon, minik avtomobili, səma uçuşları

c)

daxili yanma mühərrikinin meydana gəlməsi

d)

kinematoqrafın yaradılması

e)

ilk mexaniki saatların meydana gəlməsi

27.

Vyana sənətkarları parçalardan xalça, mebellərin üzlənməsi və geyimdən əlavə nə üçün istifadə edirdilər?

a)

yataq dəstinin hazırlanması üçün

b)

salfet, pərdə və lampa üstülərin (abajurların) hazırlanması üçün

c)

yüngül yorğanların hazırlanması üçün

d)

xüsusi geyimlərin hazırlanması üçün

e)

yataq örtüklərinin hazırlanması üçün

28.

Erkən modernizm dövründə xalçalar və parçalar arasında üslubların hansı müxəlifliyi mövcud idi?

a)

Amerika hindularının naxışları

b)

parlaq çiçəkli və abstrakt təsvirlər

c)

fantastik rəsmlər

d)

həndəsi rəsmlər

e)

naturalistik motivlər, hind xüsusiyyətləri

29.

Erkən modernizm dövründə metal məmulatları necə bəzədilirdi?

a)

həndəsi motivlərlə

b)

naxışlar, oyma, qabarıq relyef, yarımqiymətli daşlar və mina ilə

c)

abstrakt xətlər və naxışlar ilə

d)

qədim roma motivləri ilə

e)

təbiət motivləri ilə

30.

Erkən modernizm dövründə sənətkarlar hansı metallardan istifadə edirdilər?

a)

sink

b)

gümüş, mis

c)

qurğuşun

d)

alüminium

e)

xrom, qalay

31.

Erkən modernizm harada yaranmışdır?

a)

İngiltərədə

b)

Fransada

c)

İspaniyada

d)

İtaliyada

e)

Almaniyada

32.

Hansı dizayner postmodernizm üslublu geyimin innovasiyalı dizaynerlərdən biridir?

a)

Maykl Qreyvz

b)

Ettore Sotsasa

c)

Alessandro Mendini

d)

İssey Miyake

e)

Robert Venturi

33.

Postmodernizm üslubuna aid parça və xalçalarda hansı motivlər üstünlük təşkil edir?

a)

Qədim Yunan və Qədim Roma motivləri

b)

naturalistik motivlər, hindlərə məxsus xüsusiyyətlər

c)

şərq motivləri

d)

etnik, qrafiti, kolajları xatırladan təsvirlər, animasiya qəhrəmanlarının kobud rəsmləri

e)

qotik və memarlıq motivləri

34.

Hansı dizayner 1986-cı ildə postmodernizm üslublu “Konus” stulları yaratmışdır?

a)

Ettore Sotsasa

b)

Maykl Qreyvz

c)

Robert Venturi

d)

Ron Arad

e)

Alessandro Mendini

35.

Postmodernizm üslubunda fəaliyyət göstərən hansı dizayner öz işlərində ziddiyyətli əşyaları birləşdirmişdir?

a)

Ettore Sotsasa

b)

Maykl Qreyvz

c)

Robert Venturi

d)

Ron Arad

e)

Alessandro Mendini

36.

Postmodernizm özünü hansı incəsənət növündə daha ifadəli şəkildə göstərdi?

a)

rəssamlıqda

b)

memarlıqda

c)

heykəltəraşlıqda

d)

dekorativ-tətbiqi incəsənətdə

e)

qrafikada

37.

Postmodernist dizaynın tarixi çox zaman hansı italyan dizaynerlərin məhsulları ilə əlaqələndirilir?

a)

Salvator Ferraqamo və Emilio Puççi

b)

Ettore Sotsasa və Alessandro Mendini

c)

Franko Moskino və Valentino

d)

Emilio Puççi və Corcio Armani

e)

Missoni və Corcio Armani

38.

Postmodernist dizaynın tarixi çox zaman hansı amerikalı memar dizaynerlərin məhsulları ilə əlaqələndirilir?

a)

Frenk Geri və Valter Qropius

b)

Robert Venturi və Maykl Qreyz

c)

Mark Ceykobs və Betsi Conson

d)

Kelvin Klayn və Valter Qropius

e)

Kennet Ceyn Leyn və Tom Ford

39.

Neçənci ildə Londonda ilk dəfə olaraq “hippi dəbi”nin nümayişi keçirildi?

a)

1932-ci ildə

b)

1967-ci ildə

c)

1984-ci ildə

d)

1938-ci ildə

e)

1948-ci ildə

40.

Hansı modelyerin 1966-cı ilin yay kolleksiyasında “pop-art” üslublu şalvarlı kostyumlar və trikotajdan hazırlanmış, üzərində dodaq, ürək, qadın profilləri və bədən cizgiləri şəklində iri applikasiyalar olan donlar nümayiş etdirildi?

a)

Pol Puarenin

b)

İv Sen-Loranın

c)

Elza Skiaparellinin

d)

Kristian Diorun

e)

Çarlz Vortun

41.

1965-ci ildə İv Sen - Loran hansı rəssamın şəkillərinin motivləri əsasında yaradılmış dekoru iri rəngli damalar şəklində olan məşhur donlarını nümayiş etdirdi?

a)

Voytseh Babski

b)

Piter Mondrianın

c)

Alkasandr Balos

d)

Aurelio Bruni

e)

Uorren Çanq

42.

Neçənci ildə “İv Sen-Loran” dəb evinin ilk kolleksiyası nümayiş etdirildi?

a)

1932-ci ildə

b)

1962-ci ildə

c)

1984-cu ildə

d)

1938-ci ildə

e)

1948-ci ildə

43.

Neçənci illərdə Andre Kurrej, Pyer Karden, Meri Kvant kimi modelyerlər “qou-qou” uzunboğaz çəkmələrin təbliğatçıları idilər?

a)

1932-ci ildə

b)

1960-ci ildə

c)

1984-ci ildə

d)

1938-ci ildə

e)

1948-ci ildə

44.

Dizayner Kennet Ceyn Leyn hansı məşhur şəxsiyyətlər üçün unikal süni bəzək əşyaları yaratmışdır?

a)

Angela Merkel, Monika Belluçi, Eşli Mişel Qrin

b)

Jaklin Kennedi, Elizabet Teylor, Odri Hepbern

c)

Hillari Klinton, Melinda Geyts, Beyons

d)

Emi Paskal, Elis Uolton, Nikol Kidman

e)

Mişel Obama, Kristin Laqard, Fibi Tonkin

45.

Hansı dizayner 1963-cü ildə orijinal bijuteriya və eksklüziv ayaqqabılar istehsal edən firmasını açdı?

a)

Tom Ford

b)

Kennet Ceyn Leyn

c)

Betsi Conson

d)

Kelvin Klayn

e)

Mark Ceykobs

46.

1960-cı illərdə hansı dizayneri “bijuteriya kralı” adlandırırdılar?

a)

Tom Fordu

b)

Kennet Ceyn Leyni

c)

Betsi Consonu

d)

Kelvin Klaynı

e)

Mark Ceykobsu

47.

1960-cı illərdə hansı parçalar meydana gəldi?

a)

atlaz, bayka, məxmər, batist, zərxara

b)

plastik, lüreksli parçalar, vinil, krimplen, neylon, dederon, dralon, dakron, laykra, poliester və s.

c)

velür, drap, gipür, qatı parça

d)

kəşmir, krep, len, çit

e)

velvet, qabardin, cersi, sətin

48.

1960-cı illərdə hansı modelyerlər “op-art” (optik illüziya) üslublu ağ-qara qrafik rəsmli modellər təklif edirdilər?

a)

Tom Ford və Mark Ceykobs

b)

Ozzi Klark, Nina Riççi, Qi Laroş

c)

Betsi Conson, Kelvin Klayn, Donna Karan

d)

Janna Paken və Janna Laven

e)

Madlen Vionne, Koko Şanel, Vivyen Vestvud

49.

Amerikan dizayneri Rudi Hernrayxın 1966-cı ildə nümayiş etdirdiyi “Total Look” ansambllarının səciyyəvi xüsusiyyəti nə idi?

a)

cinslər, dama-dama köynəklər, həmçinin kovboyların geyindiyi şlyapalar və çəkmələrdən istifadə etmək

b)

enli biçimli uzun donlar

c)

uzun jaketlər, çox dar karandaş formalı ətəklər, balağı qatlanmış cins şalvarlar, kanotye şlyapalar, kiçicik broşlar, espodrillər və kiçik çantalar (klaçlar)

d)

corablar və ayaqqabılar da daxil olmaqla, kostyumun bütün elementlərinin naxışları heyvan dərisinin imitasiyası olması

e)

bir-birinə uyğunlaşmayan elementlər, qarışıq, standart olmayan detallar və hətta cəlbedici rəng çalarlarından istifadə edilərək hazırlanmış qeyri-adi geyimlər

50.

Hansı amerikan dizayneri ilk dəfə olaraq donların, ayaqqabıların və bəzək əşyalarının üzərində sintetika, vinil və plastikdən hazırlanan şəffaf haşiyələrdən istifadə etmişdir?

a)

Pyer Karden

b)

Rudi Hernrayx

c)

Andre Kurrej

d)

Pol Puare

e)

Pako Rabann