Font size
WorksheetsEko təhlükə və risk (smestr)
Total questions: 100
Worksheet time: 50mins
1.İnsanın və cəmiyyətin vacib maraqlarının, ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükədən qorunmasının təmin edilməsi necə adlanır?
ekoloji təhlükəsizlik
ekoloji risklər
fövqəladə hadisələr
landşaftların qorunması
ekoloji təhlükəlilik
2. Ekoloji təhlükəsizlik miqyasına görə hansı səviyyələrdə həyata keçirilir?
qlobal, regional və yerli
lokal, milli, okeanlararası
regional, münaqişəli, sosial
münaqişəsiz,sosial-psixoloji
iqtisadi-etnik, ölkədaxili
3. İnsanların həyat və sağlamlığının, habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsini tələb edən təhlükəli ekoloji vəziyyət hansıdır?
fövqaladə ekoloji vəziyyət
Ekoloji təhlükəsizliyin təmini
ekoloji risklərin təyini
mühafizə tədbirlərinin tətbiqi
Ekoloji təhlükənin subyekti
4. Ekoloji amillərin əsas kateqoriyalarından biri olan biotik amillər necə ifadə olunur?
Canlı təbiət amilləri
Cansız təbiət amilləri
İnsan fəaliyyəti amilləri
Texnogen təsir amilləri
Aqrosenoz amilləri
5. Hansı tip fövqəladə hadisələr respublikanın xeyli ərazisini əhatə edir, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmır?
Milli miqyaslı
Qlobal hadisələr
Regional hadisələr
Obyekt miqyaslı
Yerli hadisələr
6. Hansı FH demək olar ki, xüsusi narahatlıq doğurmur, qısa müddətli hadisələr kimi qəbul edilir?
I dərəcəli fövqəladə hadisələr
V dərəcəli – əvəzolunmaz itkili
II dərəcəli – xüsusən ağır FH
IV dərəcəli – böhranlı FH
III dərəcəli – katastrofik FH
7. Fövqəladə hadisə ocağında həlak olanların, yaralıların və zərər çəkənlərin sayı ilə ölçülən zərəri qeyd edin
Sosial zərər
iqtisadi zərər
ekoloji zərər
mədəni-psixoloji zərər
etnik-mədəni zərər
8. Ətraf mühitin radioaktiv, elektromaqnit çirklənməsi hansı ekoloji problemə aid edilir?
qlobal ekoloji problemə
yerli ekoloji problemə
sadə ekoloji problemə
regional ekoloji problemə
milli ekoloji problemə
9. Ozon qatının nazilməsi və ozon deşiklərinin yaranması hansı ekoloji problemə aid edilir?
qlobal ekoloji problemə
sahəvi ekoloji problemə
lokal ekoloji problemə
münaqişəli ekoloji problemə
regional ekoloji problemə
10. Hansı səviyyədə ekoloji təhlükəsizlik şəhərlərə, rayonlara, sənaye müəssisələrinə, müdafiə komplekslərinə, tullantılara nəzarət sistemlərini əhatə edir?
yerli səviyyədə
qlobal səviyyədə
rayon səviyyəsində
şəhər səviyyəsində
regional səviyyədə
11. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərdə III qrupa hansı mühəndis kəşfiyyatı işlərin görülməsi aid edilmir?
fəlakət zonasına daxil olmağa icazə verilmir
yanğın və daşqınların yayılma sürətinin təyini
təhlükəyə məruz qalmış obyektlərin və yaşayış məntəqələrinin aşkar edilməsi
zəhərlənmə zonalarının ölçülərinin təyin edilməsi
dağıntıların dərəcəsinin və həcminin müəyyən edilməsi
12. Tərkibindəki suyun mənşəyinə görə sellər neçə növə ayrılır?
leysan seli və qar ərintisi selləri
daşlı sellər və buz ərintisi
yeraltı suların səviyyəsinin qalxmasından
daşqın suları və yarğan selləri
suvarma suları və qar uçqunları
13. Yerin səthində zəlzələ enerjisinin intensivliyi hansı ballıq şkala üzrə ölçülür?
12 ballıq, Rixter şkalası
7 ballıq, Bofort cədvəli
9 ballıq, Celsi şkalası
6 ballıq, Voltten cədvəli
3 ballıq, Küri şkalası
14. Zəlzələnin maqnitudası hansı həddə dəyişən enerjiyə münasib olan şərti kəmiyyətdir?
0-dan 8,5-ə qədər
5-dən 10,8-ə qədər
8-dən 12,3-ə qədər
2-dən 3,5-ə qədər
1-dən 2,5-ə qədər
15. Suyun dağın ətəklərini yuması, yamacların titrəməsi və ya əlavə təsirə məruz qalması nəticəsində torpaq səthində baş verən proses necə adlanır?
sürüşmə
sel hadisəsi
çay daşqınları
qar uçqunları
zəlzələ
16. Hökumətin səlahiyyətlərinə aid olan, yerli hakimiyyət orqanları və könüllü təşkilatlar vasitəsilə həyata keçirilən FH-dan mühafizə tədbirləri hansı qrupa aid edilir?
IV qrup tədbirlər
III qrup tədbirlər
V qrup tədbirlər
II qrup tədbirlər
VI qrup tədbirlər
17. Təbii fəlakətlərin nəticələrini aradan qaldırarkən hansı qruplara aid tədbirlərin yerinə yetirilməsi üçün daha çox qüvvə və vəsaitlər tələb olunur?
III və IV qrupa aid tədbirlərin
I və V qrupa aid tədbirlərin
II və VI qrupa aid tədbirlərin
I və III qrupa aid tədbirlərin
IV və VI qrupa aid tədbirlərin
18. Hansı parametrlər tektonik zəlzələnin gücünü və xarakterini müəyyən edir?
maqnituda, ocağın dərinliyi, enerjinin intensivliyi
maddələrin quruluşu, təzyiqi, dərinliyi
dərinlik süxurlarının tərkibi, yerdəyişməsi
maqmanın bərkliyi, təzyiqi, temperaturu
elementlərin molekullarının sıxlığı, dayanıqlığı quruluşu, təzyi
19. Təbii fəlakətlərdən hansıları gözlənilmədən baş verir və qısa müddətli olur?
zəlzələ, sürüşmə, uçqun, çökmə
qasırğa, külək, leysan, sel
fırtına, daşqın, marxal, subasma
bataqlıqlaşma, subasma, sel, daşqın
eroziya, şoranlaşma, leysan, aşınma
20. Hansı təbii fəlakətlər daha çox iqtisadi itkilər törədir?
zəlzələ, subasma, quraqlıq
mövsümi yağışlar, qar, külək
musson küləkləri, fırtına, daşqın
heyvan və bitkilərin məhvi, qasırğa
dağ selləri, daşqın, şimal küləkləri
21. Müəssisə və firmalar tərəfindən ətraf mühitə dəyən ekoloji iqtisadi zərəri kompensasiya etmək üçün hansı ödənişlərdən istifadə edilir?
təbii mühitin çirklənməsinə görə ödənişdən
elektrik enerjisinə görə ödənişdən
xammaldan istifadəyə görə ödənişdən
istehsal edilən məhsula görə ödənişdən
limitdən artıq istifadə olunan suya görə ödənişdən
22. Təbiətdən səmərəli istifadənin və mühafizənin iqtisadi sistemində hansı ödənişlər əsas yer tutur?
təbii mühitin çirklənməsinə görə
sərf olunan enerji xammalına görə
faydalı qazıntıların hasilatına görə
sərf olunan elektrik enerjisinə görə
limitdən artıq sərf olunan suya görə
23. Ödənişli təbiətdən istifadə sistemində ən geniş istifadə olunan və səmərə verən üsullardan biri də hansı vergidir?
ekoloji vergi
biznes vergisi
ekoloji sığorta
ekoloji kredit
torpaq vergisi
24. Ödənişli təbiətdən istifadə sistemində ətraf mühitin çirklənməsinə görə tətbiq olunan sanksiyalara nələr daxildir?
hüquqi və iqtisadi məsuliyyətlər
azad və məcburi sahibkarlıq
məcburi olaraq məhsul satışı
sərbəst sahibkarlığın tətbiqi
ekoloji menecmentin inkişafı
25. İqtisadi inkişafın hansı qrupu neqativ ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir?
konsepsiya mexanizmi
sərt mexanizmlər
Kredit mexanizmləri
sığorta mexanizmləri
xüsusi mexanizmlər
26. Təbiəti mühafizə və istehsal fəaliyyətlərinin inkişafını stimullaşdıran mexanizmləri qeyd edin.
ekoloji balanslaşdırma
sərt mexanizmlər
sadə mexanizmlər
artırılmış vergilər
ekoloji sanksiyalar
27. Kömür tozunun və qazların partlayışı nəticəsində çox ağır yeraltı qəzalar hansı sahələrdə baş verir?
kömür və filiz mədənlərində
radiolokasiya stansiyalarında
qaz emalı müəsisələrində
alternativ enerji istehsalında
neft emalı zavodlarında
28. Partlayış nəticəsində yaranan hansı səbəb partlayış təhlükəliyinin əsas kriteriyasıdır?
izafi təzyiq
maqnit dalğası
alışma xassəsi
yüksək temperatur
maddələrin birləşməsi
29. İzafi təzyiqdən hansı prosesi təyin etmək üçün istifadə olunur?
zərbə dalğasının təsirinə qurğunun dağılma və zədələnmə dərəcəsini
istehsal obyektindəki qurğunun texniki xarakteristikasını
meteroloji şəraitin əsas tərkib və təsir sahələrinin mövcudluğunu
müxtəlif səbəblərdən qaz-hava qarışığının partlayış ehtimalını
qazıntı şaxtalarının istismarının yer səthində bilavasitə təsiri zonasını
30. Oksidləşmə-reduksiya reaksiyası olub istilik və işıq ayrılması ilə müşayət olunan proses necə adlanır?
yanma hadisəsi
radioaktiv şüalanma
istilik çirklənməsi
ozonun dağılması
maqnit partlayışları
31. Yanan maddələr və yanma məhsulları eyni aqreqat halında olarsa, bu hansı yanma formasıdır?
homogen yanma
fiziki alışma
reduksiya prosesi
heterogen yanma
kinetik alışma
32. Detonasiya nəticəsində yanan maddələr və yanma məhsulları müxtəlif aqreqat hala keçərsə, hansı yanma forması müşahidə olunar?
heterogen yanma
oksidləşmə şəraiti
homogen dəyişmə
kinetik yanma
radioaktiv partlayış
33. Kinetik yanma hansı formada baş verdikdə bu zaman təzyiq və temperatur yüksəlir?
qapalı həcmdə
oksigenlə reaksiyada
qazların birləşməsində
açıq şəraitdə
maqnit şüalanmasında
34. İstehsalat şəraitində açıq alov, qızmış səthlər, sürtünmə qığılcımı, zərbə, elektrik boşalmaları necə xarakterizə olunur?
yanma mənbələri kimi
istehsal xammalı kimi
kimyəvi təsirlər kimi
qurğuların işləmə prinsipi
çirkləndirici maddələr kimi
35. Alışma temperaturu qapalı putada 610C-dən, açıq putada isə 660C-dən yuxarı olmayan mayelər hansılardır?
asan alışan mayelər
reaksiya yaradan maddələr
sürəti kilometrlərlə yayılan mayelər
yalnız aerozol maddələr
gec yanan mayelər
36. Yanma hansı formalarda gedə bilər?
homogen, kinetik, heterogen
sərbəst, oksidləşmiş, kimyəvi
bioloji, asan yanan, homogen
dayanıqlı, kinetik, mexaniki
mexaniki, qapalı, heterogen
37. Qazların, maye və bərk maddələrin köməyi ilə zəhərləmək məqsədi daşıyan silahlar hansı növə aid edilir?
kimyəvi silahlar
bioloji silahlar
təcrübə silahları
bakteroloji silahlar
nüvə silahları
38. Zərbə dalğası, işıq şüalanması, yayılma radiasiyası, radioaktiv zədələmə, elektromaqnit impuls təsirləri ilə təyin olunan silah növünü göstərin.
nüvə silahları
elektromaqnit dalğaları
kosmik çirklənmə
bakteroloji silahlar
kimyəvi silahlar
39. Vyetnam müharibəsində hansı hərbi zəhərləyici maddələrdən istifadə olunmuşdur?
defoliant (herbisid)
DDT (pestisid)
zarin və zoman (qazlar)
ipritlər (mayeşəkilli)
fosforiltioxolin (V qazı)
40. İpriti tez zərərsisləşdirən maddələr hansılardır?
xlorlu əhəng, xloraminlər və sulfidlər
gips tərkibli məhlullar və metan
xlorsian sianid turşuları və məhlulları
buxar və aerozol şəklində olan azot
damcı-maye halında olan ammonyak
41. Epidemiya ocağında yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə prosesi hansıdır?
Observasiya
Evakuasiya
Restorvasiya
Rekultivasiya
Demorkasiya
42. Hələlik hansı sənaye tullantılarının ehtibarlı basdırılması tam həll olunmayıb?
radioaktiv və dioksil tərkibli
qələvi və turşu tərkibli
selonid və polimer tərkibli
kauçuk və kimyəvi tərkibli
metal və turşu tərkibli
43. Toksiki bərk sənaye tullantıları harada zərərsizləşdirilir?
xüsusi inşa edilmiş poliqonlarda yandırılır
piroliz üsulu ilə emal edilir
havada oksidləşmə şəraitində yandırılır
təkrar emal zavodlarında çeşidlənir
zavodlarda xüsusi üsullarla preslənir
44. Poliqonların tikintisi zamanı ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə daha çox nəyə diqqət yetirilir?
hidroizolyasiyasına
tullantı həcminə
quyunun quruluşuna
torpaq səthinə
relyefin hündürlüyünə
45. Havasız yerdə tullantıların 17000C –yə qədər qızdırılması üsuluna nə deyilir?
piroliz
sortlaşdırma
presləmə
utilizasiya
çeşidləmə
46. Tullantılarda olan müxtəlif faydalı komponentləri ayırıb ondan yenidən istifadə etmək üsulu necə adlanır?
utilizasiya
çeşidləmə
toplama
piroliz
yandırma
47. Tarazlaşmış hidrodinamik rejimin pozulması və bununla karst-suffoziya proseslərinin meydana gəlməsinə səbəb nədir?
qədim karst süxurları olan ərazilərdə yeraltı suların çıxarılması
vulkanik süxurlardan filiz faydalı qazıntıların çıxarılması
çökmə süxur laylarından gil tərkibli tikinti materiallarının hasilatı
gilli laylara təzyiqli su vurmaqla xam neftin səthə çıxarılması
dənizin dərinliyindən qaz və neft yataqlarının kəşfiyyatının aparılması
48. Xüsusi qurğularda tullantıların toksiki maddələrdən azad olunmasına nə deyilir?
tullantıların demoksikasiyası
zibillərin yandırılması
tullantıların sortlaşdırılması
poliqonlarda toplanması
tərkar emalın tətbiq edilməsi
49. Tullantıların təkrarən, bəzən dəfələrlə ardıcıl emal olunması prosesinə nə deyilir?
rentilizasiya
utilizasiya
komposta etmək
demoksikasiya
təzyiqli piroliz
50. Yer qabığına göstərilən antropogen təsirlə yerin tərkində olan gərginliyin yenidən paylanması prosesinə nə deyilir?
törəmə seysmiklik
yeraltı uçqunlar
səthi subasma
sürüşmə aktivləşməsi
vulkan püskürməsi
51. «Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunu»nda insanın, cəmiyyətin və dövlət təhlükəsizliyinin əsas istiqamətləri hansı maddədə göstərilmişdir?
maddə 4
maddə 1
maddə 3
maddə 2
maddə 5
52. Əhalinin radiasiya təhllükəsizliyinin təmin olunması haqqında Azərbaycan Respublikası qanunu nə vaxt qəbul olunmuşdur?
30 dekabr 1997-ci ildə
1 iyul 1994-cü ildə
15 yanvar 2001-ci ildə
5 mart 2010-cu ildə
22 sentyabr 1999-cu ildə
53. Azərbaycan Respublikası hüdudlarında əhali üçün illik yol verilən ionlaşdırıcı şüa dozası normativi nə qədərdir?
0,001 zivert
0,07 zivert
0,02 zivert
0,1 zivert
1,01 zivert
54. İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur?
30 iyun 1998-ci ildə
16 fevral 1995 ci ildə
5 avqust 1997-ci ildə
22 oktyabr 2000 ci ildə
12 aprel 2003 cü ildə
55. Ekoloji təhlükəsizlik haqqında qanunun hansı maddəsi "Təhlükəli ekoloji vəziyyətin nəticələrinin aradan qaldırılmasına" həsr edilmişdir?
11-ci maddəsi
8-ci maddəsi
7-ci maddəsi
5-ci maddəsi
9-cı maddəsi
56. Aşağıdakılardan hansı ekoloji təhlükəsizlik haqqında qanunda dövlətin hüquqlarına aid edilmir?
əməyin mühafizəsini nəzarətdə saxlamaq
dövlət proqramlarını hazırlamaq və həyata keçirmək
müvafiq orqanlarından ekoloji təhlükəsizliyə aid məlumatlar əldə etmək
vahid dövlət siyasətinin müəyyənləşdirilməsi
icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək
57. Ekoloji təhlükəsizlik haqqında qanun ətraf mühitin yaxşılaşdırılması, onun mühafizəsi sahəsində hansı əlaqələri tənzimləyir?
təbiətlə cəmiyyət arasındakı əlaqəni
bioloji dövranlar arasındakı əlaqəni
kosmik tədqiqatlar sahəsindəki əlaqəni
insanlar arasındakı maddi əlaqəni
təcrübə sahələri arasındakı əlaqəni
58. Ekoloji təhlükəsizlik haqqında qanun ətraf mühitin hansı əsaslarını müəyyən edir?
hüquqi, iqtisadi və sosial
iqtisadi, əxlaqi, maddi
mədəni, hüquqi, siyasi
siyasi, maddi, sosial
sosial, psixoloji, siyasi
59. Hansı ekoloji təhlükəsizlik sahəsindəki qanunvericilik qanuna, hüquqi aktlara və müqavilələrə aid deyil?
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Azərbaycan Respublikasının normayiv hüquqi aktları
Tərəfdar çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının Konstitusiyası
Ekoloji təhlükəsizlik haqqında Azərbaycan Respublikasının qanunu
60. Təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirlərinin qarşısının alınması hansı qanunda öz əksini tapmışdır?
ekoloji təhlükəsizlik haqqında qanunda
təlim və təhsil haqqında qanunda
əmək məsuliyyəti haqqında qanunda
məxfiliyin qorunması haqqında qanunda
təyin edilmiş əmək kodeksində
61. Beynəlxalq məkanda yerləşən və heç kəsin əmlakı sayılmayan obyektlər hansılardır?
Kosmos, atmosfer havası, Dünya okeanı və Antraktida
yerin təki,vəhşi heyvanlar və təbii mühitin başqa elementləri
Okeaniya adaları, Amazon meşələri, kisəli heyvanlar
ağ balinalar, Böyük sədd rifi, Qrenlandiya adası
Arktik buzlaqlar, Alyaska yarımadası, okean dibi dağlar
62. Ətraf təbii mühitin mühafizə olunan obyektləri hansı bölmələrə ayrılır?
dövlət daxili və ümumdünya
regional və qalaktika daxili
okeanlar arası və lokal
müstəqil adalar və dənizlər
dövlətlərarası və beynəlxalq
63. Eyni vaxtda bütün dövlətlərin ümumi istifadəsində olan obyektlər hansılardır?
atmosfer, ozon qatı
filiz qazıntıları, sarı torpaqlar
daxili göllər, selli çaylar filiz qazıntıları, sarı torpaqlar
meşələr, su anbarları
faydalı qazıntılar, daxili dənizlər
64. Unikal və çox qiymətli təbii obyektlər hansılardır?
qoruqlar, milli parklar, təbiət heykəlləri
paytaxt şəhərlər, rekreasiya obyektləri
aqlomerasiyalar, xiyabanlar, süni göllər
su anbarları, sualtı magistrallar və tunellər
ekstraarid səhralar, bataqlıqlar və göllər
65. BMT-nin qəbul etdiyi qətnaməyə əsasən bioloji ehtiyatlardan necə istifadə olunmalıdır?
özünü bərpaetmə qabiliyyəti həddində
limitsiz olaraq, lazım oluduğu qədər
əhalinin qida təminatı həddində
limitləşdirici və kifayətedici həddə
hər ölkənin öz sərhədləri daxilində
66. BMT-nin beynəlxalq birliklərin ətraf təbii mühitin mühafizəsi haqqinda siyasətin başlanğıcını qoyduğu konfrans neçənci ildə keçirilmişdir?
1972-ci ildə Stokholmda
1995-ci ildə Sinqapurda
1997-ci ildə Berlində
1980-ci ildə Moskvada
1986-cı ildə Cenevrədə
67. Maddi məsuliyyətin hansı formaları mövcuddur?
Təzminat, Restitusiya, Substitusiya
Subsidiya, Demorkasiya, Restovrasiya
Delmintasiya, Meliorasiya, Kvota
Rekultivasiya, Demoksikasiya, Subvensiya
Restovrasiya, Lizinq, Dotasiya
68. Bir neçə və ya bütün dövlətlərin istifadəsində olan obyektlər hansılardır?
Antraktida, Qara dəniz, Xəzər dənizi
Nil çayı, Van gölü, Abxaziya
Göygöl, Sibir düzənliyi, Ural çayı
Aral gölü, Nil çayı, Eyr gölü
Naftalan nefti, Borjomi, Van gölü
69. Ətraf mühitə antropogen, yaxud başqa təsirlər olduqda yarana biləcək neqativ dəyişiklərin baş vermə ehtimalı nədır?
Ekoloji risk
Ekoloji təhlükəsizlik
Ekoloji monitorinq
Ekoloji sığorta
Ekoloji vergi
70. Ekoloji riskin icazə verilmiş həddi hansı nəticələrə əsasən qiymətləndirilir?
dövlət ekoloji ekspertiza
dövlət vergi məcəlləsi
layihələşmə protokolları
ekoloji cərimə tarifləri
güzəştli kredit şərtləri
71. Təsərrüfat və digər fəaliyyətin neqativ təsirindən, onun nəticələrindən təbii mühitin və insanın həyatının qorunub saxlanması prosesi necə adlanır?
ekoloji təhlükəsizlik
ekoloji ekspertiza
ekoloji marketinq
ekoloji menecment
ekoloji kreditlər
72. Ekoloji riski xarakterizə edən kəmiyyətlər hansılardır?
Qorxulu halların yaranmasının aniliyi, onun qeyri-müəyyənliyi və qəflətən təhlükəli vəziyyətin meydana gəlməsidir
Tullantıların yaranması, miqdarının artması və zərərsizləşdirilməsi məqsədilə güzəştli kreditlərin təşkilidir
Utilizasiya üçün nəzərdə tutulmuş tullantıların toplanması, daşınması və onların istehsala cəlb olunmasıdır
Təhlükəli texnogen qəzaların baş verməməsi, baş verərsə geniş sahələrə yayılmaması üçün görülən tədbirlərdir
Müəsisələrin qarşısına qoyulan ekoloji təmiz məhsulların istehsalının təşkili və bu prosesin genişləndirilməsidir
73. Faktiki və mümkün ola bilən sosial, iqtisadi zərər, ətraf mühitin vəziyyətinin pisləşməsi prosesi necə adlanır?
ekoloji itki
ekoloji subsidiya
ekoloji sığorta
ekoloji vergi
ekoloji təhlükəsizlik
74. Əhaliyə dəyən itkinin qaytarılmayan əvəzi, insanların ömrünün qısalması, sağlamlığının pisləşməsi, rifah halının dəyişməsi prosesi hansıdır?
sosial ziyan
ekoloji zərər
iqtisadi ziyan
güzəştli kredit
kvotaların qoyulması
75. Aşağıdakılardan hansı ətraf mühitə və onun ayrı-ayrı komponentlərinə dəyən itkidir?
ekoloji ziyan
sosial zərər
iqtisadi ziyan
sosiopsixoloji ziyan
müəsisə zərəri
76. Hansı halda azməhsuldarlı ekosistemin möhkəmləndirilməsi və öz əvvəlki vəziyyətinə çətin qayıtması prosesi, biokütlə və bioloji məhsuldarlıq minimaldır.
Fəlakətli (katostrof) vəziyyət
Böhran vəziyyəti
Kollaps vəziyyəti (bərpa olunmayan)
Müvazinət vəziyyəti
Təbii hal (vəziyyət)
77. Fəaliyyəti müxtəlif növlərə bağlı olan ekoloji riskin ictimai məqbulluğu hansı amillərlə müəyyən edilir?
psixoloji, sosial, iqtisadi
ekoloji, sosial, fəlsəfi
mədəni, etnik, tərbiyəvi
estetik, iqtisadi, fəlsəfi
etnik, ekoloji, psixoloji
78. Ölüm sonluqları ilə nəticələnən ziyanlı ekoloji nəticələrin təhlilinə hansı maliyyələşmələr sərf olunur?
ekoloji riskin maliyyəsi
ekoloji ekspertizanın maliyyəsi
ekoloji auditin maliyyəsi
ekoloji marketinqin maliyyəsi
ekoloji monitorinqin maliyyəsi
79. Cəmiyyət real həqiqətin hansı təhlükəsizliyinin mümkünlüyünü qəbul edir?
məqbul təhlükəsizliyi
kifayətləndirici riski
ekoloji ziyanın həddini
sıfır təhlükəsizliyi
qeyri-məqbul riski
80. Təsərrüfat fəaliyyəti ilə şərtlənən təhlükə amillərinin risk səviyyəsi necə qəbul edilə bilər?
məqbul
qeyri-məqbul
limitləşdirici
sıfır həddə
izafi yüksək
81. Böyük layihələrdə qeyri-müəyyən riskin mövcudluğu hansı parametrlərin üstələndiyini göstərir?
gəlirin və sosial effektin
iqtisadi və ekoloji ziyanın
sosial- psixoloji davranışın
ekoloji məsuliyyət və vegilərin
tullantıların təkrar emalının
82. Bir tərəfin inkişafının o biri tərəfin təsirindən asılı olduğunu göstərən mürəkkəb sistem necə adlanır?
Sosium
təhlükəsizlik
Məqbul risk
sosial zərər
sıfır hədd
83. İnsanın səhhəti üçün risk amillərindən bu günə olan yeganə analitik alət hansıdır?
riskin qiymətləndirilməsi
riskin idarə edilməsi
riskin məqbulluğu
riskin azaldılması
riskin dayandırılması
84. Risk amillərinin və mənbələrinin müəyyənləşdirilməsi, təhlükənin aşkarlanması, onların obyektlərə potensial təsiri hansı risk elementinə aiddir?
Riskin qiymətləndirilməsinin birinci elementi
Riskin qiymətləndirilməsinin ikinci elementi
Riskin qiymətləndirilməsinin üçüncü elementi
Riskin qiymətləndirilməsinin dördüncü elementi
Riskin qiymətləndirilməsinin son fazası
85. Riskin qiymətləndirilməsinin hansı elementi müəyyən destabillik amilinin ekosisteminin insanın dayanıqlığa təsirini müəyənləşdirir?
üçüncü elementi
altıncı elementi
birinci elementi
dördüncü elementi
ikinci elementi
86. Riskli vəziyyətin təhlili necə qəbul edilir?
riskin idarə edilməsi kimi
riskin miqyası kimi
riskin azaldılması kimi
riskin qiymətləndirilməsi kimi
riskin müəyyənləşdirilməsi kimi
87. Ölçü “növünün” reallaşmasına müvafiq olaraq normativ aktların və onların müddəalarının müəyyənləşdirilməsin hansı funksiyalarla bağlıdır?
nizamlayıcı qərarlarla
tamamlayan elementlərlə
maksimal ehtimallarla
risk qiymətləri ilə
nəzarət mütənasibliyi ilə
88. Genetik və ontogenoz dövründə insan orqanizminin qazandığı xüsusiyyətlər aşağıdakılardan hansına aiddir?
bioloji risk faktoru
ekoloji risk faktoru
iqtisadi risk faktoru
sosial risk faktoru
psixoloji risk faktoru
89. Öz fəaliyyəti gedişində insana müəyyən təsir göstərən risk necə adlanır?
fərdi risk
ictimai risk
ekoloji risk
kollektiv risk
iqtisadi risk
90. Etnik və milli qruplarda əsasən hansı xəstəliklərə daha çox rast gəlinir?
irsi meyilli xəstəliklərə
təhlükəli onkoloji xəstəliklərə
vitamin çatışmazlığı xəstəliyinə
xroniki allergik xəstəliklərə
yoluxucu xroniki xəstəliklərə
91. Riskin idarə edilməsinin ikinci mərhələsində nə müəyyənləşdirilir?
riskin məqbulluq dərəcəsi
riskin yaranması tezliyi
riskin baş vermə səbəbləri
riskin mümkünlüyü
riskin stabilliyi xüsusiyyəti
92. Hansı ərazilərdə ətraf təbii mühitdə bərpa oluna bilməyən dəyişiklər baş verir?
təhlükə zonası elan edilmiş
ekoloji təmiz zonalarda
radiasiya təhlükəlikli zonalarda
hasilat sənayesi sahəsində
zəlzələ təhlükəli zonada
93. Elektromaqnit və akustik risklər hansı kateqoriyaya daxildir?
ekoloji risklərə
sosial risklərə
iqtisadi risklərə
məqbul risklərə
təhlükəsiz risklərə
94. Əhalinin vəsaitləri və könüllü ianələr hesabına hansı ətraf mühitin mühafizəsi fondu yaradılır?
ictimai fondlar
xüsusi fondlar
Region fondları
lokal fondlar
dövlət fondları
95. Təbii mühitdə itkilərin bərpası və iqtisadi zərərin kompensasiyası kimi tədbirlərin maliyyələşdirilməsi üçün hansı fondlar yaradılmışdır?
büdcədən kənar ekoloji fondlar
könüllü müəsisə fondları
ictimayyətin vəsaitləri
xüsusi yığılmış vəsaitlər
ərazi ekoloji fondlar
96. Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin tənzimlənməsi məsələsi hansı metodlarla həyata keçirilir?
inzibati-hüquqi, iqtisadi, informativ
təsərrüfat əhəmiyyətli, siyasi, hüquqi
inzibati-təsərrüfat, siyasi, alternativ
sənaye, etnik, sosial-psixoloji
inzibati, psixoloji, ekoloji
97. Aşağıdakılardan hansı ümumilikdə ekosistemin, onun komponentlərinin iqtisadi fəaliyyətinə neqativ təsirlərin yaranmasını şərtləndirir?
Birinci növ ekoloji risk
risklərin idarə edilməsi
İkinci növ ekoloji risk
Üçüncü növ ekoloji risk
risk hadisəsinin ekspertizası
98. Birinci növ ekoloji riskdə insan sağlamlığına təsir edən əsas parametrlər nələrdir?
viruslar, bakteriyalar, iri heyvanlar və s.
genetik keçən müxtəlif xəstəliklər
təbii landşaftlar daxilindəki xəstəliklər
sənaye müəsisələrindəki zəhərlənmələr
müxtəlif tipli nəqliyyat qəzaları
99. Leqionel adlanan xüsusi bakteriyaların yarandığı şərait və ya mühiti göstərin.
kondisioner və ventilyasiya sistemləri
xüsusi qorunan məxfi laboratoriyalar
mutasiyaya uğramış kosmik canlılar
texnogen qəza zamanı yaranan həşəratlar
təbii landşaft daxilində yaşayan canlılar
100. Normal iqtisadi fəaliyyət rejimində ekosistemdə neqativ təsirlər yaranan zaman baş verən ekoloji risk növü hansıdır?
İkinci növ ekoloji risk
birbaşa yaranan ekoloji risk
neytral təsir göstərən ekoloji risk
birinci növ ekoloji risk
təbii təsir yaradan ekoloji risk
