Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Mikroiqtisadiyyat 300-350

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Əməyə olan tələb əyrisinin yerdəyişməsinə səbəb olur:

a)

məhsuldarlığın marjinal dəyərinin dəyişməsi

b)

işçilərin əmək haqqının dəyişməsi

c)

əhali imiqrasiya nəticəsində

d)

tələblə təklifin bərabərləşməsi

e)

istehsal olunan əmtəənin qiyməti

2.

Mənfəəti maksimumlaşdıran firmanın işçi qüvvəsinin miqdarını seçmək şərti:

a)

P = MC

b)

MPL = MC

c)

P > MC

d)

P < MC

e)

MPL > MC

3.

İstehsal amillərinin miqdarıilə istehsal olunmuş əmtəələrin həcmi arasında əlaqəni əks etdirir:

a)

istehsal funksiyası

b)

istehsal amillərinə olan tələbi

c)

istehsal amilinin məhsuldarlığı

d)

istehsal amilinin marjinal məhsuldarlığı

e)

azalan marjinal məhsuldarlıq qanunu

4.

Marjinal məhsuldarlığın dəyəri (gəliri):

a)

mənfəətin artan miqdarını göstərir

b)

düzgün cavab yoxdur

c)

istehsal amillərinin marjinal məhsuldarlığı ilə əldə olunan əmtəənin bazar qiymətinin hasilinə bərabərdir

d)

bir əmtəənin satışından əldə olunan gəlirdir

e)

əmtəələrin satışından əldə olunan ümumi gəlirdir

5.

Azalan marjinal məhsuldarlıq göstərirki:

a)

istehsal amillərinin miqdarı müəssisənin ölçülərindən asılıdır

b)

marjinal məhsuldarlıq istehsal artdıqca azalır

c)

istehsal amillərinin miqdarı artdıqca onun marjinal məhsuldarlığı azalır

d)

istehsal olunmuş məhsulun miqdarı artdıqda gəlir çoxalır

e)

istehsal olunmuş məhsulun miqdarı artdıqca gəlir azalır

6.

Əməyin marjinal məhsuldarlığı:

a)

məhsuldarlığın hesablanması metodunu

b)

istehsal olunmuş məhsulların həcmidir

c)

əmtəə təklifinin həcmidir

d)

bir işçinin istehsal etdiyi məhsulun miqdarıdır

e)

əlavə bir vahid əməkdən əldə olunan istehsalın artım miqdarıdır

7.

İstehsal funksiyası nəyi əks etdirir ?

a)

firmanın əmtəə təklifini

b)

firmanın istehsal amillərinə tələbi

c)

istehsal amillərinin səmərəliliyini

d)

istehsal amillərinin miqdarı ilə istehsal olunmuş əmtəələrin həcmi arasındakı əlaqəni

e)

satışdan əldə olunan məbləğlə xərclərin fərqini

8.

İstehsal amillərinə tələbin əmtəə bazarlarındakı tələbdən fərqli cəhəti:

a)

tələbi alıcılar yaradır

b)

tələb törəmə tələbdir

c)

tələb əyrisi aşağı meyilli xətdir

d)

fərq yoxdur

e)

qiymətlə tələb tərs mütənasibdir

9.

Əsas istehsal amillərinə aiddir?

a)

əmək, torpaq, kapital

b)

xərclər, gəlirlər, mənfəət

c)

əmək haqqı, mənfəət, renta, faiz

d)

əsas kapital, dövriyyə kapitalı, əmək haqqı

e)

sabit və dəyişən xərclər

10.

İstehsal amilləri nədir ?

a)

sahibkarların mülkiyyətində olan amillər

b)

müəssisənin alınması üçün avans edilmiş kapital

c)

əmtəə və xidmətlərin istehsalında istifadə edilələn amillər

d)

sahibkarların avadanlıqlarının alınmasına çəkdiyi xərclər

e)

istehsal infrastrukturu elementləri

11.

Aşağıdakılardan hansı tarazlıq əmək haqqını müəyyən edən amillərə aiddir:

a)

insan kapitalı;

b)

super ulduz fenomeni.

c)

qabiliyyət, çalışqanlıq və bəxt

d)

bütün cavablar doğrudur

e)

fərqlərin kompensasiya olunması;

12.

Tarazlıq əmək haqqını müəyyən edən amillərdən biri:

a)

bütün cavablar doğrudur

b)

super ulduz fenomenidir

c)

əməyə olan tələbinin azalması

d)

əmək təklifinin olması

e)

düzgün cavab yoxdur

13.

İxtisaslı işçilərlə ixtisassız işçilərin gəlirləri arasındakı fərqin kəskin artmasının səbəbi nədir?

a)

əməyə olan tələbin artması

b)

immiqrasiya prosesi

c)

düzgün cavab yoxdur

d)

beynəlxalq ticarətin artması və texnoloji dəyişikliklər

e)

bütün cavablar doğrudur

14.

Qabiliyyət, çalışqanlıq və bəxtin əmək haqqının müəyyən edilməsində rolu nə qədərdir?

a)

azdır

b)

çoxdur

c)

bütün cavablar doğrudur

d)

düzgün cavab yoxdur

e)

müəyyən etmək çox çətindir

15.

Aşağıdakılardan hansı tarazlıq əmək haqqını müəyyən edən amillərə aiddir?

a)

bütün cavablar doğrudur

b)

həmkarlar təşkilatının olması

c)

düzgün cavab yoxdur

d)

qabiliyyət, çalışqanlıq və bəxt

e)

əmək təklifinin səviyyəsi

16.

İnsan kapitalı nədir?

a)

düzgün cavab yoxdur

b)

təhsil və ya iş zaman əldə edilən biliklər formasında insanda toplanmış investisiyalardır.

c)

əmək təklifidir

d)

istehsal prosesində təcrübətoplamaqdır

e)

bütün cavablar doğrudur

17.

Tarazlıq əmək haqqını müəyyən edən amillərdən biri:

a)

əmək təklifidir

b)

bütün cavablar doğrudur

c)

əməyə olan tələbdir

d)

düzgün cavab yoxdur

e)

insan kapitalıdır

18.

Fərqlərin kompensasiya edilməsi :

a)

bütün cavablar doğrudur

b)

etnik mənsubiyyətə görə əmək haqqındakı fərqlərdir

c)

irqi mənsubiyyətindən asılı olaraq əmək haqqındakı fərqlərdir

d)

yaş əlamətlərinə görə əmək haqqındakı fərqlərdir

e)

müxtəlif işlərin qeyri-pul xüsusiyyətlərini kompensasiya etmək üçün əmək haqlarında olan fərqdir.

19.

Tarazlıq əmək haqqını müəyyən edən amillərdən biri:

a)

düzgün cavab yoxdur

b)

əməyə olan tələbdir

c)

əmək təklifidir

d)

fərqlərin kompensasiya olunmasıdır;

e)

bütün cavablar doğrudur

20.

Əmək haqqının formalaşması asılıdır:

a)

bütün cavablar doğrudur

b)

əməyə olan tələbdən

c)

əmək təklifindən

d)

əmək təklifi və tələbinin qarşılıqlı münasibətindən;

e)

düzgün cavab yoxdur

21.

Dünya üzrə qeyri-bərabərlik hansı ölkələrdə daha azdır:

a)

ölkədən asılı olmayaraq gəlirlər həmişə bərabər bölünür

b)

ən ədalətli bölgü əhalisi daha yoxsul olan ölkələrdədir

c)

hər bir dövlət gəlirlərin bərabər bölgüsünü təmin edən tədbirlər həyata keçirir

d)

inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə nisbətən daha bərabər gəlir bölgüsünə malikdir

e)

inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələrə nisbətən daha bərabər gəlir bölgüsünə malikdir

22.

Dövlət minimum əmək haqqı qərarı qəbul etdikdə əmək bazarında:

a)

təklif artır tələb azalır

b)

tələb və təklif bərabərləşir

c)

marjinal məhsuldarlığın azalması qanunu fəaliyyət göstərir

d)

tələb artır tələb azalır

e)

istehsal funksiyası yastılaşır

23.

“Görünməz əl” sərvətləri səmərəli bölüsdürə bilmədikdə görülməli tədbir:

a)

dövlət ədalətli bölüsdərməni təmin ermək üçün siyasi tədbirlər həyata keçirilməlidir

b)

Bazarlara polis nəzarəti təmin edilməlidir

c)

dövlət maarifləndirmə tədbirləri həyata keçirilməlidir

d)

dövlət xarici ticarəti inkişaf etdirməlidir

e)

“Görünməz əl” haqqında qanun qəbul edilməlidir

24.

Neqativ gəlir vergisi:

a)

yüksək gəlirli ailələrdən vergi tutan, gəlirləri az olan ailələrə isə müavinət verən vergi sistemidir

b)

gəlirin artması ilə yüksək vergi dərəcəsinin təyin edilməsi sistemidir

c)

gəlirin səviyyəsindən asılı olmayaraq tədbiq olunan eyni vergi dərəcəsidir

d)

gəlirin artması ilə aşağı vergi dərəcəsinin təyin edilməsi sistemidir

e)

ev təsərrüfatlarının gəlirlərinə təyin edilən vergi

25.

Sosial təminat:

a)

yoxsul ailələrə natural formada müavinətlərdir

b)

yardımın təyin edilməsi meyarıdır

c)

işsizliyə görə müavinətlərdir

d)

ehtiyacı olanların gəlirlərinin artırılması üzrə dövlət proqramlarıdır

e)

gəlirlərin minimum həddidir

26.

Liberalizmin maksimum kriteriyası :

a)

əhalinin daha çox gəlir əldə etməsinə şərait yaratmaq

b)

cəmiyyətdəki hər bir kəsin faydasnı maksimallaşdırmaq

c)

bütün ailələrin gəlirlərinə eyni vergi dərəcəsinin tətbiq edilməsi

d)

ən yüksək gəlirili ailələrin vergilərə cəlb olunması

e)

dövlətin, cəmiyyətin ən yoxsul üzvlərinin rifahının yüksəldilməli olduğunu nəzərdə tutan iddia

27.

Utilitarlara görə fayda anlayışı:

a)

gəlirlə xərc arasında fərqdir:

b)

xöşbəxtlik və ya rifahın ölçüsüdür.

c)

istaehlak olunan əmtəələrin alternativ dəyəriistaehlak olunan əmtəələrin alternativ dəyəri

d)

istehsalçının əldə etdiyi mənfəət

e)

istehlakçının əldə etdiyi mənfəət

28.

Utilitarizmin dayaq nöqtəsi:

a)

əməyin morjinal məhsuldarlığı

b)

yoxsulluğun aradan qaldırılması

c)

gəlirlərin təkrar bölgüsündə bazar mexanizmi

d)

gəlirlərlə məhsuldarlığın qarşılıqlı əlaqəsi

e)

fayda anlayışı-xöşbəxtlik və ya razılığın ölçüsü

29.

Gəlirlərin təkrar bölüşdürülməsinin siyasi fəlsəfəsində baxışlara aiddir:

a)

dövlətin iqtisadi siyasəti

b)

monetarizm, liberalizm, institusionalizm

c)

utilitarizm, liberalizm, libertarianizm

d)

merkantelizm, marjinalizm, marksizm

e)

klassik və neoklassik

30.

Daimi gəlirlər:

a)

ailədə işləyənlərin bütün formalarda əldə etdiyi gəlirlər

b)

ailənin real gəlirləri

c)

təsadüfi gəlirləri nəzərə almaqla ailə gəliri

d)

vergiləri çıxmaqla hesablanan gəlirlər.

e)

insanın normal ömürlük orta gəliridir.

31.

Natura formasında müavinətlərə daxildir:

a)

ailənin yaşaması üçün zəruri əmtəə və xidmətlər

b)

istehlak səbətinin müəyyənləşdirən normativlər

c)

nəğd pul formasında deyil əmtəə və xidmətlər formasında yoxsullara verilən müavinətlər

d)

ailə gəlirlərinə əlavə edilə bilən əmtəələr

e)

istehlak edilən əmtəələrin fiziki həcmi

32.

Əhali qrupları üzrə yoxsulluq dərəcəsini müəyyənləşdirdikdə nəzərə alınmalı amillər:

a)

irqlə əlaqədar, yaşla əlaqədar, ailə tərkibi ilə əlaqədar

b)

minimum əmək haqqı səviyyəsi

c)

iş yerlərinin sayı, sahə quruluşu, artım tempi

d)

ərazinin ölçüləri, iqlim şəraiti, əhali sıxlığı

e)

mənfəət, renta, faiz

33.

Yoxsulluq həddi:

a)

dövlət tərəfindən hər bir ailə ölçüsü üçün müəyyən olunmuş və ondan aşağıda olan ailələrin yoxsul hesab edildiyi mütləq gəlir səviyyəs

b)

işçi qüvvələrinin təkrar istehsalını təmin edən gəlir səviyyəsi

c)

ailənin zəruri yaşayış vasitələrinin qiymətləri cəmi.

d)

istehlak səbəbinin səviyyəsi

e)

varlı və yoxsul ailələrin gəlirləri fərqi

34.

Yoxsulluq dərəcəsi:

a)

yoxsul ailələrin ailələrin ümumi sayında xüsusi çəkisi

b)

əhalinin ailə gəlirləri mütləq yoxsulluq həddindən aşağı olan faiz

c)

ailələrin qruplar üzrə gəlirlərinin ümumi gəlirlərdə xüsusi çəkisi.

d)

yoxsul ailələrin sayının varlı ailələrin sayına nisbəti

e)

varlı ailələrin sayının yoxsul ailələrin sayına nisbəti

35.

Ultimatum oyununda az da olsa ədalətliliyi təmin etmək necə reallaşdırıla bilər?

a)

oyunçulara sərbəstlik verməklə oyunun şərtlərinə əməl etməmək;

b)

oyuna müəyyən ciddi inzibati şərtlər tətbiq etmək;

c)

oyundan imtina etmək.

d)

oyunu real insanın maraqlarına uyğun yenidən təşkil etmək;

e)

mükafatın məbləğini artırmaq;

36.

Firma nə üçün işçilərə tarazlı əmək haqqından daha çox əmək haqqı ödəmək qərarına gələ bilər?

a)

işçilərin işə həvəssiz yanaşma, tətil və hətta vandalizm əməllərinin qarşısını almaq üçün;

b)

edilən müraciətləri nəzərə almaqla;

c)

dövlətin sosial siyasətinin təsiri altında;

d)

firmanın işçilərinin rufahını yüksəltmək üçün.

e)

ədalətli bölgünü reallaşdırmaq üçün;

37.

Herbert Saymon insanları necə adlandırmağı təklif etmişdir?

a)

qənaətcil;

b)

rasional maksimallaşdırıcı.

c)

səmərələşdirici;

d)

məhdud rasional;

e)

kifayətləndirici

38.

Davranışın iqtisadi nəzəriyyəsi elmində hansı elmlər birləşir?

a)

iqtisadi nəzəriyyə və fəlsəfə;

b)

iqtisadi nəzəriyyə və pedoqoqika;

c)

iqtisadi nəzəriyyə və psixologiya;

d)

iqtisadi nəzəriyyə və sosiologiya;

e)

iqtisadi nəzəriyyə və politologiya.

39.

K.Arrouna görə müxtəlif nəticələr arasında cəmiyyətin seçim etməsi üçün seçim hansı xüsusiyyətlərə malik olmalıdır?

a)

aşkarlıq, ədalətlilik, konkretlik;

b)

iqtisadi rifaha xidmət göstərilməsi, əhali qrupları arasında ayrı-seçkiliyin olmaması;

c)

yekdillik, keçicilik, bir-birilə bağlı olmayan alternativlərin müstəqilliyi, diktatorların olmaması;

d)

düzgünlük, prinsipiallıq, hesabatlılıq;

e)

hüquq bərabərliyi, fərdiyyətçilik, ardıcıllıq.

40.

informasiyanı aşkarlamaq üçün yoxlama nə deməkdir?

a)

keyfiyyətə nəzarət şöbəsinin monitorinq keçirməsi;

b)

menecerin işçilərin gündəlik fəaliyyəti üzərində nəzarəti.

c)

məlumatlı tərəfin şəxsi məlumatını aşkarlamaq üçün məlumatsız tərərfin həyata keçirdiyi fəaliyyət;

d)

idarə heyətinin xüsusi komissiyasının təqdim olunan materialın maliyyə yoxlanışını həyata keçirməsi;

e)

firma rəhbərliyinin işçilərin peşəkarlıq qabiliyyətinin diaqnostik qiymətləndirməsi;

41.

Siqnal göndərmə nədir?

a)

hədiyyə və mükafatlar vasitəsilə agentə sifarişçinin ötürdüyü ismarıc;

b)

uzaq məsafədən tərəfdaşların bir-birinə həyəcan təhlükəsi siqnallarının ötürülməsi;

c)

dost, tanış və yoldaşların ünsiyyət zamanı müəyyən işarələrlə bir-birinə siqnalları verməsi;

d)

məlumatlı tərəfin öz şəxsi məlumatını məlumatsız tərəfə bildirməsi üçün gördüyü əməl;

e)

bir-biri ilə yaxın olan insanların müəyyən simvollarla qarşılıqlı ünsiyyəti.

42.

Əks seçim problemi özünü nədə göstərir?

a)

tərəfdaşların konfliktə girməsi və ondan qarşılıqlı faydalanma yolu ilə çıxması;

b)

gizli iqtisadiyyat subyektlərinin cəzalanma mexanizmləri.

c)

müşahidə olunmayan xüsusiyyətləri seçərkən məlumatsız tərəf üçün arzuolunmaz nəticənin əldə olunması riski;

d)

tərəflərin bir-birinə qarşı əks mövqedə durması;

e)

bazar situasiyasının gərgin vəziyyətinin təcrid olunması;

43.

Əks seçim probleminin nümunələrinə harada rast gəlinir?

a)

ortaq sərvətlərin mənimsənilməsi, onların tərəflər arasında bölgüsü, ortaq sərvətlərin ictimai sərvətlərə çevrilməsi;

b)

işlənmiş avtomobil bazarı, əmək bazarı, sığorta bazarı;

c)

transaksiyaların idarə olunması, sifarişçi və agent münasibətlərinin tənzimlənməsi, xüsusi bazarların tarazlaşması;

d)

gizli əməl subyektlərinin davranışı, gizli xüsusiyyətlərə malik bazar agentlərinin opportunist hərəkətləri.

e)

sosial infrastruktur və istehsal infrastruktur sahələri;

44.

Mənəvi məsuliyyətsizliyin aradan qaldırılması yolları hansılardır?

a)

agentin çalışqanlığı və əməyə motivasiyasının artırılması;

b)

daha yaxşı nəzarət, daha yaxşı əmək haqqı verilməsi, gecikdirilən ödəmələr;

c)

mənəvi tərbiyyə, təlim və əxlaq dərslərinin keçirilməsi.

d)

sifarişçinin əmək haqqını kəsməsi, bonusları ləğv etməsi, inzibati cəzalar verməsi;

e)

işəgötürənin zalım, qəddar davranışı, eqoist, təcavüzkar hərəkətləri;

45.

Asimmetrik informasiya mövzusunda araşdırmalara görə 2001-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış iqtisadçı alimlər kimdir?

a)

Y.Timbergen, R.Friş, P.Samuelson.

b)

C.Akerlof, M.Spense, C.Ştiqlitz;

c)

C.Mid, H.Saymon, A.Lyuis;

d)

V.Leontyev, F.Hayek, L.Kontoroviç;

e)

L.Kleyn, C.Tobin, R.Stoun;

46.

İş şəraitində sifarişçi kimdir?

a)

agent adlandırılan şəxsə müəyyən bir iş tapşıran şəxs;

b)

daha yüksək əmək haqqı alan şəxs.

c)

tarazlı əmək haqqını müəyyənləşdirən şəxs;

d)

əks seçim problemini həll edən şəxs;

e)

asimmetrik informasiyanı yayan şəxs;

47.

Agent dedikdə kim başa düşülür?

a)

biznes fəaliyyətinin bazar mühitindəki nümayəndəsi;

b)

kəşfiyyat orqanlarının fəaliyyət göstərən rezidenti;

c)

hansısa bir təşkilatın fəaliyyət göstərən əməkdaşı;

d)

gizli informasiyanı xüsusi orqanlara ötürən şəxs.

e)

sifarişçi adlandırılan digər bir şəxs üçün fəaliyyət göstərən şəxs;

48.

Mənəvi məsuliyyətsizlik nədir?

a)

tam nəzarətdə saxlanılmayan bir şəxsin məsuliyyətsiz və ya digər istənilməyən hərəkətləri etmək meyli;

b)

məlumatsız tərəf üçün arzuolunmaz nəticənin əldə edilməsi;

c)

öz tərəfdaşları ilə birgə gizli iqtisadiyyatla məşğul olmaq.

d)

tərəfdaşın informasiyanı gizlətməsi;

e)

sifarişçinin öz agentinə qarşı ədalətsiz hərəkəti;

49.

İnformasiya asimmetriyası nə deməkdir?

a)

informasiyanın bir bazar subyektindən digərinə ötürülməsi.

b)

lazım olan məlumatı əldə etməkdə yaranan fərqlər;

c)

iqtisadi subyektin hadisə haqqında da son məlumata malik olması;

d)

İnsanların bir-biri ilə necə ünsiyyət yaratması barəsində gizli informasiyanın əldə edilməsi;

e)

satıcı və alıcı arasında informasiyanın paylanması;

50.

Mikroiqtisadi nəzəriyyənin hüdudlarını təşkil edən üç mövzu hansıdır?

a)

siqnal göndərmə nəzəriyyəsi, Arrounun imkansızlıqlar nəzəriyyəsi, Konderset paradoksu;

b)

bazarın uğuru və iflası arasındakı gərginlik, orta seçici teoremi, ultimatum oyunu;

c)

mənəvi məsuliyyətsizlik, əks seçim problemi, yoxlama nümunələri;

d)

majoritar səsvermə sistemi, insanların qərar vermə mexanizmi, Borda səsvermə sistemi.

e)

asimmetrik informasiyanın iqtisadi nəzəriyyəsi siyasi iqtisad nəzəriyyəsi, davranışın iqtisadi nəzəriyyəsi;

Similar Resources on Wayground