wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

mikroiqtisadiyyat 1-50

Total questions: 50

Worksheet time: 26mins

Name
Class
Date
1.

İki dəyişənin eyni istiqmaətdə dəyişməsini göstərən əyri:

a)

Yuxarı meyilli olur

b)

Şaquli xətdir

c)

Aşağı meyilli olur

d)

Kəsişən xətlərdir

e)

Üfiqi xətdir

2.

Koordinat sistemində əks olunan təhlil aiddir:

a)

iki dəyişənli qrafiklərə

b)

əlaqəsiz dəyişənlərin təhlilinə

c)

düzmünasib dəyişənlər qrafikinə

d)

tərsmünasib dəyişənlər qrafikinə

e)

Tək dəyişənli qrafiklərə

3.

Əgər yeni texnologiya tətbiq olunarsa onda istehsal imkanların əyrisi:

a)

Sola yerini dəyişər

b)

Dəyişməz qalar

c)

Çökük olar

d)

Daha qabarıq olar

e)

Sağa yerini dəyişər

4.

İstehsal imkanları əyrisində məhsullardan birinin istehsalının artmasına uyğun olaraq:

a)

Digər məhsulun istehsalının həcmi sabit qalır

b)

Digər məhsulun istehsalı aşağı düşür

c)

Gəlirlər artır

d)

Digər məhsulun istehsalı dayandırılır

e)

Digər məhsulun istehsalı artır

5.

Mövcud olan istehsal faktorları və istehsal texnologiyasını istifadə edərək iqtisadiyyatın əldə edə biləcəyi istehsal miqdarlarının kombinasiyasını göstərən model, adlanır:

a)

Dövri-axın

b)

Tələb funksiyası

c)

İstehsal imkanları həddi

d)

İqtisadi artım

e)

Təklif funksiyası

6.

İstehsal imkanları həddi modelinin məzmunu:

a)

İqtisadi münasibətlərin formalaşmış adət-ənənələr əsasında necə idarə olunduğunu göstərir

b)

Mövcud olan istehsal faktorları və istehsal texnologiyasını istifadə edərək iqtisadiyyatın əldə edə biləcəyi istehsal miqdarlarının kombinasiyasını göstərir.

c)

Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizual modeldir.

d)

Dövlət mülkiyyətinin xüsusi çəkisinin çox yüksək olduğu iqtisadiyyatdır

e)

Çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmət bazarlarında qarşılıqlı münasibətlərinin dövlət tərəfindən necə idarə olunduğunu göstərir

7.

Ailə…

a)

Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən və istehsal amillərinin mülkiyyətçisi olan iqtisadi subyektdir

b)

Əmtəə və xidmətlərin istehsalı yolu ilə istehsal amillərindən istifadə etməklə öz mənafelərini reallaşdıran təsərrüfat subyektdir

c)

Əmtəə və xidmətləri istehsalı və reallaşdırılması yolu ilə istehsal amillərindən istifadə etməklə öz mənafelərini reallaşdıran təsərrüfat subyektidir

d)

Pul fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsilə əlaqədar öz mənafelərini reallaşdıran təsərrüfat subyektidir

e)

Əmtəə və xidmətlərin reallaşdırılması yolu ilə öz mənafelərini reallaşdıran təsərrüfat subyektidir

8.

Müstəqil qərarlar qəbul edən, öz tələbatlarını maksimum ödəməyə cəhd edən və istehsal amillərinin mülkiyyətçisi olan iqtisadi subyekt:

a)

Ailə

b)

Dövlət

c)

Müəssisə

d)

Firma

e)

Bank

9.

Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizual model, adlanır...

a)

İstehsal imkanları həddi

b)

Təklif funksiyası

c)

İqtisadi artım

d)

Tələb funksiyası

e)

Dövri-axın

10.

Dövri-axın diaqramının məzmunu:

a)

Çoxlu müəssisə və ailə təsərrüfatlarının əmtəə və xidmət bazarlarında qarşılıqlı münasibətlərinin dövlət tərəfindən necə idarə olunduğunu göstərir

b)

Bazarlar vasitəsilə ailələr və müəssisələr arasında pulun necə hərəkət etdiyini göstərən vizual modeldir.

c)

İqtisadi münasibətlərin formalaşmış adət-ənənələr əsasında necə idarə olunduğunu göstərir

d)

Dövlət mülkiyyətinin xüsusi çəkisinin çox yüksək olduğu iqtisadiyyatı göstərir

e)

Tələblə qiymət arasındakı əlaqəni göstərir

11.

Müxtəlif ölkələrdə həyat səviyyəsində olan fərqliliyin səbəbi:

a)

Müxtəlif ölkələrdəki əhali artımındakı fərqlər

b)

Həmin ölkələrin malik olduğu təbii resursların səviyyəsindəki fərqlər

c)

Fiziki kapitaldakı fərqlər

d)

Müxtəlif ölkələrdə təhsil səviyyəsindəki fərqlər

e)

Məhsuldarlıqdakı fərqlər

12.

Ölkədəki həyat səviyyəsi (həyat standartı) ....

a)

İdxalın səviyyəsindən asılıdır

b)

Həmin ölkənin malik olduğu təbii resursların səviyyəsindən asıldır

c)

İxracın səviyyəsindən asılıdır

d)

Həmin ölkənin əhalisinin sayından asılıdır

e)

Həmin ölkənin əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır.

13.

Yan (kənar) təsir və bazar gücü ilə müəyyən olunur:

a)

Bazar iflası

b)

Qıtlıq

c)

İnflyasiya

d)

Səmərəlilik

e)

Ədalətlilik

14.

Bazarın iflası müəyyən olunur:

a)

Bazar gücü və fayda ilə.

b)

Fayda və məsrəf ilə

c)

Qiymət və rəqabət ilə

d)

Tələb və təklif ilə

e)

Yan (kənar) təsir və bazar gücü ilə

15.

İqtisadi rifahın cəmiyyət üzvləri arasında adil (bərabər) surətdə bölüşdürülməsi xüsusiyyəti – adlanır:

a)

Səmərəlilik

b)

Faydalılıq

c)

Qıtlıq (məhdudluq)

d)

Ədalətlilik

e)

Sonsuzluq

16.

Bazar iqtisadiyyatında ədalətliliyin məzmunu:

a)

Əmək məhsuldarlığının aşağı düşməsidir

b)

Cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyəti

c)

Cəmiyyətin insanların malik olmaq istədiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir

d)

Nəticənin xərclərə olan nisbətinin azalmasıdır.

e)

İqtisadi rifahın cəmiyyət üzvləri arasında adil (bərabər) surətdə bölüşdürülməsi xüsusiyyəti

17.

Cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyəti – adlanır:

a)

Qıtlıq (məhdudluq)

b)

Ədalətlilik

c)

Faydalılıq

d)

Səmərəlilik

e)

Sonsuzluq

18.

İstehsalın səmərəliliyinin məzmunu:

a)

Iqtisadi rifahın cəmiyyət üzvləri arasında bərabər surətdə bölüşdürülməsi xüsusiyyətidir.

b)

Cəmiyyətin insanların malik olmaq istədiyi bütün əmtəə və xidmətləri istehsal edə bilməməsidir

c)

Nəticənin xərclərə olan nisbətinin azalmasıdır.

d)

Əmək məhsuldarlığının aşağı düşməsidir

e)

Cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir.

19.

Q.Mənkyunun fikrinə görə, iqtisadiyyat dedikdə....

a)

Öz həyatlarını yaşayarkən qarşılıqlı əlaqələr quran bir qrup insan nəzərdə tutulur.

b)

İqtisadi münasibətlərin məcmusu nəzərdə tutulur

c)

Xalq təsərüfatının müxtəlif sahələrinin məcmusu nəzərdə utulur

d)

Maddi nemətlər yaradan sahələrin məcmusu nəzərdə tutulur

e)

Maddi və qeyri-maddi nemətləri yaradan sahələrin məcmusu nəzərdə tutulur

20.

Cəmiyytin malik olduğu sərvətlərin məhdud olma xüsusiyyəti - adlanır:

a)

Ədalətlilik

b)

Qıtlıq (məhdudluq)

c)

Faydalılıq

d)

Sonsuzluq

e)

Səmərəlilik

21.

Qıtlığın (məhdudluğun) məzmunu:

a)

Sənayeləşmə sisteminin səciyyəsi

b)

Təkrar istehsalın xarakteristikası

c)

İqtisadiyyatın xarakteristikası

d)

Amirlik sisteminin səciyyəsi

e)

Cəmiyytin malik olduğu sərvətlərin məhdud olma xüsusiyyəti

22.

Aşağıdakı təriflərdən hansı “Ekonomiks” elmini ifadə edir?

a)

İqtisadi münasibətlər sistemini öyrənən elm sahəsidir

b)

Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etdiyini öyrənən elm sahəsidir

c)

Maddi nemətlərin təkrar istehsal prosesini öyrənən elmdir

d)

Milli sərvətin istehsalını və mübadiləsini öyrənən elmdir

e)

İstehlakçının əmtəə və xidmətlərin istehlakından aldığı faydanı öyrənən elmdir

23.

Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etdiyini öyrənən elm sahəsi –adlanır:

a)

İqtisadi nəzəriyyə

b)

İqtisadi siyasət

c)

Siyasi iqtisad

d)

Ekonomiks

e)

Ekonometrika

24.

İstehsal imkanları əyrisinin çöl tərəfində olan nöqtə....

a)

Maddi ehtiyatların tam istifadə olunmasını göstərir

b)

Dəyişməz texnologiya və mövcud ehtiyatların tam istifadə edilməsini göstərir

c)

Əmək resurslarının tam istifadə olunmasını göstərir

d)

Tətbiq olunan ehtiyatların kəmiyyətinin artmasını göstərir

e)

İqtisadi resurslar qıt olduğuna görə, istehsal olunması mümkün olmayan miqdarı göstərir

25.

İstehsal imkanları əyrisinin altında qalan nöqtə....

a)

Tam məşğulluğun olduğu nöqtə

b)

Xərclərin minimuma endirildiyi nöqtə

c)

Resursların əlçatan olmadığı nöqtə

d)

Resurslardan tam istifadə edildiyini göstərən nöqtə

e)

Resurslardan tam istifadə edilmədiyini göstərən nöqtə

26.

İstehsal imkanları əyrisində iqtisadi ehtiyatların səmərəli istifadəolunmasını göstərən nöqdə yerləşir:

a)

İstehsal imkanları əyrisi daxilində

b)

Istehsal imkanları əyrisi üzərində

c)

Istehsal imkanları əyrisindən yuxarıda

d)

Bunlardan heç biri

e)

Bunların hamısı

27.

Əmtəə və xidmətlər bazarında:

a)

Ailələr satır, müəssisələr alır

b)

Müəssisələr satır.

c)

Ailələr alır , müəssisələr alır

d)

Ailələr alır, müəssisələr satır

e)

Ailələr satır, müəssisələr satır

28.

İstehsal amilləri bazarında:

a)

Ailələr satır.

b)

Ailələr satır, müəssisələr alır

c)

Ailələr alır, müəssisələr satır

d)

Ailələr satır, müəssisələr satır

e)

Ailələr alır , müəssisələr alır

29.

Dövri-axın diaqramına daxil olan bazarlar:

a)

Pul bazarı və resurslar bazarı

b)

İş qüvvəsi bazarı və pul bazarı

c)

İstehsal amilləri bazarı, əmtəə və xidmətlər bazarı

d)

Valyuta bazarı, əmtəə və xidmətlər bazarı

e)

İnformasiya bazarı və istehlak bazarı

30.

Q.Məkyunun “Ekonomiksin əsasları” dərsliyində geniş təhlil olunan modellər...

a)

Sadə və geniş təkrar istehsal modelləri

b)

Dövri-axın diaqramı və istehsal imkanları həddi

c)

Marşal və Valras modelləri

d)

düzgün cavab yoxdur

e)

Laffer və Lorens modelləri

31.

Q.Məkyunun “Ekonomiksin əsasları” dərsliyində geniş təhlil olunan modellərin sayı:

a)

dörd

b)

altı

c)

səkkiz

d)

Iki

e)

On

32.

Məhsuldarlığın məzmunu:

a)

Bir işçinin vaxtının hər saatında istehsal edilən əmtəə və xidmətlərin miqdarıdır

b)

İqtisadiyyatda qiymətlərin ümumi səviyyəsindəki artımdır.

c)

Vahid zamanda məhsula çəkilən məsrəfin miqdarıdır

d)

Pul kütləsinin artmasıdır

e)

Vahid məhsula çəkilən ictimai-zəruri əməyin miqdarıdır

33.

Bazar iqtisadiyyatının “görünməz əl” lə idarə olunması ideyasının müəllifi:

a)

A.Marşal

b)

K.Marks

c)

Xəjələt Smit

d)

Q.Mənkyu

e)

D. Rikardo

34.

A.Smitin nəzəriyyəsinə görə, bazar iqtisadiyyatı idarə olunur....

a)

“Görünməz əl” vasitəsilə

b)

Firmalar tərəfindən

c)

“Görünən əl” vasitəsilə

d)

Ailə təsərrüfatları tərəfindən

e)

Dövlət tərəfindən

35.

Marjinal faydanı düşünən insanlar....

a)

Rasional insanlar

b)

Kamil insanlar

c)

Uzaqgörən insanlar

d)

Düşüncəsiz insanlar

e)

Savadsız insanlar

36.

Rasional insanlar qərar qəbul edərkən....

a)

Marjinal faydanı düşünürlər.

b)

Marjinal məsrəfləri düşünürlər

c)

Çəkdikləri məsrəfləri düşünürlər

d)

Məcmu məsrəfləri düşünürlər

e)

Nail ola biləcəkləri faydanı düşünürlər

37.

Bir əşyanın alternativ dəyəri ....

a)

Pulun miqdarı ilə ölçülür

b)

Onu əldə etmək üçün imtina olunanlarla ölçülür.

c)

Ona sərf olunmuş əməyin miqdarı ilə ölçülür

d)

Ona sərf olunmuş maddi resursların miqdarı ilə ölçülür.

e)

Ona sərf olunmuş iş vaxtı ilə ölşülür

38.

“Ekonomiks” sözünün mənası:

a)

Maddi nemətlər istehsalını idarə edən

b)

Maddi və qeyri-maddi nemətlər istehsalını idarə edən

c)

Xidmətlər istehsalını idarə edən

d)

Ailə təsərrüfatını idarə edən

e)

Qeyri-maddi nemətlər istehsalını idarə edən

39.

Q.Mənkyunun fikrinə görə “Ekonomiks”.....

a)

İqtisadi münasibətləri öyrənən elm sahəsidir

b)

Milli sərvətlərin yaranması və bölgüsünü öyrənən elm sahəsidir

c)

Xidmət sferasını öyrənən elm sahəsidir

d)

Cəmiyyətin öz qıt sərvətlərini necə idarə etdiyini öyrənən elm sahəsidir.

e)

Mülkiyyət münasibətlərini öyrənən elm sahəsidir

40.

İki dəyişənli qrafiklər əks etdirir:

a)

Tək dəyişənli qrafiklərin əlaqəsini

b)

İki mənbədən əldə edilmiş informasiyanı

c)

Ümumiləşdirilmiş informasiyanı

d)

Bir mənbədən əldə edilmiş informasiyanı

e)

Bir qrafikdə iki dəyişənin asılılığını

41.

Tək dəyişənli qrafiklər əks etdirir:

a)

Ümumiləşdirilmiş informasiyanı

b)

Yalnız bir dəyişən haqqında informasiyanı

c)

Yalnız bir mənbədən götürülən informsiyanı

d)

Konkret dövrə aid olan informasiyanı

e)

Yalnız rəsmi informasiyanı

42.

Dəyişənlərin sayından asılı olaraq qrafiklərin növlərinə aiddir:

a)

Tək dəyişənli və ikidəyişənli

b)

Çox dəyişənli və az dəyişənli

c)

İki və daha artıq dəyişənli

d)

Asılı olan və asılı olmayan dəyişənli

e)

Bir təsirli və çox təsirli

43.

İqtisad elminin inflyasiya, işsizlik və iqtisadi böyümə kimi bütün iqtisadiyyatı əhatə edən fenomenlərini öyrənən sahəsi – adlanır:

a)

Mezoiqtisadiyyat

b)

Makroiqtisadiyyat

c)

Meqoiqtisadiyyat

d)

Mikroiqtisadiyyat

e)

Ümumi iqtisadiyyat

44.

İqtisadi nəzəriyyənin sahəsi kimi makroiqtisadiyyat öyrənir:

a)

İnflyasiya, işsizlik və iqtisadi böyümə kimi bütün iqtisadiyyatı əhatə edən fenomenləri

b)

Sahibkarlıq və iqtisadiyyatda onun rolunu

c)

Cəmiyyətin iqtisadi inkişafının qlobal meyillərini

d)

Ailələr və müəssisələrin necə qərar verdiklərini və onların bazarlarda qarşılıqlı əlaqəsini

e)

Bazar mexanizminin ayrı-ayrı elementlərini

45.

İqtisad elmininailələr və müəssisələrin necə qərar verdiklərini və onların bazarlarda qarşılıqlı əlaqəsiniöyrənən sahəsi - adlanır:

a)

Meqoiqtisadiyyat

b)

Ümumi iqtisadiyyat

c)

Makroiqtisadiyyat

d)

Mezoiqtisadiyyat

e)

Mikroiqtisadiyyat

46.

İqtisad elminin bir sahəsi kimi mikroiqtisadiyyat öyrənir:

a)

Dünya birliyində iqtisadi münasibətləri

b)

Milli iqtisadiyyat səviyyəsində baş verən prosesləri

c)

Ailələr və müəssisələrin necə qərar verdiklərini və onların bazarlarda qarşılıqlı əlaqəsini

d)

Dövlət və təsərrüfat sahələri arasında yaranan iqtisadi əlaqələri

e)

Ayrı-ayrı firmaların iqtisadi davranışını

47.

Q.Mənkyunun “Ekonomiksin əsasları” dərsliyində iqtisadiyyat elminin əsas sahələri:

a)

Mikroiqtisadiyyat və mezoiqtisadiyyat

b)

Mikroiqtisadiyyat və makroiqtisadiyyat

c)

Makroiqtisadiyyat və meqoiqtisadiyyat

d)

Mikroiqtisadiyyat və meqoiqtisadiyyat

e)

Makroiqtisadiyyat və mezoiqtisadiyyat

48.

Düz xətli bitərəflik əyrilərinə malik olan əmtəələr – adlanır:

a)

normal əmtəələr

b)

keyfiyyətsiz əmtəələr

c)

mükəmməl tamamlayıcı əmtəələr

d)

lüks əmtəələr

e)

mükəmməl əvəzedici əmtəələr

49.

Mükəmməl əvəzedici əmtəələrə aiddir:

a)

stabil оlaraq tələbi çоx оlan əmtəə

b)

istehlakçının pul gəlirinin dəyişilməsi ilə оna оlan tələbin tərs mütənasib asılılıqda dəyişdiyi əmtəə

c)

düz xətli bitərəflik əyrilərinə malik olan əmtəələr

d)

stabil оlaraq tələbi az оlan əmtəə

e)

qiymətlərin dəyişilməsi ilə оnlara tələbin dəyişmədiyi əmtəələrdir

50.

Hansı qrafik istehlakçının imkanını göstərir?

a)

təklif qrafiki

b)

büdcə məhdudiyyəti

c)

faydalılıq xətti

d)

bitərəflik əyrisi

e)

tələb qrafiki