wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Ətraf mühitin iqtisadiyyatı fənninin predmetini nə təşkil edir ?

Total questions: 50

Worksheet time: 50mins

Name
Class
Date
1.

Ətraf mühitin iqtisadiyyatı fənninin predmetini nə təşkil edir?

a)

insanların təsərrüfat və qeyri təsərrüfat fəaliyyətində təbii resursların hasilatı,emalı,istehlakı və istifadəsində yaranan sosial-iqtisadi münasibətlər

b)

ekoloji problemlər və onların həlli yolları

c)

təbiətdən səmərəli istifadənin metodlarının hazırlanması

d)

təsərrüfat fəaliyyətində ekoloji təhlükəsizliyin təmin olunması

e)

təbiətdən istifadənin və ətraf mühitin idarə olunmasının dövlət tənzimlənməsi

2.

ƏMİ fənninin əsas vəzifələrindən biri hansıdır?

a)

təbii ehtiyatlardan maksimum istifadə ilə iqtisadi effektivliyə nail olmaq

b)

ətraf mühit tədbirlərinin iqtisadi təchizatı

c)

iqtisadiyyatın ekolojiləşdirilməsinin əsaslandırılması

d)

ekoloji tarazlığın müəyyən edilməsi

e)

ekoloji-iqtisadi münasibətlərin formalaşması

3.

Göstərilənlərdən hansı “təbii mühit” anlayışını xarakretizə edir ?

a)

insanın təsiri olmadan inkişaf edən mühitdir

b)

insanın yaşadığı və istehsal fəaliyyəti ilə məşğul olduğu mühitdir

c)

Qapalı,özünü təmin edən və tarazlıq vəziyyətini saxlayan və özü inkişaf edən mühitdir

d)

insanın yaşamaq imkanını və fəaliyyətini təmin etməyən mühitdir

e)

tarazlıq vəziyyətini saxlaya bilən,ancaq insan potensialının olmadığı mühitdir

4.

Ekoloji itki nədir?

a)

sərmayə xərclərinin göstəriciləri

b)

maliyyə xərclərinin müəyyən edilməsi

c)

Müxtəlif xərclərin hesablanması

d)

Neqativ itkilərin müəyyən edilməsi

e)

pul ifadəsində hesablanan qeyri-iqtisadi itkilər

5.

Sistemli yanaşma metodunun əsas tədqiqat göstəricisi hansıdır?

a)

təbii hadisələrin proqnozunun verilməsi

b)

təcrübə ilə nəzəriyyənin vəhdəti

c)

ekoloji standartların müəyyənləşdirilməsi

d)

təbii resursların  mənimsənilməsi və istehlakı

e)

təbiətdən istifadə xərclərinin hesablanması

6.

Koordinasiya edici funksiya hansı prosesləri həyata keçirir ?

a)

ekoloji məqsədlərin müəyyən edilməsi və onların reallaşması yollarının seçilməsi

b)

cəmiyyətin və təsərrüfatt subyektlərinin fəaliyyətində təbiəti mühafizənin aktivləşdirilməsi

c)

iqtisadiyyatın inkişafında strateji istiqamətlərin seçilməsi

d)

təbii resursla tələbatın balanslaşmış miqdarının təminatı,istehsal ilə cəmiyyətin ekoloji maraqlarının razılaşdırılması

e)

ətraf mühitdən istifadənin təsərrüfat mexanizminin tədqiqi

7.

Sosial-iqtisadi əvəzləmə qaydasını göstərin:

a)

insan əməyinin təsiri ilə biosferin dəyişdirilməsi

b)

cəmiyyətin tələbatının əvəz oluna bilən yollarının müəyyən edilməsi

c)

Təkamül hərəkətinin geri dönməsinin mümkünsüzlüyü

d)

ekoloji məhdudiyyətlərin nəzərə alınması ilə sosial-iqtisadi münasibətlərin idarə olunması

e)

Ekstensiv inkişafa məhdudiyyətlərin qoyulması

8.

Ətraf mühitin iqtisadiyyatında  tədqiqat istiqamətlərindən biri hansıdır?

a)

ekoloji problemlər və onların həlli yolları

b)

Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqə və təsirinin optimallaşma üsullarının hazırlanması

c)

Normal həyat fəaliyyəti üçün şəraitə nail olmaq

d)

ekoloji itkilər nəzərə alınmaqla iqtisadiyyatın tənzimlənməsi

e)

dövlət idarəetmə orqanları sistemini yaratmaq

9.

Təbiətlə cəmiyyətin inkişaf dövrünün ikinci mərhələsi nə ilə xarakterizə olunur?

a)

Təbiətin hazır məhsullarından istifadə etmə,mənimsənilmə mərhələsi

b)

əl əməyindən maşınlara keçid

c)

emalatxana istehsalından sənaye istehsalına keçid

d)

təsərrüfat formalarına keçid, paleolit ənənələrinin istehsal iqtisadiyyatı ilə əvəzlənməsi.

e)

məhsuldar qüvvələrin yaranması

10.

Təbiətlə cəmiyyətin qarşılıqlı dinamik inkişaf dövrü neçə mərhələ ilə səciyyələnir? (Y.P.Tursova görə)

a)

2 mərhələ

b)

1 mərhələ

c)

5 mərhələ

d)

4 mərhələ

e)

3 mərhələ

11.

ETİ-ın baş verməsi cəmiyyətlə təbii mühitin inkişaf dinamikasının hansı mərhələsinə təsadüf edir?

a)

I mərhələyə

b)

IV mərhələyə

c)

III mərhələyə

d)

II mərhələyə

e)

V mərhələyə

12.

Sosial ekologiya dedikdə nə başa düşülür?

a)

İnsanlara dəyən zərərin limitləşdirilməsi üçün çirklənməyə qoyulan məhdudiyyətlər

b)

kimyəvi tullantılara qoyulan məhdudiyyətlər

c)

təbii ehtiyatların emalı prosesinə qoyulan məhdudiyyətlər

d)

istehsal prosesinin intensivləşdirilməsinə qoyulan hədlər

e)

təbii ehtiyatların istismarına qoyulan normativlər

13.

Sənaye (ekoloji informasiya) dövrü hansı ekoloji nəticələrə gətirib çıxarmışdır?

a)

meşələrin qırılması,çəmənliklərin şumlanması,bir çox ərazilərin qumlu və daşlı sahələrə çevrilməsi

b)

səhralaşma prosesinin sürətlənməsi,ərzaq qıtlığı,biomüxtəlifliyin itirilməsi,ozon təbəqəsinin deqredasiyası

c)

texnogen təsirin kuliminasiya nöqtəsinə çatması,yanacaq resurslarının tükənməsi

d)

bitki örtüyünün dəyişdirilməsi və bəzi iri otyeyən heyvanların nəslinin kəsilməsi

e)

mineral və enerji yanacaq resurslarından istifadənin sürətlənməsi,biosferin texnosferə çevrilməsi

14.

Ekoloji-iqtisadi prinsipin nəyi əsas götürür?

a)

maksimum xərc qoymaqla ətraf mühitin dayanıqlığına riayət etmək

b)

iqtisadi maraqları gözləmədən ətraf mühitin pozulmasının qarşısını almaq

c)

təbiətin mühafizəsi konsepsiyasını həyata keçirmək

d)

minimum xərclə maksimum iqtisadi nəticələrə və ətraf mühitin minimum pozulmasına nail olmaq

e)

ətraf mühitin mühafizəsinə xərc ayırmadan iqtisadi effektivlik əldə etmək

15.

Təbiətdən istifadənin sosioekoloji prinsipinə uyğun olmayanı hansıdır?

a)

az vəsait qoymaqla yüksək iqtisadi göstəricilərə nail olmaq

b)

təbii resursların səmərəli istifadəsini həyata keçirmək

c)

təbiətin passiv mübadiləsindən aktiv səmərəli mühafizəyə keçmək

d)

insanın yaşam şərtlərinin və məskun mühitinin optimallaşdırılması

e)

tullantısız texnologiyaya keçməklə təbii ehtiyatlardan bilincli istifadə etmək və antropogen təsiri azaltmaq

16.

Təbii şərait anlamını göstərin:

a)

məhsuldar qüvvələrin inkişaf səviyyəsinin göstəricisi

b)

İnsanın təsərrüfat fəaliyyəti

c)

istehsal prosesində istifadə olunmayan,lakin insanın həyat fəaliyyətinə təsir göstərən təbiət elementi

d)

insanların həyat fəaliyyətinə təsir göstərməyən, lakin istehsal prosesində bilavasitə istifadə olunan təbiət elementi

e)

maddi istehsalda bilavasitə iştirak edən təbiətin vacib elementi

17.

Təbii resursu səciyyələndirin:

a)

məhsuldar qüvvələrin inkişaf səviyyəsinin göstəricisidir

b)

ərazilərin mənimsənilməsidir

c)

təbii şərait göstəricisidir

d)

istehsal prosesində istifadə olunmayan təbiət elementidir

e)

insanın təsərrüfat fəaliyyətinin təbii bazasıdır

18.

Təbii mühit nədir?

a)

İnsanın təsərrüfat fəaliyyətinin təbii bazası

b)

istehsal prosesində istifadə olunmayan lakin insanların həyat fəaliyyətinə təsir göstərən təbiət elementi

c)

insanların istehsal fəaliyyəti

d)

məhsuldar qüvvələrin inkişaf göstəricisi

e)

iqtisadi effektivlik göstəricisi

19.

Təbii resurslar  mənşəyinə görə hansı qruplara bölünürlər?

a)

mineral,su,torpaq,bioloji resurslar

b)

maddi istehsal və xidmət sahələrinin resursları

c)

sənaye əhəmiyyətli,tikintə əhəmiyyətli resurslar

d)

daxili bazar,strateji əhəmiyyətli resurslar

e)

istehlak resursları

20.

 İqtisadi təsnifatına görə resurslar neçə qrupa bölünür?

a)

2

b)

3

c)

Bölünmür

d)

4

e)

5

21.

Göstərilənlərdən hansılar maddi istehsal resursları hesab edilir?

a)

günəş enerjisi,külək,yerin daxili istiliyi

b)

yanacaq,meşə xammalları,torpaq,su,oduncaq resursları

c)

strateji əhəmiyyətli resurslar

d)

təsərrüfatda istifadə olunmayan resurslar

e)

uran filizi,radioaktiv resurslar

22.

İnsalar tərəfindən birbaşa  istehlak olunan resurslar hansılardır?

a)

içməli su,yabanı bitkilər,ov heyvanları

b)

torpaq, suvarma üçün su,iqlim resursları

c)

mineral tikinti materialları

d)

yanacaq,energetika,aqrokimyəvi

e)

metal filizləri,meşə xamalları

23.

İqtisadi məsrəf nədən asılıdır?

a)

regional bankların təşkilindən

b)

antropogen təsir və onun kompensasiya xərclərindən

c)

təbiəti mühafizə fəaliyyətinin idarəçilik sistemindən

d)

ekoloji ekspertizadan

e)

iqtisadi nəzarətə monitorinqdən

24.

Gündəlik xərclərə nə  aiddir?

a)

kapital xərcləri

b)

ekoloji məsrəflər

c)

iqtisadi məsrəflər

d)

amartizasiya xərcləri,enerji sərfi

e)

tullantıların zərərsizləşdirilməsi

25.

Ekoloji xərclər nədən ayrılır?

a)

gəlirdən çıxılmalıdır

b)

istehsaldan çıxılmalıdır

c)

eksternal məsrəfdən çıxılmalıdır

d)

kapitaldan çıxılmalıdır

e)

ekoloji məsrəfdən çıxılmalıdır

26.

Eksternal məsrəflər harada özünü biruzə verir?

a)

gəlir mənfəətinin artmasında

b)

gəlir mənfəətinin yüksəlməsi və xərclərin artması

c)

xərclərin azalmasında

d)

xərclərin və gəlir mənfəətinin azalması

e)

gəlir mənfəətinin aşağı düşməsində,xərclərin yüksəlməsində

27.

Çirkləndiricilərə vergi qoyulması kim tərəfindən ilk dəfə  irəli sürülmüşdür?

a)

Puqu

b)

Vsexyatovskiy

c)

Smidt

d)

Hekkel

e)

Kouz

28.

Təbiəti mühafizə fəaliyyətinin növünü göstərin:

a)

ekoloji audit

b)

tullantıların idarə olunması

c)

ekoloji monitorinq

d)

ekoloji sahibkarlıq

e)

ekoloji pasportlaşma

29.

Effektiv investisiyalı layihələr nə ilə qiymətləndirilir?

a)

maksimum sərmaye

b)

xarici gəlir

c)

kapitalın səmərəliliyi

d)

daxili gəlir

e)

minimum gəlir

30.

Ekoloji ziyan dedikdə nə başa düşülür?

a)

əhaliyə dəyən zərər

b)

təbiətdə baş vermiş xətaların nəticəsi

c)

itkilərin pul formasında ifadəsi

d)

ərzaq məhsulları və suyun keyfiyyətinin aşağı olması

e)

xalq təsərrüfatındakı itkilərin maliyyə dəyəri

31.

İqtisadi ziyan nədir?

a)

təsərrüfatda itkilərin pulla ifadəsi

b)

təbiətdə baş verən xətaların nəticəsi

c)

ərzaq məhsulları və havanın keyfiyyət göstəriciləri

d)

ekoloji vəziyyətin pisləşməsi

e)

insan sağlamlığına dəyən zərər

32.

İnzibati tənzimlənmənin əsasını nə təşkil edir?

a)

ekoloji normativlər

b)

hüquqi norma

c)

ekoloji nəzarət

d)

ekoloji uçot

e)

ekoloji planlaşdırma

33.

Təbiətdən istifadənin təsərrüfat mexanizminə aid olmayanı göstərin:

a)

Ekoloji-iqtisadi proqnozlaşdırma

b)

Hüquqi tənzimləmə

c)

Təbiətdən istifadənin stimullaşdırılması

d)

ictimai istehsalın balanslaşdırılmaması

e)

Ekoloji normallaşdırma

34.

Çirklənmədən yaranan zərər hansı amillərin təsirindən əmələ gəlir?

a)

kapital amili, hüquq amili, nəzarət amili

b)

təsir amili, qəbul etmə amili, norma amili

c)

norma amili, hüquq amili, tənzimləmə amili

d)

çirklənmə amili, nəzarət amili, təsir amili

e)

tənzimləmə amili, təsir amili, çirklənmə amili

35.

Ekoloji zərərin iqtisadi qiymətləndirilməsi mərhələləri hansılardır?

a)

zərərin natural,iqtisadi ölçüsünün təyini və çirklənmənin xarakterinin tədqiqi

b)

müalicəyə sərf olunan xərclər və əsas fondların işlənmə müddəti

c)

ətraf mühitin çirklənmə səviyyəsində və mənimsənilmiş göstəricilərdən asılı olan riyazi hesablamalar

d)

tullantı maddələrinin qatılığının ölçülməsi

e)

ətraf mühitin çirklənmə səviyyəsinin xal təsərrüfatı sahələrinə göstərdiyi təsir

36.

Göstərilənlərdən  hansı analitik metoda aiddir:

a)

kənd təsərrüfatı mallarının məhsuldarlığının ölçülməsi

b)

müalicəyə sərf olunan xərclərin hesablanması

c)

ziyanverici faktorların tədqiqat obyektinin ümumi qanunauyğunluq prinsipinə görə hesablanması

d)

emprik və birbaşa hesablama göstəriciləri

e)

ətraf mühitin çirklənmə səviyyəsində və mənimsənilmiş göstəricilərdən asılı olan riyazi hesablama

37.

İdarəetmənin əsas metodları hansılardır?

a)

inzibati, iqtisadi, sosial-psixoloji, informasiya

b)

funksional, analitik, emprik, təşkilati

c)

Emprik, analitik, birbaşa

d)

informasiya, təşkilati, analitik, birbaşa

e)

dolayı, birbaşa, analitik, inzibati, emprik

38.

Aşağıdakılardan hnası idarəetmənin funksiyalarından deyil:

a)

akoloji nəzarət və audit

b)

ekoloji-iqtisadi proqnozlaşdırma

c)

inhisarçı sahibkarlığın həyata keçirilməsi

d)

ekoloji-iqtisadi planlaşdırma

e)

fəaliyyətin iqtisadi stimullaşdırılması

39.

Ekoloji standartların növlərini göstərin:

a)

qida standartları,nəzarət standartları,texnoloji standartlar,xammal standartları

b)

ətraf mühitin keyfiyyət standartları,emission standartlar,texnoloji standartlar,əmtəə standartları

c)

texnoloji standartlar,nəzarət standartları,uçot standartları

d)

inzibati standartlar,qadağa stabdartları,qatılıq standartları,iqtisadi standartlar

e)

əmtəə standartları,audit standartları,xammal standartları,sertifikat standartları

40.

Ekoloji lisenziyalaşma dedikdə nə başa düşülür?

a)

Məhsulun istehsal edilməsinə dair birbaşa qadağalar

b)

ərazinin ekoloji vəziyyəti nəzərə alınaraq tullantıların idarə olunması

c)

Təsərrüfat subyektlərinə səlahiyyətli orqanlar tərəfindən verilmiş xüsusi icazələrin təqdim edilməsi

d)

Təbiətdən istifadə edənlər tərəfindən onlar üçün təsir limitləri müəyyən edildiyi zaman verilən sənəd

e)

inzibati tənzimlənmənin həyata keçirilməsi

41.

Ətraf mühitin mühafizəsinin idarə olunması üsulları nə daxildir?

a)

reqlament üsulu,məhdudiyyət üsulları,birbaşa üsullar,tənzimləmə üsulları

b)

analitik üsullar,fiscal üsullar, kadastr üsulları

c)

emprik üsullar,birbaşa üsullar,dövlət məsrəfləri ilə bağlı üsullar

d)

qeyri-fiskal,dövlət gəlirləri ilə əlaqədar üsullar,dövlət məsrəfləri ilə bağlı üsullar

e)

təbiəti mühafizə investisiyaları, analitik üsullar, vergilər, ekoloji uçot, emprik üsullar

42.

Subsidiya nədir?

a)

müəssisələrə müvəqqəti və qaytarılmadan verilən dövlət yardımı

b)

inzibati tənzimlənmənin həyata keçirilməsi

c)

emprik və birbaşa hesablama göstəriciləri

d)

ərazinin ekoloji vəziyyəti nəzərə alınaraq tullantıların idarə olunması

e)

müəssisələrə yuxarı faizlərlə təqdim olunan kreditlərdir

43.

Qrant, yumşaq ssuda, məqsədli aşağı faizli kreditlər nəyə aiddir:

a)

lokal monitorinq biosferdə aparılan monitorinqdir.

b)

subsidiyanın varinatına

c)

girov, yumşaq ssuda, lisenziya

d)

sığorta haqlarının saxlanması, sertifikat, girov

e)

stipendiya, yuxarı faizli kredit, sığorta

44.

Ekoloji menecment konsepsiyasına aid olmayanı göstərin:

a)

ekoloji proseslərin idarə olunmasının əsaslandırılması

b)

idarəetmənin miqyasının uyğunluğu

c)

ekoloji menecmentin prinsipi

d)

ekoloji menecmentin funksional həcmi

e)

daşınmaz əmlakın özəlləşdirilməsi

45.

Ekoloji menecmentin əsasən nə daxildir?

a)

ekoloji nəzarət, ekoloji strategiya, ekoloji tərbiyə

b)

ekoloji balans, ekoloji praktika, ekoloji uçot, ekoloji maariflənmə

c)

ekoloji audit, ekoloji strategiya, ekoloji maariflənmə

d)

ekoloji balans, ekoloji audit, ekoloji nəzarət, ekoloji uçot

e)

ekoloji uçot, ekoloji təcrübə, ekoloji monitori

46.

Ekoloji menecmentin funksiyalarına aid olmayanı göstərin:

a)

texnoloji innovasiya proseslərinin idarəedilmə funksiyası

b)

ekoloji vergilərin ləğv edilməsi

c)

sosial dinamikanın idarə olunması funksiyası

d)

ekoloji vəziyyətin idarə olunması funksiyası

e)

təbii resursların istifadəsi ilə bağlı funksiya

47.

Audit nə anlaşılır?

a)

ətraf mühitin mühafizəsində hüquq tənzimlənməsi

b)

Cəmiyyətin ekoloji inkişafının ümumi tendensiyası

c)

norma və standartlara uyğunluq səviyyəsini təyin edən,peşəkar fəaliyyətdə göstəricilərin qiymətləndirilməsi

d)

ekoloji şəraitə və problemlərə münasibət

e)

Cəmiyyətin informasiya təminatı sistemi

48.

Ekoaudit haqqında qərar neçənci ildə qəbul edilmişdir?

a)

1993-cü il

b)

1995-ci il

c)

1991-ci il

d)

1992-ci il

e)

1996-cı il

49.

Ekoloji menecmentə aid olan  prinsipləri göstərin:1. Məqsədyönlülük;2. Təfəkkürə əsaslanma;3. İqtisadi təhlil;4. Səmərəlilik;5. Ardıcıllıq.

a)

3,4,5

b)

2,4,5

c)

1,2,5

d)

1,2,3

e)

1,3,5

50.

Ekoloji audit ilk dəfə hansı ölkədə tətbiq olunmağa başlamışdır?

a)

Fransa

b)

Rusiya

c)

Yaponiya

d)

ABŞ

e)

Almaniya