Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

VERGİ 100-150

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Yaranma anında konkret məmulatın maya dəyərinə aid edilməsi mümkün olmayan məsrəflər necə adlanır?

a)

birbaşa xərclər

b)

dəyişən xərclər

c)

dolayı xərclər

d)

sabit xərclər

e)

daimi (ümumtəsərrüfat xərcləri) xərclər

2.

Aşağıdakılardan hansılar xərc elementlərinə aid edilir?

1) mаterial məsrəfləri; 2) əməyin ödənişi üzrə məsrəflər; 3) sosial ehtiyaclara ayırmalar; 4) ümumistehsalat xərcləri 5) ümumtəsərrüfat xərcləri; 6) sair istehsalat xərcləri;

a)

3,4,5

b)

2,3,4

c)

1,3,5

d)

1,2,3

e)

2,4,6

3.

Aşağıdakılardan hansı mənfəət vergisinin vergitutma bazasına daxil edilməyən gəlirlərin tərkibinə daxildir?

a)

əvəzsiz verilmiş əmlakın dəyəri (müəyyən şərtlər icra olunmaqla);

b)

birgə fəaliyyətə daxil olarkən iştirakçının verdiyi əmlakın dəyəri;

c)

təşkilatdan çıxarkən təsisçinin verdiyi əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

d)

alınmış mallara görə malsatanlara ödənilmiş məbləğlər;

e)

nizamnamə kapitalına qoyuluş kimi alınmış əmlakın dəyəri;

4.

Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər necə adlanır?

a)

Planlaşdırılan

b)

Birbaşa (müstəqim) məsrəflər

c)

Xərc elementləri

d)

Birelementli məsrəflər

e)

Kalkulyasiya maddələri

5.

Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə aid edilir?

1) ümumtəsərrüfat xərcləri; 2) istehsalat fəhlələrinin əsas əmək haqqı; 3) xammal və materiallar; 4) kommersiya (istehsalatdankənar) xərcləri; 5) əməyin ödənişi üzrə məsrəflər; 6) amortizasiya ayırmaları;

a)

1,3,5

b)

3,4,5

c)

2,3,4

d)

1,2,3

e)

2,4,6

6.

Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə aid edilir?

1) ümumistehsalat xərcləri 2) geri qaytarılan tullantılar (çıxılır); 3) kommerssiya xərcləri; 4) amortizasiya ayırmaları; 5) əməyin ödənişi üzrə məsrəflər;

a)

1,2

b)

3,4

c)

2,3

d)

1,3,5

e)

2,4

7.

Aşağıdakılardan hansılar xərc elementlərinə aid edilir? 1) əməyin ödənişi üzrə məsrəflər; 2) amortizasiya ayırmaları; 3) ümumtəsərrüfat xərcləri; 4) ümumtəsərrüfat xərcləri; 5) kommersiya (istehsalatdankənar) xərcləri;

a)

4,6

b)

1,2

c)

3,4

d)

5,6

e)

2,3

8.

Aşağıdakılardan hansı mənfəət vergisinin vergitutma bazasına daxil edilməyən gəlirlərin tərkibinə daxildir?

a)

təşkilatdan çıxarkən təsisçinin aldığı əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

b)

əvəzsiz verilmiş əmlakın dəyəri (müəyyən şərtlər icra olunmaqla);

c)

təşkilatdan çıxarkən təsisçinin verdiyi əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

d)

alınmış mallara görə malsatanlara ödənilmiş məbləğlər;

e)

birgə fəaliyyətə daxil olarkən iştirakçının verdiyi əmlakın dəyəri;

9.

Aşağıdakılardan hansı mənfəət vergisinin vergitutma bazasına daxil edilməyən gəlirlərin tərkibinə daxildir?

a)

əvəzsiz verilmiş əmlakın dəyəri (müəyyən şərtlər icra olunmaqla);

b)

birgə fəaliyyətə daxil olarkən iştirakçının verdiyi əmlakın dəyəri;

c)

məqsədli maliyyələşmə kimi alınmış vəsaitlər;

d)

alınmış mallara görə malsatanlara ödənilmiş məbləğlər;

e)

təşkilatdan çıxarkən təsisçinin verdiyi əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

10.

İstehsalın həcminin dəyişməsindən asılı olaraq dəyişməyən məsrəflər necə adlanır?

a)

dolayı

b)

planlaşdırılan

c)

daimi (ümumtəsərrüfat xərcləri)

d)

birbaşa (müstəqim)

e)

dəyişən

11.

İstehsalın həcminə münasibətdə məsrəflər necə qruplaşdırılır?

a)

sabit və dəyişən

b)

daimi və dəyişən

c)

planlaşdırılan və satışdankənar

d)

birbaşa və dolayı

e)

planlaşdırılan və plandankənar

12.

İstehsalın həcminin dəyişməsindən asılı olaraq dəyişən məsrəflər necə adlanır?

a)

daimi və dəyişən

b)

birbaşa və dolayı

c)

daimi (ümumtəsərrüfat xərcləri)

d)

sabit və dəyişən

e)

dəyişən

13.

Müəssisənin məsrəfləri maya dəyərinə aid edilməsi üsuluna görə necə qruplaşdırılır?

a)

sabit və dəyişən

b)

birbaşa və dolayı

c)

daimi (ümumtəsərrüfat xərcləri)

d)

dəyişən

e)

daimi və dəyişən

14.

Aşağıdakılardan hansı mənfəət vergisinin vergitutma bazasına daxil edilməyən gəlirlərin tərkibinə daxildir?

a)

alınmış mallara görə malsatanlara ödənilmiş məbləğlər;

b)

əvəzsiz verilmiş əmlakın dəyəri (müəyyən şərtlər icra olunmaqla);

c)

birgə fəaliyyətə daxil olarkən iştirakçının verdiyi əmlakın dəyəri;

d)

girov (beh) kimi alınmış əmlakın dəyəri;

e)

təşkilatdan çıxarkən təsisçinin verdiyi əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

15.

Konkret məhsul növünün istehsalı üzrə məsrəflər necə adlanır?

a)

daimi (ümumtəsərrüfat xərcləri) xərclər

b)

dolayı xərclər

c)

dəyişən xərclər

d)

birbaşa xərclər

e)

sabit xərclər

16.

İstehsalın həcminin dəyişməsindən asılı olaraq dəyişməyən (cüzi dəyişən) məsrəflər necə adlanır?

a)

daimi (ümumtəsərrüfat xərcləri)

b)

sabit və dəyişən

c)

birbaşa və dolayı

d)

dəyişən

e)

daimi və dəyişən

17.

Alınmış material qiymətliləri hansı hesabda uçota alınır?

a)

201 “Xammal və materiallar”

b)

721“Xammal və materiallar”

c)

711“Xammal və materiallar”

d)

202“Xammal və materiallar”

e)

701“Xammal və materiallar”

18.

Aşağıdakılardan hansı mənfəət vergisinin vergitutma bazasına daxil edilməyən gəlirlərin tərkibinə daxildir?

a)

təşkilatdan çıxarkən təsisçinin verdiyi əmlakın dəyəri (təsisçinin maliyyə qoyuluşu həddində);

b)

birgə fəaliyyətdən çıxarkən iştirakçının aldığı əmlakın dəyəri;

c)

əvəzsiz verilmiş əmlakın dəyəri (müəyyən şərtlər icra olunmaqla);

d)

birgə fəaliyyətə daxil olarkən iştirakçının verdiyi əmlakın dəyəri;

e)

alınmış mallara görə malsatanlara ödənilmiş məbləğlər;

19.

İstehsal xarakterli işlərin yerinə yetirilməsinə sərf eddilən material məsrəflərinin dəyəri hansı xərc hesabına silinir?

a)

201 “Xammal və materiallar”

b)

205 “Mallar”

c)

204“Hazır məhsul”

d)

210 “Material xərcləri”

e)

202“İstehsal məsrəfləri”

20.

Aşağıdakılardan hansılar vergitutulan gəlirdən çıxılan xərclərə aid edilir?

1) ilin sonuna olan mənfi məzənnə fərqi; 2) investorun məhsul bölgüsü müqaviləsi üzrə aldığı mənfəət məbləği; 3) qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları; 4) fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərclər; 5) faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyəntdiyi normadan artıq olan hissəsi;

a)

1,3,5

b)

1,2,4

c)

2,3,4

d)

3,4,5

e)

1,2,3

21.

Satışdankənar xərclərə aşağıdakı məsrəflərdən hansı daxildir?

a)

kreditor borclarının silinməsindən olan zərər;

b)

debitor borclarının silinməsindən olan zərər;

c)

tara əməliyyatları üzrə gəlirlər;

d)

qiymətli kağızların yenidən qiymətləndirilməsindən olan mənfi məzənnə fərqi;

e)

hesabat ilində aşkar olunmuş keçmiş illərin gəlirləri

22.

Satışdankənar xərclərə aşağıdakı məsrəflərdən hansı daxildir?

a)

qiymətli kağızların yenidən qiymətləndirilməsindən olan mənfi məzənnə fərqi;

b)

kreditor borclarının silinməsindən olan zərər;

c)

tara əməliyyatları üzrə gəlirlər;

d)

tara əməliyyatları üzrə xərclər;

e)

hesabat ilində aşkar olunmuş keçmiş illərin gəlirləri

23.

Aşağıdakılardan hansılar vergitutulan gəlirdən çıxılan xərclərə aid edilir?

1) elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruksiya işlərinə çəkilmiş xərclərin məbləği; 2) amortizasiya ayırmaları və amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər; 3) qalıq dəyəri 500 manatdan az olan əsas vəsaitlərin dəyəri; 4) fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərclər; 5) faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyəntdiyi normadan artıq olan hissəsi;

a)

1,2,4

b)

1,3,5

c)

1,2,3

d)

2,3,4

e)

3,4,5

24.

Aşağıdakılardan hansılar vergitutulan gəlirdən çıxılan xərclərə aid edilir?

1) geoloji-kəşfiyyat və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üzrə hesablanmış amortizasiya məbləği; 2) torpaq, mədən, əmlak və yol vergilərinin məbləği; 3) ixrac mallarının ölkədaxili topdansatış və bazar (satış) qiymətləri arasındakı fərq; 4) əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin, eləcə də kapital xarakterli digər xərclərin məbləği; 5) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin məbləği

a)

1,2,3

b)

1,2,4

c)

1,3,5

d)

2,3,4

e)

3,4,5

25.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

kapital xarakterli digər xərclər

b)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

c)

əsas vəsaitlərin təmiri ilə bağlı xərclər

d)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

e)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

26.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılır?

a)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

b)

elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər

c)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

d)

kapital xarakterli digər xərclər

e)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

27.

Mühasibat mənfəəti (zərəri) və vergitutulan mənfəət (zərər) arasında yaranan fərq neçə cür olur?

a)

müvəqqəti

b)

daimi və müvəqqəti

c)

dəyişən

d)

daimi

e)

sabit

28.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

ümidsiz borclar

b)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

c)

kapital xarakterli digər xərclər

d)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

e)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

29.

Təxirə salınmış vergi aktivləri dedikdə nə başa düşülür?

a)

balans mənfəətin sonrakı dövrdə (dövrlərdə) büdcəyə ödəniləcək məbləğinin artmasına səbəb ola biləcək hissəsi

b)

mənfəət vergisinin cari hesabat dövründən sonrakı dövrdə (dövrlərdə) büdcəyə ödəniləcək məbləğinin artmasına səbəb ola biləcək hissəsi

c)

vergitutulan gəlirlərin gələcək hesabat dövrlərində büdcəyə ödəniləcək məbləğinin artmasına səbəb ola biləcək hissəsi

d)

balans mənfəətin sonrakı dövrdə (dövrlərdə) büdcəyə ödəniləcək məbləğinin azalmasına səbəb ola biləcək hissəsi

e)

mənfəət vergisinin cari hesabat dövründən sonrakı dövrdə (dövrlərdə) büdcəyə ödəniləcək məbləğinin azalmasına səbəb ola biləcək hissəsi

30.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

b)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

c)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər

d)

kapital xarakterli digər xərclər

e)

ehtiyat sığorta fondlarına ayırma məbləğləri

31.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər

b)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

c)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

d)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

e)

kapital xarakterli digər xərclər

32.

Vergiyə cəlb edilən müvəqqəti fərqlər aşağıdakı hallarda yaranır:

1) məhsulların satışından olan pul vəsaitlərinin hesabat dövrünün əsas fəaliyyətdən olan gəlirləri kimi qəbul edilməsi; 2) mənfəət vergisi üzrə möhlət verildikdə; 3) müvəqqəti istifadə üçün alınmış pul vəsaitlərinə görə ödənilən faizlərin mühasibat uçotu və vergitutma məqsədləri üçün fərqli qaydada əks etdirildikdə; 4) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommersiya və idarəetmə xərclərinin malların maya dəyərinə daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 5) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

a)

1,3,5

b)

3,4,5

c)

1,2,3

d)

2,4,5

e)

2,3,4

33.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

kapital xarakterli digər xərclər

b)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

c)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər

d)

sığortalının ödədiyi sığorta haqları

e)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

34.

Aşağıdakılardan hansılar vergitutulan gəlirdən çıxılan xərclərə aid edilir?

1)satılmış (ləğv edilmiş, əvəzsiz olaraq verilmiş) əsas vəsaitlərin qalıq dəyəri; 2) əsas vəsaitlərin təmiri ilə bağlı xərclər; 3) həyat sığortası müqaviləsi üzrə sığorta ödəmələrinin məbləği; 4) Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr; 5) hesablanmış dividentlərin məbləği;

a)

3,4,5

b)

1,2,3

c)

1,2,4

d)

2,3,4

e)

1,3,5

35.

Aşağıdakılardan hansında daimi fərqinin açıqlanması düzgün verilmişdir?

a)

daimi fərq – hesabat dövrünün mühasibat mənfəətini (zərərini) formalaşdıran, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclərdir

b)

daimi fərq – növbəti hesabat dövrlərinin mühasibat mənfəətini (zərərini) formalaşdıran, lakin sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından daxil edilən gəlir və xərclərdir

c)

daimi fərq – hesabat dövrünün gəlir və xərclərini formalaşdıran, lakin hesabat və sonrakı hesabat dövrlərində mühasibat mənfəətini (zərərini) azaldan gəlir və xərclərdir

d)

daimi fərq – hesabat dövrünün vergitutulan mənfəətini (zərərini) formalaşdıran, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclərdir

e)

daimi fərq – növbəti hesabat dövrlərinin vergitututlan mənfəətini (zərərini) formalaşdıran, lakin hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclərdir

36.

Daimi fərqlər haqqında informasiya hansı qaydada formalaşa bilər?

a)

vergi uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada

b)

analitik vergi uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada

c)

ilkin uçot sənədlərinə, vergi bəyannaməsinə, mühasibat uçotu registrlərinə əsasən

d)

ilkin uçot sənədlərinə, mühasibat uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada

e)

baş kitaba, mühasibat uçotu registrlərinə və vergi bəyannaməsinə əsasən

37.

Daimi fərq hansı halda yaranır?

a)

mühasibat və vergi uçotlarında mənfəətin müəyyən edilməsi qaydası eyni olduqda

b)

mühasibat və vergi uçotlarında vergitutulan gəlirlərin müəyyən edilməsi qaydası eyni olduqda

c)

mühasibat və vergi uçotlarında gəlir və xərclərin müəyyən edilməsi qaydası fərqli olduqda

d)

vergitutulan mənfəət mühasibat və vergi uçotlarında fərqli qaydada müəyyən edildikdə

e)

mühasibat və vergi uçotlarında gəlir və xərclərin müəyyən edilməsi qaydası eyni olduqda

38.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

b)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

c)

geoloji-kəşfiyyat işlərinə çəkilən xərclər

d)

kapital xarakterli digər xərclər

e)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

39.

Vergiyə cəlb edilən müvəqqəti fərqlər aşağıdakı hallarda yaranır:

1) mühasibat uçotun və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə; 2) məhsulların satışından olan pul vəsaitlərinin hesabat dövrünün əsas fəaliyyətdən olan gəlirləri kimi qəbul edilməsi; 3) mənfəət vergisi üzrə möhlət verildikdə; 4) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommersiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 5) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrlərində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

a)

2,4,5

b)

3,4,5

c)

1,3,5

d)

1,2,3

e)

2,3,5

40.

Aşağıda göstərilən hansı xərclər vergitutulan gəlirdən çıxılr?

a)

xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları

b)

kapital xarakterli digər xərclər

c)

öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması

d)

qeyri-maddi aktivlərə çəkilən xərclər

e)

əsas vəsaitlərin alınması və qurulması ilə bağlı xərclər,

41.

Müvəqqəti fərqlər dedikdə nə nəzərdə tutulur?

a)

bir hesabat dövründə ümumi gəliri (zərəri), digər hesabat dövründə isə balans mənfəətini formalaşdıran xərclərdir.

b)

bir hesabat dövründə mühasibat mənfəətini (zərərini), digər hesabat dövründə (dövrlərində) isə mənfəət vergisi üzrə vergi bazasını formalaşdıran gəlir və xərclərdir.

c)

bir hesabat dövründə mühasibat mənfəətini (zərərini), digər hesabat dövründə (dövrlərində) isə vergitutulan gəlirləri formalaşdıran mənfəət

d)

cari hesabat dövründə vergi mənfəətini (zərərini), gələcək hesabat dövründə vergiyə cəlb edilən balans mənfəətini formalaşdıran gəlirlərdir

e)

cari hesabat dövründə vergitutulan mənfəəti (zərəri), digər hesabat dövründə (dövrlərində) isə balans mənfəətini formalaşdıran gəlir və xərclər

42.

Müvəqqəti fərqlərin yaranma səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

1) mühasibat mənfəəti (zərəri) formalaşarkən nəzərə alınan xərclərin, vergitutma məqsədləri üçün qəbul edilmiş məhdudlaşdırılan xərclərdən çox olması. 2) əmlakın digər təşkilatın nizamnamə (yığım) kapitalına verilməsi zamanı, onun qiymətləndirilən və əmlakı verən tərəfin mühasibat balansında əks olunan dəyərləri arasında fərqin yaranması ilə bağlı zərərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 3) mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə; 4) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrlərində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

a)

3,4

b)

4,5

c)

1,2

d)

2,4

e)

2,3

43.

Aşağıdakıların hansında vergiyə cəlb edilməyən müvəqqəti fərqlərin mahiyyəti düzgün açıqlanmışdır?

a)

vergitutulan mənfəət formalaşarkən təxirə salınmış vergi öhdəliyinin yaranmasına səbəb olmaqla gələcək hesabat dövrlərində büdcəyə ödəniləcək vergi məbləğini azaldır

b)

vergitutulan mənfəət formalaşarkən təxirə salınmış vergi öhdəliyinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək vergi məbləğini artırır

c)

vergitutulan gəlir formalaşarkən təxirə salınmış vergi aktivinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini artırır

d)

vergitutulan mənfəət formalaşarkən təxirə salınmış mənfəət vergisinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır

e)

vergitutulan gəlirlər formalaşarkən mənfəət vergisinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır

44.

Vergiyə cəlb edilməyən müvəqqəti fərqlər yaranma səbəbi nədir?

a)

əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması;

b)

mühasibat uçotun və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə;

c)

faiz gəlirlərinin mühasibat uçotu məqsədləri üçün təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyən edilməsi prinsipi üzrə (hesablama metodu), vergitutma məqsədləri üçün isə kassa metodu ilə uçota alınması;

d)

məhsulların (işlərin, xidmətlərin) satışından olan pul vəsaitlərinin hesabat dövrünün əsas fəaliyyətdən olan gəlirləri kimi qəbul edilməsi;

e)

artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrlərində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

45.

Müvəqqəti fərqlərin yaranma səbəbləri kimi aşağıdakıları qeyd etmək olar:

1) əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 2) cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər; 3) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommersiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 4) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrlərində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi

a)

3,4

b)

2,3

c)

2,4

d)

1,2

e)

4,5

46.

Vergitutulan mənfəətə təsiri xarakterindən asılı olaraq müvəqqəti fərqlər necə qruplaşdırılır?

a)

vergiyə cəlb edilən müvəqqəti fərqlər və vergiyə cəlb edilməyən müvəqqəti fərqlər

b)

vergiyə cəlb edilməyən müvəqqəti fərqlər və vergiyə cəlb edilən daimi öhdəliklər

c)

vergiyə cəlb edilən daimi fərqlər və cəlb edilməyən öhdəliklər

d)

vergiyə cəlb edilən daimi fərqlər və vergiyə cəlb edilməyən müvəqqəti fərqlər

e)

vergiyə cəlb edilməyən daimi və vergiyə cəlb edililən müvəqqəti fərqlər

47.

Vergiyə cəlb edilməyən müvəqqəti fərqlər yaranma səbəbi nədir?

a)

əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması

b)

mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə;

c)

cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər;

d)

mühasibat mənfəəti (zərərəri) formalaşarkən nəzərə alınan xərclərin, vergitutma məqsədləri üçün qəbul edilmiş məhdudlaşdırılan xərclərdən çox olması əvəzsiz olaraq verilmiş əmlakın dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması;

e)

əmlakın digər təşkilatın nizamnamə kapitalına verilməsi zamanı, onun qiymətləndirilən və əmlakı verən tərəfin mühasibat balansında əks olunan dəyərləri arasında fərqin yaranması ilə bağlı zərərin vergitutma məqsədləri üçün nəzərə alınmaması;

48.

Vergiyə cəlb edilməyən müvəqqəti fərqlər yaranma səbəbi nədir?

a)

cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər;

b)

cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər;

c)

mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommersiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərinə daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması;

d)

mühasibat mənfəəti (zərəri) formalaşarkən nəzərə alınan xərclərin, vergitutma məqsədləri üçün qəbul edilmiş məhdudlaşdırılan xərclərdən çox olması;

e)

əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması;

49.

Vergiyə cəlb edilən müvəqqəti fərqlər hansı öhdəliyi yaradır?

a)

vergitutulan mənfəət formalaşarkən müvəqqəti vergi öhdəliyi

b)

vergitutulan mənfəət formalaşarkən təxirə salınmış vergi öhdəliyi

c)

vergitutulan gəlir və xərclər formalaşarkən təxirə salınmış müvəqqəti fərq öhdəliyi

d)

vergitutulan gəlir formalaşarkən təxirə salınmış vergi öhdəliyi

e)

vergitutulan gəlir və xərclər formalaşarkən təxirə salınmış vergi öhdəliyi

50.

Vergiyə cəlb edilən müvəqqəti fərqlər yaranarkən sonrakı hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği...

a)

təxirə salınmış vergi öhdəliyinin məbləği qədər artırılır

b)

təxirə salınmış vergi aktivinin məbləği qədər artırılır

c)

daimi vergi aktivinin məbləği qədər artırılır

d)

təxirə salınmış vergi öhdəliyinin məbləği qədər azalır

e)

təxirə salınmış vergi aktivinin məbləği qədər azalır